ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə90/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   86   87   88   89   90   91   92   93   ...   106

 
194 
yaranmasına səbəb olmuşdu. 
Cənab  Məscid  Camei  Ərəbistanın  1973-1979-cu  illərdəki  vəziyyəti 
barəsində  belə  yazır:  “...Həqiqət  bundan  ibarətdir  ki,  Feysələ  sui-qəsd 
edilməsi  ilə  İran  şahının  süqutu  arasındakı  zamanda  (1973-1979), 
xüsusilə  1973-cü  ildə  Səudiyyə  Ərəbistanın  və  vəhhabilərin  daxilində 
baş  verən  iğtişaş  və  çəkişmələr  oraya  hakim  olan  sərgərdançılıq  və 
pərakəndəlik  dövrüdür.  Pul  sel  kimi  axmağa  başlamışdı.  Özü  də  ağır 
zülmə, sinfi ziddiyyətlərə düçar olan, azad rəqabətin olmadığı, ictimai və 
iqtisadi  quruluşun  köhnəldiyi  bir  dövlətdə.  Səudilər  əvvəlcədən 
hazırlıqları  olmadığı  halda,  gözlənilmədən  özlərini  ərəb  dünyasının 
mərkəzində  və  strateji  cəhətdən  dünyanın  ən  həssas  və  mühüm  ölkələri 
sırasında  gördülər.  Lakin uzun müddət belə bir  mövqeyin  yaranacağına 
inana  bilmirdilər.  Onlar  hər  bir  şeydən  qafil  olaraq  külli  miqdarda  olan 
milli  sərvətləri  israf  etməyə  başlayaraq  cəmiyyəti  öz  halına  buraxdılar. 
Bu müddət ərzində nə təsirli bir qüdrət var idi, nə də güclü bir proqram. 
Yüksək vəzifəli şəxslərdən hər biri  yalnız özünə məşğul idi və ətrafında 
baş verən hadisələrdən tamamilə qafil idi. Xüsusilə, bunu nəzərə alaq ki, 
hər şeydən xəbərsiz, xəstə və huşu az olan bir fərd qüdrət başında idi...”
1
  
Qeyd  olunanlara  diqqət  yetirməklə  o  dövrdə  Ərəbistana  hakim  olan 
vəziyyəti  gözəl  şəkildə  anlamaq  olar.  O  dövrdə  vəhhabilər  neftdən  əldə 
olunan  külli  miqdarda  pullardan  faydalanırdılar.  Amma  bu  sərvətlər 
yalnız  vəhhabi  xanədanına nəsib  olmuşdu  və  onlardan  başqaları bundan 
qətiyyən bəhrələnmirdilər. Kəskin sinfi ixtilaflar, ictimai ziddiyyətlər və 
iqtisadi  ədalətsizliklər,  zülm  və  zorakılıq  ölkəyə  hakim  idi.  Ümumxalq 
kütlələri fəqirlikdə, miskinlikdə və səfalətdə yaşayırdılar, camaata vicdan 
və  mətbuat  azadlığı  verilməmişdi.  Cəmiyyətə  siyasi  bir  irticanın  hakim 
olduğu belə bir şəraitdə bir sıra dəyişikliklərin və islahatların aparılması 
zəruri  idi.  “Vəhhabilik  Ərəbistan  yarımadasında”  məqaləsinin  müəllifi 
bu  barədə  belə  yazır:  “...Artıq  qüdrət  şeyxlərin  və  onların  köhnə  fikirli 
nüfuzlu  varislərinin  əlində  deyildi.  Əməli  olaraq  yeni  təhsil  almış 
təbəqələr aparıcı rola malik idilər. Sel kimi axmaqda olan bu sərvətlərin 
xərclənməsi  xarici  mütəxəssislərin,  texnoloqların  və  fəhlələrin  ölkə 
daxilinə  gəlməsini  zəruri  edirdi.  Onların  kənarında  da  müxtəlif  tikinti 
şirkətləri,  müəssisələr,  ticarət  mərkəzləri  var  idi  və  onların  ardınca  da 
iqtisadi  köməklər  almaq  məqsədi  ilə  gələn  diplomatik  heyətlər 
görünürdü.... Artıq Ərəbistanı 50-60-cı miladi illərindəki siyasət əsasında 
qurmaq olmazdı.
2
  
Buna əsasən, vəhhabilikdə bir daha dəyişiklik edilməsi lazım və zəruri 
                                                 
1
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb” 
2
 Həmin mənbə 


 
195 
idi.  Birinci  dəfə  İbn  Səudun  (Əbdül-Əzizin)  dövründə  islahatlar 
aparılmış  və  dini  nəzəriyyələr  baxımından  vəhhabiləri  Ərəbistan 
cəmiyyətinə  hakim  etmişdilər.  Bu  dəfə  bir  fərd  deyil,  əksinə  yeni 
zərurətlər və təzyiqlər aparıcı rola malik idi. 
Cənab  Məscid  Camei  bu  barədə  belə  yazır:  “Fars  körfəzi 
məntəqələrində 
yaşayan 
Şeyx  əyalətlərini,  xüsusilə  Səudiyyə 
Ərəbistanını,  sair  ərəb  və  müsəlman  rəhbərlərindən  çoxunu  şok 
vəziyyətinə  salan  şey  onların  heç  vaxt  gözləmədikləri  halda  İran  İslam 
inqilabının  qələbə  çalması  idi.  Şahın  müxtəlif  siyasi,  tarixi,  mədəni  və 
bəzi  hallarda  dini  səbəblərdən  ərəb  rəhbərləri  tərəfindən  nifrətlə 
qarşılanmasına baxmayaraq, bu, ehtiram qoyulacaq bir qüdrətə malik idi. 
Belə ki, məntəqənin və eləcə də onun ictimai əmin-amanlığın və asayişin 
qorunmasındakı  siyasi  rolu  qərblilərin  və  ona  uyan  hakimlərin  xeyrinə 
idi  və  bu  barədə  əsaslı  rol  oynayırdı.  Xüsusilə,  60-cı  illərin  axırlarında 
tədricən  məntəqənin  hərbi  və  iqtisadi  qütbünə  çevrilmişdi  və 
kommunizmə  və  sovet  hökumətinə  qarşı  zidd  mövqe  tutduğundan  Fars 
körfəzində  yaşayan  şeyxlər  onun  barəsində  xatircəm  idilər  və  onun 
qüdrət  və  qərarına  inanırdılar...  Şahın  qərb  siyasətləri  kommunizmə  və 
ruslara  zidd  olan  siyasətlərinin  şüası  altında  idi.  Amma  onun  bütün 
qüdrət,  şövkət  və  əzəmətinin  bir  neçə  ay  ərzində  dini  hərəkat 
müqabilində  böyük  bir  qar  yığınının  günəş  qarşısında  əriyib  aradan 
getdiyi  kimi  məhv  olub  aradan  getdiyini  gördükdə,  onun  gözlənilməz 
süqutundan və məntəqədə olmamasından yaranan boşluqdan vəhşət hissi 
keçirməkdən  əlavə,  öz  vəziyyətləri,  qüdrətləri  və  sabitlikləri,  həmçinin 
qərb  və  Amerika  tərəfindən  himayə  olunma  dərəcələri  barəsində 
nigarançılıq hissi keçirdilər. Xüsusilə, İranda inqilabın qələbəsi ilə bütün 
müsəlman əyalətlərini bir sıra həyəcan və iğtişaşlar bürümüşdü.
1
  
Sonrakı  bölmədə  İran  İslam  inqilabı  ilə  qarşılaşmada  vəhhabiliyin 
daxilində,  eləcə  də  Səudiyyə  cəmiyyətində  baş  verən  dəyişiklikləri 
araşdıracağıq. 
İRAN İSLAM İNQİLABININ ƏZƏMƏTLİ QƏLƏBƏSİNDƏN 
SONRA VƏHHABİLƏRİN GÖRDÜYÜ İŞLƏR 
Həqiqətdə  70-ci  illərin  əvvəllərində  vəhhabilərin  daxili  və  xarici 
siyasətlərində,  eləcə  də  onların  Səudiyyə  cəmiyyətinə  hakim  olan  din 
prinsiplərində  dəyişikliklər  baş  verirdi.  Amma  İranda  İslam  inqilabının 
əzəmətli  qələbəsi  ilə  bu  dəyişikliklər  bir  daha  şiddətləndi.  1979-cu  ildə 
baş verən bu inqilab Səudi siyasətlərindən daha artıq vəhhabiləri öz təsiri 
altına aldı. 
                                                 
1
 Həmin mənbə 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə