ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə89/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   85   86   87   88   89   90   91   92   ...   106

 
192 
Enskilopediyası” kitabında belə qeyd olunur: “...1975-ci ilin mart ayının 
25-də  Məlik  Feysəlin  qardaşı  oğlu  Feysəl  ibn  Müsaid  Peyğəmbəri-
Əkrəmin  (s)  təvvəlüdünü  təbrik  etmək  bəhanəsi  ilə  onun  əlini  öpmək 
mərasimində şahı güllə ilə qətlə yetirdi. Qatili də sonralar xalq içərisində 
edam etdilər.”
1
  
Həqiqətdə  bir  neçə  müddət  öncə  Səudiyyə  sülaləsinin  öz  arasında  baş 
verən ixtilaf və çəkişmələr nəhayət Feysəlin qətli ilə nəticələndi və “bəzi 
vaxtlar  ona  sui-qəsd  edilməsi  iki  təffəkkürün  -  islahatçı  və  islahata  zidd 
olan  təfəkkür  arasında  gizlin  müharibə  kimi  qiymətləndirilən  terror  aktı 
naşı bir hakimiyyət idarəsində baş verməmişdi. Hər halda Feysəl və onun 
fikirləri  aradan  qaldırıldı  və  onun  həmrəyləri  də  hakim  iqtidardan 
götrüldü... Və bu da Əbdül-Əzizin, eləcə də onun təfsir etdiyi islamın və 
onun vəhhabiliyin tənəzzülə uğramasının əvvəlləri idi.”
2
  
Feysəlin qətlə yetirildiyi dövrlər Ərəbistanın ən böyük neft ölkəsi kimi 
tanındığı  bir  dövrə  təsadüf  edirdi.  1973-cü  ildəki  neft  embarqosundan 
sonra  neftin  qiyməti  birdən-birə  artmağa  başladı  və  həqiqətdə  Feysələ 
sui-qəsd edilməsi yeni həyatda başqa meyarların qəbul edilməsinə doğru 
bir  yol  açılması  idi.  Belə  bir  vaxtda  Ərəbistanın  sonrakı  rəhbərlərinin 
dediyinə görə, bu ölkə sərhədlərin qorunması və təhlükəsizliyin bərqərar 
edilməsi  üçün  ona  ehtiyaclı  idi.  “Belə  bir  şəraitdə  Feysəlin  siyasətlərini 
irəli  aparmaq  mümkün  deyildi.  O,  ölkənin  idarə  olunmasında  qəbilə 
yönlü  rəhbərlikdən  istifadə  edir  və  islahatlar  müqabilində  ciddiyyət 
göstərirdi...  Eləcə  də  səudilərin  təhsil  almış  yeni  nəslinə  əhəmiyyət 
vermirdi.  Əlbəttə,  onun  inanıb  əməl  etdiyi  şey  70-ci  illərin  əvvəllərinə 
qədər nəinki ona faydalı deyildi, əksinə, ümumiyyətlə zəruri də sayılırdı 
və  güclü  ehtimala  əsasən  ona  riayət  etmədən  çox-çox  əvvəllər  hökumət 
səudilərin  əlindən  çıxmışdı.  Xüsusilə,  o  dövrdə  Nasir  və  millətçilik 
təfəkkürləri  geniş  yayılmışdı  və  Nasir  Ərəbistanın  cənub  sərhədlərində 
qoşun  yerləşdirmişdi,  azacıq  sarsıntı  və  tərəddüdün  bərpa  olunmaz 
nəticələr verəcəyi ehtimalı verilirdi.
3
  
Qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, Feysələ qarşı sui-qəsd 
edilməsi vəhhabilərin daxili və xarici siyasətlərində ümdə dəyişikliklərin 
baş  verməsinə  səbəb  oldu.  Bu  da  Xalidin,  Fəhdin  və  onların 
canişinlərinin dövründə yaranmışdı. 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 
2
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb” 
3
 Həmin mənbə 


 
193 
VƏHHABİLƏRİN FEYSƏLDƏN SONRA İRAN İSLAM 
İNQİLABINA QƏDƏR GÖRDÜYÜ İŞLƏR 
Feysəldən  sonra  onun  qardaşı  Xalid  səltənət  kürsüsünə  oturdu.  O, 
əyyaş  şahzadələrin  kamil  nümunəsi  və  dünyanın  hər  bir  yerindən  qafil 
idi.  Gözlənilmədən  hərəmxanalardan  çıxaraq  taxtda  oturmuşdu.  O, 
“siyasi  işlərə  çox  da  maraq  göstərmirdi.  Bu  zəmində  göstərdiyi 
fəaliyyətlərdən  ən  ümdəsi  taxta  çıxmasından  ibarət  idi.  Bundan  əlavə 
onun  gördüyü  işlərdən  biri  də  (1939-cı  ildə)  Fələstin  məsələsi  ilə 
əlaqədar  Ceymz  London  konfransını  keçirmək  idi.  Xalid  bundan  sonra 
siyasəti  bütünlüklə  tərk  etdi  və  bədəvi  qəbilələr  arasında  yaşamağa 
başladı.  Bununla  belə,  Feysəl  onu  vəliəhdliyə  və  1965-ci  ildə  isə  baş 
nazirin müavini vəzifəsinə təyin etmişdi.”
1
   
Xalid  əyyaş  və  sadəlövh  bir  adam  idi.  Güclü  ehtimala  görə  Feysələ 
qarşı  terror  aktından  yaranan  gözlənilməz  şok  vəziyyəti  və  vəhhabi 
quruluşunun  dağılmasından  yaranan  qorxu  nəticəsində  cürətlə,  heç  bir 
şey  fikirləşmədən  Feysəlin  canişini  təyin  olundu.  O  əvvəldə  öz 
sələflərinin  siyasətini  davam  etdirəcəyini  bildirməsinə  baxmayaraq,  bu 
dövrdə  də  siyasi  məsələlərə  çox  da  maraq  göstərmədi,  icra  və 
qanunçuluq  işlərini  əməli  olaraq  öz  qardaşına  –  vəliəhdi  olan  Fəhd  ibn 
Əbdül-Əzizə həvalə etdi. 
O dövrdə ərəb dünyasına hakim olan siyasi şərait elə bir vəziyyətdə idi 
ki,  Ərəbistan  neftdən  hasil  olan  dollarlarla  və  daha  güclü  bir  cazibənin 
olmamasına görə, qərb blokunun və Amerikanın himayələrindən istifadə 
edərək  ərəb  dövlətlərinin  mərkəzinə  çevrildi.  Artıq  Qahirə  özünün 
qədimki  ideyalarından  əl  çəkmiş  və  sair  ərəb  ölkələri  də  hər  biri  xüsusi 
bir  çətinliyə  düçar  olmuşdu.  Fars  körfəzinin  sahil  məntəqələrində 
yaşayan  sərvətli  şeyxlər  də  o  qədər  kiçilib  əhəmiyyətsiz  olmuşdular  ki, 
heç  vaxt  böyük  iddialar  edə  bilmirdilər.  Xüsusilə  onlar  və  vəhhabi 
səudilər əməldə bir vahidi təşkil edirdilər. Buna əsasən, ərəblərin gözləri 
Riyaza  və  onun  siyasətlərinə  dikilmişdi.  Belə  bir  şəraitdə  Səudiyyə 
rəhbərləri  Əbdül-Əziz  və  Feysəl  kimi  bir  şey  deyib  əməl  etməyi  nə 
bacara  bilir  və  nə  də  istəyirdilər.  Onlar  başa  düşmüşdülər  ki,  öz 
mövqelərini qoruyub-saxlamaq, qüdrət və nüfuzlarını möhkəmləndirmək 
üçün  bütün  siyasət  sahələrində  yeni  fikirlər  və  islahatlar  aparmağa 
məcburdurlar.  Xüsusilə,  70-ci  illərin  əvvəllərində  məntəqədə  yeni  bir 
qüdrət  yarandı  və  o  da  İmam  Xomeyninin  rəhbərliyi  ilə  İran  İslam 
inqilabının  əzəmətli  qələbəsi  idi ki, bu  da  səltənət  rejiminin strukturunu 
tamamilə lərzəyə gətirib sarsıtmış, dünyada bir sıra ümdə dəyişikliklərin 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə