Union we Unite We Succeed



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   2   3   4   5   6   7   8   9   ...   14

“SOCAR Yay Məktəbi 2016” layihəsinin qalibləri Almaniya, Türkiyə və Gürcüstanda olublar



SOCAR

Yay Məktəbi-2016” layihəsində I yeri tutan komanda SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşlarının müşaiyəti ilə noyabrın 

21-dən 27-dək Almaniya, II yeri tutan komanda Türkiyə, III yeri tutan komanda isə noyabrın 20-dən 26-dək Gürcüstana səfər edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Almaniyada olan layihə qalibləri “Uniper” şirkətinin Düsseldorf və Gelzenkirxen şəhərlərindəki 

ofislərinə, həmçinin Dattelndəki elektrik stansiyasına ekskursiya edərək, şirkətin enerji təchizatı sahəsindəki fəaliyyət sahələri ilə yaxından tanış 

olublar. Düsseldorfdakı baş ofisdə onlara SOCAR ilə əməkdaşlıq layihələri haqqında ətraflı məlumat verilib.

Gürcüstanda “SOCAR Energy Georgia”nın qonağı olan yay məktəbi məzunları şirkətin Tbilisi şəhərində yerləşən baş ofisinə, Rustavidəki “SOCAR 

Georgia Petroleum” Kompleksinə, Poti şəhərindəki Kulevi neft terminalına səfər edərək, SOCAR-ın Gürcüstandakı fəaliyyəti ilə yaxından tanış 

olublar.

23

Günel Abbasova © Report.az


Elmi Məlumatlar


Yeni nəsilin təhsili

Uşaqlar üçün mühəndislik

Təbiət elmlərinə olan marağı uşaqlara necə aşılamalı?  Uşaqlara nəzəri  bilikləri təcrübəyə 

çevirməyi necə öyrətməli? Bütün bu suallara  STEM – məktəblilərin yeni təlim metodikası 

cavab verir.

Bakıda təqribən 5 ay əvvəl fəaliyyətə başlamış STEM təhsil mərkəzi gün keçdikcə məktəbli 

uşaqlar arasında daha da məhşur olur. Bakida fəaliyyət göstərən STEM təhsil  mərkəzi 

Amerikanın məşhur Engineering for Kids (EFK) təhsil proqramınınn Azərbaycandakı rəsmi 

təmsilçisidir.

Dərhal belə bir sual yaranır: uşaqlar üçün STEM təhsili nə deməkdir? 

Science (Elm), Technology (Texnologiya), Engineering (Mühəndislik), Math (Riyaziyyatın)

birgə tədrisi ideyası üzərində qurulub. Bu sözlərin baş hərfləri STEM-i dünyanın təhsil 

sistemləri arasında məşhur təhsil brendi edib. 

Bu tip təhsil metodunun üstünlukləri nədir və nə üçün bu təhsil sistemi Amerikada, Şimali və Qərbi Avropada bu qədər məşhurdur?

STEM təhsil mərkəzinin 10 üstün cəhətlərinə nəzər yetirək:

1) Burda dərslər fənlər əsasında deyil, mövzular əsasən  tədris olunur.

STEM təhsil mərkəzi özündə fənlərarası tədrisi və layihə girişini birləşdirir, əsasən də yuxarıda  sadalanmış sahələr üzrə.  Elm, Texnologiya, 

Mühəndislik və Riyaziyyatın birgə tədrisi çox vacibdir, çünki bu sahələr real həyatda bir-biri ilə dərindən bağlıdılar.

2) STEM – uşaqların öyrəndikləri elmi-texniki biliklərin real həyatda necə tədbiq edəcəyini nümayiş edir

Məsələn, balaca mühəndislər roket quraraq mühəndis dizayn prosesi, atış bucağı, təziq, sürtünmə güvvəsi, traektoriya və koordinat oxları 

kimi anlayışlarla tanış olurlar. 

25


3)      Tənqidi düşüncə və problem həll etmək vərdişlərinin inkişafı.

STEM proqramları tələbələrə rastlaşa biləcəkləri çətinliklərin həlli üçün lazım olan tənqidi düşüncə və problem həll etmək vərdişlərini öyrədir. 

Məsələn uşaqlar sürət avtomobillərini düzəldir sonra isə test edirlər. Sonra isə avtomobillərinin finiş nöqtəsinə niyə çatmadığını araşdırırlar. 

Bəlkə bu aerodinamikadı nəticəyə təsir edən? Və ya təkərlər arasında olan məsafə, düşmək təziqi və s. 

4)      Öz güclərinə güvənmək hissinin çoxalması.

Uşaqlar muxtəlif məhsullar düzəldərək, körpü və yollar quraraq, aeroplanları və avtomobilləri işə salaraq, robotları test edərək, öz elektron 

oyunlarını quraraq hər dəfə məqsədlərinə daha yaxın olurlar. Sonda onlar bütün problemləri öz gücləri ilə həll edərək məqsədlərinə çatırlar. 

Uşaqlar üçün bu qələbədir, ilahmdır, qalibiyyət və adrenalindir.

5)       Aktiv ünsiyyət və komanda işi.

STEM proqramları eləcə də aktiv ünsiyyət və komanda işi ilə də fərqlənir. Müzakirə əsnasında uşaqlar fikirlərini azad ifadə etsinlər deyə 

sərbəst atmosfer yaranır. Onlar o qədər sərbəst olurlar ki , öz istənilən fikrini çəkinmədən ifadə edə bilirlər. Onlar təqdimat etməyi, danışmağı 

öyrənir. Dərsin əsas hissəsini uşaqlar parta arxasında oturmurlar, öz məhsullarını test edirlər. Onlar həmişə müəllimlər və komanda yoldaşları 

ilə danışırlar. Müzakirədə aktiv iştirak etdikcə onlar dərsi daha yaxşı yadda saxlayırlar.

6)      Texniki sahəyə marağın yaradılması.

STEM-in əsas məqsədlərindən biri də uşaqlarda təbiət elmlərinə və texniki sahəyə maraq yaratmaqdır. Görülən işə qarşı olan sevgi bu 

marağın inkişaf etməsi üçün olan vacib əsaslardan biridir.

STEM dərsləri çox dinamik və əyləncəlidir, bu isə uşaqları darıxmağa qoymur. Uşaqlar dərsdə zamanın necə keçdiyinin fərqində olmurlar  və 

heç yorulmurlar.

7)      Lahiyələrə kreativ və innovativ yaxlaşım.

STEM tədris metodu 6 önəmli addımdan ibarətdir: sual vermək, müzakirə etmək, dizayn etmək, qurmaq, test etmək və səhvlərini düzəldərək 

məqsədlərinə çatanadək proyektlərini inkişaf elətdirmək. Bu addımlar proyektə sistematik yaxlaşımın əsaslarıdır. Beləliklə, elmin və 

texnologiyanın eyni anda həm dərk etmək həm də tədbiq edilməsi innoativ fikirlərinin yaranmasına gətirib çıxardır. Bunun möhtəşəm 

nümunələrindən biri də rəssamlıq və memarlığın sintezidir.

26


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə