ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə83/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   79   80   81   82   83   84   85   86   ...   106

 
180 
onun  canişini  oldu.  Bitərəf  bir  siyasət  seçdiyinə  və  Misir  əmtəələrini  o 
ölkəyə qaytardığına görə səudilərin etimadını qazandı, lakin hakimiyyətə 
gəlməsindən  bir  həftə  sonra  çevriliş  baş  verdi  və  hakimiyyət  general 
Əbdüllah  Səllalın  əlinə  keçdi.  O,  Qahirə  ilə  dostluq  və  əməkdaşlıq 
münasibətlərinin  möhkəmlənməsinə  çalışırdı.  Buna  görə  də  dərhal 
Misirdən hərbi kömək istədi. Beləliklə, Nasir strateji və siyasi bir mövqe 
əldə  edə  bildi.  Çünki,  Ərəbistanın  şimalında  respublika  tipli  İraq 
dairəsinə,  qərbdə  Misir  və  cənubda  Yəmən  olmaqla  Ərəbistan  kamil 
mühasirədə qaldı. 
Nasir  həmçinin  Yəmən  çevrilişi  ilə  ingilislərin  Ədəndən  çıxacağına 
ümid  bəsləyirdi.  Suriyada  Nasirin  tərəfdarlarının  qüdrətli  olmamalarına 
baxmayaraq Bəs partiyası əsla səltənət tərəfdarı deyildi və buna görə də 
ingilislərə  və  amerikalılara  sığınırdı.  Süveyş  məğlubiyyətindən  sonra 
hələ  də  baş  qaldırmayan  ingilislər  birbaşa  çarpışmağa  hazır  deyildilər. 
Amerika da sovetlər ölkəsinin Kubada raket bazası yaratması və 1962-ci 
ilin  oktyabr  ayında  Sovet  hökuməti  ilə  müharibə  ərəfəsinə  gəlib 
çıxdığından  Amerikanın  yeni  prezidenti  Can  Biydu  adlı  bir  nəfəri 
Qahirəyə səfir göndərdi ki, Misir ölkəsi sovetlərə qoşulmasın. 
O, öz raportunda Yəmən çevrilişinin formalaşmasında Nasirin əqidə və 
fikirlərinin  rolunu  təsirli  hesab  etmişdi.  Səud  Yəmən  krallığını  silahlı 
müdafiə  etməyə  qərara  aldı.  Əlbəttə,  Ali-Səudun  sair  üzvləri  onu  daha 
artıq  ehtiyatlı  davranmağa  tövsiyyə  edirdilər.  Səudun  Yəməndəki 
krallıqları  himayə  etməsi  ilk  əvvəl  çox  gərkin  vəziyyət  yaratdı. 
Ərəbistanın  BMT-dəki  nümayəndə  heyətinin  başçılığını  öhdəsinə  alan 
Feysəl  Kenedinin  Amerikanın  Səudiyyə  Ərəbistanın  ərazi  bütövlüyü  və 
təhlükəsizliyi  bərəsindəki  himayəsini  cəlb  edə  bildi.  Halbuki,  Kenedi 
Feysəlin  istədiyinin  əksinə  olaraq  Yəmən  respublika  quruluşunu  rəsmi 
olaraq  tanımışdı.  Bu  dəfə  vəzirlər  şurasında  iştirak  edən  Səudun 
qardaşları  və  şahzadələr  onun  Sənaya  hərbi  hücumunun  qarşısını 
aldığından  Məlik  Səud  bir  daha  özünü  yalqız  gördü  və  çarəsiz  qalaraq 
Feysəli  ölkə  işlərini  idarə  etmək  üçün  həmkarlığa  dəvət  etdi.  Feysəl 
ölkəyə  daxil  oldu  və  dövlət  kabinetini təşkil  edib  baş  nazirliyi  və  xarici 
işlər nazirliyini  öz  əlinə  aldı. “Amerikalıların  nəzərinə  görə  Məlik  Səud 
mürtəcelərin  və  geridə  qalmışların  nümayəndəsi,  həmçinin  qəbiləvi 
meyarların  tərəfdarı  idi.  Halbuki,  əmir  Feysəl  xüsusi  nəzər  və  məharətə 
malik  idi.  O,  islahatçıların  himayəsini  cəlb  edib  Ərəbistanı  yenidən 
tərəqqiyə  malik  olmağa  vadar  edə  bilərdi.  O,  az  bir  maneələrlə  özünü 
zaman və məkanla mümkün qədər uyğunlaşdıra bilərdi. 
Səudi  rejimi  daxildə  müxalifsiz  olmağına  baxmayaraq  əsas  və  ümdə 
təhlükə  xaricdən,  o  cümlədən,  Nasirin  millətçilik  fikirləri,  inqilabçılıq 
düşüncələri,  xüsusilə  şimali  və  cənubi  Yəməndən  gələn  fikirlər  idi. 


 
181 
Misirin  rəhbəri  Nasir  pan-ərəbizim  fikirlərinin  nüfuz  etməsində 
bayraqdar  hesab  olunduğundan,  Amerika  çalışırdı  ki,  Səudiyyə  rejimini 
belə  bir  coşğun  selin  qabağında  bir  maneəyə  çevirsin,  özü  də  bu 
təhlükədən  amanda  qalsın.  Buna  əsasən,  yaranan  bütün  fürsətlərdən 
gözəl  şəkildə  istifadə  edərək  Feysəli  hər  tərəfli  himayə  etdi  və  öz 
məqsədinə nail oldu.”
1
  
Amerika  Ərəbistanı  himayə  etməklə  öz  qüvvələrini  Zəhran  hərbi 
hissəsinə qaytardı və bu ölkənin Yəmənlə sərhəddində hava hücumundan 
müdafiə  xətti  icad  etdi.  Bu  dövrdə  Misirin  hava  qoşunları  Nəcran  və 
Cizanın  sərhədlərinə  hücum  edərək  müəyyən  xəsarətlər  vurdu  ki,  bu  da 
Feysəlin  Nasirdən  rəsmi  şəkildə  ayrılmasına  səbəb  oldu.  Feysəl 
ingilislərin  himayəsini  qazanmaq  üçün  Ərəbistanın  Britaniyanın 
himayəsi  altında  olan  Vahi  Bərimi  barəsindəki  iddialarından  əl  çəkdi. 
İngilislər  Yəməndəki  yeni  hakimiyyəti  rəsmi  olaraq  qəbul 
etmədiklərindən  1963-cü  ilin  yanvar  ayında  onların  arasında  yenidən 
diplomatik  əlaqələr  yaradıldı.  İngilislər  ümidvar  idilər  ki,  Amerikanın 
Ərəbistandakı  istismarçı  mövqeyini  sındıracaq  və  heç  olmazsa  casus 
şəbəkələri  vasitəsi  ilə  hadisələrin  gedişatına  daxil  olacaqlar.  Amma 
ümumiyyətlə  ingilislər  artıq  əvvəlki  qüdrətlərini  əllərindən  verdilər  və 
onların  görə  biləcəyi  ən  böyük  iş  dolayı  yolla  himayədarlıq  etmək  idi. 
Buna görə də bir qrup muzduru, bir qədər də (İsraildə hazırlanan) yüngül 
silah - avtomat və pleymotları Ərəbistana təhvil verdilər.
2
  
Nəhayət,  Nasir  1963-cü  ildə  Yəmən  respublikaçılarını  himayə  etmək 
məqsədi ilə “Ramazan” adlı böyük bir əməliyyat keçirdi. Feysəl yenidən 
onların  arasında  vasitəçilik  etməkdən  ötrü  Amerikaya  sığındı.  Amerika 
Ərəbistana  hərbi  qüvvə  göndərməklə  ehtimal  verilən  hücumların 
qarşısını  almaqdan  ötrü  Feysələ  tövsiyə  etdi  ki,  ölkə  daxilində  əsaslı 
islahatlar aparsın. Bu islahatların aparılması da qonşularla sülh şəraitində 
olmağı tələb edirdi ki, onun da başında vəhhabi hökuməti dayanır. 
Həqiqətdə  qərbliləri,  xüsusilə  amerikalıları  səudilərin  yerinə  başqa  bir 
münasib  adamı  seçməyə  vadar  edən  şey  onun  xarici  siyasətindəki 
zəifliklərdən  əlavə,  daxili  siyasətdə  də  uğursuzluğu  idi.  Çünki  Məlik 
Səud  daxili  siyasətdə  əxlaqi  pozğunluğa  düçar  olan  bir  diktator  idi. 
Firavanlıq və eyş-işrət düşkünü ruhiyyəsinə malik olduğuna görə ölkəni 
müflisləşdirib iqtisadi tənəzzülə doğru çəkmişdi. 
Tərdicən  Səudiyyə  padşahlığının  dəyişdirilməsi  zərurəti  yaranmışdı. 
Belə ki, Feysəlin  yenidən baş nazir vəzifəsinə keçməsi ilə Səud müalicə 
məqsədi ilə Amerikaya səfər etdi. Feysəl də bundan istifadə edərək saray 
                                                 
1
 Həmin mənbə, səh.123 124 
2
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.136 137 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə