ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


OSMANLI İMPERATORLUĞUNUN HİCAZ VƏ NƏCD HAKİMİYYƏTİ



Yüklə 5,57 Mb.
səhifə18/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

OSMANLI İMPERATORLUĞUNUN HİCAZ VƏ NƏCD HAKİMİYYƏTİ


Osmanlı silsiləsinin zahir olması onun Avropa-Asiya ölkələrindən çoxuna hökmranlıq etməsi ən mühüm tarixi hadisələrdən biri idi. Monqolların İslam ölkələrinə hücumundan, daha sonra isə həmin ölkələrdə mövqelərinin zəifləməsindən sonra Osmanlı imperiyası yarandı. Bu barədə Corc Zeydan belə yazır: “...Onlar (monqollar) İslam ölkələrinə müsəlmanların franklar, gürcülər ermənilərin hücumları nəticəsində son dərəcə zəiflədikləri zaman hücum etmişdilər. Monqollar belə bir siyasi şəraitdə müsəlmanlara həmlə edərək Bağdadda Abbasi xilafətini məğlub etdilər, İslam ölkələrini ölümcül vəziyyətə saldılar. Bir müddət müsəlmanların arasından heç kəs qalxıb onların pərakəndəliyini nizama salmadı. Nəhayət bir tərəfdən Osmanlı sultanları, digər tərəfdən isə Səfəvi sultanları zahir olaraq yeni sünnü-şiə İslam hökumətlərini təşkil etdilər.”2 Osmanlıların qüdrətə çatmaları hicri tarixi ilə VIII əsrə (miladi XIII) təsadüf edir. Bu imperatorluq, Bizans (şərqi Roma) imperiyasının dağıldığı bir dövrdə Anadoluda Balkan yarımadasında quruldu. “Onlar iki əsrlik hakimiyyətləri dövründə təkcə əvvəlki imperatorluğun ölkələrinə deyilyəni Bizansda, Avropanın cənubunda Anadoluda yerləşən ölkələrin cənubundaüstəlik Macarıstan Ərəb dünyasına da hakim oldu.”3 Aydındır ki, Osmanlı imperatorluğu hökuməti bərqərar etdikdən öz əsaslarını möhkəmləndirdikdən sonra (cənubi-şərqi Avropa Anadoludan əlavə) şərq ərəb dövlətlərinə əvvəlcə müsəlman olan şimali Afrikaya da hakim kəsildi.1

Osmanlı dövləti qüdrətə çatdıqdan sonra öz sərhədlərini genişləndirməyə başladı. “Sultan Səlim 923- h.q (1517-ci miladi) ilində Misiri fəth etməyə müvəffəq oldu.”2 Beləliklə Misirin ixtiyarında olan Hicaz Nəcd əməli olaraq Osmanlı imperiyasının nəzarəti altına keçdi. Lakin osmanlılar da əvvəlkilər kimi Ərəbistan yarımadasına (xüsusilə Hicazdan başqa məntəqələrə) çox diqqət yetirmirdilər. Bunun səbəbi bəlkə Ərəbistanın daxili xüsusi coğrafi vəziyyəti ola bilərdi. Ora kəskin kontinental (çox isti yandırıcı) iqlimə malik idi. Əkinçilik üçün yararlı olmayan çoxlu səhraları, əraziləri vardı ki, orada hökumətin vəziyyətinin yerdə olması məlum deyildi. Çünki, oraya qəbilə icması hakim idi hər bir nahiyədə yalnız qəbilənin rəisinin ya hakiminin sözü qəbul olunurdu. Klevd Fuiyə böyük kiçik dövlətlərin keçmiş dövrlərdən bəri Ərəbistan yarımadasına diqqət yetirməmələrinin səbəbi barəsində belə yazır: “... Peyğəmbərin (s) əsri istisna olmaqla, Ərəbistan yarımadası hazırkı əsrə qədər böyük hərəkatlardan kənarda qalır Aşur, Misir, İran Roma kimi böyük imperatorluqlar quraqlıq olan əkinçilik üçün yararlı olmayan bu ölkəyə çox da diqqət yetirməmişlər. Ərəbistan yarımadasında yalnız Yəmənə diqqət yetirilmişdir. Hətta İslam xilafəti özünün ən yüksək qüdrətə çatdığı dövrdə xəlifələr öz paytaxtını Məkkeyi-Mükərrəmə Mədinədə deyil, Dəməşqdə Bağdadda yerləşdirirdilər ki, onlar iqtisadi sterateji baxımdan nisbətən yaxşı mövqedə yerləşirdi. Axırıncı xilafət olan osmanlılar 896- hicri şəmsi (1517-ci miladi) ilində xilafət paytaxtını İstanbula köçürdülər. Ərəbistan Osmanlı dövlətinin idarə etdiyi bir hökumət şəklinə düşdü bütün dünya müsəlmanlarının ziyarətgahı olan müqəddəs məkanlar istisna olunmaqla, Osmanlı imperatorluğu yalnız Ərəbistan yarımadasının sahildə yaşayan şeyxlərinin verdiyi müxtəsər vergi ilə kifayətlənirdi. Bunu da qeyd edək ki, daxili qəbilələrlə hökumət əleyhinə heç bir görməmək şərtilə işləri yox idi.”1

Həqiqətdə Osmanlı imperatorluğunun Ərəbistan yarımadasına hakimiyyəti o nahiyələrdə yerləşən qəbilələrin zəif və ya qüdrətli olmasına, eləcə də Osmanlı sultanlarının qürətinə bağlı idi. Yəni hər vaxt bir qəbilə güclənsəydi (bu iqtidar və güclənmə ya bir qəbilənin başqa qəbilələrlə müqavilə bağlamasından yaranırdı, ya da başqa qəbilələrə qəfil hücumdan irəli gəlirdi) sair qəbilələrə, hətta osmanlıların hakimiyyəti altında olan digər nahiyələrin əleyhinə həmlə edir və mövcud şəraitdə heç olmazsa bir müddət iğtişaş yaradırdılar. Bunun əksinə olaraq, yarımadaya hakim olan qəbilələrin zəifliyi də Osmanlı dövlətinin onlara daha artıq hökmranlıq etməsinə səbəb olurdu.

Bu zaman Osmanlı imperatorluğunun Hicaza hökmranlığı başqa bir vəziyyətdə idi.2 Seyyidi-Əzəmin, yaxud Məkkə əmirinin təyin edilməsi 1840- ildə Osmanlı türklərinin ixtiyarında idi. O zaman onlar Hicazı yeni bir vilayət kimi imperatorluğa əlavə etmişdilər.3

Osmanlıların o nahiyəyə diqqətini artıran şey orada Məkkə Mədinə kimi müqəddəs İslam məkanlarının varlığı idi. Robert Lisi Hicaz barəsində yazarkən belə qeyd edir: “Hicaz diyarı... ümumiyyətlə sərvətli deyildir... Zahirdə o qədər cazibəli ola bilməzdi. Hicazın kifayət qədər heç bir dəyərli təbii ehtiyatı, yaxud xammalı yox idi. Şəhərin balıqçıları öz ehtiyaclarını çox əzab-əziyyətlə təmin edə bilirdilər. Oranın əkinçiləri ən sadə həyat şəraiti ilə qənaətlənirdilər. Şəhərdə heç bir yerli peşə sənət yox idi, xüsusi mədəniyyətə malik deyildilər, heç bir xarici qrup orada daimi yaşamırdı... Hicaz hər bir meyardan məhrum olmuş geridə qalmış bir ölkə idi. Lakin onun qarşıq vəziyyəti fəqirliyi gözə görünməz ixracatıyəni müqəddəsliyi müqabilində müqayisə olunurdu.”1

Robet Lisinin Hicaz barəsindəki sözləri daha artıq araşdırılmalıdır.2 Lakin aydın məsələdir ki, Hicaz məntəqəsi dini baxımdan Osmanlı sultanları üçün xüsusi əhəmiyyət daşıyırdı. Onlar (sünnü məzhəbli müsəlmanlar) xilafət iddiasında idilər. Şərif Məkkə Mədinə şəhərlərini özlərinə seçir, Hicazın təhlükəzliyini onların qət etdikləri yolların təhlükəsizliyini öz öhdələrinə götürürdülər.

Əyan-əşraf da Osmanlı sultanları tərəfindən seçilməsinə və həqiqətdə onların Hicazdakı nümayəndələri olmasına baxmayaraq, mövcud şərait yarandıqda onu öz xeyirlərinə istifadə edərək sultanların əmr və göstərişlərindən boyun qaçırırdılar. Belə ki, Şərif Hüseyn Haşimi birinci dünya müharibəsində yaranan şəraitdən istifadə edərək istiqlaliyyət və xilafət iddiası etdi.

Sair məntəqələrdə, o cümlədən, Nəcd diyarında vəziyyət nəzərə çarpacaq dərəcədə fərqli idi. Əvvəldə də qeyd olunduğu kimi Nəcdə hakim olan idarə sistemi qəbilə icması və tayfa hakimiyyəti idi və onların qüdrət və iqtidarına əsaslanırdı. Nəcd diyarı xüsusi coğrafi mövqeyə malik olduğuna, əksər hissəsini səhralar və əkinçilik üçün münbit olmayan ərazilər təşkil etdiyinə, eləcə də onda çoxlu qəbilələrin yaşadığına görə müstəqil hakimiyyətə malik deyildi. Bu məsələ də oranın idarə olunmasını Osmanlı dövləti üçün çətinləşdirirdi. Buna əsasən, əvvəlcə də bəyan edildiyi kimi, Osmanlı sultanının Nəcdə hakim kəsilməsi onun və qəbilələrin qüdrət və ya zəifliyinə bağlı idi.

Səudilər sülaləsi hətta vəhhabiliyin yaranmasından öncə belə, qəfildən hücum edərək başqa qəbilələri öz istilası altına alırdı. Qəbilələrin (xüsusilə Nəcdə hakim olan qəbilələrin) ən mühüm xüsusiyyətləri müharibə qan axıtmaq idi. Onlar öz həyatını məhz bu yolla davam etdirirdilər. Amma vəhhabiliyin yaranmasından, Səudiyyə sülaləsinin onu qəbul etməsindən sonra Nəcdin vəziyyəti dəyişdi. Vəhhabi-Səudi dini-siyasi ittihadının yaranması da sair nahiyələrin işğal olunması qəbilə həyatının aradan qaldırılması üçün münasib şərait yaratdı. Belə ki, xarici yazıçılardan biri bu məsələyə işarə edərək yazır: “...(Bu ittihadiyyə) pərakəndə vəziyyətdə olan qəbilə qruplarını müttəhid bir hərəkat formasına saldı onlar Ərəbistanın böyük bir hissəsini (Ərəbistan yarımadasını) öz ixtiyarlarına keçirdilər...”1

Osmanlı imperatorluğunda bir sıra dəyişikliklərin yaranmasına və islahatların aparılmasına səbəb olan bir dinin (vəhhabiliyin) bu imperatorluğun müəyyən nöqtələrində yaranması osmanlıların Ərəbistan yarımadasına hakim kəsildiyi vəziyyətindən xəbər verirdi. Bir tərəfdən Nəcdə hakim olan qəbilə quruluşu, digər tərəfdən də Nəcddəki bədəvi ərəblərin adət-ənənələri (sonralar buna işarə ediləcəkdir) Məhəmməd ibn Əbdül-Vəhhabın və İbn Səudun ondan öz xeyrinə istifadə edərək işə başlamalarına səbəb oldu. Onlar Nəcdin bir çox yerlərinə hakim kəsilməkdən əlavə Osmanlı imperatorluğunun sair məntəqələrinə hücum etdilər. Osmanlı imperatorluğunun, vahhabilərin meydana gəldiyi və Vəhhabi-Səudi ittihadiyyəsinin yarandığı dövrdəki vəziyyətini nəzərə almadan bu kimi amillərin araşdırılması qeyri-mümkündür.

Şübhəsiz, ərazilərin genişliyi, cəmiyyətin günbəgün artması, iqtisadi iflaslar, Osmanlı nümayəndələrinin müxtəlif məntəqələrdəki ləyaqətsizlikləri s. kimi amillər imperatorluğun bir çox yerlərində qiyam iğtişaşların yaranmasına, Osmanlı sarayında münasib olamayan vəziyyət s. kimi bütün amillər Osmanlı imperatorluğunun zəifləməsinə səbəb oldu. Bu imperatorluğun XVII-XVIII əsrlərdəki münasib olmayan vəziyyəti ilə əlaqədarTarixi-cəvamei-İslamikitabının müəllifi belə yazır: “XVII-XVIII miladi əsrində Osmanlı imperatorluğunda dərin dəyişikliklər yarandı, qüdrətin mərkəzdə təmərküzləşməsi yavaş-yavaş aradan qalxdı. Osmanlı imperatorluğunun genişlənməsinə son qoyulması ilə yanaşı, dövlət təşkilatları özünün idarə hərbi imkanlarını əldən verdi. Xalq kütlələrinin qiyamı, iqtisadi tənəzzül hərbi məğlubiyyətlər imperatorluğu aciz etmişdi. Yerli tanınmış şəxsiyyətlər arasında vergi verən cəmiyyətlərin nəzarəti ilə əlaqədar keçmişdə baş verən örtülü mübarizələr artıq aşkar oldu qüdrət mərkəzi hökumətdən yeniçərilərə, alimlərə Osmanlı sülaləsinə keçdi ki, onlar da vilayətlərdə özlərinə yer tuta bildilər.”1

Aydındır ki, “Osmanlı hökumətinin mürəkkəb quruluşu Süleymanın səltənətinin ortalarından daha geniş səviyyədə dağılmağa başladı təqribən XII hicri əsrinin axırlarına (XVIII miladi əsri) qədər davam etdi. Bu dövr ərzində imperatorluğun qüdrəti get-gedə zəifləməyə başladı müəyyən ölkələr imperatorluğun nəzarəti altından xaric oldu, xarici imperializmin istilası artmağa başladı nəhayət XIX miladi əsrinin başlanğıcına yaxın bir ərəfədə bu imperatorluq elə bir vəziyyətə düçar oldu ki, “Avropanın xəstə adamıkimi məşhurlaşdı.”2

Həqiqətdə osmanlılar Ərəbistan yarımadasına qalib gəldikdən sonra məntəqədə baş verən bəlkə ən mühüm hadisə Avropa, xüsusilə İngilis tacirlərinin Fars körfəzi ölkələrinə Hind okeanına daxil olması idi ki, bu da öz növbəsində ingilislərin Fars körfəzi ölkələrinə hakim olub onları Fransa Çar Rusiyasının nüfuzu dairəsindən çıxarması ilə nəticələndi; sonralar Ərəbistan yarımadasının müqəddəratının həll edilməsində ümdə rol oynadı. Haşimi əyan-əşrafları Osmanlı xəlifələrinin naib təyin etməsi ilə Hicaza hakim olmalarına baxmayaraq, Ərəbistan yarımadasının müəyyən məntəqələrində bəziləri Osmanlı xəlifəsinin əmrlərindən imtina etdilər istiqlaliyyət fikrinə düşdülər. Bu barədəBöyük İslam Enskilopediyasında belə qeyd olunur: “...İsmaili məzhəbində olan Məkrəmi sülaləsi Yəmənin şimal sərhədlərinin yaxınlığında yerləşən Nəhiran dərəsində, imam Zeydi Yəmən bu məntəqənin yüksəkliklərində, xəvaric Əmmanda Bəni-xalid qəbiləsi Qətərin qərb nahiyələrində Fars körfəzinin sahillərində istiqlaliyyət fikrinə düşmüşdülər. Bu zaman Ənzət ərəblərinin Məsalix qəbiləsindən olan Səud ibn Məhəmməd ibn Miqrin ibn Mərcan ibn İbrahim (1137-ci h.q. 1724- miladi) tədricən Diriyyədə ətrafdakı kiçik məntəqələrdə hökumət təşkil etdi. O vəfat etdikdən sonra onun oğlu Məhəmməd Məhəmməd ibn Əbdül-Vəhhab ilə (vəhhabilərin başçısı) müqvilə bağladı. Onun canişinləri bu yolla tədricən qüdrətlənib Ərəbistan yarımadasının mühüm bölmələrinə hakim oldular.”1

Həqiqətdə Məhəmməd ibn Əbdül-Vəhhabın başladığı hərəkat Osmanlı xilafətinin ziddinə olan bir hərəkat da sayılırdı. Çünki, bu hərəkat osmanlıların hakimiyyət dairələrində qüdrət kəsb etmək müxtəlif məntəqələri bu imperatorluğun əlindən çıxarmaq üçün baş verirdi. Bu barədə Həmid İnayət qəti şəkildə deyir: “Məhəmməd ibn Əbdül-Vəhhab bütün İslam məzhəbləri ilə (hənbəlilərdən başqa) mübarizə edirdi. Lakin onun dövründə osmanlılar ərəblərə hökmranlıq etdiklərindən onun hərəkatı osmanlıların ziddinə başlamışdı. Hənbəli məzhəbində olan Nəcdin Səudi əmirləri vəhhabi məzhəbini qəbul etdikdən sonra Ərəbistan yarımadasının böyük bir məntəqəsi Şamın əraziləri onların hakimiyyəti altına keçdi. Bu zaman vəhhabilik Osmanlı qüdrəti üçün böyük bir təhlükəyə çevrildi...”2

Vəhhabilər tərəfindən Osmanlı padşahları üçün törədilən təhlükələr onların müqəddəs məkanlara hücum etdiyi, o nahiyələrdəki əhalini kütləvi şəkildə qırıb var-dövlətlərini qarət etdikdən sonra daha aydın sezilirdi. Bu da sultanın iqtidar etibarına qarşı şəkk yaradırdı. “Osmanlı imperatorluğunun tarixi yeni Türkiyəkitabının müəllifi bu barədə yazır: “...Onlar özlərinin dağıdıcı hücumları ilə İraqa, Məkkə Mədineyi-Münəvvərə kimi müqəddəs şəhərlərə hücum edərək sultanın Ərəbistan yarımadasının sair nahiyələrindəki etibar iqtidarını təhlükə ilə üzləşdirdilər.”3

Qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, osmanlıların Hicaz və Nəcddə (xüsusilə Nəcd əyalətində) zəif hakimiyyəti (daha dəqiq desək, hakimiyyətin olmaması) vəhhabiliyin yaranıb sürətlə inkişaf etməsinin əsas amili oldu. Belə ki, Məhəmməd ibn Əbdül-Vəhhab Osmanlı imperatorluğunun daxilində olan müxtəlif şəhərlərə çoxlu səfərlər etməklə əldə etdiyi dini məlumatlardan əlavə, müxtəlif siyasi məsələlər barədə də agahlıq əldə etmiş və anlamışdı ki, Osmanlı imperatorluğunun özünün geniş səviyyəli ərazisinə hakimiyyəti çox çətin və zəif halda baş verir və buna görə də Nəcdin müxtəlif məntəqələrinə hakim olan qəbilə üsul-idarəsi, eləcə də bədəvi ərəblərin etiqad, adət-ənənə və həyat yaşayışı barəsindəki məlumatlarına istinad edərək bədəvilərin malik olduğu zəif və güclü cəhətlərdən istifadə etdi və mövcud vəziyyətin əleyhinə tədbir gördü. O, bədəvilərin ən mühüm xüsusiyyətlərindən (müharibə və qan axıdılması), eləcə də qəbilələrin ən ümdə xüsusiyyətlərindən (öz hakim və rəislərinə itaət etmək) istifadə edərək öz dinini aşkar etdi.

Tədricən vəhhabilik Nəcdin uzaq və ucqar mühitlərində və bədəvilərin arasında özünə yer açdı, Səudilər sülaləsinin köməyi ilə genişləndi, nəticədə Osmanlı sultanları və onların əraziləri üçün ciddi təhlükəyə çevrildi. Vəhhabilər əvvəlcə İraqa, sonralar isə Hicaza və islamın müqəddəs məkanlarına hücum etməklə Osmanlı sultanlarının heysiyyət və etibarını təhlükə ilə qarşılaşdırdılar. Buna görə də sultan onlarla qarşılaşmaq üçün əlavə qüvvələrdən (misirlilərdən) istifadə etmək fikrinə düşdü.

Belə bir sual yarana bilər ki, sultan nə üçün Məhəmməd Əli Paşanı öz məqsədi üçün seçmişdi? Cavabında demək lazımdır ki, həqiqətdə Məhəmməd Əli Paşanın qüdrəti sultanı qorxutmuşdu. Buna görə də vəhhabilərlə qarşılaşmaqda onu seçmişdi ki, “bir oxla iki dovşan vursun”. Yəni, bir tərəfdən Məhəmməd Əlini vəhhabilərlə qarşı-qarşıya qoysun (çünki, ona Şama hakimiyyət vədəsi vermişdir) və bununla da heç olmazsa müəyyən müddətə qədər Misir tərəfindən imperatorluğu sarsıda biləcək təhlükənin qarşısını alsın, digər tərəfdən də osmanlıların öz daxilində olan digər bir düşmən (vəhhabilik) daxildən onu asayişini pozanları məğlub etsin.

Osmanlı sultanı bu tədbiri icra etməklə Səudilərlə müttəhid olaraq hərbi və siyasi qüdrət kəsb edən Məhəmməd Əli Paşanı yeni yaranmış vəhhabi ayinini məğlub etməyə məmur etdi. Sultan bir neçə dəfə Misirin Paşasına fərman verdi. Çox ayıq, siyasətçi və daha artıq mənfəət kəsb etmək əzmində olan Məhəmməd Əli də sultandan imperatorluğun müəyyən hissələrinin hökumətinin ona verilməsi ilə əlaqədar vədə almaqla vəhhabilərlə qarşılaşmaq üçün şəraiti münasib gördü. Məhəmməd Əli Paşanın vəhhabilər əleyhinə olan tədbirləri qısa müddətə qədər vəziyyəti osmanlıların xeyrinə dəyişdirdi. Unutmaq olmaz ki, misirlilər Nəcddə hakim olmalarına baxmayaraq, heç vaxt orada müstəqil bir hakimiyyət yarada bilmədilər. Bu özü də Nəcdin təbii, coğrafi və insani şəraitinə bağlı idi. Misirlilər Nəcdə qələbə çaldıqdan və oradan xaric olduqdan sonra vəhhabilər sürətlə onların yerinə keçdilər.

Məhəmməd Əli Paşa da lazım olan şəraitdə vəhhabilərin kökünü kəsə bilmədi, misirlilərin Nəcddən çıxmasından sonra vəhhabilər yenidən canlandılar. Onlar məntəqədə və beynəlxalq səviyədə mövcud olan şərait və mövqedən istifadə edərək Nəcdə və Hicaza hakim oldular, müstəqil hökumət yaratdılar və osmanlıların bu məntəqədəki hakimiyyətlərinə əməli olaraq son qoydular.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə