ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə76/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   72   73   74   75   76   77   78   79   ...   106

 
166 
elmiyyə  hövzələrində  dərslər  tətil  edildi.  Ümumi  matəm  elan  olundu. 
Müsəlmanlar  matəmə  batdılar  və  əzadarlıq  dəstələri  təşkil  etdilər. 
Alimlərin  təklifi  ilə  İranın  o  zamankı  dövləti  tədqiqat  aparmaq  üçün 
Hicaza bir heyət  göndərdi. Amma bunun heç bir nəticəsi olmadı. Çünki 
artıq iş-işdən keçmişdi. Mərhum Seyyid Həsən Müdərris 10 səfər 1344-
cü  h.q  ilində  bu  barədə  ali  məclisdə  nitq  söylədi.”
1
    Aydındır  ki, 
vəhhabilərin  səthi  və  təəssübkeşlik  üzündən  olan  tədbirləri  İran  və  İraq 
ölkələrinin  əhalisini  və  alimlərini  çarə  qılmaq  fikrinə  salmışdı.  Amma 
vəhhabilər  əleyhinə birbaşa hərbi tədbirlər keçirilməsi üçün siyasi şərait 
münasib deyildi. 
Bir  sözlə,  İbn  Səud  Hicazı  ələ  keçirdikdən  sonra  Britaniyanın 
köməklərindən  son  dərəcə  istifadə  etdi.  Həqiqətdə  onun  Hicazdakı 
qələbələri  siyasi-hərbi  bir  qələbə  idi.  O,  vəhhabilərin  başçısı  olduğuna 
görə  vəhhabilər  də  qələbəyə  nail  oldular.  Cənab  Məscid  Camei  bu 
mətləbi  qeyd  edərək  yazır:  “Həqiqət  bundan  ibarətdir  ki,  İbn  Səudun 
Hicaza  qələbə  çalması  əslində  hərbi-siyasi  bir  qələbə  idi  və 
vəhhabiyyətlə heç bir əlaqəsi yox idi. İbn Səud ingilislərin birbaşa və ya 
müəyyən  yollarla  etdiyi  köməklər  nəticəsində  qüdrəti  ələ  keçirdi  və 
vəhhabilərin  başında  olduğundan,  vəhhabilər  də  onun  vasitəsi  ilə 
qələbəyə çatdılar... (XIX əsrin əvvəllərində) onları mütəşəkkil səviyyəyə 
çatdıran və islam ölkələrinə doğru axıdan da məhz vəhhabilər idi. Amma 
burada  (Əbdül-Əzizin  hicaza  qələbəsində)  vəhhabilik  elə  qüvvələrin 
qələbəsinə  vasitə  olmuşdular  ki,  o  bu  hərəkatın  başlanıb  qələbəyə 
çatmasının əsl amili deyildi. Bunu da inkar etmək olmaz ki, İbn Səud öz 
məktəbinin  təlim  və  prinsplərindən  öz  qüvvələrini  nizamlamaq  və 
təmərküzləşdirmək, onları təhrik etmək, onların fədakarlıq və müqavimət 
hisslərini  təhrik  etmək  üçün  mümkün  qədər  istifadə  etdi.  Belə  ki,  onun 
qələbələri  tədrici  idi  və  şübhəsiz,  bu  ardıcıl  qələbələrin  özü  də  elə  bir 
təyinedici  və  qüvvəli  amil  idi  ki,  onların  vəhhabiliyə  imanının 
güclənməsində  təsirli  idi  və  bunun  özü  də  onların  çoxunun  təhrik 
olunması  ilə  nəticələndi.  Nəhayət  əvvəlcə  Məkkənin,  sonra  isə 
Mədinənin  fəth  olunması  vəhhabiləri  öz  məktəblərinin  “haqq”  olmasına 
inamlarını  qat-qat  artırdı.  Çünki  onların  nəzərindən  İbn  Səud  öz 
qüvvələri ilə öz ordusunda olanların ideoloji imanlarını təhrik etdi və onu 
mümkün olan ən yüksək həddə çatdırdı.”
2
  
Buna əsasən, İbn Səud özü üçün qüdrət və mənafe kəsb etmək yolunda 
vəhhabilərdən  sadəcə  bir  vasitə  kimi  istifadə  etdi.  Eləcə  də,  o,  ayinin 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, səh.57 
2
  Məscid  Camei  Məhəmməd,  “Vəhhabiyyət  dər  cəzirətül-Ərəb”,  “Əbrar”  qəzeti, 
160 səh.4 


 
167 
təəssübkeşlik  üzündən  olan  nəzərləri  də  onun  “İxvan”  cəmiyyətinin 
təşkil olunması və ərazi iddialarının genişləndirilməsində çox təsirli oldu. 
Ustad  Cəfər  Sübhani  vəhhabi  ayini  və  ondan  sonrakı  (yəni  Əbdül-
Əzizin  Hicaza  hakim  olmasından  sonrakı)  ayinlərin  genişlənməsi  ilə 
əlaqədar belə yazır: “... Ali-Səudun bu iki məntəqəyə (Nəcd və Hicaza), 
xüsusilə  şərif  hərəmlərə  hakim  kəsilməsi  nəticəsində  vəhhabi  təbliğatı 
genişləndi.  Sələfilik  əqidəsində  böyük  bir  canlanma  yarandı,  Nəcd  və 
Hicazın  hakimi  –  Əbdül-əziz  İbn  Səud  vəhhabilik  fikirlərinin  yayılması 
nəticəsində  müəyyən  qrupları  son  dərəcə  amansızlıqla  qorxutmaqla, 
qılınc  və  süngü  gücünə  diz  çökdürtdü  və  qələm  sahiblərinə,  yazıçılara 
maddi  köməklər  edərək  onları  ələ  aldı  və  nəhayət,  Nəcddə  və  Hicazda, 
hətta  bəzi  xarici  ölkələrdə  belə,  qəzet  və  jurnallar  Nəcd  sultanını  rəsmi 
olaraq  tərifləməyə  başladılar.  Sələfiçilik  üslubunu  İslamda  nicat  səbəbi 
hesab etdilər. Lakin bu hərəkat, özü üçün müəyyən bir dalğa yaratmasına 
baxmayaraq, çox da sürətli deyildi ki, bütün maneələri aşıb keçə bilsin.  
Ərəbistanın  Zəhran  məntəqəsində  zəngin  neft  yataqlarının  kəşf 
olunması  nəticəsində  Ali-Səudun  keçmiş  sövdaları  əməli  olaraq  həyata 
keçdi  və  neftin  külli  miqdarda  gəlirindən  bu  ayinin  müxtəlif  surətlərdə 
yayılmasına  səy  göstərildi.  Bütün  məntəqələrdəki  yazıçı  və  müəllifləri 
bacardıqları  qədər  ram  edirdilər  ki,  onların  əleyhinə  heç  bir  şey 
yazmasınlar. Onlar müəyyən bir qrupu da rəsmi olaraq özlərinə xidmətçi 
seçmişdilər. 
Şərif hərəmlərdəki mürtəce sələfilik hərəkatı çox ziyanlı nəticələr verdi 
və  onların  zəhərli  təbliğatları  qədim  İslam  tarixi  əsər  və  abidələrinə 
doğru  yönəlmişdi.  Belə  ki,  “tövhidə  çağırış  və  şirk  əsərlərinin  məhv 
edilməsi” adı ilə müsəlmanların qədim həyata malik olmasının nişanələri 
olan  islami  əsərlərin  çoxunu  məhv  etdlər.  Lakin  bunun  əvəzində  bəzi 
müşriklərin  adları  dirçəldildi.  Bazarların,  küçələrin  adı  onların  adı  ilə 
“zinətləndirildi”,  hətta  “tarixi  əsər  və  abidələrin  qorunması”  adı  ilə 
yəhudilərin Xeybər və Kəb ibn Əşrəf qalaları yenidən təmir edildi.
1
  
Qeyd  olunanlara  diqqət  yetirməklə  anlamaq  olar  ki,  vəhhabilər  Hicazı 
ələ keçirdikdən sonra malik olduqları təəssübçülük və donuq fikirliliklə 
əksər  İslam  əsər  və  abidələrini  dağıtmağa  və  öz  məsləklərini  yaymaq 
üçün hər bir yoldan istifadə etməyə başladılar. 
Əbdül-Əziz  1927-ci  ilin  yanvar  ayında  Nəcd  və  Hicaza  rəsmi  şəkildə 
padşah  olduğunu  elan  etdiyi  zaman  onun  ilk  və  əsas  fikri  öz  qüdrətinin 
əsaslarını  möhkəmlətmək  idi.  Ərəbistanın  dövlət  büdcəsinin  və  abadlıq 
işlərinin  əsası  həcc  mərasimindən  təmin  olunduğundan  İslam  dünyası 
                                                 
1
 “Fərhəngi əqaid və məzahibi islami”, 1-ci cild səh.283-284 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə