ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə79/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   75   76   77   78   79   80   81   82   ...   106

 
172 
şəkildə  dərk  etmiş  və  onların  şan-şöhrət  istəklərini  təmin  etməklə 
Ərəbistanın neft hasilatı rayonlarına daha geniş nüfuz etmək üçün lazımi 
şəraiti yaratmışdılar. 
Müntəzəm və dəqiq bir idarə sisteminin olmaması, eləcə də həddindən 
artıq  iqtisadi  çətinliklər,  ikinci  dünya  müharibəsindən  irəli  gələn  qeyri-
münasib  şəraitlər  və  bir  sıra  digər  amillər  səbəbi  ilə  1945-ci  ildə 
Əbdüllah  Məndili  adlı  bir  təyyarə  sürücüsü  tərəfindən  İbn  Səudun 
əleyhinə çevriliş yaradıldı ki, bu da nəticəsiz qaldı. 
İqtisadi  çətinliklər,  iqtisadiyyata  hakim  olan  infliyasiyalar,  çıxarılan 
neftin  (müharibə,  təhlükəsizliyin  olmaması  və  s.-yə  görə)  satılmaması 
“Aramko”  fəhlələrinin  üsyanına  səbəb  oldu.  Bu  üsyanın  sürətlə 
yatırılmasına  baxmayaraq  gələcəkdə  vəhhabilərin  əleyhinə  daha  bir 
qiyam və ya tətil üçün şərait yaratdı. 
İbn  Səudun  gördüyü  tədbirlərdən  biri  1945-ci  ildə  “ərəb  ittihadiyyəsi 
protokolu”nu imzalaması  idi. “Ərəb birliyinin  yaradılması  istiqamətində 
atılan  ilk  addımlar  bu  ittihadiyyənin  təşkil  edilməsi  ilə  əlaqədar  təşkil 
edilən (1944-cü il, oktyabr) ilk konfransda İbn Səudu və Misirdəki Məlik 
Faruğu bir-birinə yaxınlaşdırmaları idi.”
1
  
Vəhhabi  səudilərin  etibar  və  heysiyyətinə  ciddi  zərbələr  vuran  məsələ 
1947-ci  ildə  Fələstin  ərazilərində  təşkil  olunan  yəhudi  dövlətinin 
qarşısında  onların  ciddi  reaksiya  göstərməmələri  idi.  Bu  dövlətin 
Fələstində  yaradılması  ilə  əlaqədar  Amerikanın  Birləşmiş  Millətlər 
Təşkilatındakı  müsbət  rəyinin  ardınca  İbn  Səudun  bu  acı  həqiqəti  qəbul 
etməsinə  baxmayaraq  (əlbəttə,  onların  mənafeyi  amerikalılar  tərəfindən 
təmin olunan vaxta qədər bu işlə çox da müxalifət etmirdilər). İslam və 
ərəb  dünyasında  o  zaman  qəbul  ediləcək  bir  rəhbər  olmadığından, 
vəhhabi  səudiləri  zəif  reaksiya  göstərdiyinə  görə  etibardan  saldı. 
Vəhhabilər bu baxımdan ciddi zərbəyə məruz qaldılar. Xüsusuilə, onların 
etibarı  əsasən,  birinci  Ərəb-israil  müharibəsində  (1948)  ərəblərin 
cəbhəsinə yalnız bir qrup əsgər göndərdikləri zaman aradan getdi. 
İbn Səud 1949-cu ildə çalışırdı ki, Suriyaya kredit verməklə o ölkəni, 
Haşimi  sülaləsinin  nüfuzu  dairəsindən  çıxarsın  və  neft  kəmərlərini  tam 
xatircəmliklə  Suriyadan  keçirə  bilsin.  İbn  Səudun  bu  səyləri  Haşimi 
xanədanının  İordaniyada  və  İraqdakı  tədbirlərinin  ardınca  baş  vermişdi: 
onlar “böyük bir Suriya yaradılması fikrini irəli sürmüşdülər.” Səudiyyə 
Ərəbistanı da bu tədbirlə kəskin şəkildə müxalifət edirdi. Əgər Aramko 
şirkətinin Suriyaya verdiyi maddi köməklər olmasaydı, İordaniya və İraq 
hakimlərinin fikirlərinin gerçəkləşəcəyinə hər vaxt ehtimal verilirdi. 
Həqiqətdə  Ərəbistandakı  Amerika  neft  şirkətləri  öz  mənafeyini  kəsb 
                                                 
1
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.88 


 
173 
etmək  üçün  hər  növ  siyasi  müdaxiləyə  hazır  idilər.  Onlar  casus 
təşkilatlarının  köməkləri  ilə  bir  çox  gizli  məsələlərdən  agah  oldular  və 
onu  öz  xeyirlərinə  dəyişdirmək  üçün  tədbir  gördülər.  Nümunə  üçün, 
vəhhabilərin  problemlərindən  biri  onların  sair  ölkələrlə  olan  sərhəd 
ixtilafları idi. Bir tərəfdən vəhhabilərin ərazi iddiaları, digər tərəfdən isə 
bu ruhiyyənin yenidən canlanması vəhhabi İbn Səudu həmin yerləri işğal 
etməyə daha da sövq edirdi. Vahe Bərimi həmişə Ərəbistanla Əmmanın 
və  Əbu-zəbinin  Britaniya  tərəfindən  himayə  olunan  əmirlikləri  və 
krallıqları arasında ixtilaflı məsələ idi. 
Vəhhabilərin  o  məntəqəni  ələ  keçirmək  üçün  göstərdikləri  səylər 
ingilislərin  müdaxiləsi  ilə  məğlub  edildi.  Bu  hadisələrdən  vəhhabilərin 
imperialist ruhiyyələrini daha yaxşı şəkildə dərk etmək olar.  
Qeyd  olunmalıdır  ki,  vəhhabilərin  Bərimidəki  ərazi  iddiaları  Əbdül-
Əzizin  oğlu  Məlik  Səudun  dövrünə  qayıdır.  Vəhhabilərin  neft  yolu  ilə 
əldə etdikləri qazancların Amerika neft şirkətlərindən aldıqları kreditlərin 
hamısı İbn Səudun “Suriyaya kredit vermək, abadlıq işləri görmək, ölkə 
büdcəsini tənzim və icra etmək, təlim-tərbiyə, kənd təsərrüfatı, ticarət və 
nazirliklərinin  təsis  olunması,  xəstəxana  və  mədrəsələrin  tikilməsi  kimi 
işlərinə sərf olunurdu.”
1
  
Nəhayət,  İbn  Səud  51  illik  qətl  və  qarətlə  yanaşı  olan  hökmranlıqdan, 
günbəgün  ərazi  iddiaları  etməkdən,  müsəlmanların  dininə  və  izzətinə 
(xüsusilə  Fələstin  məsələsində)  xəyanət  və  zülm  etdikdən  sonra  73 
yaşında dünyadan getdi. 
VƏHHABİLƏRİN SƏUD İBN ƏBDÜL-ƏZİZİN HAKİMİYYƏTİ 
DÖVRÜNDƏKİ CİNAYƏTLƏRİ (1953-1964) 
Məlik Səud atasının ölümündən sonra 1953-cü ildə hakimiyyətə gəldi. 
O  “ümumiyyətlə  beynəlxalq  aləmdə  baş  verən  hadisələrə  etina  etmir, 
yalnız  ailə  və  tayfalar  arasında  baş  verən  dostluq  və  düşmənçilikləri 
nəzərə  alırdı.  Lakin  İbn  Səudun  böyük  oğulları  başa  düşmüşdülər  ki, 
zəmanə  artıq  dəyişilmişdir  və  üslublarında  müəyyən  dəyişikliklər 
edilməlidir. Buna əsasən, şah Səudun dövründə ilk islahatlar aparıldı. Bu 
islahatlar  əsas  etibarı  ilə  nisbi  xarakter  daşıyırdı  və  xarici  işlər, 
iqtisadiyyat,  müdafiə,  daxili  işlər  və  beynəlxalq  əlaqələr  adlı  nazirliklər 
əvvəlcədən  yaradılmışdı...  Səudun  dövründə  də,  atasının  dövründə 
olduğu  kimi,  iqtisadiyyatda  hərc-mərclik  hökm  sürürdü  və  padşah 
dünyada  baş  verən  hadisələrə  qarşı  laqeyd  idi.”
2
    Məlik  Səud 
hakimiyyətə keçdiyi ilk dövrdən qardaşı Feysəllə ixtilafa başladı. Feysəl 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.34 
2
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.100-101 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə