ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İBN QƏYYİM Covziyyə TərCümeyi-halI



Yüklə 5,57 Mb.
səhifə11/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

İBN QƏYYİM Covziyyə

TərCümeyi-halI


Məfatihül-cinankitabının məllifi mühəddis Qumi özününƏl-kuna vəl-əlqabadlı dəyərli kitabında İbn Qəyyim barəsində yazır: “Onun adı Məhəmməd ibn Əbu Bəkr Hənbəli olmuşdur...”2 Dehxuda isə onu belə qeyd edir: “Şəmsəddin Əbu Əbdillah Məhəmməd ibn Əbu Bəkr ibn Əyyub Zəri 691-ci hicri ilinin səfər ayının 7- (1292-ci il yanvarın 29-da) dünyaya gəlmişdir. Onun üçünİbn Qəyyim Covziyyəadlanmasına gəldikdə isə, bunun səbəbi onun atası, yaxud babasının DəməşqdəCovziyyəmədrəsəsinin idarə olunmasını öhdəsinə alması idi.”3

Şübhəsiz, İbn Qəyyimin atası “Covziyyə” mədrəsəsində işlədiynə görə hənbəlilərin rəy və əsərləri ilə tanış olmuşdur. Ehtimal verilir ki, bu məlumatlar uşaqlıq çağlarında onun övladına keçmişdir. Çünki, onu İbn Qəyyimin ustadlarından biri hesab etmişlər. İbn Qəyyimin həyatı, eləcə də ideoloji cəhətdən nə cür yetkinliyə çatması barədə heç bir məlumat yoxdur.

Onun şagirdlərinin, o cümlədən, İbn Kəsir İbn Rəcəbin onun həyatı barəsində müəyyən mətləbləri qeyd etmələrinə baxmayaraq, İbn Qəyyimin uşaqlıq yetkinlik dövrləri barəsində dəqiq məlumatları yoxmuş əksər hallarda onun fikri cəhətdən yetkinliyə çatıb püxtələşdiyi dövrdəki elmi dini şəxsiyyətinə işarə etmişlər. Onun öz yazıları da, hətta həyatının külliyyatı da uşaqlıq cavanlıq dövrlərindəki vəziyyətini aydınlaşdırmır. Sanki, onun mədəni həyatı Təqiyuddin İbn Teymiyyənin elmindən bəhrələndiyi dövrlərdən başlayır. Əlbəttə, bu o demək deyil ki, İbn Qəyyim İbn Teymiyyənin hüzuruna çatdığı vaxtlardan qabaq fikri mədəni həyata qədəm qoymamışdır. Şübhəsiz, o VII əsrin axırlarında VIII əsrin əvvəllərində dövrün bəzi elmlərinə yiyələnmiş o zamanın ustadlarından çoxunun yanında elm öyrənmişdir. Belə ki, o, İbn Əbil Fəth Bəli (709 h.q ildə vəfat edib) Məcduddin Tunisinin (818 h.q ildə vəfat edib) huzurunda ərəb ədəbiyatını, o cümlədən Əbul BədanınƏl-müləxxəsini, İbn MalikinƏlfiyyəsini, İbn UsfurunKafiyətuş-şafiyəƏl-müqərribkitabının bəzi hissələrini Məcduddin Sərrafinin yanında (729 h.q ildə vəfat edib) oxumuş, fiqhi kitablardan Əbül Qasim HərəqininMüxtəsər”, İbn QüdaməninƏl-muğnikitablarını öyrənmiş, üsul kəlamı Səfiyuddin Hindidən dərs almışdır. Eləcə Fəxri RazininƏl-ərbəinu vəl-mühəssəlkitabını onun yanında oxumuşdur... İbn Şirazidən, İbn Məktumdan, ibn Əbdid Daimdən, Təqiyuddin Süleyman Mütimdən, Şahabuddin Nablusidən İbrahim ibn Məhəmməd ibn Cövhərin qızı Fatimədən hədis eşitmişdir. Əgər Mərağinin dedikləri düzgün olsa, İbn Qəyyim İbn Teymiyyənin hüzuruna çatmazdan əvvəl, yəni 712-ci hicri ilindən əvvəl sufiliklə tanış idi sufiliyə meyl göstərirdi. Bütün bunlarla belə, İbn Qəyyimin öz yazılarından başqalarının onun barəsindəki uzun ya qısa söhbətlərinin məcmusundan aydın olur ki, onun təhsili cavanlığının sonlarına yaxın dövrdə çiçəklənib təkmilləşmişdir. Yəni İbn Qəyyim 21 yaşında ikən İbn Teymiyyənin Qahirədən Dəməşqə qayıtdığı 712-ci ildə ona qoşulmuş onunla 16 il bir yerdə olmuş ondan çox faydalanmışdır...1

Həqiqətdə İbn Qəyyim, İbn Teymiyyənin ən fəal işgüzar şagirdlərindən sayılırdı. Hətta bəziləri onu İbn Teymiyyənin səhabələrinin başçısı hesab etmişlər1. O, öz ustadının bütün fikir əqidələrini qeydsiz-şərtsiz qəbul etmiş onun xüsusi şəxsiyyətini qorumaqla yanaşı, həm onun sözlərini nəql edərək yaymışdı. O da ustadı kimi dövrünün bütün elmlərində (təfsir, hədis, üsul firui-fiqh) məharətli idi onun kimi, İbn Ərəbinin təlimlərindən qaynaqlanan ittihadiyyə yolu ilə qəti şəkildə müxalif idi. Lakin onun əksinə olaraq sufilikdən çox təsirlənmişdi o dövrdə İslam ölkələrində çox şöhrətə malik olan Xacə Əbdüllah ƏnsarininMənazilüz-zairinkitabına xüsusi maraq göstərirdi. İbn Qəyyim öz ustadına nisbətən çox az mübahisə edirdi. Lakin o əksər hallarda mövizə edərdi.”2

Şagirdin ustadından (İbn Qəyyimin İbn Teymiyyədən) təsirlənməsi barəsindəƏd-dürərul-Kaminətukitabında belə nəql olunur: İbn Teymiyyənin məhəbbəti İbn Qəyyimə o qədər təsir etmişdi ki, onun sözlərindən heç bir vəchlə kənara çıxmır, bütün işlərdə onun sözü ilə kifayətlənirdi. Məhz o, ustadının kitablarını təhzib edərək (müəyyən qədər xülasələndirərək) elmini yayırdı.” Bu barədə doktor Nəzar Rza, İbn Qəyyimin yazdığıƏxbarun-nisakitabının müqəddiməsində belə yazır: “O İbn Teymiyyədən ən çox bəhrələnmiş, onun sözlərini təfəkürünü qəbul etmiş fikirlərini yaymağa başlamışdı. O, ustadı ilə əməl rəydə şərik idi.”3

İbn Qəyyim İbn Teymiyyənin düşüncələri, rəyləri təlimatı ilə tanış olduqdan sonra onun sözlərindən təsirləndiyinə görə Xəlilullahın (ə) məqbərəsinin ziyarətinə getmək səfərini inkar etdi buna görə həbs edildi. Bu hadisə 726- ildən qabaq baş verməliydi. Çünki, bu dövrdə bir daha olaraq ustadı İbn Teymiyyənin təəssübkeş fikir rəyləri xatirinə Dəməşq qalasında həbs edilmişdi məhz həmin zindanda İbn Qəyyim Quran ayələrində dərindən fikirləşməyə başlamışdır.”4

728-ci hicri ilində İbn Teymiyyə öldükdən sonra İbn Qəyyim zindandan azad edildi. Onun zindandan azad olduğu dövrdən Şam karvanı ilə həcc səfərinə getdiyi 731-ci ilə qədər mövcud şərait barəsində dəqiq məlumat yoxdur.1 Amma aydındır ki, “ona maneçilik törədilirdi. Çünki, ölkənin dövlət adamları İbn Teymiyyənin yeni hənbəli məzhəbi müqabilində maneçilik törədirdilər.”2 Bu maneçiliklərə baxmayaraq hənbəlilər onu İbn Teymiyyənin ən vəfalı doğruçu nümayəndəsi hesab edərəkCovziyyəmədrəsəsində onun imaməti ilə namaz qılırdılar. Bundan əlavə, İbn Qəyyim bu illərdə özünün bəzi əsərlərini yazmağa səy göstərirdi. İbn Teymiyyənin ardıcılları olan bəzi hənbəlilər onun fətvalarını aşkar etmək üçün ona müraciət edirdilər. Ehtimal verilir ki, həmin illərdə onun dərs məclisləri bərqərar olurdu.”3 Belə ki, 736- il rəcəbin 2- ilk dəfə olaraq Nəcmuddin ibn Xalixanın Dəməşqin Ğutə bağlarındaTumaŞərqiqapısının darvazasının kənarında tikdiyi məsciddə xitabə söylədi.4

Şübhəsiz, İbn Teymiyyənin dərsləri 743- qəməri ilində daha ümumi rəsmi xarakter aldı. “Çünki, həmin ilin səfər ayından etibarən, onu hənbəlilərin Dəməşqdəki mədrəsələrindən digər bir mühümü sayılanSədriyyəmədrəsəsində tədrislə məşğul olduğunu görürük.”5 O, bu mədrəsədə tədris etdiyi vaxt İbn Teymiyyənin fətvalarının bəzilərini xatırladırdı. Bu da onun Təqiyuddin Səbki kimi ən böyük müxaliflərindən olan bəzi şəxslərin müxalifətinə səbəb olmuşdur6. İbn Qəyyim təqribən səkkiz ilSədriyyəmədrəsəsində tədris edərək hənbəli fiqhində şagird yetişdirdi nəhayət 751-ci il rəcəb aynın 23- Dəməşqdə dünyadan getdi. O, “Babus-səğirqəbristanlığında öz anasının yanında dəfn edildi. Oğlu (Şərəfuddin Əbdüllah) “Sədriyyəmədrəsəsində atsının yerində oturdu.1

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə