Union we Unite We Succeed


BANM-in aliminin məqaləsi ABŞ-ın elmi jurnalında dərc olunub



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   2   3   4   5   6   7   8   9   ...   14

20

BANM-in aliminin məqaləsi ABŞ-ın elmi jurnalında dərc olunub

Bakı Ali Neft Məktəbinin (BANM) Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və 

tədqiqat mərkəzinin müdiri və “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi Sənan 

Eminovun “Biokütlədən bioyanacaqların alınması” mövzusunda “The Highly Selective 

and Near-Quantitative Conversion of Glucose to 5-Hydroxymethylfurfural Using Ionic 

Liquids” adlı məqaləsi ABŞ-ın “PLoS ONE” adlı jurnalında dərc edilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu, Sənan Eminovun Thomson Reuters jurnalları siyahısına daxil olan 

elmi nəşrdə çap olunan sayca 3-cü elmi məqaləsidir. İndiyədək onun beynəlxalq 

konfransların elmi məqalələr toplusunda 6 elmi tezisi də çap olunub.

Qeyd edək ki, “PLoS ONE” jurnalı yüksək impact factor-la (2015-ci ildə jurnalın impact 

factor-u 3,54 olmuşdur) Thomson Reuters jurnalları siyahısına daxildir və kimya 

sahəsində dünyanın ən nüfuzlu jurnallarından biridir. Jurnala giriş sərbəstdir (open 

access), məqalələrini ödənişsiz əldə etmək mümkündür. “PLoS ONE” jurnalı, eyni 

zamanda dünyanın ən çox məqalə dərc olunan jurnalı olmağı bacarmışdır. Belə ki, 

jurnalda il ərzində 30 000 məqalə və ya gündə 85 məqalə çap olunur.

Samirə Abdullayeva © Report.az


21

“Günəşli” yatağında yeni özül quraşdırılacaq

“Günəşli” yatağı üçün yeni 7A saylı dərin dəniz özülünün inşası nəzərdə 

tutulub. “Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (

SOCAR

) istinadən 

verdiyi xəbərə görə, şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi 

əsasında inşa olunacaq özülün baş podratçısı "Neftqaztikinti" Trestidir.

10 ədəd qaz-kondensat quyusunun qazılması üçün nəzərdə tutulan özül 

dənizin 146 metr dərinliyində yerləşdiriləcək və yataqdakı mövcud 7 saylı dərin 

dəniz özülünə 2 körpü vasitəsi ilə birləşdiriləcək. İstehsalat və yaşayış 

sahələrindən ibarət özül ən müasir qazma avadanlığı, qaldırıcı kranlar, 

avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, neft-qaz kəmərlərində məsafədən 

idarə olunan kəsici siyirtmələr, yüksək təzyiqli qaz separasiya və ölçü sistemləri

bioloji sutəmizləmə qurğusu, yanalma meydançaları, eləcə də digər zəruri 

avadanlıqlarla təchiz ediləcək. 

Separasiya sistemindən ayrılacaq qaz və kondensat ölçülərək 7 saylı özülün müvafiq texnoloji xətlərinə ötürüləcək. Bundan başqa, neft-qaz, 

içməli su və kabel xətləri də 7 saylı özüllə əlaqələndiriləcək. Ümumi sahəsi 5 980 kv. metr olacaq özülün dayaq blokunun hündürlüyü 151 

metr, çəkisi isə 9 350 ton olacaq. 10 ədəd əsas və 10 ədəd köməkçi svayların vurulma dərinliyi 120 metr təşkil edəcək. Artıq özülün inşası 

istiqamətində işlərə start verilib, “Neftqaztikinti” Tresti tərəfindən dayaq bloklarının əsas və köməkçi svaylarının “BOS Şelf” MMC-nin 

ərazisində hazırlanmasına başlanılıb. Ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilir.

Qeyd edək ki, özüldə qazılacaq quyuların hər birindən sutkada 350 min kubmetr qaz və 10 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. 

İstismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçiriləcək.

Günel Abbasova © Report.az


22

12 nəfər ASAN könüllüsü SOCAR-da təcrübə keçəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (

SOCAR

İnsan Resursları 

Departamentində (İRD) SOCAR

-

da ödənişsiz təcrübə keçəcək 

ASAN könüllüləri ilə görüş keçirilib.

“Report”un SOCAR

-

a istinadən verdiyi xəbərə görə, İRD

-

nin rəisi 

Asif Bəkirli könüllüləri təbrik edərək bildirib ki, ASAN könüllülərinin 

SOCAR-

ın idarə və müəssisələrində ixtisaslarına uyğun təcrübə 

keçmələri indi şirkətin gənclər siyasətinin tərkib hissəsini təşkil 

edir. SOCAR-

ın təcrübəli mütəxəssislərindən dəyərli bilik və 

bacarıqlar öyrənməyin onlar üçün böyük motivasiya olacağını 

söyləyən A.Bəkirli gənclərə bu imkandan maksimum 

yararlanmağı tövsiyə edib.

Qeyd edək ki, SOCAR

-

da ödənişsiz təcrübə keçmək üçün 39 

nəfər məntiq üzrə test imtahanında iştirak edib, imtahandan 

uğurla keçən 22 nəfər könüllü müsahibə mərhələsinə dəvət 

olunub, bu mərhələdə isə 12 nəfər seçilib.

Ödənişsiz təcrübə keçmək üçün seçilmiş tələbələrin “Azneft” İB

-

də, baş ofisin İnsan Resursları Departamentində, Əmək Şəraiti 

Normalarının İşlənməsi İdarəsində, İnformasiya Texnologiyaları 

və Rabitə İdarəsində, Ekologiya İdarəsində və

Heydər 

Əliyev

adına NEZ

-

də ödənişsiz təcrübə keçmələri nəzərdə 

tutulub. Təcrübənin sonunda iştirakçılara müvafiq sertifikatlar 

təqdim olunacaq.

Günel Abbasova © Report.az


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə