ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə74/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   70   71   72   73   74   75   76   77   ...   106

 
162 
ibn  Məhəmməd  ibn  Əbdül-Lətifdən  istədi  ki,  bütün  camaatın  və  köçəri 
ərəblərin  başa  düşə  biləcəyi  sadə  dildə  və  hənbəli  məzhəbi  əsasında 
kitablar yazıb bütün qəbilələrin arasında yaysın. İbn Səud həmçinin Şeyx 
Əbdüllahın şagirdlərindən bir qrupunu xətib və  yol göstərən adı altında 
qəbilələrin arasına göndərdi. Beləliklə, çöl ərəbləri arasında dini bir atifə 
yarandı və bu tədbirlərin məcmusundan “İxvan” firqəsi əmələ gəldi.”
1
  
Həqiqətdə  ixvançıların  hərbi  qüvvələri  vəhhabilərin  hərbi  cəhətdən 
müvəffəqiyyət  əldə  etmələrində  ən  önəmli  amil  sayılırdı.  İbn  Səud  da 
“İxvan cəngavərlərinin köməyi ilə istəyirdi ki, Müteyr, Üyeynə, Hərb və 
Əcman qəbilələrindən istifadə edərək səhrada yaşayan qəbilələrin ayrılıq 
və  müstəqillik  iddialarını  məğlub  etsin,  Ərəbistan  yarımadasında 
təmərküzləşmiş  bir  dövlətin  əsasını  qoysun.  Bundan  əlavə,  o,  Ali-Səud 
ilə  vəhhabilər  arasında  ittihad  yaratmaq  üçün  verdiyi  tarixi  iltizamına 
təkid  etmək  üçün  əxlaqi  göstərişlər  və  qanunun  icrasının  tam  qüdrətini 
alimlərə  həvalə  etdi.  O,  Qaziyi-Əzəm  Şeyx  Əbdüllah  ibn  Əbdül-Lətifi 
hər gün öz hüzuruna qəbul edirdi. O, qazinin qızı ilə də evləndi.
2
  
Vəhhabiliyi  araşdırarkən  bu  dəvətin  Səudi  dövləti  ilə  eyni  səviyyədə 
tanınması  bu  həqiqəti  göstərir  ki,  dövlət  siyasətləri  vəhhabi  risalətinin 
tanıtdırıcısıdır  və  buna  görə  də  onların  siyasətdəki  təəssübkeşlik  və 
inadkarlıq  xüsusiyyətləri  XX  əsrdə  vəhhabilərə  məxsus  üslublardan 
hesab olunur.
3
  
Hər  bir  halda,  Əbdül-Əziz  vəhhabilərə  qarşı  seçdiyi  siyasətlə  ixvan 
firqəsinin  hərbi  qüvvələrindən  istifadə  edərək  çoxlu  məntəqələri  öz 
ixtiyarına keçirə bildi. Onun ərazi iddiaları birinci dünya müharibəsindən 
əvvəl  Nəcd  və  onun  ətraf  məntəqələri  ilə  xülasələnirdi.  Amma  birinci 
dünya müharibəsinin başlanmasından sonra vəziyyət tamamilə dəyişildi. 
1914-cü ildə birinci dünya müharibəsinin başlanması ilə eyni zamanda 
Ərəbistan yarımadasında üç böyük və qüdrətli cinah hakim idi: Hicazda 
Şərif Hüseyn, Nəcddə İbn Səud və Nəcdin şimalında Şəmmər qəbilələri 
arasında  Rəşid  sülaləsi  hökmranlıq  edirdi.  Bundan  əlavə,  Ərəbistan 
                                                 
1
  İxvan  firqəsi  islam  firqələrindən  heç  birini  tövhidçi  hesab  etmir  və  onları  öz 
məramlarına  də`vət  edirdilər.  Onlar  Ərəbistanın  şərq  nahiyələrində  yaşayan  şiələr 
barəsində deyirlər: “Biz şiələr barəsində belə fətva veririk ki, Əbdül-Əziz onları İslama 
tabe olmağa vadar etməli, onların öz məsləklərindəki şüarlarını aşkar etməyin qarşısını 
almalıdır ki, onlar məcbur olub Allahın və Peyğəmbərin (s) dininə tabe olsunlar, Əhli-
beytdən  (ə)  və  başqalarından  olan  salehləri  öz  hacətlərinin  rəva  olunması  üçün 
çağırmasınlar.” (“Siyasət və hökumət dər Ərəbistani Səudi” kitabından, səh.34 Seyyid 
Davud Ağayi) 
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.446 
2
 Lisi Robert, “Sərzəmini səlatin”, 1-ci cild səh.97 
3
 Lisi Robert, “Sərzəmini səlatin”, səh.97 


 
163 
yarımadasının  zahiri  hakimiyyəti  Osmanlı  dövlətinin  öhdəsinə  idi  və 
Britaniya müstəmləkəçiləri də osmanlıların qəlbinə nüfuz etmək və onun 
daxilində  təfriqə  yaratmaq  üçün  müntəzəm  surətdə  çalışırdılar.  Osmanlı 
dövləti  müharibədə  Almanlara  tərəfdar  cinaha  keçən  zaman  Britaniya 
müstəmləkəçiləri  bu  dövlətə  zərbə  vurmaq, onu  zəiflətmək  və  dağıtmaq 
üçün  Ərəb  ölkələrində  öz  nüfuz  dairələrini  genişləndirməyə  başladılar. 
Britaniya  müstəmləkəçilərinin  siyasətlərinin  inkişaf  etməsi  ilə  “öz 
casuslarından  iki  zabiti  nəzərdə  tutulan  siyasəti  icra  etmək  üçün  Şərif 
Hüseyn  və  İbn  Səuda  doğru  göndərdilər.”
1
    Belə  ki,  Tomas  Eduard 
Lorensi  (1888-1905)  Şərif  Hüseynin  düşərgəsinə,  Vilyam  Şekspiri  isə 
(1876-1915)  Səudilərin  yanına  göndərdi.  Şekspirin  İbn  Səudla  İbn 
Rəşidin  arasında  baş  verən  müharibədə  öldürülməsindən  sonra  özünü 
islamçı kimi göstərən və adını Əbdüllah qoyan Hari Sinnət Can Yericer 
Filini  (1885-1960)  göndərdi  ki,  İbn  Səudu  Osmançı  müttəhidlərinin 
əleyhinə  qiyama  hazırlasın.”
2
    İngilislər  müharibənin  davam  etdiyi 
müddətdə  çalışırdılar  ki,  öz  mənafeylərini  qorumaqla  yanaşı  Şərif 
Hüseynlə  İbn  Səud  cinahını  gücləndirsinlər.  Buna  görə  də  cənab 
Dərvişpurun inandığı kimi, “ingilislər Osmanlı dövlətini dağıtmaq və bu 
böyük  İslam  imperatorluğunu  parçalamaq  üçün  ərəblərin  etirazlarından, 
onların  millətçilik  hisslərindən  və  istiqlaliyyət  ruhlarından  istifadə  etdi, 
yarımadanın  hakimləri  arasına  nüfuz  edərək  qüvvələr  tarazılığını  öz 
xeyrinə  dəyişdirə  bildi.”
3
    Cənab  Cəfər  Sübhani  kitabının  bir  hissəsində 
İngilis  müstəmləkəçilərinin  ərəb  ölkələrini  həm  bir-birindən,  həm  də 
Osmanlı  imperatorluğundan  ayırmalarını,  həmçinin  Ali-Səuda  diqqət 
yetirmələri  barəsində  yazır:  “Ali-Səud  birinci  dünya  müharibəsindən  və 
Osmanlı imperatorluğunun dağılmasından əvvəl çox zəif idi və Nəcddən 
kənara çıxa bilmirdi. Lakin böyük müstəmləkəçi dövlət olan Britaniyanın 
Osmanlı imperatorluğunu dağıtmaq qərarına gəldiyi gündən etibarən hər 
bir  məntəqədə  millətçilik  ruhiyyəsini  və  milli  məsələləri  dirçəltməyə 
başladı.  Ərəb  dövlətlərində  də  qövm-qəbilə  məsələsi  ingilislərin 
əlaltılarının  və  qərb  fikirli  ziyalıların  vasitəsi  ilə  yayılmağa  başladı. 
Sonra  çox  əlverişli  bir  şəraitdə  və  istismarçı  dövlətlərin  həmkarlığı  ilə 
Osmanlı  imperatorluğu  dağıdıldı.  Ərəb  ölkələri  kiçik  dövlətlər  şəklinə 
salındı  və  onlardan  öz  məqsədləri  üçün  istifadə  etmək  tamamilə  asan 
oldu. Belə ki, hər bir məntəqədə öz əlaltılarını hakimiyyətə təyin etdilər 
                                                 
1
  “Tarixi  dövləthayi  islami  və  xanədanhayi  hökumətgər”,  Sadiq  Səccadinin 
tərcüməsi, birinci çap səh.190 
2
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.30 
3
  Dərvişpur  Höcətullah.  “Bərrəsiye  pədiyeyi  nasionalizm  dər  cahani  ərəb”,  1-ci 
çap, səh.13 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə