Vaqif sultanli



Yüklə 15,85 Kb.
Pdf görüntüsü
səhifə3/55
tarix04.02.2018
ölçüsü15,85 Kb.
#23925
1   2   3   4   5   6   7   8   9   ...   55

Вагиф
 Султанлы. Щечлик вадиси 
 
9
daşlarına  göz  gəzdirdi.  Baş-başa  verib  durmuşdular.  Farağat 
ə
mri  verilmiş  pərakəndə  əsgər  dəstələrinə  bənzəyirdilər.  Bir 
anlığa  ona  elə  gəldi  ki,  indicə  savaş  əmri  veriləcək,  qəbiris-
tanlıqda  yaranılışdan  bəri  görünməmiş  əlbəyaxa  daş  döyüşü 
başlayacaq, hər şey yerlə-yeksan olacaq. «Niyə insan tuşlandığı 
yolun  səmtinin  qəbiristanlıq  olmağıyla  barışammır,  ayağı  yer 
tutan  gündən  məzara  sarı  getdiyini  unudur?  Unudur  və  bilmir 
ki,  bütün  bu  dava-dalaş,  vuruş  ölüm  üçündü,  ölümü  yaxınlaş-
dırmaq üçündü, ölümün yolunu qət etmək üçündü. İnsan bu yo-
lun mənzili başına yetişmək üçün bu dünyayla savaşa çıxdığını 
da unudur. Unudur və bilmir ki, keçdiyi dolaylar, aşdığı sədlər 
torpağa qarışmaq üçündü, torpağa layiq olduğunu sübut eləmək 
üçündü.  Bilmir  ki,  xilqətin  bircə  yolu  var  –  məzar  yolu;  bö-
yüklü-kiçikli bütün yer üzü bu yoldadı. 
Bəs onda başdaşı nə üçündü? Niyə insan izsiz-tozsuz tor-
pağa  tapşırılmır?  Niyə  insanın  basdırıldığı  yerdə  ona  başdaşı 
ucaldılır? Bəlkə başdaşı insanın ömrünə, həyatına, dərdinə ucal-
dılan abidədi, ömrün davamıdı, ölümdən sonrakı həyatdı? Bəlkə 
başdaşı təsəllidi, aldanışdı...». 
Ona elə gəlir ki, başdaşıları da canlıdı, insan kimi bir-bi-
rilə söhbət eləyir, daş dilində pıçıldaşır, dərdləşirlər. Onların da 
özlərinə  görə  dərdləri,  qayğıları  var,  sevirlər,  sevilirlər.  Ancaq 
işıqdanmı,  insandanmı  qorxduqları  üçün  gündüzlər  daş  yuxu-
suna gedirlər, onların həyatı gecələr başlayır. Ona görə də qəbi-
ristanlıq gecələr vahiməli olur. 
Bir  vaxt  necə  də  istəyirdi  ki,  bu  böyük  qəbiristanlıqda 
başqaları kimi onun da əzizi, doğması olsun, başqaları kimi o da 
bu  qəbirləri  göstərib  öyünə  bilsin.  Uzaq  uşaqlıq  illərindən  bəri 
qəbir  üstə  gələnlərə  həsəd  aparırdı.  Və  böyüdükcə  bu  dərd  də 
arzu kimi, ümid kimi içərisində böyüyürdü... 
Ancaq  indi  birdən-birə  bütün  qəbiristanlıq  ona  doğma-
laşdı və uzaq uşaqlıq illərindən qəlbində doğulan, yaşa dolduq-
ca ildən-ilə boy atıb böyüyən o nisgil ağır-ağır çəkilib getməyə 
başladı. 
«Qəbiristanlığı  uçurub  başdaşılarını  buldozerin  ağzına 
vermək  və  hələ  bu  azmış  kimi  uçurulub  dağılmış  qəbirlərin 
üstündən  yol  çəkmək,  qır  tökmək,  asfalt  döşəmək,  tfu...  Bunu 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
10
fikirləşən  insandımı,  məxluqdumu,  ağlı-şüuru  üstündədimi,  bir 
papağını qabağına qoyub nə iş tutduğunu - bu cəhənnəm – öm-
rünün sonunu - sonrasını fikirləşirmi...». 
Qəbiristanlığın  aşağı  başında  iki-iki,  üç-üç  dəstə-dəstə 
qəbir  qazırdılar.  Bir  həftəydi  ki,  qazhaqazdı.  Meyitlərin  sür-
sümüyünü  yığışdırıb,  başqa  yerə  köçürürdülər.  Kimi  qardaşını, 
kimi  bacısını,  kimi  ata-anasını,  kimi  övladını,  qərəz  köçha-
köçdü.  Səhər  qəti  tapşırıq alıb  çıxmışdı;  qəbiristanlıq  büsbütün 
uçurulmalıydı. Neçə günüydü ki, çınqıl dolu maşınlar gəlib qa-
yıdırdılar.  İş  ləngiyirdi.  Ayın  axırına  kimi  yol  təhvil  verilmə-
liydi.  Bu  gün  ikinci  dəfəydi  gəlirdi;  səhər  gələndə  camaat  ax-
ş
ama  kimi  möhlət  istəmişdi.  Qəbirləri  vaxtında  macal  eləyib 
köçürməyənlər  vardı.  Bəziləri  isə  belə  hadisə  baş  verəcəyinə 
inanmadıqlarından  hələ  qəbirlərə  toxunmamışdılar.  «Sən  bir 
sözə  bax:  «Burdan  tapşırıblar,  burdan  da  çəkəciyik.  Hökumət-
nən  hökumətlik  eləmək  olmaz!».  Camaata  yol  lazımdı  deyin, 
guya ki, hökumət qəbiristanlığı ayaqaltı eləməlidi... Bəyəm hö-
kumət deyir ki, camaatın qəbiristanlığını uçur, dədə-babalarının 
ruhunu təhqir elə?.. Bir də nə hökumət-hökumət salmısan. Bura 
bax,  ə,  hökumət  kimdi?  Bir  məni  başa  sal  görüm  kimdi  höku-
mət?  Susursan?!  Ə,  hökumət  sənsən,  mənəm,  Məmməddi,  Hə-
səndi, Vəlidi...». 
– Əmi, ay əmi! 
Diksindi.  Başını  qaldırdı.  Altı-yeddi  yaşlarında  nimdaş 
paltarlı bir uşaq idi. Əynindəkinə paltar da demək olmazdı, elə 
bil  başdan-ayağa  cır-cındıra  bürümüşdülər.  Dərdli-dərdli  ağla-
yırdı və ağladıqca göz yaşları yanaqları aşağı axır, sifətinin to-
zunu-çirkini yuyub aparırdı. «İlahi, bu uşaq hardan peyda oldu? 
Bunun  boyuna-buxununa  bax,  göz  yaşlarına  bax,  bir  əlcə  uşaq 
da  belə  ağlayarmı?  Bir  əlcə  uşaq  da  qəlbində  dərd,  nisgil  gəz-
dirərmi?  Elə  ağlayır  ki,  deyirsən  bu  saat  əriyib  suya  dönəcək, 
ovulub torpağa qarışacaq... ». 
Uşağın ürəyini gözlərindən oxudu. 
– Əmi, ay əmi! - Uşaq yenə sözünün dalını gətirəmmədi. 
Qəhərləndi.  Qalxıb  uşağın  qolundan  tutdu,  sərt,  qabarlı 
ə
llərilə saçlarına sığal çəkdi. 


Вагиф
 Султанлы. Щечлик вадиси 
 
11
–  Anamın  qəbrini  uçurma,  ay  əmi!  Sən  allah,  uçurma. 
And iç ananın canına ki, uçurmayacaqsan. 
İ
çərisində  birdəncə  gücsüzlük  duydu  və  bu  duyğu  yuxu 
kimi,  yorğunluq  kimi  ağır-ağır  vücuduna  yayılmağa  başladı. 
Ona elə gəldi ki, indi, durduğu yerdə qəfildən ürəyi dayanacaq. 
Uşaq inad eləyirdi: 
– And içirsənmi? De görüm and içirsənmi? 
«İndi  nə  cavab  versin  uşağa,  necə  başa  salsın,  nə  yolla 
ovutsun onu. Nə cür desin ki, bu iş borcdu, tapşırıqdı, onlu da, 
onsuz da görülməlidi, ona qalsa, bircə qəbrə də toxunmaz, ona 
qalsa...». 
Bir həftəydi ki, gecə yuxu nə olduğunu bilmirdi. Bir azca 
gözləri çimir alan kimi cəsədlər, skeletlər gəlib yuxusuna dolu-
ş
urdu, gecəni səhər eləyənə qədər onunku ona dəyirdi. 
Qəbiristanlıqda  qızğın  iş  gedirdi.  Adamlar  bu  saatca  hər 
ş
eyin  yerlə-yeksan  olacağından  qorxurdular.  Bellə,  külünglə 
torpağı qazıb tökür, sür-sümüyü xərək-xərək daşıyıb Babalı ba-
ğ
ının  yuxarısındakı  təzə  qəbiristanlıq  yerində  basdırırdılar. 
Uzaqdan təzə qəbiristanlıq yerinə baxanda adama elə gəlirdi ki, 
bütün bu yaxın kəndlərə nə isə ağır, dəhşətli qırğın üz verib və 
bir  belə  insan  cəsədinin  birdəncə  basdırılmağı  da  həmin  fəla-
kətlə bağlıdı. 
Hacı  Mahmud  babanın  qəbrinin  üstündə  tikilmiş  ağ 
günbəzi söküb təzə qəbiristanlıq yerinə daşımışdılar. Hacı Mah-
mud  babanın  qəbri  də  köçürülmüşdü.  Günbəzin  kərpic  və  də-
mirlərini daşıyıb qəbrin ətrafına yığmışdılar, ara sakitləşən kimi 
tikintiyə başlanacaqdı. 
Qalxıb buldozeri söndürdü. Camaat tamam dağılışmamış 
işə  başlamayacaqdı.  İndi  Miriş  olaydı  burda,  onun  buldozeri 
söndürməyini görəydi, böləydi itən vaxtı dəqiqələrə, saniyələrə, 
sonra da vuraydı aya, günə. Onda oğul istəyirdi onun qabağında 
dayana. Çəkdiyi papirosun tüstüsünü gözlərindən buraxa-buraxa 
yeddi arxa dönəninə söyəcəkdi. Papirosu basıb gözündəcə sön-
dürəsən əclafın... 
Qəbiristanlıqda iş qurtarana qədər gözləyəcəkdi. Lap Mi-
rişin  dədəsi  xortdayıb  qəbirdən  gəlsə  yenə  tələsən  deyildi.  Sö-
yürsə,  qoy  söysün,  havadı,  küləkdi.  Yeri  gələndə  adamı  dan-


Yüklə 15,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə