ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 5,57 Mb.
səhifə17/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

İKİNCİ HİSSƏ

VƏHHABİLİYİN YARANMASI VƏ İNKŞAF ETMƏSİ AMİLLƏRİ


Birinci fəsildə vəhhabi firqəsinin ideoloji rəhbərləri, bu firqənin banisinin şəxsiyyəti haqqında, eləcə də vəhhabi məsləkinin necə yaranması, onun əqidə və üsullarının bir qismi ətraflı şəkildə bəyan olundu. Bundan qabaq qeyd olunanlara diqqət yetirməklə başa düşmək olar ki, Məhəmməd ibn Əbdül-Vəhhab sünnü məzhəbinin hənbəli firqəsinə tabe olan bir ailədə böyümüş, münasib şəraitlərdən istifadə edərək Ərəbistanda (Nəcddə) vəhhabi firqəsinin əsasını qoya bilmişdir.

Bu fəsildə isə vəhhabiliyin yaranıb inkşaf etməsində təsirli olan müxtəlif amilləri, bütün siyasi, iqtisadi, mədəni, ictimai yönlərdən, eləcə də coğrafi zona və beynəlminəl baxımdan araşdıracağıq.

İslam tarixi boyunda həmişə bəzi şəxslər, yaxud qruplar meydana gəlirdi ki, İslamı dərk edib başa düşməkdə təəssübə və donuşluğa meyl edirdilər. Peyğəmbəri-Əkrəmin (s) dövründə Mədineyi-Münəvvərədə bəziləri var idi ki, İslam barəsində özlərinin dar düşüncələri əsasında nəzər verir, hətta Peyğəmbərin (s) müqabilində belə dayanırdılar. Sonralar da Həzrət Əlinin (ə) xilafəti dövründə yaranan xəvaric də həmin dar düşüncəli və quru, yalançı müqəddəslər idi ki, o dövrün xüsusi şəraitinin tələbi ilə çox ağır cinayətlər törədib özlərindən vəsfəgəlməz qəsavət və daşürəklilik göstərirdilər. Bu da onların İslamın əhatəliyi ruhundan uzaq düşərək yalnız bir istiqamətdə nəzər salmalarından xəbər verirdi.

Xəvaric əməvilərin süqutundan sonra (132-ci h.q.) əməldə artıq nəzərə çarpacaq səviyyədə deyildilər. Amma onların quru təəssübləri və dar düşüncələri yenə də davam etməkdə idi.

Bir qədər dərindən diqqət yetirməklə demək olar ki, əshabi-hədis (əlbəttə, sünnülərin çərçivəsində) müəyyən qədər bu dəstənin içərisindədir. Onlar ayə və hədislərin zahiri mənalarını əldə etməyə çox ciddiyyət göstərir və daha artıq məlumat əldə edilməsilə nəticələnən fikirlərlə müxalifət edirdilər. Əhli-hədisin mərkəzi əsas etibarı ilə Ərəbistan, xüsusilə Məkkeyi-Mükərrəmə və Mədinə idi. Onların ardıcılları əsasən Ərəbistanın mərkəz və cənub nahiyələrində idilər. Sünnülərin fiqh imamlarından ikisi, yəni, Malik ibn Ənəs və Əhməd ibn Hənbəl, eləcə də “Sihahi-sittə”nin müəlliflərindən bir qrupu onların bünövrəsini qoymuşdular. Amma məlum səbəblərə görə Əhməd ibn Hənbəl onların arasında qəhrəman sayılır. Bu silsilə həmişə davam etmiş, Bəsrə, Kufə və Yəməni öz təsiri altına almışdır. İbn Həcər, İbn Teymiyyə, İbn Covziyyə, İbn Ərəbi (“Əl-qəvasimu minəl-qəvasim” kitabının müəllifi) onların parlaq şəxsiyyətləridir. Onların hamısı şiəliklə kəskin mübarizə aparırdılar.

Başçısı Məhəmməd ibn Əbdül-Vəhhab olan vəhhabi firqəsi həmin tarixi cərəyanların məhsuludur. Əlbəttə, Əbdül-Vəhhab özünün sələf rəhbərlərinin elmi qüdrətinə və təcrübəsinə malik deyildi. Amma tarixi, təbii, ictimai və siyasi şəraitin tələbi ilə belə bir təfəkkürün binasını qoya bilmişdi.

Bu müqəddiməyə diqqət yetirməklə vəhhabi firqəsinin yaranıb inkşaf etməsinin müxtəlif amillərini araşdıracağıq ki, bəhs olunan mövzu gözəl şəkildə aydınlaşsın.

VƏHHABİLƏRİN YARANIB İNKŞAF ETMƏSİNDƏ ZONAL AMİLLƏR

Ali-Səud sülaləsinin özünə qanuniyyət qazanmaq üçün vəhhabiyyətdən faydalanmasI


Keçən fəsildə qeyd olundu ki, Məhəmməd ibn Əbdül-Vəhhab müxtəlif şəhərlərə etdiyi səfərlərdən sonra 1143- h.q ilində öz dəvətini Hərimələdə aşkar etdi. Bundan sonra onun məsləkini qəbul etmək üçün şərait münasib olmadığına görə o məntəqənin əhalisi onun əleyhinə qiyam etdilər onu öldürmək istədilər. Məhəmməd ibn Əbdül-Vəhhab məcbur qalıb öz vətəni Üyeynəyə köçdü. Üyeynə öz şəraitinə görə nisbətən münasib olduğundan, burada dəvətini aşkar etdi (bu şərait vəziyyətlər barəsində bu fəsildə söhbət açılacaq). Amma Məhəmməd ibn Əbdül-Vəhhabın bu şəhərdə müvəffəqiyyət qazanmasına baxmayaraq onun öz əqidəsilə əlaqədar məlumat xəbərlər Ehsa hakiminə çatdıqda1 o da Nəcddəki mənafeyinin təhlükəyə düşdüyünü gördü Üyeynə əmirindən istədi ki, Məhəmməd ibn Əbdül-Vəhhaba kömək etməsin mümkün olan yollarla onu qətlə yetirsin. (Üyeynə Nəcdin başqa şəhərləri Ehsa hakiminin hakimiyyəti altında idi; əlbəttə bu hakimiyyət sadəcə olaraq oradakı qəbilələrin bəzisindən bac-xərac almaq üçün təşkil olunmuşdu Ehsanın həmişəlik hakimi deyildi). Vəhhabiliyin banisi Üyeynəni özü üçün məsləki üçün əmin-amanlıq bir yer olmadığını gördükdə Riyaz şəhərinin 20 kilometrliyində yerləşən Dirriyyə şəhərinə köçdü.

Vəhhabiyyət məhz bu şəhərdə kök saldı öz əsaslarını möhkəmləndirdi. Diriyyədə hökumət Məhəmməd İbn Səudun rəhbərliyi ilə Ənizə (yaxud Üneyzə) qəbiləsinin ixtiyarında idi. “Nizami Ali Səudkitabının müəllifi qeyd edir ki, Ali-Səud, Səud ibn Məhəmməd ibn Müqrinə mənsubdur.2 O, 1148-ci h.q. (1735-ci miladi) ilində Ərəbistan yarımadasının bir hissəsinə hakim olmuşdur. Ali-Səud sülaləsi iddia edirdi ki, ondan yarım əsr qabaq Hani ibn Rəbiul Muridi onun tayfası Nəcdə gəlmiş bu məntəqədə (Diriyyədə) sakin olmuşdur. Amma Ali-Səudun tarixi qeyri sənədlərdə əsər-əlaməti görünən ilk şəxsi Səud ibn Məhəmməddir. O, özü üçün Diriyyədə kiçik bir hakimiyyət yarada bilmişdi.”1

Ali-Səud Məhəmməd ibn Əbdül-Vəhhabın oraya gəlişindən əvvəl Diriyyədə Nəcdin sair qəbilələri bədəvi ərəblər kimi yaşayırdılar. Başqa sözlə desək, “Səud sülaləsi Nəcdin əkinçiləri şəhərlilərin çoxu kimi nisbətən şeyxliliyə yönələnlər idi. Xurma ticarəti bəlkə bir qədər at bəsləməklə rahat həyat sürürdülər. Qüdrətli olduqlarını hiss etdikləri zaman səhrada yaşayan qəbilələrə qəfildən hücum edirdilər. Halbuki, zəif olduqları vaxt bir guşəyə pənah aparırdılar. Onlar nisbətən müstəqil idilər qətiyyən imperatorluq təşkil etmək fikrində deyildilər. Az ehtimal verilir ki, onların öz mürşidləri ilə əlaqəsi olmadan dünya onların barəsində bir şey eşitməmişdi. Lakin Məhəmməd ibn Əbdül-Vəhhab Səud sülaləsini yeni bir istiqamətə doğru çəkdi.”2 Amma Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyəyə o zaman daxil oldu ki, oranın hökmranı Məhəmməd İbn Səud idi o, “Nəcd Hicaz mühitlərində təklikdə öz dəvətini yaya bilmədiyindən bu yolda yaranan əlaqələr ona kömək etdi bu da Ali-Səudun onunla beyət etməsi idi.”3 Bununla da Diriyyə şəhərində Məhəmməd ibn Əbdül-Vəhhabla Ali-Səud arasında ittihad müqaviləsi bağlandı. Cənab Əmininin yazdığı kimi: “Məhəmməd Səudun hər biri özünü digərinin vasitəsi ilə gücləndirirdi: Səud öz hökumətini Məhəmməd ibn Əbdül-Vəhhabın dininə tabe olmaqla, Məhəmməd ibn Əbdül-Vəhhab isə öz məzhəbini Səud hökumətinin qılıncı ilə.”4 Bu müqavilə 1158-ci h.q (1740- miladi) ildə bağlandı. Onun mühüm maddələrindən biri bu idi ki, Məhəmməd ibn Əbdül-Vəhhab başqa bir əmirin himayəsi altında olmasın.”1 Həqiqətdə bu müqavilənin bağlanmasında əsas məqsəd hədəf onların xüsusi mənafe hədəflərini təmin etmək idi. Xüsusilə, “Nəcd camaatı qarət etməyə məşğul olan öz üslublarını müharibə qan tökmək əsasında quran əmirləri onunla (Məhəmməd ibn Əbdül-Vəhhabla) bir ittifaq qurdular ki, özlərinin məqam şan-şöhrət arzularına daha yaxşı çata bilsinlər.”2 Beləliklə, iki Məhəmmədin arasında ittihad müqaviləsi bağlandı hər biri digərinə kömək etməyi öz öhdəsinə aldı. Xüsusilə, Ali-Səud bu müqavilənin bağlanmasından vəhhabiliyi qəbul etməkdən istifadə edə bildi. Vəhhabilərin ideoloji köməyindən özlərinin ərazi iddialarına hücumlarına qanuniyyət kəsb etməklə yanaşı, bu işlərə dini pərdə vurdular. Ustad Cəfər Sübhani öz kitabının bir hissəsində Ali-Səudun bu işdən necə gözəl bəhrələnməsini xatırladaraq deyir: “İbn Səud Şeyxlə bağladığı müqaviləsindən son dərəcə xoşhal idi. Lakin onun üçün iki şərt irəli sürüldü:

1. Əgər biz səninlə köməkləşib ölkələri fəth etsək qorxuruq ki, bizi tərk edərək başqa bir məntəqədə yaşayasan!

2. Biz meyvələrin yetişdiyi zaman Diriyyə camaatından vergi toplayacağıq. Qorxuruq ki, siz vergini qadağan edəsiniz.

Şeyx İbn Səudun cavabında dedi: “Mən heç vaxt səni başqasına dəyişmərəm. Allahın bizə nəsib etdiyi fəthlərdən çoxlu qənimətlər gələcək və səni bu vergilərdən ehtiyacsız edəcəkdir.”

Sonralar, bu iki ailənin arasındakı əlaqələrin möhkəmlənməsi üçün Diriyyənin əmiri şeyxin qızını öz oğlu Əbdül-Əzizə aldı bununla da iki ailə arasında qohumluq münasibətləri bərqərar oldu. Bu əlaqələr indiyə qədər geniş səviyyədə qorunmuşdur.3

İki Məhəmmədin arasında baş verən danışıqlara və söhbətlərə diqqət yetirməklə onların əsas məqsədlərini anlamaq olar. O da bundan ibarətdir ki, Ali-Səud vəhhabiliyə və onun banisinə özünə qanunilik bağışlamaq üçün bir vasitə kimi baxırdı. O bu məsləki və onun banisini məhz buna görə himayə edirdi. Bütün çətinliklərə baxmayaraq, o, hər bir zaman xüsusilə öz maddi və iqtisadi mənafeyini bu ittifaqda axtarırdı. Diriyyədə Ali-Səudun özü və öz məzhəbi üçün təhlükəsiz bir sığınacaq olduğunu görən Məhəmməd ibn Əbdül-Vəhhab onlara iltizam və təminat verdi ki, öz məzhəbi himayə və köməklərini heç vaxt onlardan kəsməyəgəkdir (onların işinə qanunilik verməkdə, eləcə də yeni-yeni hücumlarına və işğallarına dini don geyindirməkdə). Başqa sözlə desək, Ali-Səud məzhəbinin əsas bünövrəsi vəhhabilik olacaqdı.

Beləliklə, Məhəmməd İbn Səud vəhhabiliyi qəbul etməklə siyasi hərbi qüdrətə çatdı. Qüdrətin onun əlində təmərküzləşməsi ilə Məhəmməd ibn Əbdül-Vəhhaba söz verdi ki, onun məsləkinin yayılmasında bütün imkanlardan istifadə etsin. O da İbn Səuda zəmanət verdi ki, bu halda daha artıq qüdrət sərvət əldə edəcəkdir. Qeyd olunanları nəzərə almaqla, “vəhhabiliyin Nəcddə Hicazda yayılıb nüfuz etməsinin ən mühüm amili Ali-Səud oldu, onlar hətta vəhhabiliyi öz ölkəsinin rəsmi məzhəbi seçdi bu əqidənin icrası üçün heç bir maneənin qarşısında diz çökmədi.”1

Məhəmməd ibn Əbdül-Vəhhabın Diriyyəyə daxil olmasından başlayaraq Səudilərlə vəhhabilər arasında bağlılıq yarandı və bu bağlılıq o qədər möhkəmlənmişdi ki, Ali-Səudun tarixi boyu (vəhhabiliyi qəbul etdikdən sonra) onlarla vəhhabilərin arasında heç bir fərq gözə çapmırdı. Buna görə də bundan sonrakı mənbələrdə səudilərin adları və gördükləri tədbirlər vəhhabilərin adları və gördükləri tədbirlərlə yanaşı qeyd olunur. Seyyid Davud Ağayi “nə üçün Səudi rejimi vəhhabiləri öz ardınca çəkir?” - deyə verilən sualın cavabında yazır:

Vəhhabilik Səudiyyə rejimininömür şüşəsihesab olunur. Onsuz öz ayağı üstündə dayanıb, müstəqil ola bilməz. Necə ki, marksizm kommunist rejimlərinin davam gətirmə ömür səbəbi idi. Səudi rejiminin vəhhabilərlə olan münasibəti eynilə belədir. Onlar vəhhabilikdən heç vaxt üz çevirə bilməzlər. Amma onu, dövrün tələbinə görə öz fikir səliqələrinə uyğun təfsir edə bilərlər.”2

Üçüncü fəsildə qeyd edəcəyik ki, Ali-Səud vəhhabiliyi dövrün şəraitinə və zamanın tələbinə uyğun olaraq necə dəyişdirdi və öz məqsədlərini həyata keçirmək üçün ondan necə istifadə etdi.

Burada qeyd olunmalı məsələ budur ki, “vəhhabiliyin dini-siyasi təfəkküründə qüdrət əsas rol ifa etdiyinə görə qüdrət sahiblərinin, hətta İslamın ictimai həqiqətlərə tətbiq olunmasında belə xüsusi ixtiyarlardan istifadə etmələrinə səbəb olmuşdur.”1 Həqiqətdə Ərəbistanda qüdrət ədalətdən daha artıq əhəmiyyət kəsb edir. Bunu da nəzərə almaq lazımdır ki, orada qüdrət nisbətən iftixar yaradan qürur gətirəndir. “Bunlardan yaxşı şəkildə anlamaq olar ki, onlar İslama əsas etibarı ilə həyatın bütün sahələrinə nəzarət edən ideoloji bir sistem kimi baxmırlar.”2 Onlar üçün hakimin rəhbərin kim olması, hansı şərtlərə malik olması çox da əhəmiyyət kəsb etmir. Çünki, onların nəzərində əhəmiyyətli şey qüdrətin forması deyil, onun özüdür... (Onların nəzərində) ən mühüm olan şey budur ki, xalq arasında İslamdan söhbət getsin, ictimaiyyətdə İslamın zahiri qayda-qanunlarına riayət edilsin islamiyyət donunda görünsün. Amma əgər qüdrət sahibləri zalım, fasiq İslama etinasız olsalar, xüsusilə yadlar ölkə işlərinə dəxalət edib istilalar üçün şərait yaratsalar, bunun çox da əhəmiyyəti yoxdur...

Vəhhabiyyətin zahirdə quru sərt olmasına baxmayaraq, hakim qüdrətə o qədər ixtiyarlar vermişdir ki, onlar əməli olaraq özlərinin fiqhi etiqadlarını üsullarını görməzliyə vururlar. Yəni, rəysultanın rəyi ictihad da onun qüdrəti əlindədir.3 Vəhhabilərin rəhbər rəhbərlik barəsində təfəkkür tərzi ideologiyasının araşdırılmasından səudilərin bu məsləki qəbul etməsi onun qalıb davam etməsində ciddi səy göstərməsinin səbəbini anlamaq olar. Səudilər vəhhabiləri onların əməl tədbirlərinə qanuni don geyindirdiklərinə, onların hədəflərinə çatmaqda dini arxaları olduqlarına görə qəbul etdilər. Məhəmməd ibn Əbdül-Vəhhabın ailəsi ilə sıx əlaqə ailəvi münasibət qurduqlarına görə özləri üçün böyük dini-siyasi mövqe kəsb edə bildilər. “Siyasət hökumət dər Ərəbistani Səudikitabının müəllifi bu barədə belə yazır: “...Səudilər sülaləsi həmişə özünü elə qələmə verirdi ki, sanki, İslam dəyərlərinin keşikçisi İslam hökmlərinin icraçısıdır.1 Sultan Əbdül-Əziz Səudiyyə Ərəbistanının banisi qərara almışdılar ki, özünün Qurandan İslam qanunlarından bildiyi əsasda hökmranlıq etsin. “Cəmiyyətin Quran qanunları əsasında idarə olunmasıSəudi sultanlarının ilk əvvəldən indiyə qədər müştərək şüarları olmuşdur. Buna baxmayaraq, hər bir zamanda onun barəsində şəxsi zövqlər xüsusi məfhumları təqdim etmişlər.”2

Bu bəhsin axırında xarici yazıçılardan birinin Ali-Səudun vəhhabilikdən, Məhəmməd ibn Əbdül-Vəhhabın övladlarının da səudilərdən necə istifadə etməsi barəsindəki nəzərini diqqətinizə çatdırırıq. O, bu barədə yazır: “... Səudiyyə rejimi çox ayıqlıqla siyasi məzhəbi qüdrətə arxalanmışdı. Səudiyyə padşahları ilk növbədə qəbilə başçıları idilər ki, onlar qüdrət mühafizləri ittihadının köməyi ilə, eləcə sair məsul şəxslərin ailələri ilə evlənmək münasibət qurmaq əsasında hökmranlıq edirdilər... Əsas etibarı ilə Məhəmməd ibn Əbdül-Vəhhabın nəslindən olan ölkə ruhaniləri səltənət padşah ailələri ilə evlənirdilər, dövlət tərəfindən onlara maddi yardım olunurdu. Həmçinin, hökumət məclislərində güclü nüfuza malik idilər.”1

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə