Union we Unite We Succeed



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
1   2   3   4   5   6   7   8   9   ...   14

Yanvar-sentyabr aylarında BTC kəməri ilə 25,7 milyon ton xam neft ixrac olunub

Cari ilin yanvar-sentyabr aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac 

neft boru kəməri (BTC) vasitəsilə təqribən 25,7 milyon ton (193 

milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 

242 tankerə yüklənib.

“BP-Azerbaijan” şirkətindən



AZƏRTAC

-a verilən məlumata görə, 

2006-cı ilin iyun ayında istismara verilən 1768 kilometr uzunluğa 

malik BTC boru kəməri ilə cari ilin üçüncü rübünün sonunadək 

ümumilikdə 341 milyon ton (təxminən 2,55 milyard barrel) xam neft 

nəql edilib və Ceyhan limanında 3 min 354 tankerə yüklənərək dünya 

bazarlarına göndərilib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. 

Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti 

nəql olunur.

Bu ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 87 milyon dollar, əsaslı xərclərə isə 41 milyon dollar sərf 

edilib.


“BTC Ko.”nun səhmdarları belədir: BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO 

(6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və ONGC (BTC) 



Limited (2,36 faiz) şirkətləridir.

16


Azərbaycan 9 ay ərzində neft ixracını 1% artırıb

Azərbaycan 2016-cı ilin yanvar-sentyabr aylarında 26 mln. 741,1 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji 

dövrünün göstəricisindən 1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Hesabat dövrü ərzində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $7 mırd. 496 mln. 92 min (azalma 23,9%) 

təşkil edib.

2016-cı ilin yanvar-sentyabr aylarında ixrac edilmiş $4 mlrd. 699 mln. 566,5 min məbləğində neftin bəyan edilmiş həcmi 15 

mln. 743 min ton təşkil edib.

Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub.

17


18

Yanvar-sentyabr aylarında AÇG blokundan neft hasilatı 102 quyudan həyata keçirilib

2016-cı ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” blokundan neft hasilatı 102 istismar quyusundan həyata keçirilib. Bu 

barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 

işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.

«Hesabat dövründə müqavilə blokunda 13 neft hasilat quyusu, 4 

suvurma quyusu və 1 qaz-injektor quyusu qazılıb. Sentyabr ayının 

sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 su-injektor 

quyusu istismarda olub. Hasilat quyularından 5-i BP-nin bütün dünya 

üzrə ən məhsuldar quyularının onluğuna daxildir», – deyə məlumatda 

bildirilir.

AÇG blokunun işlənməyə başladığı dövrdən indiyədək 3 mlrd. bareldən 

çox neft hasil edilib.

Xəbər verildiyi kimi, cari ilin yanvar-sentyabr aylarında ABƏŞ “Azəri”, 

“Çıraq” və “Günəşli” yataqlarından 24 mln. ton neft hasil edib.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb 

və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Layihənin iştirakçıları BP (Böyük Britaniya – 35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8%), Hindistanın “ONGC Videsh 

Limited” (2,72%), Yaponiyanın “Inрex Corр.” (10,96%) və “Itochu Oil” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%) və 

Türkiyənin TPAO (6,75%) şirkətlərdir.

“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” 

yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci 

ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft 

hasilatına başlanılıb.


19

Kanada şirkəti Azərbaycandakı neft yatağından ilk dividendini əldə edib

“Ödənişlər şirkətin gözləntisinə uyğun olaraq “Zenith Aran” şirkətinə oktyabrın 29-da və noyabrın 15-də çatdırılıb. Əlavə xam neft həcmləri 

“Zenith Aran” tərəfindən beynəlxalq boru kəmərləri şəbəkəsinə çatdırılır. “Zenith Aran” xam nefti Şirvan Neft Terminalından daxildə SOCAR boru 

kəmərləri şəbəkəsi vasitəsilə, sonra isə “Transneft” vasitəsilə Novorossiysk (Rusiya, Qara dəniz - Bakı-Novorossiysk boru kəməri ilə) limanına 

çatdırılır. Alternativ olaraq, xam neft Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Aralıq dənizinə də (Türkiyə) çıxarıla bilər”, - deyə məlumatda 

qeyd olunub.

"Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo Azərbaycanda kommersiya əməliyyatlarının sürətli inkişafından məmnun 

olduğunu bildirib: “Sevindirici haldır ki, “Muradxanlı” neftindən ilk ödəniş nəzərdə tutulan tarixdən 2 gün öncə qəbul edilib. İkinci ödəniş bu 

prosesdə bizim inamımızı daha da artırıb. Artıq gündəlik 300 barel hasilatla aylıq ödəniş 360 min dollar təşkil edir. Rəhbərliyin hər zaman bizim 

alıcımızın - SOCAR-ın Marketinq və İqtisadi Əməliyyalar İdarəsinin keyfiyyət və etibarına inamı olub və bizimlə eyni inamı paylaşması üçün bu 

nəticələri beynəlxalq investorlara çatdrımaq vacibdir".

Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. Yataqlar blokunda 

əməliyyatı “Zenith Aran Oil Company” və

SOCAR

-ın yaratdığı "Aran Oil" əməliyyat şirkəti aparır.

Bu il martın 16-da Bakıda

SOCAR

və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının 

daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb.

Sazişi SOCAR-ın prezidenti

Rövnəq Abdullayev

və "Zenith Aran Oil Company”nin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində 

qüvvədə olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Zərdab-Cəfərli” 

yataqlarından avqust-sentyabr aylarında hasil olunan "Ural" neftinin satışından ilk iki ödənişi alıb.

Günel Abbasova © Report.az

Qeyd olunub ki, xam neft Azərbaycan Dövlət Neft Şirkətinin (

SOCAR

Marketinq və İqtisadi Əməliyyatlar 

İdarəsinə satılıb və ödəniş İdarə ilə Azərbaycandakı əməliyyatlar üçün yaradılmış “Aran Oil Operating Company” 

arasındakı sazişə əsasən qəbul edilib


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə