ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə75/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   71   72   73   74   75   76   77   78   ...   106

 
164 
və  bu  hadisələrin  gedişatında  Ali-Səuda  vədə  verdilər  ki,  Osmanlı 
türklərini qovduqdan sonra Nəcd və Hicaz məntəqəsi onların ixtiyarında 
olacaqdır.”
1
  
Əbdül-Əziz ingilislərlə bərqərar etdiyi rabitələr əsnasında daxili siyasət 
yönündə  öz  ərazi  iddialarına  başladı.  O,  1921-ci  ildə  oğlu  Feysəlin 
köməyi ilə Şəmmərin əmirlər yaşayan yerlərinin hamısını (bu zaman Ali-
Rəşidin hakimiyyəti altında idi) öz torpağına qatdı və beləliklə də Hicazı 
ələ  keçirmək  və  Şərif  Hüseyni  hakimiyyətdən  salmaq  üçün  şərait 
yarandı.  Həqiqətdə  bu  tədbir  (Hicazı  ələ  keçirib  Şərif  Hüseynin  işdən 
götürülməsi)  artıq  Osmanlı  xilafətinə  son  qoyulduğu  zaman  (1924) 
hazırlanmışdı. 
Osmanlı  xilafəti  dağılıb  məhv  olduqdan  sonra  Şərif  Hüseyn  darhal 
özünü  müsəlmanların  xəlifəsi  adlandırdı.  Bu  iş  də  ingilislərin  xoşuna 
gəlmirdi.  Çünki  onlar  məntəqədə  böyük  bir  islam  imperatorluğunun 
yenidən qüdrətlənməsinə heç vaxt dözə bilməzdilər. 
Buna  əsasən,  ingilislər  Şərif  Hüseynin  rəqibini,  yəni  İbn  Səudu  onun 
əleyhinə qiyama təhrik etmək fikrinə düşdülər və bu barədə çox hiyləgər 
və  məkrli  planları  icra  etdilər.  Onlar  vəhhabilər  üçün  maddi  çətinliklər 
yaratmaq  istədilər  ki,  daha  çox  gəlirli  olan  əraziləri  işğal  edib  öz 
ixtiyarlarına  keçirməyə  vadar  etsinlər.  “Böyük  İslam  Enskilopediyası” 
kitabında  bu  barədə  belə  deyilir:  “...  Belə  məlum  olur  ki,  ingilislər  İbn 
Səuda  öz  maddi  köməklərini  kəsməklə  həqiqətdə  onun  əlini  Şərif 
Hüseynə  hücum  etmək  üçün  açıq  qoymuşdular.  İbn  Səudun  Hicaza 
getməyə  daha  da  əzmli  edən  məsələ  Nəcd  hacılarının  Şərif  Hüseyn 
tərəfindən  Məkkəyə  daxil  olmasının  qadağan  olunması  barəsində  elan 
idi.”
2
  
Bu  və  bu  kimi  bir  çox  amillər  nəticəsində  vəhhabi  məsləkli  İbn  Səud 
1924-cü ilin sentyabr ayında Hicaza hücum etdi. Belə ki, “Hicaza hücum 
zamanı 
Məkkənin 
əmiri  Şərif  Hüseynin  düşmənlərindən  və 
bədxahlarından  olan  və  Məlik  Əbdül-Əziz  İbn  Səud  tərəfindən  təyin 
olunan  Şərif  Xalid  İbn  Luiyy  vəhhabilərlə  yanaşı  idi.
3
    Vəhhabilərin 
Hacaza  hücumu  Taif  şəhərinin  işğal  olunması  ilə  başlandı.  Onlar  bu 
şəhəri işğal etdikdən sonra camaatı kütləvi şəkildə qıraraq çoxlu yaramaz 
işlərə  əl  atdılar.  Daha  sonra  Məkkə  və  Mədinə  şəhərlərini  işğal  etdilər. 
Belə  ki,  deyilənlərə  görə  vəhhabilər  Məkkə  və  Mədinəyə  hakim 
kəsildikdən sonra “Bəqi” qəbristanlığındakı şərif məqbərələri dağıtmağa 
                                                 
1
 Sübhani Cə`fər, “Fərhəngi əqaid və məzahibi İslami”, 1-ci cild səh.283 -284 
2
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 
3
  Qəzvini  Məhəmməd  Hüseyn.  “Firqeyi  vəhhabi  və  pasoxe  şübhəhaye  anha”, 
səh.54 


 
165 
başladılar. Bunun nəticəsində İran, İraq və digər müsəlman ölkələrindən 
İbn Səuda etirazlı teleqraflar göndərilməyə başladı.
1
  
Şərif  Hüseynin  öz  oğlu  Əlinin  xeyrinə  olaraq  kənara  çəkilməsinə 
baxmayaraq  şərif  sülaləsini  hakimiyyətdən  salmaq  və  özləri  Hicaza 
hakim olmaq məqsədində olan vəhhabilər bu dəyişikliyi qəbul etmədilər. 
Onlar  1344-cü  ildə  Cəddə  ilə  Mədinəni  işğal  etdikdən  sonra  Hicaza 
istilaçılıqlarını təkmilləşdirdilər. Əbdül-Əzizdən sonra 7-si yanvar 1926-
cı ildə “Nəcd və ətraf məntəqələrin sultanı” ünvanı ilə taxtda oturdu.”
2
   
Burada  diqqət  yetirilməli  əsas  məsələ  1343-cü  h.q  ilində  təəssübçü 
vəhhabilər  tərəfindən  Məkkədə  islam  abidələrinin  və  qəbirlərin 
dağıdılması,  Mədinədə  isə  “Bəqi”  qəbristanlığındakı  imamların  (ə) 
mübarək  qəbirlərinin  yerlə  yeksan  edilməsi  idi.  Bu  ildə  vəhhabilər 
Əbdül-Əzizin  fərmanı  və  vəhhabi  müftisinin  fətvası  ilə  bir  daha  İbn 
Abbas büqəsini,  eləcə  də  Taifdəki  sair  qəbirləri,  Əbdül-Müttəlibin, Əbu 
Talibin, Həzrət Xədicənin qəbirlərini, Həzrət Zəhranın doğulduğu yeri və 
Cəddədə Həzrət Həvvaya mənsub edilən qəbri dağıtdılar. Cənab Cəzairi 
bu  barədə  belə  yazır:  “...(Vəhhabilər  Mədinəni  ələ  keçirdikdən  sonra) 
Osmanlı  işçilərini  oradan  çıxardıb  “Bəqi”  qəbristanlığındakı  İmamların 
(ə) qəbirlərini, eləcə də sair qəbirləri, o cümlədən, Peyğəmbərin (s) oğlu 
İbrahimin  qəbrini,  o  Həzrətin  (s)  zövcələrinin  və  Həzrət  Əbülfəzin  (ə) 
anası Ümmül-Bəninin, Peyğəmbərin (s) atası Əbdüllahın, İmam Sadiqin 
(ə)  oğlu  İsmailin  qəbrini  (bu  qəbir  İsmailiyyə  firqəsinin  nəzərində  çox 
möhtərəm sayılır), Osman ibn Əffanın, Malik ibn Ənəsin və digər səhabə 
və tabeinlərin qəbirlərini dağıdıb tamamilə yerlə yeksan etdilər... “Bəqi” 
qəbristanlığındakı  qəbirlərin  İsfahanda  düzəldilərək  Mədinəyə  gətirilən 
zərihlərini – İimam Həsən (ə), İmam Zeynül-Abidin (ə), İmam Baqir (ə) 
və  İmam  Sadiqin  (ə)  qəbirləri  üzərindən  götürdülər.  Peyğəmbərin  (s) 
əmisi Abbasın, Əsədin qızı (Əli ələyhissəlamın anası) Fatimənin “Bəqi” 
qəbiristanlığında  dörd  imamın  qəbri  ilə  bir  yerdə  məhv  etdilər.
3
  
Həqiqətdə  vəhhabilər  tərəfindən  “Bəqi”dəki  imamların  qəbrinin 
dağıdılması,  Məkkə  və  Mədinədəki  təxribatçılıq  işləri  islam  ölkələrinin 
əhalisini  və  xüsusilə  alimlərini,  o  cümlədən,  İran  və  İraq  alimlərini 
dəhşətə  gətirdi.  Onlar  ehtimal  verirdilər  ki,  vəhhabilər  Həzrət 
Peyğəmbərin (s) müqəddəs qəbrini də dağıda bilərlər. Bu barədə “Böyük 
İslam Enskilopediyası” kitabında belə qeyd olunur: “Camaat namazı və 
                                                 
1
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.231 
-232 
2
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.31 
3
  Qəzvini  Məhəmməd  Hüseyn.  “Firqeyi  vəhhabi  və  pasoxe  şübhəhaye  anha”, 
səh.55-56 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə