ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə86/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   82   83   84   85   86   87   88   89   ...   106

 
186 
ərəb respublikasına olan meylləri sona çatdı. 
Ərəblərlə İsrail arasında baş verən ikinci müharibə Feysəl üçün xarici 
siyasət  səhnəsində  böyük  bir  mövqe  hesab  olunurdu.  Çünki  onun  ən 
böyük  düşməni  olan  Nasir  siyasi  və  iqtisadi  cəhətdən  məğlubiyyətə 
uğramışdı.  Bu  da  Nasirin  Məlik  Səudun  himayəsindən  (o  zaman 
Qahirədə  yaşayırdı)  məhrum  edilməsinə  səbəb  oldu,  nəticədə  onu 
ölkədən ixrac etdi və öz qüvvələrini də Yəməndən geri çağırdı. Feysəl də 
Misirə  və  xəsarət  görmüş  sair  Ərəb  ölkələrinə  ildə  135  milyon  dollar 
məbləğində  pul  verməyi  qəbul  etməklə  Nasirə  cavab  verdi.  Beləliklə, 
ərəblər arasında qərar qəbul etmə məsələsi Qahirədən Riyaza köçrüldü. 
“Siyasət  və  hökumət  dər  Ərəbistani  Səudi”  kitabının  müəllifi 
Ərəbistanın  bu  dövrdəki  tarixi  barəsində  belə  yazır:  “...  Ərəbistanın 
xarici  siyasəti  hər  bir  halda  şərqdən  uzaqlaşmış  və  qərb  ölkələrinə 
yaxınlaşmışdı.  Bu  siyasət  Feysəlin  dövründə  son  dərəcə  sürətlə 
güclənməyə  başladı.  Feysəl  öz  siyasətlərini  izah  etmək  və  özünə  bəraət 
qazandırmaq  üçün  qərbin  və  Amerikanın  başçılığı  ilə  olan  zorakı 
rejimləri  ilə  eyni  vaxtda  iddia  edirdi  ki,  kommunizm  və  sionizm  bir 
sikkənin  iki  üzüdür  və  beynəlxalq  səviyyədə  olan  məkrli  planları  da 
məhz bu ikisi təşkil edir. Bəlkə də o, kommunizmi sionizmə oxşatmaqla 
onunla  olan  gərgin  münasibətləri  izah  etmək  istəyirdi.”
1
    Eləcə  də  o, 
özünün qərb imperalizminə qarşı olan meyllərinə də bəraət qazandırırdı. 
Altı  günlük  müharibə  sona  çatdıqdan  sonra  Feysəl  “qərbin,  xüsusilə 
Amerikanın  neft  şirkətləri  ilə  olan  həmkarlıq  dairəsini  daha  da  kiçiltdi. 
1967-ci  ildə  Küveytlə  Səudiyyə  Ərəbistanı  belə  razılığa  gəldilər  ki, 
neytral  zonadakı  neft  ixracını  Amerika  və  Yapon  şirkətlərinə  versinlər. 
1968-ci ildə neft istehsal və ixrac edən Ərəb dövlətləri təşkilatı (OPEK) 
Səudiyyə  Ərəbistanı,  Küveyt  və  Liviyanın  iştirakı  ilə  bağlandı  və 
Ərəbistanın neft naziri onun idarəsini öz öhdəsinə aldı.”
2
  
Qəzzafinin  Liviyada  İdris  şaha  qələbə  çalması  Feysəlin  fikirlərini 
tamamilə  dəyişdirdi  (İdris  şah  Feysəllə  birlikdə  opekin  təsisçilərindən 
idi.) 
O,  “daxili  siyasətdə  hər  növ  yeni  islahatlarla  müxalifətə  qalxdı  və 
siyasət  səhnəsində  də  özünü  get-gedə  qərbə  bağladı.  Bununla  eyni 
zamanda  yenidən  bir  islam  cəbhəsi  qurmaq  fikrinə  düşdü.”
3
    Feysəlin 
islam  cəbhəsi  yaratmaqla  əlaqədar  səyləri  Qəzzafinin  Ribatda  İslam 
ölkələri konfransında onunla kəskin rəftar etdiyinə görə 1968-ci ildə boşa 
çıxdı.  Bu  konfrans  mühafizəkar  ərəblərlə  ifratçı  ərəblər  arasında 
                                                 
1
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.131 
2
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 
3
 Fuiyə Klevd “Nizami-Ali-Səud”, səh.57 


 
187 
parçalanma  yaratdı  ki,  onların  mübarizə  təbliğatlarının  əsas  mehvəri 
Fələstin  məsələsi  idi.  Son  hadisələrdə  Feysəl  və  onun  mühafizəkar, 
mürtəce cinahı yalnız öz xeyirlərinə hərəkət etdilər. Belə ki, Feysəl qanlı 
sentyabr  hadisəsində  heç  bir  reaksiya  göstərmədi
1
  və  on  iki  ildən  sonra 
israillilər  fələstinliləri  Livandan  çıxarmaq  və  onlara  qarşı  daha  artıq 
vəhşiliklər törətmək istədikləri vaxtda Feysəl hətta cinayətkarcasına olan 
bu əməliyyatları televiziyada göstərməkdən belə boyun qaçırtdı. 
Feysəl  daxili  siyasətlər  zəminində  ağ  ordunun  (Səudiyyə  polisinin) 
köməyi ilə öz daxili problemlərini müəyyən qədər həll edə bildi. Bundan 
əlavə,  o,  bir  tərəfdən  millətçilik  təhlükəsinin  aradan  getməsi,  digər 
tərəfdən  də  neftdən  gələn  külli  miqdarda  gəlir  nəticəsində  Ərəbistan 
cəmiyyətində müəyyən dəyişikliklər edə bildi. İbn Səudun İslamın zahiri 
göstərişlərinə  əməl  etməkdə  çox  ciddi  olması  Feysəlin  dövründə  də 
davam etdi. 
“Bü  cür  rəftar  və  əməl  son  əlli  ildə,  yəni  Əbdül-Əzizin  1925-ci  ildə 
hakimiyyətə  çatmasından  Feysələ  sui-qəsd  edildiyi  vaxta  qədər  nə  bir 
çətinlik  yaratdı,  nə  də  Ali-Səudun  qüdrətinin  möhkəmlənib  davam 
etməsindən  başqa  bir  şeylə  nəticələndi.  Xüsusilə,  beşinci  onilliyin 
ortalarından  altmışıncı  illərin  əvvəllərinə  qədər  bu  rəftarlar  səudilərə 
kömək etdi ki, özlərinin sevimli və qüdrətli rəqiblərinin qarşısında (daim 
onları  mübarizəyə  çağırırdı)  zəifliklərinə  və  sevimli  olmamalarına 
baxmayaraq, davam edə bilsin.”
2
  
Cənab Məscid Camei vəhhabilərlə əlaqədar məqalələrinin bir qismində 
Ali-Səud  qüdrətinin  möhkəmlənib  davam  etmə  dəlillərini  belə  yazır: 
“...İbn  Səudun  əlli  il  müddətində  qazandığı  müvəffəqiyyətlərdə  əsas 
məqsədi bu idi ki, ictimai, iqtisadi, əxlaqi və mədəni şəraitlərin məcmusu 
geniş  xalq  kütlələri  ilə  əlaqədar  olduğundan  onlarda  çox  da  dəyişiklik 
etməsin.  Düzdür,  qırxıncı  illərin  axırlarında  Səudiyyə  cəmiyyətinə  külli 
miqdarda  sərvət  sel  kimi  axıb  gəlirdi.  Amma  əsas  məsələ  bu  idi  ki,  bu 
sərvət əməli olaraq məhdud adamlar arasında bölüşdürülüb sərf edilirdi. 
Camaat,  xüsusilə  böyük  şəhərlərdə  yaşamayanlar  bu  dəyişikliklərdən 
tamamilə təcrid olunmuşdular, yaxud da ona şahid olduqları halda qəbilə 
adət-ənənələrinin  möhkəmləndirilməsi,  ölkənin  genişliyi,  əhalinin  az  və 
pərakəndə vəziyyətdə olması, cəmiyyət mərkəzləri arasında fəal və geniş 
                                                 
1
  1349-cu  ildə  dörd  səudiyyə  təyyarəsi  “Fəth”in  (Fələstinin  azadlığı  üçün  xalq 
cəbhəsi)  şaxələrindən  biri  tərəfindən  oğurlanıb  qaçırıldı.  Onun  üçü  İordaniyanın 
Davson təyyarə limanında patrladıldı. Bu hadisədən bir neçə gün sonra Məlik Hüseyn 
İordaniyada  Fələstin  qüvvələrini  şiddətlə  məhv  etdi.  Onları  kütləvi  şəkildə  qırdı  və 
qanlı sentyabr hadisələrini törətdi (Nizami-Ali-Səud, səh.158). 
2
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb”, 
səh.4 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə