ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə71/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   67   68   69   70   71   72   73   74   ...   106

 
154 
Feysəl  tutulduqdan  və  Misirə  sürgün  edildikdən  sonra  o,  vəhhabi 
hökumətinin  rəhbərliyini  öhdəsinə  aldı  (1839)  və  misirlilər  yenidən 
Riyaz, Ehsa və Qətifə hakim kəsildilər. 
XALİD İBN SƏUD (1840-1842) 
Xalid İbn Səud misirlilərin himayəsi ilə öz rəqibinə qalib gələ bildi. O, 
təqribən  iki  il  müddətində  vəhhabilərə  hökmranlıq  etdi  və  misirli 
qüvvələr  Nəcddən  çıxdıqdan  sonra  sair  rəqibləri  ilə  döyüşə  başladı.  Bu 
zaman  Əbdüllah  ibn  Sənyan  ibn  İbrahim  (o,  vəhhabilər  tərəfindən 
himayə olunurdu) fürsəti qənimət sayaraq Xalidin əleyhinə qiyam etdi və 
nəhayət 1258-ci h.q ilində Xalidə qalib gəldi, onu Riyazdan çıxardıqdan 
sonra vəhhabilər üzərinə hökmranlığı öz öhdəsinə aldı. Xalid də Cəddədə 
məskunlaşdı.  Nəhayət  1861-ci  ildə  dünyadan  getdi.  Onun  hökmranlıq 
illəri  vəhhabilərin  arasında  ixtilaf  və  təfriqənin  baş  alıb  getdiyi,  onların 
əksər hallarda daxili çətinliklərlə üzləşdiyi dövrə təsadüf edirdi. 
ƏBDÜLLAH İBN SƏNYAN İBN İBRAHİM (1842-1843) 
Vəhhabilərin  köməyi  ilə  qüdrəti  ələ  alan  Əbdüllah  ibn  Sənyan  da 
hakimiyyət  kürsüsündə  uzun  müddət  qala  bilmədi.  Təqribən  bir  ildən 
sonra  Feysəl  ibn  Türki  Riyazı  mühasirə  edərək  ona  qələbə  çaldı  və 
nəhayət, o da zindanda vəfat etdi. 
Aydındır ki, Diriyyənin 1334-cü h.q ilində süquta uğramasından sonra 
həm  Nəcd  məntəqəsində,  həm  də  vəhhabilərin  arasında  iğtişaş  və  hərc-
mərclik hökm sürürdü. Qüdrət iddiaçıları bir-biri ilə rəqabətə başlamışdı. 
Buna  görə  də  onlardan  heç  biri  uzun  müddət  hakimiyyətdə  qala 
bilmədilər.  Digər  tərəfdən də  Nəcdin  qeyri-münasib və  gərgin  vəziyyəti 
Ali-Rəşidin,  osmanlıların,  misirlilərin  və  ingilislərin  xarici  siyasətlərini 
fəallaşdırdı və onların Nəcdin, xüsusilə vəhhabilərin daxili işlərinə nüfuz 
etməsini sürətləndirdi. 
FEYSƏL İBN TÜRKİ (1843-1865) 
Feysəl  Nəcddə  ilk  hökmranlığından  beş  il  əvvəl  bir  daha  vəhhabilərə 
rəhbərliyi öhdəsinə  almışdı. Misirdə həbsdə olduğu zaman oradan qaçdı 
və  bir  nəzərə  görə,  Misir  padşahlarından  birinin  köməyi  ilə  zindandan 
qaçıb bir daha Nəcddə vəhhabilərə hökmranlığı əlinə aldı. 
Cənab  Fəqihi  Feysəl  barəsində  belə  yazır:  “...Feysəl  Ali-Səudun 
iqtidarlı  və  tədbirli  əmirlərindən  biri  idi.  O,  yaranmış  fitnəni  müvəqqəti 
olaraq sakitləşdirdi və bir neçə illik hərc-mərcliyin ardınca əmin-amanlıq 
və  aramlıq  bərqərar  etdi.  Sonra  öz  əhatə  dairəsini  genişləndirdi.”
1
    O, 
                                                 
1
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.367 


 
155 
1846-cı  ildə  “Osmanlıların  Ali  ağalığını  və  onlara  xərac  verməyi  qəbul 
etdi  və  Ali-Səudun  Nəcd  əyalətindəki  hökmranlığını  möhkəmləndirə 
bildi.
1
    Feysəlin  daxili  və  xarici  siyasət  baxımından  öz  hökmranlığını 
davam  etdirməsi  üçün  çalışmasına  baxmayaraq,  qısa  müddətdən  sonra 
“Nəcd  və  onun  ətraf  məntəqələrində  yenidən  iğtişaşlar,  ixtilaflar  və 
narazılıqlar  yarandı.”
2
    Feysəl  onları  yatırtmaq  üçün  çox  çalışdı,  lakin 
müsbət  nəticə  əldə  edə  bilmədi.  Onun  1865-ci  ilin  dekabr  ayında 
ölməsindən  sonra  vəhhabilərin  hökumətində  daxili  ixtilaflar  və 
çəkişmələr hələ də qalmaqda idi və (Feysəlin nəvəsi) Əbdül-Əziz qüdrətə 
çatdığı vaxta qədər bu ixtilaflar davam etdi. 
Nəhayət, Feysəl 23 il hökmranlıqdan sonra 1865-ci ildə dünyadan getdi 
və oğlu Əbdüllah ibn Feysəl onun yerinə keçdi. 
ƏBDÜLLAH İBN FEYSƏL İBN TÜRKİ (1865-1871) 
Feysəlin  ölümündən  sonra  oğlu  Əbdüllah  Riyazda  qüdrəti  öhdəsinə 
aldı,  amma  onun  rəhbərliyinin  ilk  dövrlərindən  onunla  qardaşı  Səud 
arasında  vəhhabilərə  hakimiyyət  məsələsi  barədə  ixtilaflar  dərinləşdi. 
Xərc  və  Əflah  nahiyələrində  hökmranlıq  edən  Səud  ibn  Feysəl 
Əbdüllahın əleyhinə qiyam etdi və Həfufu ələ keçirə bildi. 
Səudun  hücumlarının  daha  da  genişlənmə  ehtimalı  verildiyi  zaman 
Əbdüllah  onun  qarşısında  bir  iş  görə  bilmədi  və  əvvəlcə  Ğənizədə  ibn 
Səlimin  yanına,  daha  sonra  Haildə  ibn  Rəşidin  yanına  pənah  apardı 
(bunların  hər  ikisi  vəhhabilərin  düşmənlərindən  sayılırdı)  ki,  onların 
köməyi  ilə  yenidən  qüdrətə  keçsin.  Amma  ona  bu  cəhətdən  kömək 
olunmadığından  Bağdadın  hakimi  Midhət  paşanın  yanına  getdi  ki,  heç 
olmazsa bu yöndən öz bəxtini sınasın. Midhət Paşa Əbdüllahın ixtiyarına 
bir qədər qoşun verdi ki, qardaşı Səudun əleyhinə istifadə etsin. Amma o, 
təkcə  Ehsanı  öz  ixtiyarına  keçirə  bildi,  lakin  Riyazı  ələ  keçirmək  üçün 
göstərdiyi  cəhdlər  nəticə  vermədi  və  nəhayət  altı  il  rəhbərlikdən  sonra 
onunla qardaşı Səud arasında ixtilafların kəskin şəkildə davam etdiyi bir 
dövrdə öz yerini qardaşına verdi. 
SƏUD İBN FEYSƏL İBN TÜRKİ (1871-1874) 
Feysəlin  ölümündən  sonra  Səud  Xərc  və  Əflaha  hakim  idi.  Qardaşı 
Əbdüllah  da  Riyazda  qüdrəti  ələ  aldıqdan  sonra  onun  əleyhinə  qiyam 
etdi və özü vəhhabilərin qüdrət kürsüsünə oturdu. “Onun dövründə Nəcd 
Ali-Səudun  hakimləri  arasında  bölüşdürüldü.”
3
    Vəhhabilərin  arasında 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.29 
2
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.367 
3
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.29 


 
156 
ixtilaf  və  təfriqə  günbəgün  artırdı,  amma  Səud  çalışırdı  ki,  Ehsanı  əlinə 
keçirsin.  Lakin  bu  işdə  müvəffəqiyyət  əldə  edə  bilmədi  və  nəhayət 
Üyeynəni  ələ  keçirmək  üçün  İbn  Rəbian  ilə  apardığı  müharibədə 
yaralanıb Riyaza qayıtdı, 1874-cü ildə dünyadan getdi. 
ƏBDÜLLAH İBN FEYSƏL İBN TÜRKİ (1875-1887) 
Səudun  ölümündən  sonra  qardaşı  Əbdüllah  ikinci  dəfə  olaraq 
vəhhabilərin  rəhbərliyini  öhdəsinə  aldı.  O,  1296-cı  hicri  qəməri  ilində 
Ğənizə şəhərini ələ keçirdi, Bəridəni mühasirəyə aldı, amma Hailin əmiri 
Məhəmməd  ibn  Rəşid  vuruşub  Bəridəni  mühasirədən  çıxartdı  və  onu 
Riyaza doğru geri çəkilməyə məcbur etdi. 
Əbdüllahın  ölkə  daxilindəki  ən  böyük  çətinliyi  “Səud  övladlarının 
onunla  müxalif  olması  idi.  Bu  ixtilaf  çox  şiddətlənərək  Əbdüllahı 
zəiflədirdi.  1300-cü  hicri  qəməri  ilində  Əbdüllahın  hökumətində  baş 
verən  zəiflik  və  süstlük  nəticəsində  “Osmanlı  dövləti  Ehsa  və  Qətif 
şəhərlərini onun əlindən çıxartdı. Qəsim şəhərinin əhalisi də onun əmrinə 
itaət  etməkdən  imtina  etdilər  və  Osmanlı  dövlətinə  itaət  etməyə 
başladılar. İbn Səud hökmranlığının ən zəif həddə çatdığı bu dövrdə belə 
bir  xəbər  yayılmışdı  ki,  İngilis  dövləti  onu  himayə  edir.”
1
    Həqiqətdə 
Britaniya  müstəmləkəçiləri  vəhhabilərin  məğlub  olunmasının  qarşısını 
aldılar və onları himayə etməklə həyatlarını davam etdirdilər. 
Əbdüllah  ilə  Səudun  oğlanları  arasında  baş  verən  çarpışmalar  və 
ixtilafların ardınca qardaş oğlanları əmiyə hakim kəsildi və onu tutub əsir 
etdilər. Ali-Rəşid  yaranan fürsətdən  istifadə  edərək Riyazı  ələ keçirmək 
üçün ora hücum etdi. Vəhhabilərə hakim olan zəiflik Ali-Rəşidin Riyaza 
hakim  olması  ilə  nəticələndi.  Onlar  sonra  Əbdüllahı  Hailə,  Səud 
oğlanlarını isə Xərcə sürgün etdilər. 
Qeyd  olunmalıdır  ki,  Ali-Rəşidin  Riyaza  hücum  etməsinin 
səbəblərindən biri Əbdüllahın, öz qardaşı oğlanlarının əlindən qurtarmaq 
üçün onlardan kömək istəyi olmuşdur ki, bu da  İbn Rəşidin vəhhabilərə 
üstünlük  qazanmasına  və  onlara  qələbə  çalmasına  səbəb  oldu.  Belə  ki, 
Ali-Rəşid Əbdüllahın yerinə Səlim adlı bir şəxsi Riyaza hakim təyin etdi 
və  birbaşa  vəhhabilərin  daxili  işlərinə  müdaxiləyə  başladı.  Nəhayət, 
Əbdüllah Haildə bir müddət qaldıqdan sonra Riyaza qayıtdı və 1887-ci 
ildə elə orada dünyadan getdi. 
 
                                                 
1
  Qəzvini  Məhəmməd  Hüseyn.  “Firqeyi  vəhhabi  və  pasoxe  şübhəhaye  anha”, 
səh.52 -53 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə