ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Məhəmməd ibn ƏBDÜL-VƏHHABIN FƏALİYYƏT ÜSLUBU



Yüklə 5,57 Mb.
səhifə16/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

Məhəmməd ibn ƏBDÜL-VƏHHABIN FƏALİYYƏT ÜSLUBU


Məhəmməd ibn Əbdül-Vəhhab İbn Teymiyyənin, İbn Qəyyimin İbn Əbdül-Hadinin rəy fikirlərindən təsirlənərək vəhhabi məsləkini icad etdi. Şübhəsiz, “o da İbn Teymiyyə kimi, Hənbəli məzhəbində həşv2 əhli idi. İbn Teymiyyənin onun şagirdi İbn Qəyyim İbn Əbdül-Hadinin əqidələrini özü üçün örnək qərar verdi bu yolda onlardan da artıq ciddiyyətlə fəaliyyət göstərdi. Nəhayət, bütün müsəlmanları kafir müşrik hesab etdi. Bütün İslam ölkələrini hətta hələlik vəhhabilərin əlinə keçməyən Məkkeyi Mükərrəmə Mədineyi-Münəvvərəni belədarul-hərb” (müharibə evi) darul-küfr” (küfr evi) adlandırdı, müsəlmanlarla müharibə aparıb o müqəddəs məkanları işğal etməyi, bütün İslam şüarlarını, adət mərasimlərini məhv edib dağıtmağı öz ardıcıllarına vacib etdi.”1 Həqiqətdə o, özünün Ali-Səudun hədəflərinə çatmaq üçün elə bir məzhəb ixtira etmişdi ki, imam Fəxr Razinin təbiri ilə desək, “yeni Hənbəli məzhəbiadlandırılırdı.2 Elə bir məslək idi ki, onun banisi camaatı ona dəvət etməkdə həddindən artıq təəssübkeşlik donuqluq göstərir, bütün İslam firqələrini kafir hesab edir, onları cahil, nadan, müşrik bidətçi adlandırırdı.3 Vəhhabilər bidət, şirk bütpərəstlik kimi sözlərin mənalarını genişləndirərək onları əql şəriət nəzərində şirk, bütpərəstlik olmayan məfhumlara da aid etmiş, bununla da İbn Teymiyyənin işini davam etdirərək İslam dünyasına çox böyük xəsarətlər vurmuş müsibətlər yaratmışlar.

Mühəqqiqlərin əksəriyyəti bu əqidə barəsində müttəfiq fikirdədirlər ki, ibn Əbdül-Vəhhabın əqidə rəylərininxammalıİbn Teymiyyə, İbn Qəyyim İbn Əbdül-Hadinin, xüsusilə əvvəldəkinin (İbn Teymiyyənin) əqidəsi təşkil edir. Bu nəzəriyyəyə diqqət yetirməkləvəhhabi ayinini əhli sünnənin Əhməd ibn Hənbəlin təlimləri əsasında olan hənbəli fiqhinin məktəbi ilə qarışan sünnəçilik ideyalarının davamı hesab etmək olar. Hənbəli alimlərindən olan Əhməd ibn Teymiyyənin əsərləri vəhhabilərin əqidə rəylərində ən çox təsir qoymuşdur.”1 Ayətullah Cəfər Sübhani Məhəmməd ibn Əbdül-Vəhhabın İbn Teymiyyənin nəzəriyyə fikirlərini dirçəltməyə xüsusi maraq göstərməsini qeyd etməklə yazır: “Onun (İbn Teymiyyənin) əqidəsinin yalnız xüsusi bir hissəsini öz dəvətinin mehvəri qərar verdi orada tövhid şirk məsələlərini irəli çəkdi. Peyğəmbərin (s) ziyarəti üçün səfərə getməyi, ona təvəssül edib əsərlərini təbərrük etməyi qəbirlərin üzərində məqbərə tikməyi şirk hesab etdi.”2

Burada bəhsin daha aydın olması üçün vəhhabilərin təxribatçı, təfriqə yaradan və təəssübçü əqidələrinin bəzilərini bəyan edirik.

Şəxsiyyət əndişehayi Kaşiful-ğitakitabının müəllifi bu barədə yazır: “Bunların (vəhhabilərin) nəzərində qolbağı yaxadan asılan dua, Allahdan başqasına and içmək, səbəb, illət vasitələrə etiqad bəsləmək, qulam kənizəəbdümmadı vermək şirkdir.”3Bunların nəzərinə görə şəhadət kəlmələrini demək zat, sifət, fel ibadət baxımından Allahın vəhdaniyyətinə etiqad bəsləmək kafi deyildir. Əksinə hər kəs bu işlərə etiqad bəslədiyi halda qəbirləri ziyarət etsə müşrikdir. Vəhhabilər tövhid məsələsində malik olduqları ifratçı nəzəriyyələrlə yanaşı, özləri Quran ayələrinin zahirinə istinad edərək Allah üçün cəhət olduğunu deyirlər. Halbuki, Allahın hər hansı bir cəhətdə olması Onun cisim olmasını zəruri edir, hər kəs Allahı cisim hesab etsə kafirdir. Bundan da pisi budur ki, vəhhabilər Allahın zahiri əzası olmasına inanır deyirlər ki, Allah birinci asimana enir...”4 Ümumiyyətlə, “(vəhhabilər) inanırlar ki, dinin əsası Quran ayələri, Peyğəmbərin (s) səhabələrin səhih hədislərinin zahiri məfhumlarının əsasında qurulmalıdır. Onlar deyirlər ki, bu ayə rəvayətlərə, heç bir dəyişiklik edilmədən istinad edilməli onların zahiri məfhumlarına əməl olunmalıdır. Buna görə müsəlmanların Quran ayələri əsl hədislərlə müvafiq olmayan əməl rəftarlarının Quran İslam qanunlarından azğınlıq hesab edirlər.”1 Onlar qəbirləri ziyarət etməyi peyğəmbərlərin, imamların övliyaların pak ruhlarına təvəssül etməyi,2 qəbirləri üzərində məqbərə düzəltməyi, onlara təbərrük etməyi, eləcə şəfaətə etiqad bəsləməyi şirk hesab etmişlər.3

Ərəbistanla tanışlıqkitabında qeyd olunur ki, “ümumiyyətlə onun (İbn Əbdül-Vəhhabın) öz nəzəri ilə ayırd etdiyi Rəsuli-Əkrəmin (s) saleh sələflərin dövründə olmayan qayda-qanunları bidət ona əməl edənlərin qətlini vacib hesab etmiş bu adət qaydaların məhv edilməsi üçün ələ qılınc alıb cihad etmək lazımdır!” - deyə fətva vermişdir.”1 Aydındır ki, vəhhabilik ixtilaf yaradan təfriqə salan bir ayindir həqiqətdə (xəvaric kimi) özlərini müsəlmana oxşadan insanlar olub yersiz təəssübkeşliyə düçar olmuş özlərinin cəhalət təəssübünün dindarlıq hidayət olduğunu təsəvvür etmişlər. Onlar bu təfəkkür tərzi ilə onların öz dinlərində olan sair müsəlmanları kafir müşrik hesab edirlər.2 Onların əsl hədəfləri müsəlmanlarla düşmənçilik etməkdir. Çünki, özlərindən başqa müsəlmanlara nisbət verdikləri şeylər, onlara rəva gördükləri zülmlər Qurani-Məciddə, şərif Peyğəmbər (s) sünnəsində vardır. Həqiqətdə onlar Allahın kitabı Peyğəmbərin (s) sünnəsinin əleyhinədir. Ayətullah Qəzvini bu barədə yazır: “... Onların (yəni vəhhabilərin) təəssübü buradadır ki, özlərini əhli-sünnəyəni Peyğəmbərin (s) sünnəsinə rəftarına əməl edənlər hesab edirlər. Halbuki, Peyğəmbərin (s) sünnəsi şəriəti bütün müsəlmanlar üçündür, müsəlmanların, İslam alimlərinin din rəhbərlərinin üslubundan əlavə, onların təsəvvürlərinin əleyhinədir onların əməllərini rədd olunmuş sayırlar.”3 Həqiqətdə isə vəhhabilərin tədbirləri Allahın kitabı Peyğəmbər (s) sünnəsinin əksinədir. Çünki, müsəlmanları bir-biri ilə sıx vəhdətə, səfa-səmimiyyətə dəvət edən Allahın kitabı Peyğəmbərin (s) sünnəsinin əksinə olaraq, onlar müsəlmanları nifaqa, təfriqəyə, düşmənçiliyə sövq edir, onların arasında kin-küdurətə rəvac verirlər.

Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyədə qərarlaşdıqdan, öz mövqeyini möhkəmlətdikdən sonra Nəcdin rəislərinə qazilərinə məktub yazaraq onların özünə itaət etmələrini istədi. Bir qrup qəbul etdi, digər bir dəstə isə onu istehzaya tutaraq rədd etdilər. O, yaranan bu fürsətdən özünün Ali-Səud sülaləsinin şan-şöhrət rəyasət arzularını həyata keçirmək üçün istifadə etdi Diriyyə əhalisinə (onlar da düçar olduqları fəqirliyə yoxsulluğa görə bu çətinliklərdən çıxmaq üçün bir yol axtarırdılar) Nəcdin itaətsizlik edən qəbilələrinin əleyhinə müharibə göstərişi verdi. “O, Nəcd əhalisi ilə təkrar döyüşdü, nəhayət onları şeyxin (Məhəmməd ibn Əbdül-Vəhhabın) itaətinə gətirdi Ali-Səud Nəcdə sair qəbilə sakinlərinə qələbə çaldı.”1

Sonrakı fəsillərdə vəhhabilərin müxtəlif dövrlərdə keçirdikləri tədbirlər barəsində söhbət olunacaqdır. “Vəhhabilərin sair İslami firqələrə, xüsusilə şiələrə göstərdikləri qürur çoxlu bədbinliklər onların İslam cəmiyyətində geri qalmasının ən mühüm amili oldu.”2

VƏHHABiLİYİN MƏHƏMMƏD ibn Əbdül-Vəhhab ÖVLADLARININ DÖVRÜNDƏKİ CİDDİ TƏDBİRLƏRİ


Məhəmməd ibn Əbdül-Vəhhab, Məhəmməd İbn Səud ilə birləşdikdən sonra Diriyyə camatını sair Nəcd və Hicaz əhalilərinə hücum etməyə dəvət etdi. Vəhhabilərin malik olduqları əqidəni nəzərə almaqla (yalnız özlərini tövhid əhli bilib, sair müsəlmanları kafir hesab edərək qətlini vacib bilmələri) müsəlmanlara qarşı olan hücumlarına bəraət qazandırırdılar. Sonra Məhəmməd ibn Əbdül-Vəhhabla Ali-Səud sülaləsi arasında «siyasi evlənmək» baş verdi. Bununla da o ikisi bir-birinə daha artıq yaxınlaşdılar və vəhhabiyyətin genişlənməsi üçün çox ciddi cəhdlə çalışmağa başladılar.

Vəhhabilər Məhəmməd ibn Əbdül-Vəhhabın sağlığında Nəcdin sair məntəqələrinə tədriclə hakim kəsildi Hicazın əmirlərini tədhid edib qorxutdular. Onlar 1202-ci h.q ilində Hicaz məntəqəsinə təhdid həmlələrini əməli olaraq həyata keçirdilər siyasi mənafe əldə etmək, hakimiyyət dairəsini genişləndirmək sair müsəlmanları səhnədən çıxarmaq üçün ciddi səy göstərməyə başladılar. Nəhayət, Məhəmməd ibn Əbdül-Vəhhab 1206- h.q ilində, 92 il zülm, İslama müsəlmanlara xəyanət, irticaçılara istismarçılara xidmət etdikdən sonra öldü özündən elə bir məzhəb qoydu ki, o, müsəlmanlar arasında yalnız düşmənçilik, kin-küdurət təfriqənin mənşəyi oldu, islam ölkələrinə çoxlu təcavüzlərin kütləvi qırğınların əsasını qoydu. Məhəmməd ibn Əbdül-Vəhhabın ölümündən sonra onun dörd oğluƏbdüllah, Həsən, Hüseyn ƏliÖvladi-Şeyxadı ilə məşhurlaşdı atasından sonra, Ali-Səudun köməyi ilə vəhhabiliyin yayılıb təbliğ edilməsində, Ali-Səuda dini-siyasi qanunilik verməkdə onun tədbirlərinə haqq qazandırmaqda təsirli rol ifa etdilər. Ayətullah Qəzvini bu barədə yazır: “Məhəmməd ibn Əbdül-Vəhhabın oğlanları nəvələri öz əsərlərində atasının cəddinin yenicə qurulmuş məzhəb məslək fikirlərini yaymaq, onları izah, təfsir şərh etməkdə çox ciddi səy göstərdilər. Yəmən əmirlərindən Məhəmməd ibn Əbdül-Vəhhabın müasiri olan Məhəmməd ibn İsmail Sənai özününTəthirul-etiqadrisaləsində, Seyyid Məhmud AlusiNəcd tarixikitabında, Şokani başqaları da öz kitablarında onun dəvətini yaymaqda ciddi çalışır vəhhabi məsləkinin genişlənməsinə səbəb olurdular.”1

Məhəmməd ibn Əbdül Vəhhabın ölümündən sonraböyük oğlu Əbdüllah onun proqramlarını davam etdirdi. Ondan sonra da Süleyman Əbdürrəhman növbə ilə onun canişini oldular.2 Xüsusilə, Süleyman son dərəcə təəssübkeş adam idi.”3

Aydındır ki, bu dövrdə vəhhabilər öz məzhəblərinin yayılması və təbliğ olunması üçün çox təəssüblə səy göstərirdilər. Şeyxin övladları da bu barədə sair İslami məzhəblərə, xüsusilə şiələrə qarşı həddən artıq amansız idilər. Məhz onlar 1216-cı ildə vəhhabiləri İraqa hücum etməyə təşviq etdilər. Özlərinin təəssüb dolu fətvaları ilə (bu da onların zahirpərəstliyə və quru müqəddəsliyə əsaslanan əqidələrindən irəli gəlirdi) vəhhabilərin şiə rəhbərlərinin mübarək qəbirlərinə və şəhadət yerlərinə – Kərbəlada və Nəcəfdə həmlələrinə qanuniyyət verdilər və özləri də bu ordunun önündə hərəkət etdilər. Şiələrin üçüncü imamı İmam Hüseynin (ə) pak qəbrinə qarşı son dərəcə hörmətsizlik göstərib özlərindən insanlığa sığmayan yırtıcılıq və nadanlıq göstərdilər. Onların nəzərinə görə onlardan başqa bütün müsəlmanlar kafir və müşrikdirlər. Onların bütün əqidələri, adətləri, qayda-qanunları şirk və bütpərəstlik hesab olunur. Onlar İraqdan əlavə, Hicaza da hücum etdilər. Sair müsəlmanları həcc əməlindən məhrum etməkdən, “Bəqi”də Peyğəmbər (s) övladlarının və imamların qəbirlərini və salehlərin məqbərələrini dağıtmaqdan əlavə, Məkkeyi-Mükərrəmə-Mədineyi-Münəvvərədə kütləvi qırğınlar, vəhşiliklər törətdilər. Onların tarixdəki cinayətləri malik olduqları cahiliyyət və təəssüblərinin son həddini göstərir ki, bu hadisələr İslamiyyətdən neçə əsrlər öncə Ərəbistanda baş verən hadisələri xatırlatdırdı. Bu barədə unudulmaz mətləb – Şeyxin övladlarının vəhhabilərin yırtıcılıq və təəssübkeşlik əsasında olan tədbirlərində fəal iştirak etmələri idi.

Vəhhabilərin hücumları təhdidləri Osmanlı sultanını məcbur etdi ki, Məhəmməd Əli Paşadan onların qarşısına çıxmağı istəsin. Ayətullah Qəzvini öz kitabının bir hissəsində şeyxin övladlarının misirlilərin (Osmanlı sultanının əmri ilə) həmləsindən sonrakı taleyi barədə yazır: “...Tərəflər (İbrahim Paşa ilə vəhhabilər) arasında baş verən müharibələrdə, xüsusilə Diriyyə şəhərinin mühasirə olunub işğal olunmasında Ali-Səudun Şeyx Məhəmməd ibn Əbdül-Vəhhabın adamlarından bir qrupu öldürüldü, yaxud edam edildi. O cümlədən, Şeyx Süleyman ibn Əbdüllah ibn şeyx Məhəmməd ibn Əbdüllah, İbrahim Paşanın Diriyyə əhli ilə sazişindən sonra təhdidlə onu tələb etdi (ona görə ki, o təhqir olunmuşdu) göstəriş verdi ki, bir neçə nəfər onun qarşısında musiqi çalsınlar. Sonra onu oxlatdırıb öldürdü. İbrahim Paşa təqribən doqquz ay Diriyyədə qaldı. Bu müddət ərzində Ali-Səudun Şeyx Məhəmməd ibn Əbdül-Vəhhabın nəslinin bütünlüklə Misirə sürgün edilməsinə dair hökm çıxardı. Onun fərmanı həyata keçirildi bu iki sülalənin təqribən 400 nəfərdən ibarət olan üzvləriqadın, kişi uşaqları həbs olunaraq Misrə aparıldı. Onların çoxu da həmin yerdə edam olundular.”1

Nəhayət, misirli qüvvələrin (İbrahim Paşanın rəhbərliyi ilə) Diriyyədən çıxmasından sonra Məhəmməd ibn Əbdül-Vəhhabın, Əli ibn Hüseyn ibn Məhəmməd ibn Əbdül-Vəhhab adlı nəvəsi (o Qətərə və Əmmana qaçmışdı) Diriyyəyə qayıtdı və yenidən vəhhabi məsləkini dirçəldib yaymağa başladı. Bundan əlavə, Məhəmməd ibn Əbdül-Vəhhabın oğlu Həsəndən Əbdürrəhman adlı bir oğlan qalmışdı ki, vəhhabilər Məkkeyi-Mükərrəməni işğal etdikləri vaxt o, şəhərin qazisi vəzifəsində çalışırdı və çox uzun (təqribən 100 il) ömür sürmüşdü. Onun Əbdül-lətif adlı bir oğlu da qalmışdı.

Sonralar da vəhhabilik Məhəmməd ibn Əbdül-Vəhhabın və Ali-Səud sülaləsinin əli ilə Ərəbistanda təbliğ olunub yayıldı və bu din həmin məntəqəyə hakim kəsildi ki, hal-hazırda da davam etməkdədir. Şeyxin övladları barəsində son sözü Robet Lisinin sözlərindən qeyd edirik:

Məhəmməd ibn Əbdül-Vəhhabın övladları onun ölümündən sonra Ali-Şeyx (yəni şeyxin ailəsi) adı ilə tanındı bu günkü günə qədər Ərəbistanın sultanlar yaşayan məntəqəsində öz əsil-nəsəbini qoruyub saxlamışdır. Onlar Ali-Səudun onlarla qohum olduğu dörd ailədən biridir alimlərin arasında böyük nüfuza malikdirlər. Onlar Ali-Səuddan sonra vəzirlər şurasında hamıdan irəlidirlər. Bu şurada 1981-ci ilin iyun ayında Ali təhsil nazirliyi, prokurolluq əkinçilik nazirliyi Ali şeyxdən ibarət idi. Bu ailə həmçinin ordu polis qüvvələrində mühüm postları əllərində saxlamışlar.1

SÜNNÜ VƏ şiə ALİMLƏRİNİN VƏHHABİYYƏT ƏLEYHİNƏ TƏNQİDLƏRi


Məhəmməd ibn Əbdül-Vəhhab öz əqidələrini aşkar camaatı ona dəvət etdikdən sonra alimlərdən böyük bir qrupu onunla müxalifətə qalxdılar. Əvvəldə qeyd etdik ki, Məhəmmədin azğınçılıqları aşkar olduqdan sonra əvvəlcə atası onunla müxalifətə başladı ata-oğul arasında ixtilaf meydana gəldi. Amma o, vəhhabilik dəvətini aşkar etdikdən sonra onun qardaşı hənbəli alimlərindən sayılan Süleyman ibn Əbdül-Vəhhab onun əqidələrini rədd etmək üçünƏs-səvaqiqul-ilahiyyə fir-rəddi ələl-vəhhabiyyəadlı bir kitab yazdı. Bu, sünnü alimləri tərəfindən vəhhabi əqidəsini rədd etmək üçün yazılan ilk kitab idi. Süleyman bu kitabda yazırdı: “Vəhhabilərin şirk küfrə səbəb olan şey hesab etdikləri Əhməd ibn Hənbəldən qabaq İslam imamlarının dövründə yaranmışdı. Çoxları onu inkar etmişlər. Lakin İslam imamlarından eşidilməmiş ya rəvayət edilməmişdir ki, bu əməllərə mürtəkib olanlar kafir, yaxud mürtəd hesab olunsun onlara qarşı cihad hökmü verilsin.”2

Cənab Fəqihi, Məhəmməd ibn Əbdül-Vəhhab onun əqidələrini rədd etmək üçün yazılan kitablar barəsində deyir: “Məhəmməd ibn Əbdül-Vəhhabın müasirləri ondan sonrakı alimlər onun əqidələrini rədd etmək, yaxud ona nəsihət vermək üçün çoxlu kitablar yazmışlar.”3*

Bu kitabların sayı 42-yə çatır. Onlardan bəziləri aşağdakılardır:

1.Əhməd ibn Əli Bəzri Şafeinin risaləsi.

2.Əbdül-Vəhhab ibn Bərəkat Şafeinin risaləsi.

3.Şeyx Əttarinin “Əssarimul-hindi fi unuqun-Nəcdi” adlı risaləsi.

4.“Əl-məqalatul-vafiyə fir-rəddi ələl-vəhhabiyyə”, Möhsün Xəzbək.

5.“Əl-əqvatul-məziyyətu fir-rəddi ələl vəhhabiyyə”, Şeyx Əta Əlkəsəm.1

Vəhhabilərin İraqda (xüsusilə Kərbəlada) şiə rəhbərlərinin şərif qəbirlərinə məqbərələrinə qarşı rəva gördükləri çirkin işlər ağır cinayətlərə görə (gələn fəsillərdə onların barəsində söhbət olunacaq) şiələr vəhhabiyyətlə onun banisi ilə müxalifətə qalxdılar, bu firqənin rədd olunması ilə əlaqədar çoxlu kitablar yazmağa başladılar.2Şiə alimləri tərəfindən Məhəmməd ibn Əbdül-Vəhhabın batil əqidəsinin rədd olunması üçün yazılan ilk kitab Mərhum Şeyx Cəfər Kaşiful-ğitanın (1228-ci h.q ilində vəfat etmişdir) “Mənhəcur-rəşadkitabıdır.1 Bundan əlavə, mərhum Şeyx Ağa Bozorg TehraniƏz-zəriətu ila təsanifuş-şiəkitabında bu kitabların bəzilərinin adlarını qeyd etmişdir. O cümlədən:

1.“Əl-ovraqul-Bağdadiyyə”, Şeyx İbrahim Ravi Əraqi.

2.“Dəlili vaqei”.

3.“Sülhü ixvan”, Şeyx Davud Nəqşbəndi Bağdadi.

4.“Əl-mənqəhul-vəhbiyyə”.

5.“Əl-ayatul-bəyyinat”.

6.“Ər-rəddu ələl-vəhhabiyyə”, Şeyx Məhəmməd Cavad Bəlaği.2

Ümumiyyətlə, Məhəmməd ibn Əbdül-Vəhhabın həyatı onun gördüyü işləri araşdırmaqla müsəlmanların İslamın ziddinə olan vəhhabi məzhəbinin törətdiyi faciələrin qədər böyük olduğu aydın olur. Əmini bu barədə qeyd edir: “Tarixçilərin yazılarından belə aydın olur ki, Məhəmməd ibn Əbdül-Vəhhab öz həyatı boyu hər növ fitnə-fəsadın, qətl cinayətin mənşəyi olmuş müsəlmanlar arasında fitnə odunun şölələnməsində, düşmənçilik çəkişmələrin qızışdırılmasında bir an olsun belə soyumamışdı. O, həqiqətdə bütün İslam dəyərlərinin insani keyfiyyətlərin təxribatçısı idi, mömin, şərafətli alicənab insanların hökumətini qəbul etməyən, dindən, bütün yaxşılıq fəzilətlərdən ayrı düşən insanlar ona, öz hədəfində kömək etdilər.”3

Qeyd olunanlara diqqət yetirməklə məlum olur ki, Məhəmməd ibn Əbdül-Vəhhab İslama laqeyd xain olan bir ünsür idi. Onun yaratdığı məslək İslamın, Quranın şəriətin ziddinə idi. Belə ki, “Vəhhabilərin batil sözləri əqidələri səbəbilə İslam barəsində onların nəzərindən təhqiqat aparıb araşdıran şəxslərin bəziləri İslam dinini quru donuq, bütün zamanlara cavab verə bilməyən bir din kimi tanıtdırdılar.”1 Bəli, bu kimi anlaşılmazlıq sui-istifadələr bir sıra dinsiz, rəyasətpərəst, şan-şöhrət aşiqi, həvayi-nəfsə tabe olan İslam dininə xəyanət edən bir neçə ünsürün qurduğu hiyləgərlik planları idi ki, onlar istismarçılara xidmət edib onların məramlarını irəli aparmaqda kömək etmişlər.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə