ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


ƏRƏBİSTANIN XÜSUSİ COĞRAFİ MÖVQEYİ



Yüklə 5,57 Mb.
səhifə19/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

ƏRƏBİSTANIN XÜSUSİ COĞRAFİ MÖVQEYİ


Vəhhabilik dini Ərəbistan yarımadasında yaranıb genişləndi. Bu yarımada coğrafi mövqe baxımındanşimal yarım kürəsində, Asiyanın cənub qərbində yerləşir yeddi dövlətdənSəudiyyə Ərəbistanı, Yəmən respublikası, Əmman, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn Küveytdən təşkil olunmuşdur. Səudiyyə Ərəbistanının sahəsi 2149690 km2 olmaqla bu yarımadanın ən böyük ölkəsi sayılır. Bu ölkə ekvatordan şimalda, 16-32-ci coğrafi en dairəsində yerləşir. Şimaldan İordaniya İraq, cənubdan isə Yəmən respuplikası Əmmanla, şərqdən Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Fars körfəzi, qərb tərəfdən isə Qırmızı dənizlə hüdudlanır.”1

Ərəbistan yarımadasının ən mühüm coğrafi bölgülərindən biri onun bir-birindən ayrı olan üç əsas hissələrə bölünməsidir ki, aşağıdakılardan ibarətdir:

1. Təhamə. Bu diyar Qırmızı dənizin sahillərindən Nəcrana qədər davam edir. Bu yerdə hava çox qızmar olduğuna görə orada həyat çox çətindir və buranın “Təhamə” adlanmasının səbəbi elə budur.

2. Nəcd. Bu, Ərəbistan yarımadasının ən böyük hissəsini təşkil edir. Cənubdan Rübül-Xali, qərbdən Hicaz, şərqdən Ehsa və şimaldan İraq və İordaniya ilə sərhəddir. Bu ərazinin dəniz səviyəsindən hündürlüyü 150-1500 metrdir və buna görə də ora “Nəcd” deyilir (Nəcd – yüksək məntəqə deməkdir).

3. Hicaz. Bu Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşir onun əsas hissəsi dağlıq məntəqələrdən təşkil olunmuşdur. Şimal tərəfdənƏqəbəkörfəzi, qərb tərəfdən Qırmızı dəniz, şərq tərəfdən Nəcd cənub tərəfdən Əsir ilə hududlanır.”1

Ərəbistan yarımadası qızmar havaya, normal həyat üçün münasib olmayan quru iqlimə, əkinçilik üçün münasib olmayan torpağa malik olduğundan qədim dövrlərdən burada çoxlu iqtisadi çətinliklər yaranmış, buna görə də heç kəsin diqqət mərkəzində olmamışdır. Aşur, Misir, İran və Roma kimi imperatorluqlar da məhz bu səbəbə görə Yəməndən başqa bu nahiyələrin heç birinə diqqət yetirməmişlər. Bu məntəqə yalnız İslamın Ərəbistan yarımadasında zühur etməsindən sonra məşhurlaşdı.

Sonralar Əməvi və Abbasi xəlifələri Dəməşqdə və Bağdadda (bunlar strateji və coğrafi baxımdan çox böyük əhəmiyyət kəsb edirdilər) yerləşir, hətta Osmanlı xəlifələri də öz xilafət mərkəzlərini İstanbulda yerləşdirib Hicaz və Nəcd məsələlərinə çox baş qoşmadığına baxmayaraq, XVIII-XIX əsrlərdə beynəlxalq şəraitlərlə əlaqədar bu məsələ tamamilə dəyişildi.

Həqiqətdə Ərəbistanda zəngin neft yataqlarının kəşf olunub diqqət mərkəzində olmasından öncə bir tərəfdən İngiltərə, Fransa, Rusiya və s. kimi istismarçı və hegemon dövlətlərin rəqabətləri, digər tərəfdən isə Osmanlı imperatorluğuna zərbə vurmaq niyyəti həmin dövrlərdə Səudiyyə Ərəbistanının istismarçıların diqqət mərkəzində olmasına səbəb olmuşdu. Amma Nəcd ölkəsi vəhhabiliyin yaranıb inkişaf etməsilə əlaqədar xüsusi əhəmiyyət daşıdığına görə bu məntəqənin xüsusi coğrafi mövqeyi – istər təbii və iqlim baxımından, istərsə də tarixi, coğrafi və insani, eləcə də o diyarın əhalisinin (köçəri ərəblər) xüsusiyyəti baxımından araşdırılmalı məsələlərdəndir.

Aydındır ki, vəhhabilik dini Nəcddə kök atmış, elə buradan da başqa nahiyələrə yayılıb inkişaf etmişdir. Buna görə Nəcdin xüsusi coğrafi mövqeyini araşdırmalıyıq. Məşhur tarixçi Qustav Le Bon Nəcd ölkəsi barəsində belə yazır: “... Bu, Ərəbistanın mərkəzində yerləşən dağlıq bir ölkədir. Çoxlu dağlar qumlu səhralar onu hər tərəfdən əhatə edir. Vəhhabi dövlətinin yarandığı bu hissədə camaat təzəlikdə onun vəziyyətindən agah olmuşlar... Nəcd əhalisinin ən mühüm məşğuliyyəti əkinçilikdən ibarətdir.” Pletrov deyir: “Nəcd əyalətində yüksək kefiyyətli qarğıdalı, buğda xurma hasil olduğundan, belə məlum olur ki, orada çox istedadlı məharətli əkinçilər yaşayırlar...”1

Deməli, Nəcd Ərəbistan yarımadasının geniş əraziyə malik olan bir bölməsidir və hazırkı dövrdə Səudiyyə Ərəbistanının bir hissəsi hesab olunur. “Nəcd” kəlməsi yüksəklikdə yerləşən ərazi mənasınadır. O yer ətraf ərazidən hündür olduğuna görə belə adlandırılmışdır. Nəcdin mərkəzi olan Riyaz şəhəri hal-hazırda Ərəbistanın rəsmi dövlət paytaxtı hesab olunur. Nəcdin digər məşhur şəhərləri aşağıdakılardan ibarətdir:

Qəsim nahiyəsində iki şəhərƏnizə Bəridə, Sədir nahiyyəsində olan Zülfa şəhəri, Vəşəm nahiyəsində olan Səqra şəhəri, Ariz nahiyəsində olan Diriyyə şəhəri, Dəvasir qəbilələri digər nahiyələri qeyd etmək olar. Nəcd cənubdan Əsir, Yəmamə Əhqaf, şərqdən İraq, Ehsa Qətif, şimaldan Şam səhrası qərbdən Hicaz ilə sərhəddir.2Nəcd əyalətinin qızmar havası var, onda geniş səhralar əkinçilik üçün yararlı olmayan ərazilər vardır. Oranın sakinləri köçəri həyat tərzi keçirir, hakimiyyət sistemi isə qəbilə tayfa üsul-idarəsidir.

Ərəbistan yarımadasının mərkəzi hissələrində yaşayan ərəblərbədəvi ərəbləradlandırılır ki, onları sair ərəblərdən ayıran xasiyyətlərə xüsusi ruhiyyələrə malikdirlər. “İslam qərb sivilizasiyasıkitabının müəllifi onların barəsində yazır: “...Bu bədəvi ərəblər... çox kobud xasiyyətli mədəniyyətsiz bir irqdir ki, onlarda heç bir tarixi nişanələr mövcud deyildir. Din məzhəb məsələlərindən başqa (bu da onların içində nüfuz etmişdir) min illərdən bəri indiyə qədər onlarda heç bir dəyişiklik baş verməmişdir... Bədəvi ərəblər kiçik qəbilələrdən təşkil olunurdular. Bu qəbilələrin hər biri bir şeyxin, yaxud əmirin nəzarəti altında idi... Qəbilə rəisi müharibələrdə qəbilənin sərkərdəliyini öhdəsinə alır müharibə qənimətlərini bölüşdürürdü... Yerli yığıncaqlarda məclisin başında otururdu. Bunlar həmişə iki işdən biri ilə məşğuldurlar: ya müharibə, yaxud da heyvan bəsləmək. Ərəb qəbilələri arasında ən kiçik bəhanələrlə şölənənən müharibə odunun axırı yox idi... Bədəvi ərəblər üç şey ilə iftixar edirdilər: qılınc, qonaqpərvərlik, danışıqda söz ustadı olmaq. Ərəbistan yarımadasında, Suriya Afrikada yaşayan bədəvi ərəblərin xüsusiyyətləri budur ki, azadlıq hürriyyətə həddindən artıq maraq göstərirlər... Əgər hansısa bir zamanda bir şəxs onlara hakim ola bilibsə bu, onların arasında təfriqə salmaqdan başqa bir görə bilməmişlər.”1

Həmin bədəvi ərəblərdən hesab olunan Nəcdin ərəb sakinləriçox inadkar, arıq cüssəli adamlar idilər ki, şərab, yaxşı yeməklər, tütün, zərif paltarlar, hətta məscidləri üçün minarə səcdə etmək üçün canamazları da inkar edirdilər.”2 Cənab Məscid Cameinin yazdığı kimi: “Onların (bədəvilərin) ən böyük ləzzətlərindən biri təxribatçılıqdır... Şübhəsiz, əgər bu göstərişlər vəhhabi təlimlərində mövcud olmasaydı, ardıcılları arasında onun cazibədarlığı nəzərə çarpacaq dərəcədə azalardı.”3

Nəcdin coğrafi vəziyyəti barəsində bir neçə məsələni qeyd etmək zəruridir. Birincisi budur ki, o, Ərəbistan yarımadasının mərkəzi məntəqələrindən biridir özünün xüsusi coğrafi mövqeyinə görə keçmişdə başqa yerlərə nisbətən tərk olunmuş bir yer hesab olunurdu. Buna görə xarici hücumlardan amanda qalmışdı. Amma o diyardakı daxili çarpışmalar müharibələr həmişə iqtidarlı bir dövlətin yaranmasına mane olmuşdu. Bundan əlavə, Nəcdin xarici aləmdən ayrılması böyük ideoloji hadisələr ticarətlərdən kənarda qalmasını gərəkli edirdi; belə ki, Peyğəmbərin (s) dövründə İslamın qəbul edilməsi müqabilində ən çox müqavimət Nəcd əhalisindən müşahidə edilmişdir. O həzrətin (s) vəfatından sonra da Diriyyədə Müsəyləmi Kəzzab kimi məşhur peyğəmbərlik iddiaçıları da həmin ərazidən çıxmışdı. Həqiqətdə Nəcd əhalisi heç vaxt möhkəm əqidəyə malik olmamışlar. Onlar, İslam qoşunları başqa ölkələrdə müharibə aparmağa məşğul olduqları zaman bidətçiliyə, dinsiz məzhəbi etiqadlara meyl edirdilər. Bu hadisə Məhəmməd ibn Əbdül-Vəhhabın vəhhabit məsləkini icad etdiyi XII əsrə qədər davam etdi bəlkə onun vəhhabi kimi yalançı məsləki yeni bir dini yaratmasında müvəffəq olmasının ən mühüm dəlili bu qeyd olunanlar idi. Belə ki, ustad Cəfər Sübhani İbn Teymiyyəni Məhəmməd ibn Əbdül-Vəhhabı (mövqe şəraiti tanımaq baxımından) müqayisə etdikdə belə yazır: “... İbn Teymiyyə öz əqidə toxumlarını elə bir mühitdə səpmişdi ki, orada çoxlu İslam alimləri var idi. Hər biri təklikdə onun təbliğini zərərsizləşdirə bilərdi. Misir Şamın mühiti ən böyük İslam mərkəzi olan zaman orada yaşayan böyük mühəddislər, mühəqqiqlər mütəkəllimlər çox asanlıqla onun dəvətini zərərsizləşdirə İbn Teymiyyəni rüsvay edərək onun azğınçılıqlarını beşikdə boğa bilərdilər. Lakin Məhəmməd ibn Əbdül-Vəhhab Nəcddə, hər növ elm bilikdən uzaqda olan, şirk tövhid barəsində azacıq məlumatları olmayan, mütləq şəkildə Ali-Səudun qüdrəti sayəsində şeyxin ixtiyarında olan çöl ərəblərinin arasında yaşayırdı. Aydındır ki, azdırıcı ideologiyalar məlumatı olmayan şəxslər arasında dərhal inkişaf edib yayılır.”1

Vəhhabiliyin Nəcd diyarında yaranıb inkişaf etməsi və yayılamasının coğrafi amillərini aşağıdakı çərçivələrdə araşdırmaq olar:

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə