ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə73/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   69   70   71   72   73   74   75   76   ...   106

 
160 
Çünki  Məhəmməd  Əs-səbah  bu  dövrdə  osmanlılar  tərəfindən  təyin 
olunmuşdu və onların tərəfindən də himayə edilirdi. 
Həqiqətdə  osmanlılar  Əbdür-Rəhman  üçün  maaş  təyin  etməklə  “kiçik 
iğtişaşların  qarşısını  almaq  istəyirdilər  və  bu  məbləğ  də  onun  yenidən 
müharibəyə girişməsinin qarşısını alırdı.”
1
  Beləliklə, türklər heç olmazsa 
müəyyən müddətə qədər vəhhabi iğtişaşlarının qarşısını ala bilmişdilər. 
1901-ci ildə Küveytdə mühüm bir hadisə baş verdi ki, bu da vəziyyəti 
tamamilə  dəyişdirdi.  Bu  hadisə  Mübarək  Əs-səbahın  öz  qardaşı 
Məhəmmədin  əleyhinə  dövlət  çevrilişi  etməsi  idi.  Bu  qiyam  onun  qətlə 
yetirilməsi ilə bitdi. Bu hadisə düz ingilislərin Osmanlı sultanlarının ərəb 
ölkələrindəki nüfuzuna  zərbə vurub  öz əlaltılarını  hakimiyyətə  gətirmək 
qərarına gəldikləri  vaxt baş  vermişdi.  Klevd  Fuiye bu  çevriliş  barəsində 
belə  yazır:  “...  Hindistana  bir  neçə dəfə səfər edən  Mübarək öz  çevrilişi 
barəsində  əvvəlcə  ingilislərlə  müzakirə  etmiş  və  belə  razılaşmışdılar  ki, 
onun  Küveytdəki  hökmranlığını  rəsmi  tanıtdırmaq  müqabilində  o  da 
Küveyti  osmanlıların  himayəsi  altından  çıxartsın  və  Britaniyanın 
himayəsi  dairəsinə  daxil  etsin...  İngilislər  bu  fürsəti  qənimət  saydılar. 
Xüsusilə,  bunun  vasitəsilə  Berlin-İstanbul-Bağdad-Küveyt  dəmir 
yolunun  çəkiliş  layihəsi  məhv  olurdu.  (Çünki,  Almaniya  osmanlıların 
müttəhidi  idi)  və  ingilislərin  Hindistan-Britaniya  arasındakı  rabitəsinə 
təminat  verən  və  ingilislərin  himayəsində  olan  zəncirvari  hökumətlər 
Fars körfəzinin axırına qədər yayılırdı...”
2
  
Osmanlı  hökuməti  Küveytin  ingilislərə  meyl  etdiyini  gördüyü  zaman 
Küveyt  əmirinin  düşməni  olan  Əbdül-Əziz  Rəşidin  (Şəmmərin  əmiri) 
köməyinə  tələsdi  və  onu  Küveyt  əmirinin  əleyhinə  müharibəyə  təşviq 
etdi. 
Qeyd  olunur  ki,  “...1318-ci  hicri  qəməri  ilində  tərəflər  arasında  baş 
verən  müharibədə  Küveyt  şeyxi  məğlub  oldu  və  İbn  Rəşid  Küveytin 
darvazalarının  arxasına  qədər  hücum  etdi.  Amma  gözlənilmədən  geri 
çəkilmək məcburiyyətində qaldı. Çünki o, dəniz yolu ilə gəlib onun yolu 
üzərində  dayanan  İngilis  qoşunları  ilə  qarşılaşmışdı.  İngilislər  nəsihət 
yolu ilə ona dedilər ki, məsləhət qayıtmaqdadır. Əgər bundan başqa bir iş 
görərsə,  ağır  toplarla  və  güclü  qoşunlarla  onu  tar-mar  edəcəklər...  İbn 
Rəşid  Ali  Osmanidən  kömək  istəmək  qərarına  gəldi.  Lakin  İstanbul-
London  arasında  baş  verən  müzakirələrdə  ingilislər  Osmanlı  dövlətini 
İbn Rəşidə kömək etməmək barədə qane etmişdilər.
3
  
Həqiqətdə  bu  hadisənin  faydası  hamıdan  artıq  Britaniyaya  çatırdı, 
                                                 
1
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.27 
2
 Həmin mənbə, səh.28 
3
 Fəqihi Əliəsğər. “Vəhhabilər”, “İntişarati Səba”, Tehran, 1352, 1-ci çap, səh.305 


 
161 
çünki  həm  Fars  körfəzində  özü  üçün  mövqe  yarada  bilmiş,  həm  də 
Küveyt əmirini hücum təhlükəsindən amanda saxlamışdı. Bundan əlavə, 
Əbdül-Əziz  ibn  Əbdür-Rəhman  İbn  Rəşidin  ordusuna  baş  verən 
məğlubiyyət  və  zəiflikdən  də  lazımi  qədər  istifadə  etdi  və  vəhhabilərin 
əldən  getmiş  hökumətini  yenidən  dirçəltdi.  Buna  əsasən,  Əbdül-Əziz 
Küveytin əmiri onun üçün tədarük görülən qüvvələrdən istifadə etməklə, 
eləcə  də  ingilislərin  müvafiq  nəzər  və  həmkarlığına  görə  (ingilislər 
nəzərdə  tutmuşdular  ki,  Nəcddə  öz  əlaltılarını  hakim  etsinlər)  Nəcdə  və 
Ali-Rəşidə 
hücumlarını 
başladı. 
Bu 
barədə 
“Böyük  İslam 
Enskilopediyası”  kitabında  belə  deyilir:  “...  İngilislər  Ali-Rəşidin 
müxalifləri olan ərəblərdən birlik (koalisiya) yarada bildilər. Bu da Şeyx 
Mübarək Əbdül-Əzizin başçılığı ilə vəhhabi məzhəbli qəbilələr və İraqın 
cənubundakı  qəbilələrin  birindən  təşkil  olunmuşdu.  Əbdül-Əziz  Riyaza 
hücum  etdi.  Özünün  ilk  hücumunda  müvəffəqiyyət  qazanmamasına 
baxmayaraq,  1902-ci  ilin  yanvarın  14-də  oranı  fəth  edə  bildi.”
1
    Daha 
sonra  1320-ci  h.q  ilində  Nəcdin  cənub  qisminə,  1321-ci  ildə  isə  Sədirə, 
Şəm və Qəsimə hakim kəsildi. Ali-Rəşidin vəhhabilərlə çarpışmaları və 
mübarizələrində  Osmanlı  dövləti  Ali-Rəşidin  xeyrinə  əməl  edirdi.  Buna 
baxmayaraq  1324-cü  h.q  ilində  Osmanlı  türklərinin  Nəcddən  çıxması 
onları  çətinliklə  qarşılaşdırdı.  Belə  ki,  həmin  ildə  Ali-Rəşid  əmiri  olan 
İbn  Münəb  qətlə  yetirildi,  Əbdül-Əzizin  fikri  onun  tərəfindən  müəyyən 
qədər  asudə  oldu  və  bu  yolla  vəhhabilər  Əbdül-Əzizin  rəhbərliyi  ilə 
əldən  getmiş  hökmranlığını  bir  daha  geri  qaytara  bildilər.  Riyazı  ələ 
keçirməklə  Nəcdin  sair  məntəqələrini,  daha  çox  Hicazı  ələ  keçirmək 
üçün tədarük gördülər. 
Əbdül-Əziz  Riyazda  hökumətinin  bərqərar  olmasından  sonra 
“tacirlərdən  borc  aldı  və  onu  çoxlu  döyüş  təchizatı  almaq,  eləcə  də 
Küveytdən  məharətli  atıcılar  almaq  üçün  xərclədi.”
2
    Bundan  sonra  “öz 
qüvvələrini  genişləndirmək  və  sabitləşdirmək  üçün  müxtəlif  vəhhabi 
mərkəzləri  və  yaşayış  yerləri  yaratmağa  başladı.  Onların  sakinlərini 
“ixvani tovhid”, yaxud “yeganəpərəstlik qardaşları” adlandırdı ki, bu da 
həqiqətdə  vəhhabilərin  dini-hərbi  təşkilatından  ibarət  idi...  Bu  təşkilat 
həm  qəbilələr  arasında  qan  axıdılmasının  qarşısını  almaq,  kin-küdürəti 
məhv  etmək,  həm  də  səhradakı  köçəri  həyat  sürənləri  daimi  olaraq 
məskunlaşdırmaq üçün bir vasitə idi.”
3
  
Cənab  Fəqihi  “İxvan”  təşkilatının  yaranması  barəsində  belə  yazır:  “... 
İbn Səud öz nəzəriyyəsini icra etmək üçün Nəcdin alimi Şeyx Əbdüllah 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.30 
2
 Lisi Robert, “Sərzəmini səlatin”, səh.96 
3
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.30 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə