ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи


MƏHƏMMƏD İBN SƏUD İBN FEYSƏL



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə72/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   68   69   70   71   72   73   74   75   ...   106

 
157 
MƏHƏMMƏD İBN SƏUD İBN FEYSƏL 
“Böyük  İslam  Enskilopediyası”  kitabında  Məhəmməd  İbn  Səud 
barəsində  belə  qeyd  olunur:  “Onu  Ali-Səudun  hakimləri  cərgəsində 
hesab  etmək  olmaz.  Amma  demişlər  ki,  az  bir  müddət  Ali-Səudun 
hakimiyyət  dairəsində  hökmranlıq  etmiş,  sonra  öz  yerini  əmisi  Əbdür-
Rəhmana vermişdir. O, Ehsada osmanlıların əleyhinə baş verən qiyamın 
rəhbəri idi (1878). Əmisi Əbdüllah onu həbs etmişdi. Lakin 1879-cu ildə 
azad  olundu  və  vəhhabilərin  rəhbərliyini  əlinə  aldı.  Sonra  bu  vəzifədən 
kənara  çəkilərək  Bəhreynə  getdi  (1886)  və  nəhayət  1888-ci  ildə  Xərcdə 
Şəmmər casuslarının birinin vasitəsi ilə öldürüldü.”
1
  
ƏBDÜR-RƏHMAN İBN FEYSƏL (1891) 
Klevd Fuiye Əbdür-Rəhman barəsində belə yazır: “Səud sülaləsinin ilk 
şəxsinin Məhəmməd ibn Əbdül Vəhhabın qızı ilə evlənməsinin nəticəsi 
olan  Əbdür-Rəhman  siyasi  qüdrətdən  məhrum  idi,  lakin  vəhhabi 
firqəsinin rəhbəri kimi tanınırdı.”
2
  
Həqiqətdə  Əbdür-Rəhmanın  dövründə  “Şəmmər  əmirləri,  yəni  Ali-
Rəşid  çox  böyük  qüdrətə  malik  idi  və  Ərəbistanın  şimalında  ən  güclü 
dövlət sayılırdı.”
3
  Onlar hətta vəhhabilərin daxili işlərinə belə, müdaxilə 
edirdilər.  Səlim  də  onların  tərəfindən  vəhhabilərə  hökmranlıq  edirdi. 
Əbdür-Rəhman  bir  neçə  dəfə  Riyaz  əhalisini  Səlimin  əleyhinə  təhrik 
etmək istəyində olmasına baxmayaraq, hər dəfə məğlubiyyətə uğramışdı. 
“Nəhayət  Səlim  mübarək  Ramazan  ayı  münasibəti  ilə  onunla  görüş 
keçirdiyi  zaman  Əbdür-Rərhman  onu  öz  evində  qətlə  yetirdi.”
4
  
Məhəmməd ibn Rəşid Əbdür-Rəhmanın onlara təyin etdiyi hakimi,  yəni 
Səlimi  qətlə  yetirdikdən  sonra  Riyazı  mühasirəyə  aldı  (1891).  Əbdür-
Rəhman həm canı təhlükəyə düşdüyü üçün, həm də şəhər əhalisinin gecə 
ikən onu tutub düşmənə təhvil verməsini ehtimal etdiyindən ailə üzvləri 
ilə  birlikdə  şəhərdən  qaçdı.  Əvvəlcə  Ehsaya  getdi  və  oradan  Küveytə 
yollandı. Beləliklə, Nəcd Ali-Rəşid dövlətinin bir əyalətinə çevrildi. 
İbn  Rəşid,  Əbdül-Əziz  ibn  Əbdür-Rəhmanın,  küveytlilərin  və 
igilislərin  köməyi  ilə  Riyazı  onların  əlindən  çıxardığı  vaxta  qədər 
Nəcddə  hökmranlıq  edirdi.  Onlar  şəhərdən  qaçan  Əbdür-Rəhmanın 
yerinə Məhəmməd ibn Feysəli təyin etdilər. 
İbn  Rəşid  Feysəl  ibn  Türkidən  sonra  vəhhabilərin  arasında  yaranmış 
kəskin  ixtilaflardan  istifadə  edərək  vəhhabi  əmirlərinin  vəzifədən 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.29 
2
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.5 
3
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.29 
4
 Fuiyə, Klevd, “Nizami-Ali-Səud”, səh.25 


 
158 
çıxarılması və ya vəzifəyə təyin olunması işlərində dəxalət etməklə əməli 
olaraq öz əlaltılarını hakim etdi. 
Nəhayət,  Məhəmməd  ibn  Feysəlin  Riyazda  ölmü  ilə  Ali-Səud 
hökumətinin Nəcddəki rəhbərlərinin ikinci dövrü də sona çatdı və onların 
əraziləri ibn Rəşidin ixtiyarında qaldı. 
Vəhhabi rəhbərliyinin ikinci dövrünü araşdırmaqla belə nəticə alınır ki, 
onu  ümumi  şəkildə  bir  dövr  adlandırmayılıq  (1234-1319-cu  hicri 
qəməri). 
Bu  dövrdə  vəhhabilər  və  onların  rəhbərlərinin  cüzi  məsələləri  ilə 
əlaqədar  dəqiq  məlumat  yoxdur.  Bunun  özü  də  həmin  dövrdə 
vəhhabilərdə  baş  verən  işlərin  incəlikləri  barəsində  məlumat  olmadığını 
göstərir.  Bəlkə  də  bunun  dəlillərindən  biri  həmin  dövrdə  vəhhabi 
rəhbərlərinin  hökumətində  sabitliyin  olmamasıdır.  Çünki  bir  tərəfdən 
vəhhabi  tarixçiləri  həmin  dövrdə  vəhhabilərin  vəziyyət  barəsində  dəqiq 
məlumat  verə  bilməmişlər.  Digər  tərəfdən  də  həmin  dövrdəki  tarixi 
əlyazmaların çoxunun məhv edilməsi ehtimal verilir. 
Bu  dövrdə  ən  mühüm  məsələ  vəhhabilərin  arasında  qüdrəti  ələ 
keçirməklə  əlaqədar  kəskin  daxili  ixtilafların  baş  verməsi  və  günbəgün 
artması  olmuşdur.  Vəhhabi  rəhbərləri  əsas  etibarı  ilə  daxili  işlər  və 
qüdrətin  genişləndirilməsi  barəsində  fikirləşdiyindən,  Nəcd  əyalətində 
ictimai  asayiş  çox  az  hallarda  bərqərar  olurdu.  Bundan  əlavə,  həmin 
dövrdə vəhhabilərin keçmişdəki ixtiyarlarından söhbət getmir. 
Bu  dövrdə  misirlilərin  vəhhabilərlə  qarşılaşmaqdakı  sayasətinin 
tamamilə  dəyişdiyini  görürük.  Belə  ki,  onlar  vəhhabilərlə  birbaşa 
qarşılaşmaq,  eləcə  də  onlarla  hərbi  toqquşmanın  ardınca  gələn  müxtəlif 
çətinlikləri  aradan  qaldırmaq  əvəzinə  inandığı  və  etimad  etdiyi  vəhhabi 
şəxsləri  himayə  edirdilər  ki,  vəhhabilərə  rəhbərliyi  öhdəsinə  alsınlar. 
Belə  ki,  bu  dövrün  axırlarında  Ali-Rəşid  də  misirlilərin  həmin 
siyasətindən istifadə etmiş, Riyazı ələ keçirməklə vəhhabilərə hakim ola 
bilmişdi. 
 
İBN SƏUDUN RİYAZA QƏLƏBƏSİ, ALİ-SƏUD RƏHBƏRLƏRİNİN 
YENİ DÖVRÜNÜN BAŞLANMASI 
Vəhhabi  rəhbərliyinin  üçüncü  dövrü  təqribən  80  ildən  sonra,  Ali-
Səudun  şimal  qonşusu  olan  Ali-Rəşid  tərəfindən  məğlub  olmasından 
sonra başlanır. Bu dövr XX əsrin əvvəllərindən başlayaraq bugünkü günə 
qədər davam etməkdədir. 
Bu  dövrdə  vəhhabiyyət  cərəyanında  əsaslı  dəyişikliklərə  rast  gəlmək 
olar.  Çünki  beynəlxalq  şəraitə  diqqət  yetirməklə  bu  cür  dəyişikliklər 
lazım və zəruri idi. Vəhhabilərin Nəcdə hakim olmalarının yeni dövrünü 


 
159 
Əbdül-Əziz  ibn  Əbdür-Rəhman  ibn  Feysəl  qoymuşdur.  O,  Ali-Rəşidi 
məğlub  etməkdən  əlavə,  Hicaza  da  hakim  kəsilə  bilmişdi.  Birinci  və 
ikinci  dünya  müharibələri,  zəngin  neft  yataqlarının  kəşf  olunması, 
Amerika ilə siyasi və iqtisadi əlaqələrin bərqərar edilməsi və bəzi başqa 
mühüm məsələlər XX əsrdə vəhhabilərin siyasi həyatında dəyişikliklərin 
yaranmasına səbəb oldu. 
Bu  bölmədə  vəhhabilərə  rəhbərliyi  öhdəsinə  alan  şəxslərin  müxtəlif 
daxili  və  xarici  siyasətlərini,  vəhhabilərin  öz  hökmranlıqları  dövründə 
gördüyü  tədbirləri,  eləcə  də  vəhhabi  cəmiyyətinə  hakim  olan  şəraiti 
aydınlaşdıracaq,  sonra  isə  İran  İslam  inqilabının  qələbəsi  və  bu 
hadisədən  sonra  vəhhabilərin  gördüyü  təxribatçılıq  əməllərini  qeyd 
edəcəyik.  Çalışacağıq  ki,  İran  İslam  inqalabından  əvvəl  və  sonra 
vəhhabilərin  siyasətində  baş  verən  dəyişiklikləri  ətraflı  şəkildə  bəyan 
edək. 
VƏHHABİLƏRİN İBN SƏUD ADI İLƏ MƏŞHUR OLAN ƏBDÜL-
ƏZİZ İBN ƏBDÜR-RƏHMAN İBN FEYSƏLİN DÖVRÜNDƏ 
GÖRDÜYÜ İŞLƏR (1902-1953) 
Əbdül-Əziz ibn Əbdür-Rəhman vəhhabi rəhbərlərinin ən böyüyü və ən 
qüdrətlisi  olaraq  Səudiyyə  Ərəbistanının  banisi,  eləcə  də  həmin  ölkənin 
ilk  padşahı  sayılır.  O,  Ali-Rəşidi  məğlub  etdikdən  və  Riyaza  hakim 
kəsildikdən  sonra  vəhhabilərin  əldən  getmiş  hakimiyyətlərini  dirçəldə 
bildi.  Onun  Riyazı  necə  ələ  keçirməsini  araşdırmazdan  qabaq 
vəhhabilərin  üçüncü  dövrdə  yenidən  qüdrətə  çatmalarının  münasib 
şəraitini araşdırırıq. 
Tarixçilərin  yazdığına  görə,  Feysəldən  sonra  Ali-Səudun vəziyyəti,  öz 
aralarında  yaranan  müxalifət  və  mübarizələr  səbəbi  ilə  çox  böhranlı  bir 
vəziyyətə  düşüb zəifləməyə,  süqut etməyə doğru  sürükləndi və  nəticədə 
Ali-Rəşid onlara qələbə çaldı. 
Ali-Rəşidin  vəhhabilərə hakim  olmasının ardınca  (Əbdül-Əzizin  atası) 
Əbdür-Rəhman  ibn  Feysəl  öz  ailəsi  ilə  birlikdə  Riyazdan  qaçaraq 
Küveytə  sığınmaq  istədi,  “amma  Küveytin  şeyxi  Məhəmməd  Əs-Səbah 
onun  bu  ölkəyə  daxil  olmasına  mane  oldu.  Əbdür-Rəhman  məcbur 
qalaraq Nəcd səhralarına (Rubül-Xaliyə) üz gətirdi. İlk əvvəl Bəni-Mürrə 
tayfasının  yanında,  daha  sonra  isə  Əcman  qəbiləsində  qaldı.  Bundan 
sonra Qətərə gedərək iki ay orada yaşadı.”
1
  
Sonra  Osmanlı  dövləti  Əbdür-Rəhmanın  qiyam  və  iğtişaşlarının 
qarşısını almaq üçün hər ay onun üçün altmış qızıl lirə pul təyin etdi. Bu 
işin  nəticəsində  də  Küveytin  əmiri  Əbdür-Rəhmanı  bu  ölkəyə  buraxdı. 
                                                 
1
 Həmin mənbə, səh.304 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə