ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


İBN TEYMİYYƏNİN ƏQİDƏ VƏ rəyLƏRİ



Yüklə 5,57 Mb.
səhifə10/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

İBN TEYMİYYƏNİN ƏQİDƏ VƏ rəyLƏRİ


a) İbn Teymiyyənin nəzərində tövhid.

İbn Teymiyyə Allahdan başqasına təvəssül etmək ona sığınmağı, övliya peyğəmbərlərdən hər hansı birini Allah dərgahında şəfaətçi qərar verməyi, böyük din şəxsiyyətlərininpeyğəmbərlərin salehlərin qəbrini ziyarət etməyi, onların qəbrinin kənarında namaz qılmağı, həmçinin nəzir qurbanlığı tövhidlə müxalif olduğunu bu işlərin şirkə səbəb olduğunu hesab edirdi.1* Hətta böyük sünnü alimləri cürbəcür xurafat şirklə qarışan, tövhidə zidd olan bu kimi vəhhabi bidətləri ilə müxalifdilər. Onlar qəbirləri ziyarət etməyi, peyğəmbərlərə salehlərə təvəssül etməyi, onlardan şəfaət diləməyi dini-şəri vəzifə hesab edirlər. Vəhhabilər isə sünnüdürlər, şiə. Həqiqətdə heç bir İslam firqəsinin tərkibinə daxil deyillər. Onlar özlərini yalandan İslama mənsub etmişlər. Əslində isə qan axıdan, cinayətkar İslamı təhrif edənlərdirlər ki, ilk əvvəldən indiyə qədər İslamın müsəlmanların köksünə ağır zərbələr vurmaqdan başqa bir görməmişlər (“Vəhhabigərikitabının 214- səhifəsinin vərəqaltı haşiyəsi).

Buna əsasən, İbn Teymiyyənin nəzərində müvəhhid (tövhidçi) adı o şəxsə deyilə bilər ki, istədiyi şeyləri birbaşa Allahdan istəsin heç bir şəxsi vasitə şəfaətçi qərar verməsin, Allahdan başqasına əsla diqqət yetirməsin.2

b) Küfür və şirkin mənasının daha genişləndirilməsi.

Ümum müsəlmanların nəinki caiz, hətta müstəhəb hesab etdikləri əməllərin bir qismi İbn Teymiyyənin nəzərində şirkə dindən çıxmağa səbəb olur. O cümlədən, o deyir: Hər kəs təkcə Peyğəmbərin (s) qəbrini ziyarət etmək üçün səfər etsə... Əgər Peyğəmbəri (s), yaxud başqasını ziyarət etsə, məqsədi onu Allaha şərik qərar verməklə ondan bir şey istəmək olsa bu haram şirkdir. Həmçinin, qəbirlərdən fayda almağı, qəbir sahbinin bəlanı onlardan dəf etməsini gözləyənlər bütpərəstlər kimidirlər ki, onlar kimi bütlərin fayda ziyana malik olduğuna inanırdılar. Ziyarətə gedənlərin məqsədləri elə müşriklərin məqsədləridir ki, onlar da müvəhhid şəxsin Allahdan istədiyi şeyləri bütlərdən istəyirdilər...” O, hətta məscidin qonşuluğunda olan, lakin öz peşəsinə uyğun olaraq camaat namazına gedə bilməyən şəxslərin barəsində fətva verərək demişdir ki, onlar tövbə etdirilməlidirlər. Əgər tövbə etməsələr qətlə yetirilmələri vacibdir.”1 İbn Teymiyyəzöhr namazını gün batana qədər, məğrib namazını gecə yarısına qədər təxirə salanların hökmünü nəql edərək demişdir ki, əgər belə bir şəxs bu işi küfür bilməsə onun boynu vurulmalıdır. Beşlik təşkil edən namazların hər hansı birini qılmaqdan boyun qaçıran, yaxud namazın danılmaz vacibatını tərk edən həddi-büluğa çatmış şəxs barəsində hökm vermişdir ki, belə bir şəxsi tövbə etdirmək lazımdır. Tövbə etməsə öldürülməlidir. İbn Teymiyyə məxluqata and içməyi Allahdan başqasına nəzir etməyi şirk hesab edirdi.”2

v) Allahın zahiri hiss üzvləri ilə görünəcəyini və Allahın cəhətə malik olduğunu isbat etmək.

İbn Teymiyyə özününRisalətül-həməviyyəkitabını da məhz bu məsələni isbat etmək üçün yazmışdır.O, Allahın məkanda cəhətdə olmadığını nəql etdikdən sonra demişdir ki, sünnülüyə mənsub edilən bütün insanlar Allahın görünməsinin isbat olunmasında fikir birliyindədirlər. Sələf alimlərin nəzəri budur ki, Allah-təalanı axirətdə zahiri gözlərlə görmək olar. Amma Onu dünyada görmək olmaz.3 Bununla belə, Onu məxluqların əzaları ilə müqayisə etmək olmaz.”4

Cənab Himməti kitabının bir hissəsində bu etiqadı tənqid edərək yazır:

İbn Teymiyyənin öz sözləri onun əqidəsində mövcud təzadı göstərdiyindən, bunu tənqid etməyə ehtiyac yoxdur. Lakin işarə ilə deyirik ki, İbn Teymiyyənin sözündən belə çıxır ki, Allahın pak müqəddəs Zatı cismdir, məkana malikdir əzalardan təşkil olunmuşdur. Onun fikrinə görə Allahın zatında əzaların bir-biri ilə tərkibi vardır. Aydındır ki, hər bir tərkib özünün qalıb davam etməsində öz üzvlərinə ehtiyaclıdır. Deməli, hər mürəkkəb (tərkib tapmış şey) ehtiyaclıdır ehtiyaclı şəxs Allah ola bilməz. Çünki, Allah Özündən başqalarından ehtiyacsızdır Ondan başqa hər varsa ehtiyaclıdırlar: Vəllahu ğəniyyun ənil-aləmin (Allah bütün aləmlərdən ehtiyacsızdır)”, Ya əyyuhənnasu əntumul-fuqərau iləllahi vallahu huvəl-ğəniyul-həmid (“Ey insanlar, siz hamılıqla Allaha ehtiyaclısınız Allah ehtiyacsız tərifə layiqdir”). Sonra qeyd edir: “Bu da elə dini materializmdir ki, bizim nəzərimizə görə İbn Teymiyyə, İbn Qəyyim onun həmfikirləri, eləcə bütün vəhhabilər bunun tələsinə düşmüşlər. Onların hamısı azğınçılıqdadırlar. Etiqadi məsələlərə dərindən yanaşmadıqlarına, əql qüvvəsinə hörmət qoymadıqlarına, həqiqi hikmət imandan, əsl ilahi fəlsəfədən uzaq düşdüklərinə görə bu zəlalətə düçar olmuşlar. Həmçinin İbn Teymiyyənin əsassız sözləri sonralar Məhəmməd ibn Əbdül-Vəhhabın ideoloji bazasını təşkil edərək vəhhabi ayininin yaranmasına səbəb oldu.1

q) Allahın dünya asimanına nazil olmasına etiqad.

İbn Teymiyyə Allahın hiss üzvləri ilə görünməsinə etiqad bəsləməkdən, Allahın müəyyən bir cəhətdə olmasını isbat etməkdən əlavə, həm də inanırdı ki, Allah dünya asimanına nazil olur.

d) Besətdən qabaq peyğəmbərlərin günahsız olmasının lazım olmadığına etiqad;

İbn Teymiyyə inanırdı ki, peyğəmbərlərin isməti yalnız Allahın hökmlərinin təbliğ olunması ilə əlaqədardır. O, bu barədə bir risalə də yazmışdı.

e) İbn Teymiyyənin Allahdan başqasına and içmək barəsindəki nəzəri;

İbn Teymiyyə deyir: Alimlərin fikir birliyinə əsasən Ərş, Kürsü, Kəbə, məlaikə sair kimi əzəmətli məxluqlara and içmək caiz deyildir.”2 Bu barədə onun şagirdi İbn Qəyyim belə deyir: Allahdan başqasına and içmək böyük günahlardandır. Peyğəmbər (s) buyurmuşdur ki, “hər kəs Allahdan başqasına and içsə Allaha şərik qoşmuşdur.” Buna əsasən Allahdan başqasına and içmək kəbirə günahların başındadır.”1

ə) Peyğəmbərə (s) təvəssül etməyin, onu şəfaətçi qərar verməyin və ondan bir şey istəməyin şirk olması.

İbn Teymiyyə yuxarıdakı işlər barəsində deyir ki, əgər bir şəxs Peyğəmbərin (s) qəbrini ziyarət etdikdə məqsədi dua salam deyil, Peyğəmbərdən (s) bir hacət istəmək olarsa bu məqsədlə qəbrin yanında durub səsini ucaldarsa, belə bir şəxs Rəsuli-Əkrəmə (s) əziyyət vermiş, Allaha şərik qoşmuş özünə zülmü rəva görmüşdür.” Qəbir sahibinə təvəssül etmək barəsində isə deyir: “Qəbiri ziyarət edənlərin bəzilərinin məqsədi budur ki, hacətləri rəvac olsun. Onlar qəbir sahibini Allah dərgahına müqərrəb (yaxın) bildiklərinə görə onu Allah dərgahında vasitə qərar verir, onun üçün nəzir edir, qurbanlıq kəsir qəbir sahibinə hədiyyə edirlər. Ziyarətçilərdən bəziləri öz mal-dövlətinin bir qismini qəbir sahibi üçün ayırır, bəziləri isə qəbir sahibinə məhəbbət göstərdiklərinə görə onun ziyarətinə gedir qəbir sahibinin ziyarətinə getdikləri səfəri onun sağlığındakı ziyarətinə getdikləri səfər kimi hesab edirlər. Bunlar da bütü Allah hesab edən bütpərəstlər kimidirlər.”2

İbn Teymiyyə onun öz inanclarının nəzərlərinin əksinə olan hədislərin zəif olduğunu iddia edir. Belə ki, ziyarətlə əlaqədar nəql olunan (səhih) hədisləri zəif düzgün olmayan hesab edirdi. Ayətullah ustad Cəfər Sübhani bu barədə belə yazır:İbn Teymiyyənin ilkin xəta sapmalarını göstərəntəşbihtəcsiməqidəsindən əlavə, o, müsəlmanların Peyğəmbəri-Əkrəmə (s) olan eşq məhəbbət əqidəsini oyun-oyuncağa çevirmiş, bir sıra batil zahiri sözlərlə 700 illik sünnəni tənqid etmişdir.”3

Şübhəsiz, “İbn Teymiyyə hənbəli məzhəbinin irticaçı əqidəsini müdafiə etməkdə çox təəssübkeş idi. O, İmam Əhməd ibn Hənbəl kimi hətta ondan bir neçə qat artıq əqidə ilə İslam məzhəblərində sonradan yaranan müsəlmanlar tərəfindən əməl olunan hər növ yenilikçilik məzhəbi əqidələrlə mübarizə aparır, onları şiddətlə tənqid edir onların əleyhinə kitablar yazırdı. Bu məsələdə hamıdan artıq şiə məzhəbinin əqidə əməlləri ilə müxalifətçilik edirdi. O, bu barədəMinhacüs-sünnə”, “Ziyarətül-quburƏqaidadlı kitablarında şiələrin əqidələrinə əməllərinə qərəzçilik mövqeyindən yanaşaraq şiddətlə etiraz etmiş, onları batil bidət saymışdır.”1

Aydındır ki, İbn Teymiyyədən dörd əsr sonra zahir olan Məhəmməd ibn Əbdül-Vəhhabın tənqidçi əqidələri məhz İbn Teymiyyənin etirazçı fikirləri üzdəniraq islahatçı tədbirlərinin davamı idi. Seyyid Möhsün Amulinin dediyi kimi: “Məhəmməd ibn Əbdül-Vəhhab onun ardıcılları İbn Teymiyyənin tənqidçi əqidələrinin ardınca getmiş qəbirlərin ziyarəti barəsindəki tənqidi əqidələrini İbn Teymiyyənin əqidəsi əsasında qurmuşlar.”2

İbn Teymiyyə ciddi məzhəbi təəssübə malik olduğundan3 çox səthi irticaçı fikir əqidələrə malik idi. Onun hənbəli məzhəbindəki şiddətli əməli ciddiyyəti səbəb oldu ki, ondan sonra o məzhəb sair müsəlmanların nəzərində mənfur sayılsın sair İslami məzhəb ardıcılları tərəfindən onun ardıcıllarına bədbinlik yaranıb həmlələr olunsun. O, bundan əlavə özünün elm, fəlsəfə istidlalla olan müxalifətləri ilə İslam mədəniyyətinin azad fəlsəfə elminin köksünə sarsıdıcı zərbələr vurdu, azad fikirləşən müsəlmanları, məntiq istidlal əhlini fəlsəfi istidlali təfəkkürdən çəkindirdi bunun əvəzində müsəlmanları istər-istəməz məzhəbi təəssübə irticaçı təfəkkürə doğru sövq etdi.

İmam Fəxr Razi yuxarıdakı mətləbə işarə edərək təkid edir: “İbn Teymiyyənin sünnəyə meyilli olan məzhəbi hərəkatı, xüsusilə hənbəli məzhəbində, ümumiyyətlə İslam dinində ondan sonra heç bir inkişafa nail olmadı nəzərə çarpacaq nailiyyətlər əldə edilmədi. İbn Teymiyyənin onun şagirdlərinin hədəf nəzərlərinin əksinə olaraq onun tutduğu üsluba təqribən heç kəs tərəfindən diqqət yetirilmədi. Çünki, dövrü hakimiyyətinin siyasəti onun özünü fikirlərini himayə etmədi. Əksinə, müəyyən yerlərdə onunla əməli mübarizəyə qalxdı. Lakin hicrətin XII əsrində vəhhabilər tərəfindən hənbəli məzhəbində başqa bir hərəkat başlandı. Onların əqidələrinin əsası İbn Teymiyyənin əqidə üslubunun üzərində qurulmuşdu ki, Səudiyyə Ərəbistanı dövlətinin onu himayə etməsi, hətta bəzilərinin dediyinə görə İngiltərə qərb siyasətçilərinin nüfuzunun güclənməsi sayəsində hənbəli məzhəbinin o əsrdə bir daha yenidən canlanıb əhəmiyyət kəsb etməsinə səbəb oldu.”1

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə