Union we Unite We Succeed



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə14/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   ...   6   7   8   9   10   11   12   13   14

Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin

1932

-ci ildə

Sovet İttifaqın

ın İran vətəndaşı olan azərbaycanlılarla bağlı qəbul

etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya

Sovet Azərbaycanında

qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni

dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın

gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki, o illərdə SSRİ-



kibernetika

,

informatika

,

genetika

kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə

bilərdi.

Beləcə, o 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək

Tehrana

köçüb. Balaca Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. 

Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o ilk dəfə olaraq Amerika elmi

və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılmış şərait onu hələ məktəb illərindən Amerikaya çəkib. Orta

təhsilini tamamladıqdan sonra o,

Tehran Universitetinin

Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı isə

1944

-

cü ildən başlayır. Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra o

Amerika Birləşmiş Ştatlarına

gəlib və təhsilini

Massaçusets

Texnologiya İnstitutunda

davam etdirib.

1947

-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt

Kolumbiya Universitetind

ə

çalışırdı. O,

1948

-ci ildə bu universitetdə elektron mühəndisliyi üzrə magistr,

1957

-ci ildə isə

professor

dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə

məşhur alim,

kibernetikan

ın atası hesab olunan

Norbert Vinerin

tövsiyəsi ilə

Kaliforniyaya

bu ştatdakı

Berkli Universitetin

ə gəlib. Burada ilk

vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar şəraitə uyğunlaşıb və bu günə qədər də Berkli Universitetinin professoru olaraq qalır.

Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona

dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan

qeyri-səlis məntiq

nəzəriyyəsidir. Bu nəzəriyyə

riyaziyyat

ın əsası

olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir:

qeyri-səlis çoxluq

. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə

gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradır.

Aparıcı dünya şirkətləri tərəfindən tətbiq olunan bu nəzəriyyə

1965

-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə uzun müddət Amerika elmi

ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin

80

-ci illərində yapon alimlərinin diqqətini cəlb etmiş və yaponlar bu unikal nəzəriyyədən

yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. 

Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün

Yaponiyan

ın "

Mitsubishi

", "

Toshiba

", "

Sony

", "

Canon

", 

"

Sanyo

", "

Nissan

", "

Honda

və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan

maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

51


Lütfi Zadə

1989

-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat –

"Honda" mükafatı ilə təltif olunub. Amerikalılar da bu nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə

Amerikanın "

General Motors

", "

General Electric

", "

Motorola

", "

Dupont

", "

Kodak

" və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. 

Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada,

linqvistikada

siyasətdə, fəlsəfədə,

sosiologiyada

, dini məsələlərdə, münaqişə

problemlərində də istifadə olunur.Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar

nəzəriyyəsi", "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompyuter nəzəriyyəsi", "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".

Lütfi Zadənin elmdə

Z-çevirmə

kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını

qoymuş elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir

idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın

Milli Kosmik Tədqiqatlar Mərkəzi

(NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq

edir, layihələndirir və tətbiq edir.Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı şəkildə belə izah etmək olar: "Aristotel məntiqi" ilə mühakimə

yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki, 

"Aristotel məntiqi" ikili (binar) məntiqdir, "Zadə məntiqi" çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da 

yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər

alır. "Zadə məntiqi"ndə real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Düz 20 il Amerika elmi

ictimaiyyəti tərəfindən qəbul edilməyən qeyri-səlis məntiq nəzəriyyəsi, nəhayət,

1980

-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla

qarşılanmışdır. Beləliklə, bu nəzəriyyə

riyaziyyat

ın,

kibernetikan

ın,

informatika



hesablama texnologiyasının

inkişafı tarixində yeni bir dövr

açmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir. Paltaryuyan maşınlardan tutmuş, avtomat sürücüyə

kimi yüzlərlə, minlərlə sistemdə, qurğuda öz tətbiqini tapmışdır. Getdikcə həmin nəzəriyyənin əməli gücü onun mücərrəd mahiyyətini

üstələmişdir.

2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria, S.A.) fondunun elm və mədəniyyət

sahəsi üzrə təsis etdiyi mükafatların təqdimetmə mərasimi keçirilib. Fond tərəfindən İnformasiya-Kommunikasiya Texnologiyaları

kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb

2016-cı ild

ə Lütfi Zadənin nəzəriyyəsi əsasında

yapon

alimləri tərəfindən ilk dəfə olaraq süni-intellektə malik robot hazırlanıb Alter adlı

robot

Tokiodak

ı Beynəlxalq Elm Muzeyində sərgilənib.

©    A. Əfəndizadə, Ə. Əbilov. "Dünya şöhrətli alim"

52


53

“Marketinq” ixtisasına yiyələnsəm də, dizayner olmaq 

istəyirdim. Bunun məqsədlə layiləndirmə bacarığımı inkişaf 

etdirmək üçün hər səhər-axşam çalışırdım. Bu mənim çox 

vaxtımı alırdı. Boss olduqdan sonra dizayn ilə məşğul olmadım 

və marketinq sahəsinə qayıtdım. Hər axşam uşaqlarım 

yatdıqdan sonra mən oxumağa və yeni biliklər qazanmağa 

başladım. Bu məşğuliyyət də mənim çox vaxtımı alırdı, lakin 

mən zəhmətimin bəhrəsini toplamağa başlamışam.

Əgər mən yalnızca iş saatları ərzində özümü inkişaf etdirsəydim, 

heç vaxt kreativ direktor və istehsalat üzrə menecer ola 

bilməzdim. Heç vaxt bu gün olduğu kimi tələbələrə MBA tədrisi 

verə bilməzdim. Mən yalnızca özümə keçdiyim dərslərə etibar 

edirəm.

Və tanıdığım uğur qazanmış insanlar mənim getdiyim eyni yolu 

getmişlər. Mənim bir dostum politologiyanı bitirsə də, sahibkar 

olmağı arzulayırdı. O özəl şirkətin yaradılması ilə yaxından 

maraqlanırdı. Nəticədə o şirkət yaratdı və onu baha qiymətə 

satdı. Bizim kimi insanların gələcəyini 18:00-dan 00:00-a qədər 

etdiyimiz məşğuliyyətlər təyin edir.

Cek Ma/Alibaba şirkətinin yaradıcısı, dünyanın ən varlı 

insanlarından biri


54

Benjamin Franklin öz fantastik şəkildə işləmə qabiliyyəti və özünəməxsus 

məqsədyönlülüyü ilə digərlərindən fərqlənirdi. O 20 yaşı olduqda qalan bütün 

həyatı üçün “məqsədlərə nail olmaq” planı hazırlamışdı. Daha sonradan isə 

ömrü boyu hər bir günü dəqiqliklə planlaşdıraraq bu plana riayət etmişdir.

Onun “məqsədlərə nail olmaq” planı “Franklin piramidası” adlanır və tərkib 

etibarilə aşağıdakılardan ibarətdir:

Piramidanın bünövrəsi əsas həyati dəyərlərdir. Bu bir mənada “Bu dünyaya 

hansı missiya üçün gəlmisiniz? Özünüzdən sonra dünyada nə kimi iz qoymaq 

istəyirsiniz?” suallarına cavab qismində çıxış edir. Lakin bu həyat planının baş 

tutmayacağı və dünyada yalnız 1% insanın özünə bu sualları verdiyi güman 

edilir.

Həyati dəyərlərə əsaslanaraq hər bir insan qarşısına bəşəri məqsəd qoyur. O bu 

həyatda kim olmaq istəyir, nəyə nail olmağı planlaşdırır?

Məqsədlərə nail olmağın əsas planı – bəşəri məqsədə doğru gedən yolda 

müəyyən kiçik məqsədləri birləşdirməkdir.

1, 3, 5 il üçün nəzərdə tutulmuş plan uzun müddətli hesab olunur. Burada 

məqsədin dəqiq reallaşma müddətini müəyyən etmək vacibdir.

Bir ay, yaxud 1 həftəlik plan isə qısa müddətli plan adlanır. Plan nə qədər yaxşı 

düşünülmüş olarsa, onu daha yaxşı təhlil və düzəliş edə bilərsiniz. Bu işinizin 

daha effektiv olmasına gətirib çıxaracaq.

“Məqsədlərə nail olmaq” planında sonuncu pillə – hər gün üçün nəzərdə 

tutulmuş planlardır.


55

Fiziki imkanları məhdud olan gənclər üçün GR8-in, Uğur Akademiyasının və sərbəst təlimçilərinin təşəbbüsü və təşkilatçılığı ilə, Creative

Development Center, The Black Sea Trust və Erasmus + CRISP tərəfindən dəstəklənən "Karyera imkanları" Layihəsi

Bu layihəni həyata keçirməkdə əsas məqsəd fiziki imkanları məhdud olan şəxslərin 

peşə hazırlığına dəstək olmaqla iş bacarıqlarının artırılmasına və cəmiyyətə 

inteqrasiyasına töhvə verməkdir.

Layihə kimlər üçün nəzərdə tutulub:

Fiziki imkanları məhdud olan 18-35 yaş arası gənclər

Layihənin müddəti:

2 ay

Layihənin məqsədi:

- 4 sahə üzrə- Sosial Bacarıqlar, Müştəri Xidmətləri, Satış Bacarıqları və Zəng 

Mərkəzi (call center) haqda bilik və bacarıqların ötürülməsi;

- Uğurlu iştirakçıların ayrı-ayrı şirkət və müəssisələrdə təcrübə proqramı ilə təmin 

edilməsi.


Bu təlimlərdə iştirak etmiş fiziki imkanları məhdud olan şəxslərin işlə və ya təcrübə ilə təmin edilməsində maraqlı olan şirkətlər Azərbaycan

Mühəndislər Birliyinə (

info@azenu.org

) və ya aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərlər.

Mob: +99470 587 77 36

Email: layihe2016@gmail.com

56



BP şirkətində 2016-cı il üzrə Məzunların işə qəbulu və Yay təcrübə proqramına ərizə qəbulu artıq başlamışdır. Ərizələrin qəbulu 

üçün son tarix 15 dekabr 2016-cı ildir. 

Kim ərizə verə bilər?  

- Yay Təcrübə Proqramına:

Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2018-ci ildə bitirən bütün tələbələr 2017-ci il təcrübə proqramında iştirak üçün 

müraciət edə bilərlər.

Qazma və tamamlama əməliyyatları/Quyular;



Qazma qurğusunda mühəndis;

Yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası;



Geologiya, Geofizika və Petrofizika;

Geomexanika;



Mexanika Mühəndisliyi;

Emal texnologiyaları Mühəndisliyi;



Təzyiq sistemlərinin bütövlüyü üzrə mühəndis;

Boru kəmərlərinin inşaası texnologiyası;



Maliyyə


Təchizat və Tədarükün İdarə Olunması



58


- Məzunların İşə qəbulu Proqramına:

Bakalavr və ya magistr dərəcəsini 2015-2017-ci illərdə qazanan məzunlar 2017-ci il məzunların işə qəbul proqramı

üçün ərizələrini təqdim edə bilərlər.

İnşaat və Tikinti mühəndisliyi;



Nəzarət və ölçü cihazları mühəndisliyi;

Geomatiks



Maliyyə


Təchizat və Tədarükün İdarə Olunması



59


Sual 1.

1.    1997 və 1999-da  mobil telefonların satışındakı  fərq nə qədərdir? 



A. 

500 ədəd 



B. 

1,000 ədəd 



C. 

5,000 ədəd 



D. 

18,000 ədəd 

 

 

2.   İki il ərzində  satışda minimal faiz dəyişməsi olub.? 



A. 

1997 və 1998 



B. 

1999 və 2000 



C. 

hər iki variant (A) və (B) 



D. 

2001 və 2002 

 

 

3.   1999 və 2001-ci ildə mobil telefonların toplam satışı hansı  illə eynidir? 



A. 

1997 


B. 

1998 


C. 

2000 


D. 

2002 


 

 

4.   



2001-dən 2002-yə satışlarda faizlə artım nə qədər olub?

 

 



A. 

115 % 


B. 

128 % 


C. 

122 % 


D. 

118 % 


 

60


Sual 2.

Aşağıdakı diaqram maşın istehsalını (minlərlə) göstərir

1.  


 

Neçə şirkət  2002-2003-də orta istehsaldan aşağı amma 2003-2004-də orta istehsaldan yuxari 

maşın istehsal edib? 

 

 



A. 



B. 



C. 



D. 

 

2.  



  

Hindustan Motor-un 2003-2004-də istehsalının Honda-nın 2002-2003-də olan istehsalına olan 

nisbəti neçədir?  

 

A. 

0.66 

B. 

1.5 


C. 



D. 

Heç biri 

 

3.  



 

Neçə şirkətin istehsalında əvvəlki illə müqayisədə heç azalma olmayıb? 

  

 

A. 





B. 



C. 



D. 

 



 

61


1-ci sualın cavabı:

1. Qış 


2. Fevral 

3. Dərsdən gəlir 

4. Mənzildə su xətti yoxdur

5. Ana və balaca bir qız (ana balaca qızı baxçadan gətirməyə gedib) 

6. Nevropatoloq (masanın üzərində tibbi çəkic var)

2-ci sualın cavabı:

3-cü sualın cavabı:

9:59 ilə 10:01 arasında yalnız 2 dəqiqə fərq var

Bu ayın qalibi:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Fakultəsinin tələbəsi Toğrul Qurbanov



62


Türkan Dəmirova


Günel Dadaşova


AZERBAIJAN

ENGINEERS

UNION

We Unite We Succeed

Həm Sual – Cavab bölməsindəki sualların cavablarını , həm 

də elmi, texnoloji, mühəndisliklə bağlı yazdığınız məqalələri 

info@azenu.org

email ünvanına özünüz haqqında məlumat  

(təhsil aldığınız universitet, ixtisas və ya işlədiyiniz 

müəssisəni) qeyd etməklə göndərə bilərsiniz.

https://www.facebook.com/AzerbaijanEngineersUnion 

https://www.linkedin.com/company/azerbaijan-engineers-union 

https://www.linkedin.com/groups/8485560 



https://twitter.com/AzeEngUnion

Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə