ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İBN QƏYYİM CovziyyəNİ ŞAgİRDLƏRİ



Yüklə 5,57 Mb.
səhifə12/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

İBN QƏYYİM CovziyyəNİ ŞAgİRDLƏRİ


İbn Qəyyimin yanında çoxları şagirdlik etmişlər. Xüsusilə onun “Sədriyyə” mədrəsəsində tədrisi nəticəsində hənbəli fiqhində çoxlu şagirdlər yetişmişdi. Onlardan aşağıdakıları qeyd etmək olar:

1. İbn Kəsir. onun öz dediynə əsasən o, İbn Qəyyimə hamıdan artıq yaxın idi.

2. İbn Rəcəb. O, ustadından ömrünün axırına qədər bəhrələnmiş və özünü alim hesab etmişdir.

3. Şəmsuddin Məhəmməd ibn Əhməd ibn Əbdül Hadi Müqəddəsi Cəmmaili (744 h.q) O, VIII hicri əsrinin məşhur mühəddislərindəndir.

4. Şəmsuddin Məhəmməd ibn Əbdul Qadir Nablusi Hənbəli (797 h.q). O, İbn Teymiyyənin yazılarının çoxunu onun yanında oxumuş fiqhi ondan öyrənmişdir. Bunlardan əlavə, İbn Qəyyimin məşhur sayılan tələbələrindən biri Burhanuddin İbrahimdir (767h. q). O, atasının yanında fiqh nəhvi öyrənmiş, İbn MalikinƏlfiyyəsinə şərh yazmışdır. Digəri isə Şərəfuddin Əbdüllahdır ki, öz dövrünün fəzilətli adamlarından sayılırdı atasının vəfatından sonraSədriyyəmədrəsəsində tədris kürsüsündə oturmuşdu.2

İBN QƏYYİM CovziyyəNİN ƏQİDƏ VƏ rəyLƏRİ

TÖVHİD MƏSƏLƏSİ


İbn Qəyyim sələfi məzhəbində idi sələfilərin nəzərlərində əsər-əlamət görünməyən fəlsəfi, irfani elmi məlumatların çoxunu qəbul etmirdi. “İbn Qəyyimin çoxlu yazılarında təkrar olunan rəylərin əsası tövhid məsələsidir... Çünki, tövhid məsələsi sələfilərin nəzərində ən əsaslı ümdə məsələlərdəndir. O tövhidə yalnız elmi ilahi yöndən diqqət yetirmir, həm ona fərdi ictimai davranışda mühüm bir qisməti əhatə edən insani əsil kimi baxırdı3

QURANIN TƏFSİRİ VƏ şərhi


İbn Qəyyimin Quran, onun təfsiri şərhi barəsindəki məlumatları da onun yazılarının böyük bir hissəsini əhatə edir. O öz təsəvvürlərinin çoxunu təkcə ustadının adına yazmamış, əksinə xırda surələr barəsində kiçik təfsirlər yazmışdır. Bundan əlavə, özünün sələfiliyə meylinə uyğun olaraq təfsirlərdə onların rəy nəzərlərinə çox etimad edirdi. Amma bu, onun səhabələrin tabeinin sözlərinə çox istinad etməsi mənasında o deyildi ki, özünün sələfiliyə uyğun olan istinbatlarında bədəli rəy etiqadlarında Quran ayələrini təfsir etməmiş olsun. O, batini firqələrin hamısının şərhlərini səhv batil hesab etməkdən əlavə, İslamda baş verən üsul fiqh əhlinin son dövrlərdəki ardıcıllarını özünə məftun edən şərhi bir cinayət hesab edirdi. O, “təfriqə hədisindəo kəsləri yolunu azmışlar hesab edirdi ki, onlar şərhlərə rəğbət edirdilər. Amma onun özü bəzən Quranda şərhə yol verirdi.4

HƏDİS ELMİ


İbn Qəyyimin vahid xəbərlərin tanınmasında seçdiyi yolu, hər hansı bir hədisin mövzu kimi tanınmasındakı mövcud olan qayda-qanunları göstərməsi və hədislər əsasında bir silsilə Peyğəmbər (s) həyat və fəaliyyətinin yazılması onun hədis və rəvayətlər barəsində tam məlumata malik olduğunu göstərir. Öz dövrünün fəqihləri sırasında “Müfti İbn Qəyyim” ünvanı ilə tanınmışdı və o, müxtəlif dövrlərə uyğun olaraq fətvaların, hökmlərin və işlərin idarə olunmasının dəyişilməsi nəzəriyyəsinə inanırdı. Onun nəzərinə görə, hakimlərin istifadə etməli olduqları hizbi siyasətlər, dövrün keçməsi və müxtəlifliyi ilə dəyişir və bəzilərinin səhvi bundadır ki, Rəsuli-Əkrəmin (s) və səhabələrin öz dövrlərində istifadə etdikləri bu kimi tədbirləri əbədi şəriət kimi qəbul etmiş və ondan kənara çıxmağı rəva bilməmişlər. Buna görə də qədimlərin tərəfindən görülən hər hansı bir tədbir varsa dəqiq şəkildə araşdırılmalıdır. Onun hərtərəfli və daimi qanun olmasımı, yoxsa dövrün məsləhətinə tabe olan zaman və məkan şərtləri ilə hüdudlanan bir tədbir olmasını arşdırmaq lazımdır. İbn Qəyyim “Ət-turuqul-hikmətiyyə” kitabını məhz buna görə yazmışdı ki, çoxlu şahidlər gətirməklə keçmiş insanların camaatın hüququnu dirçəltmək üçün məhkəmə məqamında, cəmiyyətdəki işlərin idarə olunmasında və müsəlmanların ümumi mənfəətinin təmin olunmasında əqli tədbirlərdən necə istifadə olunmasını göstərsin. O, kitab və sünnədə gələn və icazə verilən üslubları məhdud hesab etmirdi.

İbn Qəyyimin əqidə rəylərindən biri onun başqa məqsədlə deyil, yalnız ziyarət məqsədi ilə səfərə getməyin inkar edilməsi barəsində nəzəriyyəsini qeyd etmək olar. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, bu nəzəri bildirdiyinə görə onu həbs etmişdilər. O həm inanırdı ki, qəbirlərin üzərində məscid məqbərə tikmək əsla rəva deyildir.1

FƏLSƏFƏ, HİKMƏT VƏ SUFİLİK


Üsuli-dində şəriət haqqında fəlsəfi düşüncə İbn Qəyyimin dövründəki fikri ideoloji ənənələrdən biri idi ki, o da həmin fikirlərlə mübarizə aparmış onu qeyri-dini fikir ənənələr kimi qələmə vermişdi. O, hikmətdə İbn Teymiyyənin əsər rəylərinin təsiri altına düşmüş, fəlsəfi rəylərin inkar olunmasında ustadının fəlsəfəçilərin sözlərini məlumatlarını batil etmək üçün çox da təsiri olmayan sözlərinə nəzər salmışdır. İbn Qəyyimin təsəvvürünə görə fəlsəfənin mənşəyi elə bir dövrə gedib çatır ki, İblisin şübhələri ilə əql nəqlin müarifəsindən (qarşılıqlı olaraq bir-birini təqdim etməsindən) başlanmışdır. İbn Qəyyim görkəmli yunan filosoflarından olan Sokratın tövhidçi, Allahın sifətləri ilə tanış olan məada inanan bir şəxs olduğunu qəbul edirdi. O, bütlərə ibadət etməyi inkar edərək aləmin hadis olmasına inanan Əflatunu da qəbul edirdi. Lakin yunan əqli elmlərini rədd etdiyinə görə əksər hallarda Ərəstuya (Aristotelə) nəzər yetirirdi ki, İbn Qəyyimin nəzərinə görə o aləmi qədim hesab etmiş, lakin, başqa fəlsəfənin təsiri altına düşmüşdür. O, Ərəstunun sözlərinə etina edən, onubirinci müəllimadlandıran onun məntiqini əqli istidlalın meyarı hesab edən filosofların çoxunu mülhidlər (dinsizlər) sırasında hesab edirdi.”2

“İbn Qəyyimin fəlsəfə, eləcə də Farabi, İbn Sina, Məhəmməd ibn Zəkəriyya Razi və xüsusilə Xacə Nəsirəddin Tusi kimi filosoflar barəsində səthi yanaşmasına baxmayaraq, onun sufiliklə, xanəgah (şeyxlərin və dərvişlərin oturub-durduğu evlər) ədəbləri, eləcə də fəlsəfi irfanla qarşılaşması halları onun malik olduğu məlumata görə daha artıq baş verirdi. Onun bu barədə də təhqiqatçı və kamil mərifətdən faydalanmadığına baxmayaraq, onu mərifət əhlinin elminə agah olan, irfanın dəqiq məsələlərini anlayan, sufiliyin mətnlərini və sufinin böyük şəxsiyyətlərini tanıyan bir arif hesab etmişdilər...

Onun sözlərinin məzmunundan aydın olur ki, o, təsdiq olunması kitab və sünnədə görünməyən, yaxud sələfilər tərəfindən təsdiq edilməyən irfani təsəvvürləri və xanəgah ədəblərini qəbul etmir, hətta iddia edirdi ki, sufilərin vəziyyətlərini və məlumatlarını əməllə qarşılaşdırmaq, onun düz olub-olmamağını isə elm yolu ilə öyrənmək lazımdır.

İbn Qəyyimin xanəgah öyüd-nəsihətlərinə yazdığı tənqidlər və rədlər, eləcə də onun vəhdəti-vücuda inananlarla apardığı mübarizə o vaxt qüvvətləndi ki, İbn Teymiyyənin bu barədə yazdığı əsərləri üzərində fikirləşməyə başladı. Onun sufi öyüd-nəsihətlərinə irad tutmasına, onları xəvaricdən və mötəzilə sinfindən saymasına baxmayaraq, sufilərin inanclarına, ixtilaflarına və adətlərinin bəzilərinə edilən tənqidləri haqlı bilirdi. Çünki onlar kef əhlidir və sufiliyə aşiqcəsinə bağlıdırlar.

Lakin, məcmu etibarı ilə İbn Qəyyimin sözünün məğzi əslində xələf xanəgahların ardıcıllarına yönəlir onları cəhalətdə ittiham edirdi. Amma Cüneyd, Bayəzid Bəstami, Səri Səqəti kimi sələf sufilər onun nəzərində Qurana sünnəyə riayət edərək bu ikisinin arasında seyri-süluk edən ariflərdən hesab olunuru.”1

İBN QƏYYİM CovziyyəNİN ƏSƏRLƏRİ


İbn Qəyyim bir çox elmi etiqadi əsərlər yazmışdır. “Səxavi onun 52 əsərini qeydə almışdır.”2 Amma onun qədər yazı əsər yazması barəsində ixtilaf mövcuddur. Şübhəsiz, “İbn Qəyyimin əsərlərində bir neçə məsələyə diqqət yetirməliyik. Biri bundan ibarətdir ki, onun əsərləri dini-məzhəbi mübahisələri əhatə etdiyinə görə son yüz illiklərdə onun tərəfdarları, xüsusilə onun rəylərindən istinbat edən sələfilər qəsdən təhrifə yol vermişlər. Buna görə onun əqidə rəylərinin düzgün şəkildə araşdırılıb tənqid edilməsi gərək onun əsərlərinə yazılan tənqidi düzəlişlər, yaxud əsl nüxsələr əsasında baş versin. Digəri bundan ibarətdir ki, onun dini-mədəni nəzərlərinin rəylərinin mənşəyi İbn Cövzi İbn Teymiyyə kimi sələfilərin əsərləri olduğundan bu iki şəxsin əsərlərini İbn Qəyyimdən qabaqkı hənbəlilər araşdırıb təftiş etmək hətta düzəliş aparma nəticəsində kifayət qədər istifadə etmiş olsunlar. Eləcə , İbn Qəyyimin məşğul olduğu mövzuların təkrar müştərək olması, (ona çox əhəmiyyət verdiyinə görə) onun əsərlərinin araşdırılmasında nəzərə alınmaya bilməz.”1

İndi İbn Qəyyimin əsərləri barəsində qeyd olunan müqəddiməyə diqqət yetirməklə onun əsərlərini təqdim edirik: Cənab Humayun Himməti öz kitabının bir hissəsində İbn Qəyyimin əsrlərinin siyahısını belə qeyd etmişdir:

“Əlamul muqiin ən Rəbbil-aləmin”, (yaxud kamil müftinin İbn Teymiyyənin əqidələrinə müvafiq üsuli-dində yolgöstəricisi) “Bədayiul-fəvaid”, “Əxbarun-nisa”, “İğasətül-əfham min məkaidiş-şeytan”, “İğasətul-əfham fi hökmi təlaqil-ğəzbani vəs-səkran”, “Əttibyanu fi əqsamil-Quran”, “Cəlaul-əzham fis-səlati vəs-səlami əla xeyril-ənam”, “Əl-cəvabul-kafi limən səələ ənid-dəvaiş-şafi”, “Hadil-ərvah ila biladil-əfrah”, “Zadul-məad fi hədyi xəyril-ibad”, “Kitabus-səlati və hökmu tarikiha”, “Uddətus-sabirin və zəxirəruş-şakirin”, “Əl-kəlimut-təyyib”, “Təfsirul-müvəztəteyn”, “Mədaricus-salikin” (Xacə Əbdüllah Ənsarinin “Mənazilus-sairin” kitabına şərhdir və bunu hənbəli sufilərin məzhəbinin şah əsəri hesab etmək olar), “Ətturuqul-hökmiyyə”, “Əl-vabilus-səyyubu minəl-kəlmit-teyyib”, “Əssəvaiqul-mürsələtə ələl-cuhəmiyyəti vəl-müəttilə”, “Rovzətul-muhibbin və nuzhətul-muştaqin”.

Həmçinin qeyd olunur ki, İbn Qəyyimsiyasətdə İbn Teymiyyənin fikirlərindən ilham almışdır. Bu onunHisbə”, “Kitabus-siyasətiş-şəriyyəadlı kitablarında qeyd olunmuşdur.” Üsuliddin haqqında yazdığıQəsidətun-nuniyyə” (Axırı «nun» hərfi ilə bitən qəsidə) əsas etibarı ilə «İttihadiyyə» əqidəsi ardıcıllarını rədd etmək üçün (şer şəklində) yazılan etiqadnamədir.1

Cənab Himmətinin inancına görə “hazırkı dövrdə də İbn Qəyyimin əsərləri təkcə vəhhabilərin arasında deyil, hətta sələfilərin, həmçinin Afrikanın şimalındakı İslami yığıncaqlarda çoxlu oxucuları vardır.” Şübhəsiz, İbn Qəyyim öz ustadı İbn Teymiyyə kimi etiqadi məsələlərdə çoxlu səhv və yanlışlıqlara düçar olmuşdur. Onların biri də Allahın hissi duyğularla görünə bilməsi məsələsidir ki, o özünün uzun-uzadı “Kafiyətuş-şafeiyyə” qəsidəsində İbn Teymiyyə kimi aşkar şəkildə bu xəta və yanlış mətləbi etiraf və bəyan etmişdir. Ümumiyyətlə, İbn Qəyyim də özünün ideoloji müəllimi və rəhbəri kimi etiqad bölməsində çoxlu səhvlərə və inhiraflara düçar olmuşdur. Onun fikirləri də vəhhabi firqəsinin banisi (yəni Məhəmməd ibn Əbdül-Vəhhab) tərəfindən istifadə olunmuşdur və vəhhabilərin dərin köklərə malik olan bu azğın fikirləri, eləcə də Əhməd ibn Hənbəl, İbn Teymiyyə və İbn Qəyyimin azğınçı fikirləri İslam cəmiyyətində çoxlu təfriqələrin və nifaqların yaranmasına səbəb olmuşdur. Biz kitabın başqa bölməsində hənbəli məktəbinin, onun çox təəssübçü, puç əqidə və rəylərinin yaranmasında mühüm rol ifa edən Ali Əbdül-Hadi barəsində söhbət edəcəyik.

ALİ ƏBDÜL-HADİ


Ali Əbdül-Hadi (Əbdül-Hadi sülaləsi) hənbəli məzhəbinin VII əsrdən sonrakı fəqihlərindən hesab olunur.2 Onlar Şeyx Əhməd ibn Məhəmməd ibn Qüdamənin qardaşı Yusifin övladlarından olduğundan onların barəsində məlumat əldə etmək üçün əvvəlcə Ali Qüdaməni araşdırmalıyıq. Şübhəsiz, Ali Qüdamə əslən fələstinli hənbəli məzhəbli bir sülalə olmuşlar. Onların içindən çoxlu fəqihlər, müsnədçilər, hafizlər qazilər çıxmışdır ki, onların hənbəli məktəbinin yayılmasında göstərdikləri elmi-dini fəaliyyətlər Fələstin, Dəməşq, Misir, Bəəlbək Bağdadda çox təsirlər qoymuşdur.

Ali-Qüdamə Nablosun tabeçiliyində yerləşən Cəmmail, yaxud Cəmmain kəndində yaşayan Qüdamə ibn Miqdam ibn Nəsir ibn Əbdüllaha mənsub edilir. Hazırkı dövrdə əsas etibarı ilə hənbəli məktəbi Əhməd ibn Hənbəlin təlimləri əsasında qoyulan bu kəndin dini məzhəbi işlərinin rəyasəti bu sülalənin öhdəsinədir. Həqiqətdə Ali-Qüdamənin elmi həyatı səlibçilərin miladi tarixi ilə V əsrin axırlarında XI əsrin əvvəllərində Beytül-müqəddəsi işğal etdikləri zaman faəliyyətə başladı. Bu barədə Böyük İslam Enskilopediyasında belə qeyd olunur: “...492-ci h.q ilində (1099-cu miladi) Beytül-müqəddəsin səlib yürüşləri nəticəsində süqut etməsinin ardınca səlibçi əmirlər feodal surətinə düşdülər camaatın ictimai fərdi həyatına çoxlu əngəllər təzyiqlər törətdilər. İşsizlik, ağır xərac vermək, həbs edilmək, hətta ayaqlarının kəsilməsi bu kimi müxtəlif işgəncələr altında olan Cəmmail əkinçiləri onun ətrafındakı kəndlərin sakinləri özlərinə təskinlik vermək üçün Şeyx Əhmədin sözlərinə itaət etdilər. Məhəmməd ibn Qüdamə daha sonra onun oğlu Əhməd nəvəsi Məhəmməd Əbu Ömər Cəmmail kəndinin dini işlərini öhdəsinə aldılar. O zamanda səlibçilər tərəfindən Cammailə hakim olan Əhumən ibn Barizan əkinçilərin Şeyx Əhmədin ətrafına toplaşmalarını bəhanə edərək onları işdən çıxarıb onu öldürmək qərarına gəldi. Buna görə Əhməd 551-ci h.q ilində (1156- miladi) Nuriddin Məhəmməd ibn Zəncinin fərmanı altında olan Dəməşqə köçdü. Bu da elmi fəaliyyətlərin hicri tarxi ilə VI əsrin ortalarından XI hicri əsrinə qədər davam etməsinə şərait yaratdı. Ali-Qüdamə əvvəlcə DəməşqinƏbu Salehməscidində olur Şeyx Əhməd orada hənbəlilərə imamət edirdi. Amma Cəmmail başqa kəndlərin əhalisinin çoxunun köçməsi orada köçkünlərin işini çətinləşdirdi onların arasında çoxlu xəstəliklər yayılmağa başladı. Digər tərəfdən, hənbəli məzhəbinə malik olmaq da onlar üçün çoxlu çətinliklər törətdi. Təqribən üç ildən sonraƏbu Salehməscidini tərk edib bundan əvvəl öz ölülərini dəfn etdikləri Qasiyun dağının ətəyinə köçdülər. Bundan sonra həmin məntəqə onların adına olaraqSalehiyyəadlandırıldı. Şeyx Əhməd oradaDeyrul-hənabiləni tikdi ki, hal-hazırdaCameul-hənabilə” (hənbəlilərin mərkəzi) adlanır. Onun əsərləri hələ qalmaqdadır. Sonra orada çoxlu evlər, bazarlar, mədrəsələr məscidlər tikdilər. Beləliklə Salehiyyə dini elmi fəaliyyət mərkəzindən birinə çevrildi hənbəli məzhəbinin Dəməşqdə, Misirdə, Bəəlbəkdə Bağdadda yayılmasını öhdələrinə aldılar. Ali-Qüdamə alimlərdən əlavə, çoxlu qazilər yetişdirmişdir ki, Dəməşqin qazil-qüzatlıq vəzifəsi dəfələrlə onların öhdəsində olmuşdur.1

Qeyd olunanlara diqqət yetirməklə məlum olur ki, Ali-Qüdamə əvvəlcə İbn Hənbəlin, sonralar isə İbn Teymiyyənin əqidə rəylərinin təsiri altında oldu (İbn Teymiyyənin özü bu sülalənin şəxslərinin bəzi şagirdlərindən idi) hənbəlilərin quru təəssübkeş təlimlərini Dəməşqdə, Misirdə, Fələstində Bağdadda yaydılar. Belə ki, sonralar, XII əsrdə Məhəmməd ibn Əbdül-Vəhhab (vəhhabiliyin banisi) o nahiyələrə etdiyi səfərdə Ali-Qüdamənin, xüsusilə bu sülalənin digər bir şaxəsi olan ibn Əbdül-Hadinin əqidə rəylərinin təsiri altına düşdü. Özünün bəzi məlumatlarını da bu sülalədən əxz etdi. Ali Əbdül-HadiAli-Qüdamənin şaxələrindən biri Qüdamət ibn Miqdamın nəvəsi Yusifə mənsub edilir ki, İbn Hənbəlin səthi görüş əqidələrinin (sonralar da xüsusilə İbn Teymiyyənin əqidələrinin) Fələstində, Misirdə, Dəməşqdə Bağdadda inkşaf etdirilib rövnəqlənməsində böyük rol ifa etmişdir. Bu sülalənin hənbəli məzhəbində olan hədisə meyl edən şəxsləri hədisləri əxz etməkdə (onların səhih, zəif s. olmasına əsla diqqət yetirmədən) çalışdılar onları sonrakı nəsillərə ötürməklə əməli olaraq çoxlu çətinliklərə giriftarçılıqlara səbəb oldular. Məhəmməd ibn Əbdül-Vəhhab hicri tarixi ilə XII əsrdə müxtəlif şəhərlərə (o cümlədən, ibn Əbdül-Hadinin hədis eşitdiyi dediyi şəhərlərə) səfər etməklə əməli olaraq hənbəlilərin zahirə meyl edən təəssübçü əqidələrinin, xüsusilə İbn Teymiyyə onun şagirdlərinin əqidələrinin təsiri altına düşdü. Onun özündə mövcud olan zəminələrə diqqət yetirməklə (bunlar sonradan qeyd olunacaqdır) İslam dünyasında sonralar atası Əbdül-Vəhhaba mənsub edilən vəhhabi firqəsi kimi tanınan azğın bir firqənin bünövrəsini qoydu Səudiyyə sülaləsinin qılınc qüdrəti ilə Nəcdə Hicaza hakim kəsilərək müsəlmanların arasında çoxlu nifaq, təfriqə nifrətin yaranmasına səbəb oldu. Vəhhabilər kitab sünnəninmüsəlmanları dostluq məhəbbətlə bir-birinə qovuşdurmaq lazımdır, nəinki onların arasında nifrət düşmənçilik yaradıb onların bəzilərini kafir saymaq, onları vurmaq, hörmətsizlik göstərmək təcavüz etməkbuyuruğuna əməl etmədilər.1 Çoxlu düşmənçiliklər müsəlmanların arasında kütləvi qarət qətllərin mənşəyi oldu. İndi isə müxtəlif şəhərlərdə hədis deyən hədis ya eşidən ibn Əbdül-Hadi kimi məşhur şəxs barəsində söhbət açırıq:

1. Əbdül-Məlik ibn Yusif ibn Məhəmməd ibn Qüdamə (622-ci h.q. 1225-ci miladi) bir fəqih və mühəddis kimi Əbul-Fərəc Yəhya ibn Mahmud Səqəfidən hədis rəvayət etmişdir

2. Şəmsuddin Əbu Əbdillah Məhəmməd ibn Əbdül-Hadi (550-658-ci h.q. 1155-1260-cı miladi). O, Məhəmməd ibn Həmzə Əbi Səqər, Əbdür-Rəzzaq Nəccar, Yəhya Səqəfi və sairlərdən hədis dinləmişdir. O, Şəhdətil-Katibədən icazə ilə hədis rəvayət edən axırıncı şəxsdir. Demyati və başqaları da ondan hədis rəvayət etmişlər. Nəhayət yaşı yüzdən artıq olduğu halda Nablosun tabeçiliyində olan Saviyə kəndində tatarların əli ilə öldürülmüş və orada dəfn edilmişdir.

3. İmadüddin Əbdül-Həmid ibn Əbdül-Hadi (658-ci h.q. 1260-cı miladi). O, Yəhya Səqəfidən, Əhməd Məvazinidən və başqalarından hədis eşitmişdir.

4. Məhəmməd ibn Əhməd ibn Əbdül-Həmid (699-cu h.q. 1300-cü miladi). O, Mötəmən ibn Qümeylə Vəylədanidən və atasının əmisi Məhəmməd ibn Əbdül-Hadidən hədis eşitmişdir. Qübeyti, İbn Rəvvah və başqaları ona hədis nəql etmək barəsində icazə vermişlər.

5. Əhməd ibn Əbdül-Həmid ibn Əbdül-Hadi (610-700-cü h.q. 1213-1300-cü miladi). O, Şeyx Müvəffəquddin, İbn Əbi Löqmə, İbn Racih, Musa ibn Əbdül-Qadir, Bəha, Əbul-Qasim ibn Sərsəri, İbn Zübeyr və başqalarından hədis rəvayət etmişdir. O, öz dövrünün ən böyük müsnədçilərindən sayılırdı.

6. İmaduddin ibn Əbdül-Həmid Məhəmməd ibn Əbdül-Həmid (660-707-ci h.q. 1262-1308-ci miladi). O, ibn Əbdüd-Daimdən hədis eşitmiş, rəvayət etmişdir. O, hənbəlilərin hakim və imamı idi.

7. Muhibbuddin Əbu Məhəmməd Əbdüllah ibn Məhəmməd ibn Əbdül-Həmid (651-707-ci h.q. 1253-1307-ci miladi). O, xətib Murdadan, İbrahim ibn Xəlildən, Əhməd ibn Əbdüd-daimdən, Kermanidən və başqalarından hədis eşitmişdir.

8. Təqiyuddin Əbu Məhəmməd Əbdüllah ibn Əyyub ibn Yusif (735-ci h.q. 1335-ci miladi). O, Əbul Fərəc ibn Əbu Ömərdən, Əbdür-Rəhman ibn Zeyndən, Fəxr ibn Buxaridən və başqalarından hədis eşitmişdir. O öz ömrünü elm öyrənmək, kitab nüxsəsi yazmaq və şahidlik etməklə keçirmişdir.

9. Şəmsuddin Məhəmməd ibn Əhməd ibn Əbdül-Hadi (705-744-cü h.q. 1306-1343-cü miladi). O, atasından və qazi Təqiyuddin Süleymandan, İbn Əbdüd-daimdən, İsa Mütimdən, Əhməd ibn Həccardan, Məhəmməd Zərraddan və başqalarından hədis eşitmişdir. Qazi Şəmsuddin ibn Müslimin, Təqiyuddin İbn Teymiyyənin yanında fiqhi öyrənmişdir. Ərəb dilini Əbul Əbbas Əndərşinin, qiraəti ibn Bəshiyanın yanında öyrənmişdir. “Sədriyyə” və “Ziyaiyyə” mədrəsələrində dərs deyirdi. Hədisdə, fiqhdə, təfsirdə, rical elmində, lüğətdə mahir bir şəxs idi və fətva verirdi. Öldükdən sonra Qasiyyunun ətəyində, Seyfuddin ibn Məcdin yanında dəfn edildi. Şəmsəddinin yazdığı çoxlu kitablardan bir neçəsi hal-hazırda da mövcuddur.

10. Əbdür-Rəhman ibn Məhəmməd ibn Əbdül-Həmid (656-749-cu h.q. 1285-1349-cu miladi). O, İbn Əbdüd-daimdən, Ömər Kermanidən, Əbdül-Vəhhab ibn Nasehdən, ibn Əbi Ömərdən, Fəxrdən, İsmail ibn Əqlanidən və başqalarından hədis eşitmişdir. Bağdadın vəziri onu Misrə göndərdi və o, yol əsnasında “Səhihi Müslüm”ü rəvayət etdi. Buna görə də çoxları ondan hədis rəvayət etmişlər. Sonra Şama qayıtdı və nəhayət Salehiyyədə vəfat etdi.

11. İmaduddin Əhməd ibn Əbdül-Hadi ibn Əbdül-Həmid (672-752-ci h.q. 1273-1351-ci miladi). O, Əbdür-Rəhman ibn Ömərdən, İbn Buxaridən, İbn Şeybandan, Zeynəb binti Məkkidən və başqalarından hədis eşidib rəvayət etmişdir. Onun oğlu Şəmsuddin Məhəmməd, İbn Rafe, Hüseyni və başqaları ondan rəvayət nəql etmişlər. Səftəri yazır ki, 730-cu h.q ilində (1330-cu miladi) Dəməşqdə öz yazısı ilə mənə icazə verdi.

12. Şəmsuddin Əbu Əbdillah Məhəmməd ibn Əbdüllah ibn Məhəmməd (688-769-cu h.q. 1289-1368-ci miladi). O, Fəxrdən və Seyf Əli ibn Rəzidən hədis eşitmişdir. 691-ci h.q ilində (1291-ci miladi) və ondan sonra bir qrup ona hədis demək icazəsi verdi və İbn Şəraici və İbn Həcərin ustadı Əraqi, eləcə də Əbu Zərə ondan rəvayət nəql etmişlər.

13. Zeynuddin Əbdür-Rəhman ibn Əhməd (779-cu h.q. 1377-cu miladi). O, Təqiyuddin Süleymandan, Əbi Nəsir ibn Şirazidən, Həccardan və başqalarından hədis eşidib rəvayət etmişdir.

14. Şəhabuddin Əbul Əbbas Əhməd ibn Əbdül-Həmid (707-797 h.q = 1307-1395-cu miladi). O, İbnul İzz adı ilə məşhurdur. O Qasiyyunun ətəyində dünyaya gəlmiş və qazi Süleymandan, İsa Mütimdən, Fatimə binti Covhərdən, Təqiyuddin ibn Teymiyyədən, Hədiyyə binti Əsgərdən və başqalarından hədis eşitmişdir. Fəxr Tuzəri və Məkkədən digər bir qrup, Qüdsdən Zeynəb binti Şəkər, Misirdən İsmail ibn Ələm, Əbul Qasim ibn Rəşiq və başqaları, Dəməşqdən Qasim ibn Akir, İbn Şirazi və başqaları Bağdaddan İbn Dəvalibi və başqaları ona icazə vermişlər. Nəhayət fiqh öyrənib fətva icazəsi aldı və Dəməşqin böyük müsnədlərindən oldu. İbn Həcər də ondan icazə almışdır.

15. İmaduddin Əbu Bəkr ibn Əhməd ibn Əbdül-Hadi (799-cu h.q. 1369-cu miladi). O, Niyabiş ibn İmaduddin Əmali ibn Həsən ibn Zərqəveyhin yanında hədis öyrənmiş və Hicazda hədis rəvayət etmişdir. O, ibn Həcərə hədis rəvayət etmək icazəsi vermişdir.

16. Bürhanuddin İbrahim ibn Əhməd ibn Əbdül-Hadi (726-800-ci h.q. 1326-1398-ci miladi). O, Qazi adı ilə məşhurdur. Dörd yaşında ikən Həccarın dərslərində iştirak etmiş və Əhməd ibn Əli Məriridən, Ayişə binti Müslümdən, Zeynəb binti Kamaldan hədis eşitmişdir. Xutəni, Vani və Misirdən başqa bir qrup ona icazə vemişlər.

17. Məhəmməd ibn Əbdül-Hadinin qızı Fatimə (720-803-cü h.q. 1320-1401-ci miladi). O, Həccardan çoxlu hədis eşitmişdir. Şamdan Əbu Nəsir ibn Şirazi, Əbu Məhəmməd ibn Əsakir və başqaları Hələbdən Əbu Bəkr ibn Əbdüllətif və başqaları, Hümatdan Şərəf Barəzi, Həmsdən Əli ibn Əbdüllah ibn Məktum, Misirdən Hüseyn Kürdi və Əbdür-Rəhim Minşavi ona icazə vermişlər. O, 80 yaşında vəfat etmişdir.

18. Zeynuddin Ömər ibn Məhəmməd ibn Əhməd (803-cü h.q. 1400-cü miladi). O, Kamalın qızı Zeynəbdən, Əhməd ibn Əli Cəzəridən, Əbdür-Rəhim ibn Əbu Seyrdən hədis eşitmişdir. İbn Həcər Zeynəb binti Kəmalın mürafiqələrini onun yanında oxumuşdur. O Teymurun fitnəsində vəfat etmiş və Qasiyyunun ətəyində torpağa tapşırılmışdır.

19. Məhəmməd ibn Əbdül-Hadinin qızı Ayişə (723-816-cı h.q. 1323-1413-cü miladi). O, dörd yaşında ikən Əbul Abbas Həccarın dərsində iştirak etmişdir. “Səhihi Buxari”ni, Əbil Cəhimin hissəsini, Əmalini, İbn Əffanın qiraətini və başqa hədisləri Həccardan dinləmişdir. Həmçininn “Səhihi Müslüm”ü Şərəfuddin Əbdillah İbn Həsəndən və “Sireyi ibn Hişam”ı Əbdül-Qadir ibn Mülukdan öyrənmişdir. O Bintul-füqəha bintul-Vasiti, Zeynəb bintul Kəmal və Zeynəb bintu Yəhya ibn Əbdüs-salamdan hədis eşidən və rəvayət icazəsi alan axırıncı şəxsdir. O, bacısı Fatimə ilə birlikdə çoxlu hədis müsabiqəsində iştirak etmiş və ona üstünlük qazanmışdır. Hələbdə İbrahim ibn Saleh ibn Əcəmdən, Humatda Şeyx Şərəfuddin Barəzidən, Əl-Xəlildə Bürhan Cəbəridən, Nablosda Əbdüllah ibn Yusifdən və başqalarından icazə almışdır. O, uzun ömür sürmüş və çoxlu hədis rəvayət etmişdir. Xüsusilə, çox səfər edən mühəddislər ondan hədis rəvayət etmişlər. Xətib Əbu Ömər Hənbəli, Hərəvinin “Zəmmul-kəlam”ının bir hissəsini ondan eşitmiş və İbn Həcər, Əbul Fəth Osmani ondan rəvayət etmişlər. O öz dövrünün müsnədi idi.

20. Bədruddin Həsən ibn Əhməd ibn Əbdül-Hadi (878-ci h.q. 1473-cü miladi). O, İbnul-Mübərrəd adı ilə məşhurdur və bir müddət Dəməşqdə qazinin nayibi vəzifəsini öhdəsinə almışdır.

21. Cəmaluddin Yusif ibn Həsən Əhməd (840-909-cu h.q. 1436-1503-cü miladi). O, “Əl-müqniə”ni Şeyx Təqiyuddin Cəzainin, Təqiyyuddin ibn Qundusun və qazi Əlauddin Mordavinin yanında oxumuş, qazi Burhanuddin ibn Müflih və Burhan Zərainin dərslərində iştirak etmişdir. İbn Həcər, İbn Əraqi, İbn Balisi, Cəmal ibn Hərəstan, Səlahuddin ibn Əbu Ömər, Nasirəddin və başqalarından hədis eşitmişdir. O hədis və fiqh elmini də bilirdi. Özü isə sufi idi və nəhv, sərf və təfsirdə müəyyən qədər biliyi vardı. O tədris etməklə və fətva verməklə məşğul idi və çoxlu kitablar yazmışdı. Şəmsuddin ibn Tulun onun tərcümeyi-halı barəsində böyük bir kitab yazmışdır.

Sonrakı fəsildə Məhəmməd ibn Əbdül-Vəhhabın, İbn Hənbəlin fikir və düşüncəsindən, İbn Teymiyyənin azğınçı və ifratçı fikirlərindən, onun şagirdlərinin rəylərindən və İbn Əbdül-Hadinin hədislərindən istifadə edərək öz firqəsinin binasını qoymasını və Ali-Səud sülaləsinin köməyi ilə onu necə yayması bəyan olunacaqdır.

Fəmən əzləmu mimməniftəra ələllahi kəzibən liyuzillənnasə biğeyri elm, innəllahə la yəhdil-qovməzzalimin”

Elmi olmadan camaatı zəlalətə salmaq məqsədilə Allaha iftira yaxandan da bir zalım şəxs varmı? Həqiqətən, Allah zalım qövmləri hidayət etməz.”1

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə