ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


Məhəmməd ibn ƏBDÜL-VƏHHABIN İLK RƏSMİ VƏ AŞKAR DƏVƏTİ



Yüklə 5,57 Mb.
səhifə15/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

Məhəmməd ibn ƏBDÜL-VƏHHABIN İLK RƏSMİ VƏ AŞKAR DƏVƏTİ


Məhəmməd ibn Əbdül-Vəhhab Şama, İraqa və İrana çoxlu səfərlər etdikdən, elmi, dini və siyasi agahlıq əldə etdikdən sonra 1152-ci hicri ilində Nəcdə qayıtdı. Atası Üyeynədən Nəcdin böyük şəhəri olan Hərimələyə köçdüyünə görə o da həmin şəhərə köçməli oldu.

O, 1143- ildə (32 yaşında) Bəsrədə özünün ilk dəvətini başlaması,2 nəticədə həmin şəhərdən qovulmasına baxmayaraq,3 atasının Hərimələdə vəfat etdiyi 1153- ilə qədər (onun İrana gəlişindən 8 ay sonra) öz əqidələrini rəsmi şəkildə aşkar etmədi. (Bundan əvvəl atası ustadları onun etdiyi söhbətlərindən, əməl rəftarlarından onun əqidə azğınçılığında olmasından xəbərdar olmuşdular). O, “həmin ildə (1153-ci h.q. 1740- miladi) öz təfəkkürünün məhsulu olanKitabut-Tövhidadlı bir kitab yazdı.4 Atasının vəfatı ilə eyni zamanda Hərimələ şəhərində öz əqidələrini aşkar etdi camaatın əqidə əməlini inkar etməyə başladı. “Kəşful-irtiyabkitabının müəllifi bu barədə yazır: Bu zaman (atasının ölümündən sonra) o daha da cürətləndi. Heç bir qorxu olmadan öz əqidələrini aşkar etdi müsəlmanların hamısının fikir birliyində olduğu əməllərə həmlə etdi, dələduz quldurlardan bir qrupunu öz ətrafında birləşdirdi.”1 Onun ixtira etdiyi məktəb sonralar onun atası Əbdül-Vəhhabın adı iləvəhhabiadlandırıldı (bu barədə əvvəllər qeyd olunmuşdur). Elə bir məslək ki, bəzilərinin inancına görə İslam ölkələrinin mərkəzində səhvənməzhəbi islahat yeni həyat hərəkatıadlandırılır.2 Vəhhabi ayini təəssübkeş, çox səthi donuşluq əsasında olan, təfriqə yaradan nifaq salan bir dindir ki, müsəlmanları kafir hesab etmək onların əsas ümdə şüarlarıdır.

Ümumiyyətlə, Hərimələdə vəhhabi dəvətini qəbul etmək o şəhərin qəbilə icması şəklində yaşayan cəmiyyəti üçün ağır idi. Amma, vəhhabi yazıçıları İbn Əbdül-Vəhhabın Hərimələdə müvəffəqiyyət qazanmamasının səbəbini Həmyan qəbiləsinin əmr be mərufa nəhy əz münkərə dəvət etməsi hesab edirlər! (Bu qəbilə Hərimələdə yaşayan iki qəbilədən biridir ki, çox yaramaz əxlaqsız işlərlə məşğuldurlar.) Buna görə onu qətlə yetirməyi qərara aldılar o, bu hadisədən xəbər tutaraq şəhərdən qaçdı.3 AmmaHərimələ şəhərinin qəbilə rəisləri iki qəbilədən olub hər biri rəyasət iddiası etdiyindən4o, bu mərhələdə siyasi-dini baxımdan müvəffəqiyyət qazana bilmədi. Həqiqətdə qəbilə icması həyatında camaat öz rəislərinə tabe olaraq hər bir işi görür, rəis istəməzsə o işi yerinə yetirməzlər. Hər bir qəbilə rəhbəri öz qəbilələrinin qüdrətinin başında dayanır, o, hər əmr edərdisə icrası vacib olurdu.

Digər mühüm məsələ budur ki, o, Hərimələdə sakin olan qəbilələrin heç birindən deyildi. Buna görə də oranın əhalisi onun özü, rəyləri və nəzərlərindən tam agah deyildilər.

Buna görə də İbn Əbdül-Vəhhab yerini dəyişməyə məcbur oldu və öz məsləkini təbliğ etməkdə fəaliyyətini davam etdirmək üçün yeni bir şəhəri – Üyeynə şəhərini seçdi. Bu şəhərin seçilməsi onun üçün üç cəhətdən əhəmiyyət daşıyırdı. Biri bu idi ki, bura onun ilkin vətəni hesab olunurdu. Buna görə də camaat onun özü və ailəsi ilə müəyyən qədər tanış idilər. Həmçinin o, Üyeynədə sakin olan qəbilənin üzvü idi və oranın həyat, mühit, təfəkkür tərzi və siyasi məsələləri ilə yaxşı tanış idi. İkincisi, atasının Üyeynədə malik olduğu mənsəb – yəni hənbəli fiqhini tədris etməsinə və qəzavət kürsüsündə olmasına görə, camaat Əbdül-Vəhhab ailəsinə hörmət göstərirdi. Üçüncü məsələ budur ki, İbn Əbdül-Vəhhab Üyeynənin siyasi mövqeyi ilə tanış idi və Ehsa hakiminin nəzarəti altında idi, oranın əmiri Osman ibn Əhməd zahirdə camaata hökmranlıq etdiyinə görə Üyeynə şəhərini seçdi. O çalışırdı ki, mümkün olan hər bir vasitə ilə oranın əmirini özünün ixtira etdiyi məsləki qəbul etməyə vadar etsin. Bununla da çox güclü arxaya malik olsun və Ehsanın əmirinin nəzarətindən xaric olsun.

Üyeynədə Məhəmməd İbn Əbdül-Vəhhabın dəvətinin davam etməsinə görəo bu dövrdə müsəlmanların xüsusi ümumi təbəqələrindən həvayi-nəfsə tabe olan çoxlarını özü ilə həmfikir həməqidə edə bildi... Buna görə onun şan-şöhrəti yayılmağa başladı: hər bir yerdə dini məclislərdə, hətta siyasi məclislərdə belə ondan onun işlərindən söhbət gedirdi.”1 Onun şöhrətinin artmasına işinin rövnəqlənməsinə səbəb olan ardıcıllarının havadarlarının çoxluğu Ehsa hakiminin nigarançılığına səbəb oldu. Buna görə o, Üyeynənin əmiri Osman ibn Əhməd ibn Müəmməri ibn Əbdül-Vəhhabı öz yolu üzərindən götürməyə vadar etdi. Məhəmməd ibn Əbdül-Vəhhab Nəcdə tam hakimiyyət vədəsini (onunla həmkarlıq edəcəyi təqdirdə) Osmana verməsinə baxmayaraq, o, hər an Üyeynəyə hücum etməsi gözlənən Ehsa əmirinin qorxusundan Məhəmmədi bu şəhəri (Üyeynəni) tərk etməyə məcbur etdi.

Məhəmməd ibn Əbdül-Vəhhab daha sonra Diriyyə şəhərinə getdi (Nəcd şəhərlərindən biridir). Oraya Ali-Səud sülaləsi hakim idi və oranın həyatı qəbilə və tayfa qayda-qanunları və mədəniyyəti əsasında cərəyan edirdi. Qeyd etmək lazımdır ki, qəbilə icmasında qəbilə üzvləri öz hakim və rəislərinə itaət edir, müharibə fərmanı, sülh bağlanması, yer dəyişmə, mühakimə və qəbilənin ən çox siyasi və ictimai məsələləri rəisin öhdəsinədir və bundan əlavə, o hər hansı ayini və məsləki qəbul edərsə və qəbilə üzvlərini də onu qəbul etməyə təşviq edərsə qəbilə üzvləri də bunu alqışla qəbul edirdilər.

Məhəmməd ibn Əbdül-Vəhhab da qəbilə icmasına hakim olan qayda-qanunları bildiyindən, qəbilə onun rəisinin vəziyyətindən agah olduğuna görə öz hədəfini həyata keçirmək üçün Diriyyəyə yola düşdü. O, özünün şöhrətpərəstlik rəyasət kimi hədəflərinə çatmaq üçün Diriyyəyə daxil olan kimi oranın hakimi Məhəmməd İbn Səudun yanına getdi onu vəhhabiyyət dinini qəbul etməyə təşviq etdi. Bununla yanaşı onun Nəcdə Ərəbistanın sair məntəqələrinə hakim olacağını vəd etdi. Fəqihi bu barədə yazır: «Məhəmməd ibn Əbdül-Vəhhab Diriyyəyə gəlib Məhəmməd İbn Səudla razılaşdığı zaman Diriyyə əhalisi son dərəcə yoxsulluq ehtiyac içində yaşayır, güzəranlarını təmin etmək üçün qan-tər içində işləyirdilər..”1 O, Diriyyə camaatının vəziyyətindən agah olub Ali-Səudla razılaşmaya gəldiyinə görə özünün ixtira etdiyi dini təbliğ etmək üçün münasib şərait yarandığını gördü Ali-Səudla razılaşıb öz dəvətini Diriyyədən başladı. O, həmin şəhəri vəhhabiliyi Nəcdin sair məntəqələrininə Ərəbistan yarımadasının digər yerlərinə yaymaq üçün bir dayaq məntəqəsi kimi seçdi.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə