ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə77/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   73   74   75   76   77   78   79   80   ...   106

 
168 
tərəfindən  öz  hökumətinin  rəsmi  şəkildə  tanınmasına  səy  göstərirdi.
1
  
Amma  həmin  məqsədlə  təşkil  olunan  konfransda  yalnız  Hindistan 
müsəlmanları onun dəvətinə müsbət cavab verdilər.
2
  
Bundan  sonra  İbn  Səud  daxili  siyasətlə  əlaqədar  vəhhabi  məsləkində 
müəyyən  islahatlar  aparmağa  başladı.  Çünki  artıq  o  başa  düşürdü  ki, 
ölkəni vəhhabiliyin təəssübkeş, quru və bədəvilərə məxsus olan təlimləri 
əsasında  idarə  etmək  olmaz.  Buna  əsasən,  “O,  vəhhabi  məsləkinin 
özündə  müəyyən  islahatlar  apardı.  Teleqraf,  radio,  telefon,  işıq, 
avtomobil  və  sair  kimi  müasir  məişət  vasitələrindən  istifadə  etməyin 
zəruri  olduğunu  vəhhabi  alimlərinə  qəbul  etdirdi.  Eləcə  də  vəhhabiliyin 
quru və əməli olmayan prinsiplərindən çoxunu mötədil vəziyyətə gətirdi 
və  hətta  onların  bəzilərini  ümumiyyətlə  nəzərə  almadı.  Qəribədir  ki,  bu 
işləri görmək üçün bəzən zorakılıq yolundan da istifadə edildi.
3
  
Aydındır  ki,  vəhhabi  səudilər  yaranan  hər  bir  münasib  şəraitdə  İslam 
barəsində  öz  meylləri  və  mənafeyi  əsasında  nəzər  verirlər.  Belə  ki,  ona 
əməl edilməsi əvvəla onların “İslama  əməl etmək və onun hökmləri ilə 
uyğunlaşmaq”  barəsindəki  iddialarını  təsdiq  edir.  İkincisi  istilaçıların 
məntəqədə hazır olub öz niyyətlərini davam etdirmələrinə şərait  yaradır. 
Cənab  Məscid  Camei  bu  barədə  yazır:  “...  Əbdül-Əzizin  bu  barədə 
apardığı  bəzi  islahatlar  və  hətta  zorakılıqlarla  yanaşı...  əməldə  İslamın 
zahiri  göstərişinə  riayət  edir,  xüsusilə,  İslam  hüdudlarına  çox  ciddi 
şəkildə  əməl  edirdi.  Bu  da  onun  dövrünün  tələbi  idi...  Çünki  əvvəla, 
oğurluq,  qətl,  təcavüz və qarətdən  başqa  bir  şey  anlamayan  rəhimsiz və 
qan  axıdan  çöl  ərəblərini  bu  yoldan  başqa  bir  yolla  sakitləşdirməklə 
əmin-amanlıq  bərqərar  edib  öz  hakimiyyətini  möhkəmlədə  bilməzdi. 
İkincisi,  o,  İslama  əməl  etməsini  iddia  edirdi  və  heç  olmazsa  islam 
hökmlərinin  bir  qisminə, xüsusilə  adi  camaat üçün  hiss  olunan  qədərinə 
əməl etməyi bu iddiasında həyata keçirirdi...”
4
  
İbn Səudun daxili işlərlə əlaqədar apardığı islahatlardan biri kimi onun 
qəzavət  və  məhkəmə  orqanlarında  apardığı  islahat  işlərini  qeyd  etmək 
olar. Belə ki, 1927-ci ilin avqust ayında məhkəmə işlərinin islah edilməsi 
üçün  bir  fərman  verdi  və  bunun  əsasında  klassik  bədəvi  qanunu  ləğv 
edildi. Onun yerinə şəri qəzavət (özü də məhz vəhhabilərin qəbul etdiyi 
şəri qəzavət) üslubunda olan qəbilə adəti keçirildi və onun tərəfindən bu 
işlərə  müəyyən  qazilər  təyin  olundu.  Həqiqətdə  “məhkəmə  sistemində 
                                                 
1
  Linça  Fiski  Corc  “Tarixi  xavərimiyanə”,  doktor  Hadi  Cəzairinin  tərcüməsi, 
səh.493 
2
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.57 
3
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətül-Ərəb”, səh.4 
4
 Məscid Camei “Məhəmməd, Vəhhabiyyət dər cəzirətul-ərəb”, səh.4  


 
169 
islahat  işləri  aparılması  qəbilə  sistemini  yerindən  tərpətdi  və  mərkəzi 
dövlətin qüdrətini çox artırdı.”
1
  
Bundan  sonra  Əbdül-Əziz  1932-ci  ilin  sentyabr  ayında  “Nəcd  və 
Hicazda  iki  dövlət  şəklində  olan  sultan  ittihadiyyəsinin  rəsmi  şəkildə 
vahid 
Səudiyyə 
Ərəbistanı  (Əl-məmləkətul-ərəbiyyətus-Səudiyyə) 
dövləti şəklinə salınmasını elan etdilər.”
2
  
Vəhhabilərin  idarəçilik  sistemindəki  nəzərə  çarpacaq  məsələ  “bütün 
dövlət  məqamlarının  yalnız  Ali-Səuddan  olan  şəxslərin  əlində 
təmərküzləşməsi  idi.”
3
    Bu  da  Əbdül-Əziz  ibn  Əbdür-Rəhmanın 
hakimiyyətinin  əvvəllərində  icra  olunmuşdu.  O,  öz  nəslindən  olan 
şəxsləri  təşkilat  və  ya  idarələrin  başçısı  təyin  edirdi.  Bunun  nəticəsində 
də  vəhhabi  hökmranlığı  daha  da  möhkəmlənirdi.  Vəhhabilərin 
Ərəbistana  hakimiyyətindən  bir  neçə  on  il  keçməsinə  baxmayaraq,  hal-
hazırda  da  bütün  həssas  vəzifələr,  eləcə  də  idarə,  dövlət  və  sair  kimi 
yerlərdəki  əsaslı  işlər  vəhhabi  səudilərin  əlindədir  və  bunlardan  başqa 
heç bir rəis və ya müdir tapmaq olmaz. 
İbn  Səudun  daxili  siyasətdəki  ən  əsas  və  ümdə  çətinliklərindən  biri 
“İxvan” təşkilatı və onların gördüyü tədbirlər idi. Onun ən böyük daxili 
düşməni Müteyir qəbiləsinin böyük şeyxi və “İxvan” təşkilatının rəhbəri 
Feysəl  Düveyş  idi.  Bu  təşkilat  “Dövlət  vergilərinin  azaldılmasını,  yeni 
ixtira  olunan  avtomobil,  teleqraf  və  sair  kimi  vasitələrdən  istifadə 
edilməməsi  və  İraq  qarşısında  cihad  edilməsini  istəyirdi.”  Onlar  malik 
olduqları şiddətli təəssüblərlə yanaşı həmişə sərhədləri iğtişaşlı edirdilər. 
Bu  da  İraqda  böyük  neft  yataqlarından  bəhrələnmək  imtiyazına  malik 
olan  ingilislər  üçün  çox  təhlükəli  idi.  Buna  görə  də  İbn  Səudu  “İxvan” 
təşkilatı  ilə  qarşılaşmağa  məcbur  etdilər.  Nəhayət  o  ingilislərin  köməyi 
ilə daxili qiyamçılara və “İxvan” təşkilatına qalib gələ bildi. 
İbn  Səud  daxili  problemləri  həll  etdikdən  sonra  məntəqənin  siyasi 
səhnəsində zahir olmaq üçün qərb, ərəb və qeyri-ərəb dövlətləri ilə siyasi 
əlaqələrini  möhkəmləndirməyə  başladı.  O  qonşu  ərəb  dövlətləri  ilə 
dostluq  və  qardaşlıq  əhd-peymanı  bağlamaqla  həm  qəbilələrin  ehtimal 
verilən qiyamları sarıdan yaranan nigarançılığını aradan qaldırdı, həm də 
qonşularla  gözəl əlaqələr bərqərar etməklə Ərəbistanı özlərinin ata-baba 
yurdu olmasını iddia edənlərin təhlükəsini aradan qaldırdı. 
Nümunə  üçün,  İbn  Səud  1930-cu  ildə  Küveytlə  qarşılıqlı  ticarət  və 
sərhəd ixtilaflarının aradan qaldırılması ilə əlaqədar müqavilə bağladı, üç 
ildən  sonra  İordaniya  ilə  dostluq  və  qarşılıqlı  anlaşma  müqaviləsi 
                                                 
1
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.33 
2
 Həmin mənbə, səh.35  
3
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.32  


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə