ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


-NƏCD ƏYALƏTİNƏ HAKİM OLAN QƏBİLƏ-iCma QURULUŞU



Yüklə 5,57 Mb.
səhifə21/42
tarix15.03.2018
ölçüsü5,57 Mb.
#32240
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

3-NƏCD ƏYALƏTİNƏ HAKİM OLAN QƏBİLƏ-iCma QURULUŞU


Vəhhabiliyin yaranıb sürətlə inkişaf etməsinin digər amillərindən biri Nəcdə hakim olan qəbilə üsul-idarəsi idi. Qəbilə həyat tərzi ilə yaşayan Nəcddə qəbilə üzvləri hər bir işdə qəbilənin başçısına ağsaqqalına itaət etdiklərindən, təbiidir ki, qəbilə başçısı hər hansı bir dəvəti qəbul etsəydi, onun fərmanı altında olan kəslər həmin dəvəti qəbul edəcəkdilər. “Qəbilə başçılarından hər biri müəyyən adlarla Şeyx Məhəmmədlə razılaşıb ona qeydsiz-şərtsiz olaraq itaət edirdilər. Sonra Şeyx Məhəmmədin sözlərindən təsirlənərək ona qarşı təəssüb hissi keçirir, öz təsəvvürlərinə görə, dini göstərişlərin bir hissəsi sayılan hər bir işi çox alqışla qəbul edir, onun icra olunmasına ciddiyyətlə çalışırdılar.”1 Həqiqətdə Nəcd əhalisi öz əmirlərinə tabe idilər. Əmirlərin fikri yalnız öz mənafelərini qoruyub-saxlamaq, inkişaf etdirmək başqalarına qələbə çalmaq idi. “Nəcddə heç bir qayda-qanun yox idi, əmirlər onların məmurları istədikləri hər bir şeyi edirdilər. Hər bir vilayətin bir əmiri var idi, əmirlər arasında da heç bir əlaqə mövcud deyildir.”2 Məhəmməd ibn Əbdül-Vəhhab məhz bu şəraitdən öz xeyrinə istifadə etdi. Səudilərlə ittihad müqaviləsi bağladıqdan sonra işi rövnəqləndi özünə çoxlu ardıcıl toplaya bildi.

4-MƏHƏMMƏD ibn Əbdül-VəhhabIN NƏCdDƏ XÜSUSİ TƏLİMLƏRİ


Məhəmməd ibn Əbdül-Vəhhab Nəcddə yaşayan bədəvi ərəblərin arasında hakim olan qəbilə qayda-qanunlarına agah olduğuna görə öz dəvətini orada aşkar etdi bununla da onları digər qəbilə əyalətlərə qarşı təhrik edib qiyama hazırlaya bildi. Bu barədə cənab Fəqihi yazır: “Məhəmməd ibn Əbdül-Vəhhabcihadadı ilə müxaliflərlə mübarizə aparırdı. O, bu işi özünün əsas prinsipi seçmişdi ki, ona tabe olanlar digər qəbilə nahiyələrə hücum etsinlər, düşmənlərinə qələbə çaldıqdan sonra onların mal-dövlətinə sahib çıxsınlar, ölkələrini işğal etsinlər. Bu işə adət edən bədəvi ərəblər ona üz gətirdilər. Xüsusilə, bunu nəzərə alaq ki, onların əksəriyyəti bir-biri ilə düşmən idilər, hər bir qəbilə digərinə hücum etmək üçün hazır idi. Digər məsələ bu idi ki, Məhəmməd ibn Əbdül-Vəhhab avam xalq kütlələrini İslamın əvvəllərindəki dinəsaleh sələflərin adət-ənənələrinə dəvət edir onları inandırmağa çalışırdı ki, ona tabe olacaqları surətdə elə Peyğəmbərin (s) səhabələri tabeinləri kimi olacaqlar. O, öz sözləri ilə ərəblərdə belə bir hiss yaratmışdı ki, onlar yalnız özlərini tövhidçi, həqiqi müsəlman Behişt əhli hesab edirdirlər. Belə güman edirdilər ki, əgər onun dəvəti yolunda öldürülsələr, yaxud kimisə öldürsələr əbədi səadətə nail olacaqlar!”1

Məhəmməd ibn Əbdül-Vəhhabın yeni dini təlimləri göstərişləri bədəvi ərəbləri dünyaya tamahlandırdı onların hərislik hislərini coşdurdu. Belə ki, onlar vəhhabiliyi öz dünyəvi mənafelərini təmin etməyə qadir olan bir yol hesab edirdilər. “Vəhhabiyyət dər cəzirətül Ərəbməqaləsində bu barədə deyilir: “Möhtac bədəvi ərəb o kəsdir ki, ona başa düşməsini deyil, etməsini desinlər. Xüsusilə ona deyilənlərin öz zövq ruhiyyəsinə, qəbiləsinin ictimai quruluşuna uyğun olanlara daha çox meyl göstərirdilər. Vəhhabilik dəqiq şəkildə belə bir məsləkdir: Məhəmməd ibn Əbdül-Vəhhabın bu sözü, yəni yalnız vəhhabilərin müsəlman olub qalanların kafir olması qətlinin vacibliyi səhrada köçəri həyat tərzi ilə yaşayan sadəlövh, kobud xasiyyətli, qan axıdan, bədəvi eyni zamanda ac-yalavac ərəblərin arasında birdən-birə partlayış yaratdı. Nəcdin köçəri ərəbləri Məhəmməd ibn Əbdül-Vəhhabın rəvac verdiyi şeylərə tam mənada möhtac idilər. Onlar uzun müddət idi ki, vəhdət yaradan bir qanuni ideologiyanın varlığına ehtiyac duyur fəqirlik, aclıq, sonu görünməyən qəbilə arası müharibələrin odunda yanırdılar. Buna görə onun çağırışını cani-dildən qəbul edərək çox böyük bir dəşhətli qorxulu qüvvəyə çevrildilər ki, uzun müddət rahat yuxunu müsəlmanlara haram etmişdir.”2 Beləliklə, vəhhabiyyət Nəcd bədəvilərini onların ən mühüm zati xüsusiyyəti olan müharibə qan axıtmağa təhrik etdi Ali-Səud da vəhhabilərlə birləşərək xüsusi qüdrət kəsb edə bildilər.

Ümumiyyətlə, vəhhabilər öz zatlarında hətta ilkin xalis ideologiyanın təşkil olunmasında belə, müsbət bir məcmuə deyildi. Həqiqətdə onların etiqad əqidə prinsiplərinin təyin olunması yaranmasının əsas amilionların müsəlmanların islamdan əldə etdiyi şeylər içərisində, öz xoşlarına gəlməyən bir qismini inkar etməkidi.1 Vəhhabilərin düşüncəsi İslamın əzəmətini, mürəkkəbliyini Quranın həqiqətini dərk etməyə qadir deyildi. Çünki, onların inanclarına görə İslamı həqiqi mənada öz formasında tanıyan yalnız vəhhabilərdir. Cənab Məscid Camei bu barədə yazır: “Hər halda bu xüsusiyyətlərin məcmusu onun mənəvi yönlərinin ya tamamilə nəzərə alınmamasına, yaxud da özlərinin xüsusi zövq istəklərinə uyğun təhrif olunmasına səbəb oldu. Vəhhabilər digər müsəlmanlara, xüsusilə İslamın mənəvi yönlərini nəzərə alan müsəlmanlara qarşı çox kobud amansız müharibə aparmağı özləri üçün böyük dini vəzifə hesab etdiklərindən, bu qəddarlıqları şiələrə, sünnülər arasında da sufi firqələrinə qarşı yönəltdilər. Bu da onların tarix boyu davam edən yanlış təfəkkürlərindən irəli gəlirdi. Onlar İslamın zahiri mənalarından başqa hər növ düşüncəni küfr mürtədlik hesab edirlər.”2

Qeyd olunanların hamısına diqqət yetirməklə belə bir sual yaranır: Görəsən, vəhhabilik Nəcddən başqa bir mühitdə, eləcə Nəcdin sosial coğrafi şəraitindən başqa bir şəraitdə zahir olsaydı, yenə Nəcddə onlara nəsib olan inkişafdan faydalanacaqdılarmı? Bu sualın cavabınıVəhhabiyyətkitabının müəllifi belə bəyan edir: “... Zahirən cavab mənfidir. Çünki... vəhhabi ideologiyası Nəcddən başqa bir neçə məntəqəyə nüfuz etdi çox tanınmış insanlar onu yaymağa səy göstərdilər. Hətta vəhhabi dəvətçiləri Hindistanın Pəncab diyarında Şeyx Məhəmmədin onun tabelərinin Nəcddə seçdikləri üslubdan istifadə etdilər. Amma bu səylərdən heç biri kifayət qədər nəticə vermədi.”3

Deməli, Ərəbistanın, xüsusilə vəhhabiliyin kök saldığı məntəqələrin (Nəcd diyarının təqribən yarısının) xüsusi coğrafi mövqeyi və şəraiti yeni vəhhabi məsləkinin yaranıb inkişaf etməsinə və yayılmasına daha çox təsir göstərdi və tədricən digər məntəqələrə də yayıldı.

Yüklə 5,57 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə