Union we Unite We Succeed



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   ...   6   7   8   9   10   11   12   13   14

43

Qüvvət elmdədir

Hər birimiz müxtəlif peşələrə yiyələnmək, hansısa ixtisasın sahibi olmaq üçün müəyyən bir yol keçirik. Bu yolda qarşımıza 

çıxan hər maneəni aşaraq, hər çətinliyə sinə gərərək öz məqsədimizə doğru inamlı addımlarla irəliləyirik. İrəliləyirik ki, 

gələcəyin təcrübəli, savadlı kadrları kimi həm təhsil aldığımız ali məktəbdə, həm də iş sahəmizdə daim yüksələk və bizə 

göstərilən etimadı layiqincə doğruldaq. Amma bildiyimiz kimi hər savadlı, təcrübəli kadrın arxasında onun elmi , savadı və 

dünyagörüşü dayanır. Bunun da əsasını düzgün ixtisas və yaxud peşə seçimi təşkil edir. Özümüzə uyğun olan düzgün ixtisası 

seçdikdə bu sahə üzrə daha həvəslə çalışırıq. Eyni zamanda həyata keçirilən müxtəlif təqaüd və təcrübə proqramlarında 

iştirak etməklə nəzəri və təcrübi biliklərimizi daha da zənginləşdiririk.

Nəzərinizə çatdırım ki, təşkil olunan elmi -texniki konfransların, təqaüd və təcrübə proqramlarının çox böyük əhəmiyyəti var. 

Təşkil olunan bu proqramlarda iştirak etməklə nəinki biliyimizi artırırıq, bununla yanaşı dünyagörüşümüzü də inkişaf etdirmiş

oluruq. Müxtəlif ali məktəblər, elmi birliklər, şirkətlər tərəfindən həyata keçirilən təqaüd proqramları, tələbələrin Yay 

Təcrübəsi proqramları, viktorinalar, bilik yarışmaları bacarıqlı kadrların yetişdirilməsi istiqamətində atılan uğurlu 

addımlardandır. Biz gənclər bu layihələrdə yaxından iştirak edərək həm öz bilik səviyyəmizi sınayırıq, həm də iş həyatımız 

üçün dəyərli materiallar toplayıb, lazımi təcrübəyə yiyələnirik. Təhsil aldığımız müddətdə qazandığımız nəzəri və təcrübi 

biliklərdən səmərəli istifadə edərək öz kareyeramızı qurub, daim irəliyə doğru addımlayırıq. İndi bir gənc kadr kimi fəxrlə 

deyirəm ki, mən də vaxtilə ARDNŞ-nin həyata keçirdiyi Daxili Təqaüd və Tələbələrin Ödənişli Yay Təcrübəsi kimi prespektivli 

proqramlarda iştirak etmişəm. Bu proqramların iştirakçısı olarkən əldə etdiyim təcrübi bilikləri hal-hazırda iş sahəmdə böyük 

həvəslə tətbiq edirəm. Bunları qeyd etməklə gənclərimizə elmə, təhsilə yaxından maraq göstərib ali təhsil almağı tövsiyyə 

edirəm. Unutmayın ki, qüvvət elmdədir. Dərin elmi biliklərə yiyələnməklə Siz hər zaman hər kəsə qalib gələ bilərsiniz. 

© Vusala Mammadova – SOCAR Petroleum Engineer


Texnologiya Xəbərləri


"Google” tərəfindən yaradılmış DeepMind adlı süni zəkaya arzulamağı öyrədiblər.

Bununla yanaşı sözügedən xüsusiyyətlə birlikdə süni zəkanın işi 

də sürətlənib. Yeni sistem Unsupervised Reinforcement and 

Auxiliary Learning Agent (qısası Unreal) adını alıb. 

O, DeepMind əsasında qurulub və ona arzu etmək xüsusiyyətini 

imitasiya edən alqoritm əlavə olunub. "Technote.az"ın "Hi-

tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən 

sistemə Labirynth oyununu oynamaq təklif olunub. Qeyd etmək 

lazımdır ki, bu cür sistemlərdə sözügedən oyun standart test 

kimi tətbiq olunur. Unreal oyunu digər sistemlərdən fərqli 

olaraq 10 dəfə daha tez keçib. Daha sonra sistem "Atari” 

şirkətinin 57 keçmiş oyununu da oynayıb və eynilə yüksək 

nəticələr sərgiləyib. Beləliklə Unreal-ın arzulamaq sistemi 

oyunları insanlardan 880% daha yaxşı oynayıb. Belə ki, oyun 

zamanı Unreal arzu edirdi. Yəni sistem daha əvvəlki cəhdləri 

analiz edərək oyunda xal toplayan anlara daha çox diqqət 

ayırırdı. Bu üsul ilə insanlar da arzu edirlər. Belə ki, onlar pozitiv 

və neqativ halları analiz edirlər.

© Technote.az

45


46

İki Fransız bankı "Société Générale" və "Groupe BPCE", Motion Code adı verilən bir xüsusiyyətə sahib kartlarını 

təqdim etdi. Oberthur Technologies tərəfindən hazırlanmış bu xüsusi kartın ən vacib özəlliyi üzərində bir ekranın 

mövcud olmasıdır. Bu kiçik ekranda, kartın arxa tərəfində yer alan 3 rəqəmli CVV kodu yazılır.

E-kağız texnologiyasının istifadə edildiyi bu ekran, 

yaratdığı CVV kodlarını göstərir. Societe Generale, bu 

yeni kartı üçün illik 12 dollarlıq ödəniş tələb edir. 

Qısası bank müştəriləri bu kartı istəmələri halında 

əlavə bir maliyyətə də razılaşmalı olurlar. Ancaq bu 

müasir kartın üstünlüyü və verdiyi təhlükəsizlik vədi 

bir çox istifadəçi üçün cazibədar gələ bilər.

Motion Code texnologiyası vasitəsilə 3 rəqəmli 

kod hər bir saatdan bir dəyişərkən, ultra incə 

bir litium batareya ilə işləyir. Dəyişən kod, beləcə 

xüsusilə online 

alışverişlərdə fırıldaqçılığacardingə mane olmaq və 

online xərcləmələrdə daha təhlükəsizlik kartların 

istifadəsinə şərait yaratmaq məqsədi ilə hazırlanıb.

Bank, kartı bazara çıxartmadan əvvəl Visa logolu olaraq dinamik CVV ekranına sahib kartlarını tam 500 müştərisinə paylayıb 

və bəzi testləri tamamlayıb.

© Technote.az


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə