ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,57 Mb.
səhifə6/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   2   3   4   5   6   7   8   9   ...   42

Sələfilərin əməl rəftarlarI


IV hicri əsrində sələfilər çox böyük qüdrətdən faydalandılar və əhəmiyyətli fürsət əldə etdilər. İbn Əsirin sözü ilə desək, camaat arasında meaneçilik törədir, küçə-bazarda gəzirdilər. Misal üçün, əgər bir kəsin əlində musiqi aləti görsəydilər onu zorla alıb sındırır, sahibini də bərk-bərk kötəkləyirdilər. Sair məzhəb ardıcıllarına çoxlu əzab-əziyyətlər, müxtəlif növ işgəncələr verir, camaatın şəxsi işlərinə dəxalət edirdilər. Ümumiyyətlə, onlar cəmiyyətdə vəhşətli və boğunuq bir irtica fəzası yaratmışdılar. Onlar öz təfəkkürlərindən başqa heç bir şeyə dözmür, hər növ yenilikçilik və yeni fikirlərlə müxalifətçilik edirdilər. Əgər bir kəs onların fikirləri ilə müxalifətçilik etsəydi onu döyərək yaralayırdılar.

Mətləbin aydın olması üçün bu tayfa ilə qarşılaşan Məhəmməd ibn Cərir Təbəridən bir hadisəni nəql edirik. Təbəri məşhur bir tarixçi kimi Təbəristandan Bağdada etdiyi ikinci səfərində bu şəhərinCameməscidində hənbəlilərin (sələfilərin) bir qrupu ilə elmi mübahisəyə başladı. O, Allahın ərş üzərində oturmasını qeyri-mümkün hesab etdi bu xüsusda hənbəlilərin əqidələrini rədd etdi. Nəticədə əshabi-hədis sələfilər ona hücum edərək onun yaşadığı evi o qədər daş-qalaq elədilər ki, evinin qarşısında daşlardan böyük bir təpə yarandı.1

Qeyd etdiymiz kimi, sələfi məsləkinin yarandığı zamanda onlarla müasir olan məzhəb ardıcılları onlarla müxalifətə başlayırdılar. Misal üçün, əşairə qruplarını qeyd etmək olar. Bu hadisə müasir dövrə qədər davam etməkdədir indiki dövrdə müəyyən şəxslər sələfi əqidə təfəkkürlərini tənqid edirlər. Hal-hazırda Suriyanın böyük alimlərindən olan Məhəmməd Səid Ramazan Əl-bəvəti onların təfəkkürlərini tənqid etmək məqsədi iləSələfiyyə, bidət, yoxsa məzhəb?!” adlı bir kitab yazmışdır. O bu kitabda yazır: “Müsəlmanlar arasında ən çirkin bidət bütün fitnələrin, pisliklərin ən mühüm amili olan budur ki, bir qrup adam dini hökmlər üsul hövzəsində müəyyən rəylər ictihadlardan ibarət olan bir məcmuəni bir yerə toplayıb ondan bir məzhəb düzəltmişlər2* sonra saleh sələflərin onunla heç bir əlaqəsi olmayan sələfiyyəni icad etdilər.1

IV hicri əsrində bu qrupun böyüklərindən biri olan Bərbəhari, ondan sonra da VII əsrin axırlarında İbn Teymiyyə bu məsləkin tərəfdarı və havadarı oldu. Biz sonrakı bölmədə İbn Teymiyyə və onun əqidə əsasları barəsində söhbət açacağıq.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə