Union we Unite We Succeed



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   ...   6   7   8   9   10   11   12   13   14

35

ŞURABAD-DƏNİZ QIRIŞIĞININ ƏMƏLƏ GƏLMƏ VAXTI VƏ İNKİŞAF XÜSUSIYYƏTLƏRİ

Məlum olduğu kimi, Şurabad qalxımı Təngi-Beşbarmaq antiklinoriumunun CŞ-ində quruda inkişaf etmiş mürəkkəb quruluşa malik sonuncu 

qırışıqdır. Strukturun nisbətən mürəkkəb quruluşa malik olması onun mürəkkəb tektoik zonada, yəni dağ qırışıqlıq sisteminin təxminən ox ətrafı 

zonasında yerləşməsi ilə əlaqədardır. Bu səbəbdən də Şurabad qalxımının neft-qaz perspektivliyini daha obyektiv qiymətləndirmək üçün onun 

əmələgəlmə vaxtını və ondan sonraki geoloji zaman ərzində inkişaf xüsusiyyətlərini araşdırmaq məqsədəuyğundur. Bu məqsədlə erkən

Təbaşirdən Dördüncü dövrə qədər geoloji zaman üçün  adı çəkilən stratiqrafik intervalların sonuna qurulmuş bir sıra paleoprofillərə və qırışığın 

inkişafının sürət qrafikinə əsasən strukturun əmələgəlmə tarixini və inkişaf xüsusiyyətlərini bərpa etməyə səy göstərilmişdir. 

Beləliklə, erkən Təbaşir (K

1

) dövrünün sonuna qurulmuş paleoprofildən göründüyü kimi,

ərazidə bu geoloji zaman ərzində çöküntütoplanma prosesi baş vermiş və ərazinin şimal-

şərqində bu proses cənub-qərbinə nisbətən daha böyük sürətlə getmişdir. Eyni zamanda

sahədə inkişaf etmiş Şurabad qırışığının tağ zonasında alt

Təbaşirə məxsus olan

çöküntülərin qalınlığınin sahənin CQ və ŞmŞ hissələrinə nisbətən əhəmiyyətli dərəcədə ( 2

÷ 2,5 dəfə ) azalması müşahidə edilir. Bu bizə onu deməyə əsas verir ki , Şurabad qalxımı

erkən Təbaşirdən gec olmayaraq inkişafa başlamışdır.

Paleoprofilden göründüyü kimi erkən Təbaşirdə Şurabad qalxımı tağ hissəsində fay

tipli qırılma ilə mürəkkəbləşmişdir.Bu qırılmanın mövcudluğunu qanadlarda alt Təbaşir

çöküntülərinin qalınlıqlarının kəskin fəqrlənməsi sübut edir. Lakin qırışığın inkişafının sürət

qrafikindən göründüyü kimi erkən Təbaşirin sonuna qırışığın hündürlüyü 50m, inkişaf

sürəti isə 3.5 m/mln.ildən bir qədər artıq olmuşdur.Təbiidir ki, belə sürətlə inkişaf edən

qırışıq erkən Təbaşir dövrü ərzində qırılma ilə mürəkkəbləşə bilməzdi. Buradan belə bir

nəticəyə gəkmək olar ki, bu qırılmanın yaşı daha qədimdir və erkən Təbaşir dövründə

(K

1

) o sadəcə olaraq inkişafını davam etdirmişdir.


36

Təbaşir dövrünün sonuna qurulmuş paleoprofildən göründüyü kimi bu geoloji zaman ərzində

sahə üzrə çöküntütoplanma prosesi eyni səviyyədə baş verməmişdir. Belə ki, ən intensiv,hətta,

erkən Təbaşirdən də iki dəfə böyük sürətlə çöküntütoplanma prosesi ərazinin ŞmŞ-ində baş

vermişdir. Qırışığın tağı istiqamətində, daha dəqiq desək, qırılma zonasına qədər, əsasən də,

qalxımın tağ hissəsində üst Təbaşir ( K

2

) çöküntülərinin qalınlığının kəskin azalması müşahidə

edilir. Qırışığın CQ qanadında isə, bilavəstə, qırılma zonasında üst Təbaşir ( K

2

) çöküntülərinin

ŞmŞ qanada nisbətən qalınlığının 2÷2,5 dəfə artıq olması müşahidə edilir. Lakin buna

baxmayaraq üst Təbaşir ( K

2

) çöküntüləri qırışığın CQ qanadının batımı istiqamətində tam

pazlaşmaya məruz qalır. Belə bir halın baş verməsi onu göstərir ki, gec Təbaşir ( K

2

) dövründə

ərazinin CQ qurtaracağı intensiv qalxmaya məruz qalmışdır. Bu da öz növbəsində artıq qeyd

etdiyimiz kimi gec Təbaşir ( K

2

) çöküntülərinin həmin istiqamətdə pazlaşmasına səbəb

olmuşdur.

Deyilənlərdən göründüyü kimi gec Təbaşir dövründə ərazi üzrə toplanan çöküntülərin

paylanma xüsusiyyətinə qırışığı mürəkkəbləşdirən qırılmanın bilavəstə təsiri olmuşdur. Digər

tərəfdən, həmin geoloji zamanda qırışığın CQ qanadı enmə , yəni əyilmə əvəzinə, əksinə,

müəyyən qədər açılmaya, yaxud da çox zəif əyilməyə məruz qalmışdır. Halbuki ŞmŞ qanadı

üzrə qırışıq gözə çarpacaq dərəcədə öz inkişafını davam etdirmişdir. Buna əsas olaraq qeyd

etmək lazımdır ki, gec Təbaşir ( K

2

) dövrü ərzində CQ qanada əsasən qırışığın hündürlüyü 125

m-dən bir qədər çox artmışdır. Inkişaf sürəti isə mln. ildə 0.5 m-dən əhəmiyyətli dərəcədə (

0,36 m/mln.il ) aşağı idi. Ərazidə üst Təbaşir ( K

2

) çöküntülərinin paylanması, yuxarıda qeyd

etdiyimiz kimi, qırışığı mürəkkəbləşdirən qırılmanın fəallaşması ilə əlaqələndirilə bilər.

Ağakişiyev Əli – ADNSU Neft – qaz mühəndisliyi magistr


37

İsrail elm adamları AİDS (QİÇS) müalicəsi üçün tarixi bir dərman yaratdılar.

“Times of Israel” qəzetinin xəbərinə görə Qüds Hebrew Universitetindən 

bioloqlar Abraham Loyter və Assaf Fried, hüceyrələr arasında çatdırıcı rolu 

olan, peptid adı verilən çox kiçik bir zülal sayəsində HİV yoluxmuş 

hüceyrələrin “intihar etdiyini” kəşf etdi.

Elm adamları, inkişaf etdirdikləri bu zülalın inyeksiya edilməsiylə, HIV-dən 

təsirlənən hüceyrənin” xəstə olduğunu anlayaraq” özünü yox etdiyini və bu 

sayədə virusun bədənə yayılmasının qarşısının alındığını ifadə etdilər. Rexovot 

şəhərindəki Kaplan Xəstəxanasında edilən araşdırmada elm adamları, bu 

xəstəxanada müalicə görən 10 AIDS (QİÇS) xəstəsinə aid qan balonlarından 

zülalı əlavə etdi.

8 gün sonra qan nümunələrindəki virus sayının 97% azaldığı təyin olundu. 

Elm adamı Loyter, İsrail televiziyasına açıqlamasında, bu üsul sayəsində indiki 

vaxtda virusun çoxalmasını önləməyə istiqamətli müalicələrdən fərqli olaraq 

virusdan tamamilə qurtula bilinəcəyini vurğuladı. Loyter, bu üsulla hüceyrələr 

yox olduğundan və yoluxma ehtimalı qalmadığından virusun bir daha 

hərəkətə keçməyəcəyinə diqqəti çəkdi.

Tapıntılar keçən il dünya daxilində 1 milyondan çox adamın ölümünə səbəb olan QİÇS-in müalicəsi mövzusunda ümidləri artırsa da elm

adamları araşdırmanın qan nümunələri ilə edildiyini, eyni nəticələrin xəstənin bədənində də alınıb alınmayacağının hələ bilinmədiyini

xatırlatdı.

© Muxtar Səfərov – ADNSU Neft – qaz mühəndisliyi


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə