ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə81/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   77   78   79   80   81   82   83   84   ...   106

 
176 
qarşılandı.  Bu  da  vəhhabi  məsləkində  olan  Məlik  Səud  üçün  gələcəkdə 
ciddi bir  təhlükə  yarada  bilərdi. Nasir  Ərəbistanda  Səudi  rəhbərlərindən 
istədi  ki,  neft  kimi  böyük  bir  (iqtisadi)  silahdan  ərəblərin  hədəfə 
çatmasında  istifadə  etsinlər  və  öz  düşüncələrini  onlara  nəql  etdirsinlər. 
Həqiqətdə Misirlə Ərəbistan arasında bağlanan birliyin əksinə olaraq bu 
ittihadın  mehvəri  təəccüblü  və  münasib  olmayan  bir  ideya  idi.  Çünki 
Nasirin  inqalabçı  rejimi  ilə  Səudun  irticaçı  rejimi  arasındakı  aşkar 
ziddiyyətlər görünürdü. 
Bu müddəanı isbat etmək üçün Süveyş kanalının milliləşdirilməsindən 
sonrakı  hadisələrə  diqqət  yetirmək  lazımdır.  Nasir  Ərəbistandan 
qayıtdıqdan  sonra  İsgəndəriyyədə  Süveyş  kanalını  milliləşdirdi  (1956-ci 
il,  26  iyun).  Bu  da  həmin  nahiyənin  İngiltərə,  Faransız  və  İsrail 
tərəfindən işğal olunması ilə nəticələndi. Bu tədbir nəticəsində “Səudiyyə 
padşahlığı özünün ingilislərlə  və  fransızlarla  olan diplomatik  əlaqələrini 
kəsdi  və  zahirdə  də  neftin  bu  iki  ölkəyə  ixrac  edilməsini  dayandırdı. 
Halbuki, Belçika, Hollandiya, Almaniya və İtaliya yolu ilə bu iki ölkənin 
neft  sifarişləri  təmin  olunurdu.  Bundan  da  mühümü  budur  ki,  səudilər 
onlarla  Misir  arasında  1955-ci  il  17  oktyabrda  imzalanan  dostluq  və 
müdafiə  müqaviləsinə  əməl  etmədilər.  Bu  müqavilənin  ikinci 
maddəsində  qeyd  olunurdu  ki,  tərəflər  təcavüzə  məruz  qaldıqda  bir-
birinə  kömək  etməli,  özlərində  mövcud  olan  bütün  imkanlardan,  o 
cümlədən,  hərbi  qüvvələrdən  təcavüzün  dəf  edilməsi,  sülh  və  əmin-
amanlığın  bərqərar  edilməsi  üçün  istifadə  etməlidirlər.  Amma  səudilər 
buna əməl etmədilər.”
1
  
1957-ci  ilin  yanvar  ayında  vəhhabilərin  ərəblərin  Misir  və  Suriya  ilə 
həmrəyliyini  bildirməklərini  baxmayaraq  bu  ittihad  da  əvvəldə  olduğu 
kimi çox zəif idi. Vəhhabi siyasətində nəzərə çarpacaq məsələ onların öz 
hədəflərinə çatmaq yolunda qüdrətli cinahlara meyl etmələrini, eləcə də 
həmişə  qüdrətdə  olmaq  istəklərini  qeyd  etmək  olar.  Çünki  ingilislər 
məntəqənin  qüdrətli  cinahı  olduğu  vaxta  qədər  vəhhabilər  o  ölkəyə  sıx 
bağlı  idilər.  Amerika  beynəlxalq  meydana  gəldikdən  və  məntəqə 
siyasətində  aşkar  olduqdan  sonra  onların  yeni  ərbablarına  asılılıqları 
daha da artdı. Nasir ərəblərin arasında artıq nüfuza malik olduğu zaman 
vəhhabilər  Nasirə  doğru  meyl  etdilər  ki,  əməldə  qüdrət  karvanından 
geridə qalmasınlar. 
Tarixin bu dövründə də Məlik Səudun siyasətlərindən biri Amerikanın 
istilaçılıq  və  imperialist  siyasətləri  cərgəsinə  qoşulmaq  idi.  Belə  ki,  o 
“Ayzen  Haver”  tezini  qəbul  etdi  və  amerikalıların  mənafeyini  təmin 
etmək üçün çalışdı. 
                                                 
1
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.109-110 


 
177 
Nasirin  sovetlər  ölkəsinə  meyl  etməsi  nəticəsində  Amerikada  dövri 
prezident  tərəfindən  irəli  sürülən  “Ayzen  Haver”  tezi  bu  əsasda  idi  ki, 
şərqdə mövcud olan boşluq rusların hər növ tədbirindən öncə, Amerika 
vasitəsi ilə doldurulmalı və bu zaman qərb düşərgəsi halqasında yerləşən 
ölkələrə  iqtisadi  və  hərbi  köməklər  göstərilməlidir.  Nəhayət,  ərəblərin 
arasında  çox  təsirli  rol  ifa  etmək  üçün  Səud  Amerikaya  səfər  etdi  və 
orada  “iki  ölkə arasında  yeni müqavilə imzalandı  ki,  bu  da 1951-ci  ildə 
imzalanan  müqavilənin  bir  növ  təkmilləşdiricisi  idi.  Bu  müqavilədə 
Amerika  Birləşmiş  Ştatları  öhdəsinə  alırdı  kı,  səudilərin  hərbi 
qüvvələrini  yenidən  təşkil  etsin,  onlara  yeni  müharibə  texnikası  versin, 
öz iqtisadi köməklərini də davam etdirsin. Xüsusilə, Dəmmam limanının 
genişləndirilməsi  barəsində  münasib  kömək  vədəsi  verdi...  Bunun 
müqabilində  Səud  Amerikaya  Zəhran  limanından  beş  il  müddətində 
pulsuz  istifadə  etmək  üçün  razılıq  verdi  və  onun  məntəqədə  nəzərdə 
tutduğu  planı  həyata  keçirməyi  öhdəsinə  aldı  ki,  nəticədə  Amerikanın 
qeydsiz-şərtsiz himayələrindən bəhrələnsin. Bu müqavilə Ərəb ölkələrinə 
və Nasirə qarşı bir növ müharibə hesab olunurdu.”
1
  
Məlik  Səud  bu  müqaviləni  Amerika  ilə  bağladıqdan  sonra  Ərəbistana 
qayıtdı  və  yeni  müttəfiqlər  axtarmağa  başladı.  Bu  zaman  İordaniya  və 
İraqın Haşimi padşahlarına üz gətirdi və hətta 1957-ci ildə şah Hüseynin 
əleyhinə  İordaniyada  hazırlanmış  çevrilişi  yatırtmaq  üçün  oraya  hərbi 
qüvvə də göndərdi. 
Bu zamandan etibarən Ərəb ölkələri iki hissəyə bölündü. Onlardan biri 
Nasirin  tərəfdarları  olan  ölkələr  idi  ki,  mütərəqqi  hesab  olunurdular. 
Digəri  isə  Səudiyyə  Ərəbistanının  düşərgəsi  olan  mühafizəkarlar  idi. 
Sonuncu  düşərgə  Ərəbistan,  İraq  və  İordaniyanı  əhatə  edirdi  ki,  öz 
aralarında  ittihadiyyə  yaratmış  və  inqilabi  hərəkatlara  qarşı  mübarizə 
aparmağı  qərara  almışdılar.  Bundan  əlavə  Məlik  Səud  özünün  Misir  və 
Suriya ilə  əlaqələrini kəsdi və çalışdı ki,  Livanda Kamil Şəmun ilə olan 
əlaqələrini  möhkəmləndirsin,  Bəhreyn  əmirlikləri  ilə  olan  ixtilaflarını 
həll  etməklə  özünü  ərəblərin  mötədil  rəhbəri  kimi  göstərsin.  Eləcə  də 
Ərəbistan, Küveyt və Bəhreyn ölkələrindən təşkil olunmuş federasiyanın 
yaradılması planı, Ərəbistanın onun rəhbərliyini öhdəsinə almaq fikrində 
olması  nəticəsində  icra  olunmadı.  Səudun  Məsqit  və  Əmman  krallıqları 
ilə, eləcə də Əmarat və Əbu-zəbi sultanları ilə rabitə qurması barəsindəki 
səyləri nəticə vermədi. Onun “Ayzen haver” tezində qərarlaşması Nasirlə 
olan  əlaqələrini  gərginləşdirdi,  səudilərin  hakimiyyətində  də  dərin 
böhranlar  yarandı.  Bu  dövr  hadisələri  ilə  əlaqədar  “Böyük  İslam 
Enskilopediyası” kitabında belə qeyd olunur: 
                                                 
1
 Həmin mənbə, səh.111 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə