170
imzalandı və 1936-cı ildə İraqda haşimi sülaləsi ilə əlaqələrini
yaxşılaşdırdı.
İbn Səudun silahlandırılmasını və iqtisadi cəhətdən himayə olunmasını
öhdəsinə alan Britaniya artıq özü ilə həmpeyman olan ölkələri
məntəqədə də bu siyasətin davamına saldı. Britaniya İbn Səudla
bağladığı 1927-ci il müqaviləsinə əsasən onu himayə etməkdən əlavə
Ərəbistanın kamil və mütləq istiqlaliyyətini də rəsmi olaraq qəbul etdi.
Həmçinin İbn Səud 1929-cu ildə Almaniya ilə dostluq və əməkdaşlıq
müqaviləsi imzaladı. O, qonşu ölkələrlə sərhəd ixtilaflarını aradan
qaldırmaq üçün 1353-cü h.q ilində yəmənlilərlə, Əsir, Nəcran, Cizan
məntəqələri ilə əlaqədar müharibənin sona çatmasından və Təhamənin
işğal olunmasından sonra imam Yəhya Bədr ilə dostluq müqaviləsi
imzaladı.
1929-1933-cü illərdə dünyaya iqtisadi böhran hakim idi və bu zaman
həcc ziyarətçilərinin sayının azalmasına, 1931-32-ci illərdə quraqlıq baş
verdiyinə və eləcə də xurmalarının yaxşı satılmadığına görə Ərəbistanın
iqtisadi vəziyyəti çox qeyri-münasib bir şəraitdə idi.
Bu çətinliklər İbn Səudu vadar etmişdi ki, oğlu Feysəli kredit almaq
üçün Avropaya göndərsin. Feysəl 1932-ci ildə Avropaya səfər etdi. Onun
kredit istəyinə diqqət yetirilmədiyinə görə Moskvaya getdi və orada
Stalin tərəfindən alqışla qarşılandı. Çoxdan bəri məntəqəyə və Fars
körfəzinin sularına nüfuz etmək üçün münasib şərait yaranmasını
gözləyən ruslar Feysəlin oraya gəlişini qənimət saydılar və onun istəyinə
müsbət cavab verdilər. Amma Britaniyanın göstərdiyi fəaliyyətlər
rusların öz məqsədlərinə çatmasına mane oldu (ingilislər rusların Feysələ
verdiyi təkliflərdən agah olmuşdular).
Artıq yeni bir imtiyaz verilməsinin vaxtı çatmışdı; vəhhabi səudilər öz
iqtisadi problemlərini aradan qaldırmaq üçün (bunun əsas hissəsi daxili
istehlakdan irəli gəlirdi) qərblilərə neft barəsində imtiyaz vermək
məcburiyyətində qaldılar. Qərblilərin bu imtiyazları almaq üçün
göstərdiyi səylər günbəgün şiddətləndi. Avropa və Amerika neft
şirkətləri bu ilahi nemətdən istifadə etmək üçün ciddi şəkildə çalışdılar.
Nəhayət “Standart Ovil Kaliforniya” neft şirkəti vəhhabi Səudilərə kredit
vermək müqabilində Ərəbistanın şərqində neft ixracını 1932-ci ildən
etibarən 66 il ərzində qəsb etdilər.
Ərəbistanda neftin kəşf edilməsi və çıxarılması əsaslı dəyişikliklərə
səbəb oldu və vəhhabilərin iqtisadi vəziyyətində çevriliş yaratdı. Belə ki,
Məscid Camei bu barədə yazır: “...Bu yeni və qüdrətli amil (neftin kəşf
olunması) həm Ərəbistana, həm də vəhhabiliyə çox sıçrayışlı bir təsir
qoydu. Neftin gəliri Səudi əmirlərinin gözünü işıqlandırdı və onlara
göstərdi ki, yaşadıqları dünya daha böyük, daha gözəldir. Bu da onların
171
ixtiyarını əlindən aldı.”
1
1939-cu ildə ikinci dünya müharibəsinin başlanması ilə eyni zamanda,
beynəlxalq vəziyyət dəyişdi, Ərəbistan da bu dəyişiklikdən kənarda
qalmamışdı. İbn Səud müharibənin əvvəlində döyüşən tərəflər qarşısında
müəyyən və sabit mövqe tutmamışdı. Amma buna baxmayaraq (o,
müharibə başlamazdan əvvəl Almaniya və İtaliya ilə hərbi müqavilə,
Yaponiya ilə dostluq və ticarət əlaqələri imzalamışdı). Amma Almaniya
və İtaliya İbn Səudu özlərinin mehvər qüvvələrinə meylli etmək üçün
onu çox təzyiqlərə məruz qoydular. Amma bunlara baxmayaraq İbn Səud
müharibənin axırlarına qədər konkret bir mövqeyə malik olmadı. Yalnız
müharibənin axırlarında qələbə çalanlara meyl göstərməyə başladı.
“Böyük İslam Enskilopediyası” kitabında belə qeyd olunur: “Əbdül-
Əziz dünya müharibəsinin başlanması, neft istehsalının aşağı səviyyədə
olması və hacıların azalmasına görə iqtisadi çətinlikdə olduğundan,
Amerika və İngiltərə dövlətlərindən kredit istədi və xatırlatdı ki, onun
istəyinə diqqət yetirilməzsə neft ixracının qarşısı alınacaqdır.”
2
Amerika İngiltərəyə verdiyi kredetin bir hisəsini İbn Səuda verdi.
Amerikanın siyasətində daxili neftin yerinə xarici neftdən istifadə etmək
zərurəti qarşıya çıxdığından (1940-cı ilə qədər İbn Səudun sarayında
onların heç bir nümayəndəsi yox idi və Ərəbistan neftinin kəşf edilib
çıxarılmasını yalnız amerikanların xüsusi şirkətləri öhdələrinə almışdı)
1943-cü ilin may ayında Ərəbistanla siyasi əlaqələr yaratdılar və
“Aramku” neft şirkətinin işə düşməsi ilə Amerika müharibəni dünyanın
bu tərəfindən idarə edilməsi üçün Zəhran hava limanında gizli bir
qərargah təsis etdi. Bununla da Britaniyanın müstəmləkəçiliyi sona çatdı
və ikinci dünya müharibəsi Amerikanın Ərəbistana nüfuz etməsi üçün
dönüş nöqtəsi oldu. 1945-ci ildə Ruzvelt ilə Əbdül-Əziz arasında
Amerikanın “Kuinsi” adlı hərbi gəmisində baş verən danışıqlar zamanı
Amerikanın məntəqədəki müstəmləkəçilik siyasətləri genişləndi. Bu
görüşün ardınca İbn Səud almanların əleyhinə çıxdı və bununla da
müharibənin qalibləri sırasına keçdi.
Amerikanın prezidenti Ruzveltin İbn Səudla görüşündə diqqət yetirilən
məsələ Fələstin məsələsi və yəhudilərin orada məskunlaşdırılması idi.
Aydın
olduğu
kimi,
amerikalılar
sionistlərin
orta
şərqdə
məskunlaşmasına şərait yaratmışdılar və əlbəttə, bu kimi səylər tamamilə
diplomatik və hiyləgərlik yolları ilə həyata keçirilirdi.
Həqiqətdə
amerikalılar
vəhhabilərin
firavanlıq,
eyş-işrətçilik,
həddindən artıq israfçılıq və pulpərəstlik kimi xüsusiyyətlərini yaxşı
1
Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətül-Ərəb”, səh.4
2
“Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.33 34
Dostları ilə paylaş: |