ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə88/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   84   85   86   87   88   89   90   91   ...   106

 
190 
ərəblər  üzərində  hərbi  qüdrətinə  əmin  olan  Amerika  neft  istehsal  edən 
ölkələrin  qərb  əleyhinə  təhdidlərindən  nigaran  deyildi.  Digər  tərəfdən, 
1352-ci  hicri  şəmsi  ilində  Səudiyyənin  Ali  neft  şurasının  rəyasətini 
öhdəsinə  alan  Fəhd  elan  etdi  ki,  Ərəbistan  Amerikaya  bir  qədər  fürsət 
verməlidir  ki,  öz  siyasətlərini  dəyişdirsin.  Həmçinin  bitərəf  ölkələrin 
Əlcəzairdəki  konfransında  (1352-ci  il  şəhrivərin  11-də)  ümumiyyətlə 
neft silahından istifadə edilməsi məsələsi irəli sürülmədi. Ərəblərlə İsrail 
arasında  dördüncü  müharibənin  başlanmasından  sonra  “Səudiyyə 
rəhbərləri  Amerikaya  bağlılığımı,  yoxsa  Ərəb  və  müsəlmanlarla 
həmrəyliyin  bidirmək  arasında  sərgərdan  qalmışdı.”
1
    Şübhəsiz,  bu 
müharibə nəticəsində ərəbləri və inkişaf etmiş ölkələri gizlin neft böhranı 
ilə agah etdi. 
Neft istehsalının azaldılması o qədər davam etmədi ki, qərb ölkələrinə 
iqtisadi  cəhətdən  bərpa  olunmaz  bir  xəsarət  vura  bilsin.  Amma  bu,  neft 
məhsullarının qiymətlərinin kəskin şəkildə artmasına gətirib çıxartdı. Bu 
vəziyyət  qərbdə  “Neft  Şoku”  adı  ilə  tanındı.  Qərb  ölkələri  və  dövlətləri 
özlərinin  bir  neçə  illik  iqtisadi  böhranını  dəf  edə  bilməkdə  bacarıqsız 
olduqlarını onların üzərinə atdılar. 
“Nizami-Ali  Səud”  kitabının  müəllifi  vəhhabilərin  Amerika  ilə  sıx 
bağlılıqları  və  ondan  tərəfdarlıq  etmələri  barəsində  belə  yazır:  “...Öz 
taleyini qərbə bağlılıqda görən Feysəl və Fəhd istəyirdilər ki, qərb səbatlı 
və  qüdrətli  olsun,  siyasi  hərc-mərclikdən  irəli  gələn  mühüm  iqtisadi 
böhranlardan  uzaqda  olsun.  Buna  görə  də  dünya  bazarlarında  neftin 
qiymətini  azaltmaq  üçün  öz  neft  istehsalını  birdən-birə  kəskin  şəkildə 
artırdı. Belə ki, hətta  gündə bazara on milyon barel neft çıxartdı və neft 
istehsal edən sair ölkələri də bir qədər mülayimləşməyə məcbur etdi.”
2
  
Feysəlin Amerikaya kəskin şəkildə tərəfdarlıq etməsi və onun havadarı 
olması  ərəblərin  nəzərində  məhkum  olunur  və  İsrailə  havadarlıq  kimi 
hesab  olunurdu.  Buna  əsasən,  ümumxalq  kütlələrin  nəzərini  cəlb  etmək 
üçün  o,  1352-ci  hicri  şəmsi  ilində  Fələstin  Azadlıq  Hərəkatına  Riyaz 
şəhərində  ofis  açmağa  icazə  verdi.  Səudiyyə  sultanı  inanırdı  ki,  İsrailin 
keçmiş  hərbi  müvəffəqiyyətlərinin  əsası  onun  xarici  silahlara  malik 
olmasındadır. Buna görə də neft blokadası ilə onların hərəkətini nisbətən 
ləngitmək olar. Feysəl “çox sadəlövhcəsinə ümidvar idi ki, Amerikanı bu 
çarpışmalardan  uzaq  saxlayacaq.  Lakin  o  dövrdə  Amerika  prezidenti 
Niksonun  cavabı  bu  idi:  “Biz  xarici  siyasətlərimizi  milli  mənafeyimizi 
nəzərə almaqla tənzim edəcəyik və heç vaxt icazə verməyəcəyik ki, İsrail 
                                                 
1
 Həmin mənbə, səh.162 
2
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.167 


 
191 
quyunun dibinə düşsün!”
1
  
Feysəl  hələ  təzə-təzə  başa  düşürdü  ki,  Amerika  zahiri  taktikalarına  və 
camaatı aldatmasına baxmayaraq ərəbləri, neftə sahib olsalar da belə, heç 
vaxt İsraildən üstün hesab etməz. Buna görə də  Beytül-Müqəddəsi işğal 
edən sionistlərin zatı və mahiyyəti Amerikada sionist tərəfdarları və ölkə 
başçıları ilə eynidir, onların arasında heç bir fərq yoxdur. 
Feysəl 1963-cü ilin oktyabrın 19-da müharibənin başlanması ilə bütün 
neft məhsullarının Amerikaya  göndərilməsini dayandırdı.  O  bu  yolla öz 
rəhbərliyini  gücləndirmək  istəyirdi.  Amma  onun  neft  embarqosu 
Amerikanın  xeyrinə  idi.  Çünki  gələcəkdə  ərəblərin  arasında  vəhhabi 
rəhbərliyindən öz xeyrinə istifadə edə bilərdi. 
Neft  oktyabr  müharibəsində  siyasi  bir  təzyiq  adı  altında  işlədildi  və 
onun  ardınca  da  qiymətlərin  artması  ilə  sanki  dünyanın  siyasi-iqtisadi 
durumu  dəyişildi.  Orta  şərqin  əhəmiyyətli  və  həssas  məntəqələrinin 
mərkəzləri, xüsusilə  Ərəbistan  yüksək neft  hasilatından  əlverişli istifadə 
etdi... Amerika da yaranan bu şəraitdən bəhrələndi və “Kisincerin Riyaza 
və  Tehrana  diplomatik  səfərləri  ilə  fəallaşdı.  Kisincerin  öz  səfəri  ilə 
məntəqənin hərbi vəziyyətələrinə nəzarəti İranda şahın öhdəsinə, iqtisadi 
vəziyyəti  isə  (Ərəbistanda)  vəhhabilərin  öhdəsinə  qoydu.  Beləliklə,  hər 
iki ölkə Amerikanın siyasətləri istiqamətində hərəkət etməyə başladı. 
Cənab  Məscid  Camei  70-ci  illərin  əvvəllərində  vəhhabilər  və  onların 
vəziyyətləri  barəsində  belə  yazır:  “Səudiyyə  cəmiyyəti  70-ci  illərin 
əvvəllərində  bütün  zahiri  dəyişikliklərə  və  istilahatlara  baxmayaraq,  elə 
Əbdül-Əzizin dövründə olan bir cəmiyyət idi və onda heç bir mühüm və 
əsaslı dəyişiklik baş verməmişdi ki, islamın və vəhhabiliyin təfsirində bir 
yenilik olsun. Amma bu dövrdən sonra cəmiyyət istər-istəməz müəyyən 
dəyişikliklərə məruz qaldı; əlbbəttə, bu da Səudiyyə hakimlərinin xoşuna 
gəlmirdi. Amma bu dəyişikliklərə səbəb olan təzyiqlər elə güclü və dərin 
köklərə  malik  idi  ki,  onların  meyyili  olmaması  və  hətta  rəhbərlərin 
kütləvi  təzyiqlər  emal  etməsi  ilə  zərərsizləşdirilə  bilməzdi.  Təzyiqlər 
günbəgün  artmaqda  idi.  Onun  inkişaf  edib  yayılması  üçün  də  münasib 
şərait var idi. Xüsusilə, səudilər öz siyasi mövqelərini qoruyub saxlamaq 
üçün  (bu,  1973-cü  il  neft  enbarqosundan  yaranmışdı)  öz  batini 
meyyillərinin əksinə olaraq bəzi ictimai, iqtisadi və mədəni dəyişikliklər 
aparmağa,  islahatlar  etməyə  razı  oldular.  Bu  islahatların  baş  verməsi 
yolunda  ən  mühüm  maneə  Feysəlin  özü  idi  ki,  1975-ci  ildə  müəmmalı 
şəkildə qətlə yetirildi.”
2
  
Feysələ 
qarşı 
edilən 
sui-qəsd 
ilə 
əlaqədar  “Böyük  İslam 
                                                 
1
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.139 
2
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb” 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə