ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə80/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   76   77   78   79   80   81   82   83   ...   106

 
174 
özünü  qardaşından  daha  artıq  hakimiyyətə  layiq  bilirdi.  Bu  məsələ  də 
onun Məlik  Səudun  dövründəki  fəaliyyətlərindən  sezilirdi.  O  cümlədən, 
ölkənin məsul vəzifələrini ələ keçirmək, yad dövlətlərlə siyasi və iqtisadi 
müzakirələrə rəhbərlik, Məlik Səudun qarşısında ciddi mövqe tutmaq və 
s.  kimi  işlərlə  çalışırdı  ki,  islahatları  təkcə  xalq  arasında  sevilmək  üçün 
deyil, həm də qüdrəti ələ keçirmək üçün aparsın və hakimiyyətə çatmaq 
üçün şərait yaratsın. 
Feysəl  1953-cü  ildə  Məlik  Səudun  rəisliyi  ilə  təşkil  olunan  kabinədə 
solçuların  himayəsi  ilə  “azad  şahzadələr”  adlandırılan  saray  sülaləsini 
xarici işlər nazirliyinə və baş nazirliyinin müavinliyinə keçirə bildi. Azad 
şahzadələr  qrupu  “liberal  əqidələrə  malik  idilər  və  ictimai-siyasi 
səhnələrdə  ifrat  dərəcədə  islahatlar  aparılmasını  istəyirdilər.  Onlar  əmir 
olmalarına  baxmayaraq,  Səud  hakimiyyətində  yalnız  öz  məqsədlərini 
irəli  aparmaq  üçün  bir  növ  açıq  siyasi  fəza  görürdülər.  Bu  cavan 
şahzadələr  Əsas  Qanun  yazılmasını,  Milli  Məclis  yaradılmasını  və  Ali 
Məhkəmənin  təşkil  edilməsini  istəyir  və  bu  məqsədlərinə  hansı  yolla 
çatmalarını fikirləşirdilər.”
1
  
Azad şahzadələr qrupunun rəhbərliyini qardaşlardan Tüllal ibn Əbdül-
Əziz adlı birisi öhdəsinə almışdı. O, bir müddət Ərəbistanın Avropadakı 
nümayəndəliyini  öhdəsinə  aldıqdan  sonra  qərbin  dövlət  quruluşundan 
ilham  aldığı  fikirlərlə  ölkəsinə  qayıtdı.  Həqiqətdə  azad  şahzadələr 
qrupunun  vəhhabilərin  siyasi  səhnəsində  təsirləri  və  rolları  bu  dövrdə 
daha  çox  əhəmiyyət  kəsb  edirdi.  Feysəl  öz  qardaşı  Səudun  hakimiyyəti 
dövründə onunla aşkar ziddiyyətdə idi. 
Məlik  Səudun  ölkə  daxilindəki  gördüyü  tədbirlərdən  biri  onun  hərbi 
sistemdə  apardığı  islahatlar  idi.  O,  “İxvan  cəmiyyətinin  qədim 
şəbəkəsində  olan  çöl  ərəblərindən  bir  qrupunu  ağ  ordu  adı  ilə  yeni 
qüvvələrin  tərkibinə  daxil  etdi.  Bugünkü  Səudiyyə  dövranında  ağ  ordu, 
Milli Qvardiya adı ilə tanınır.”
2
  
Məlik Səudun padşahlıq dövründə irəli çəkilən məsələlərdən digər biri 
onun  Misir  və  Nasiri  ideologiyası  barəsindəki  siyasətləri  idi.  Həqiqətdə 
Nasirin  1954-cü  ildə  hakimiyyətə  çatmasından  sonra  onun  fikir  və 
düşüncələri  ərəblərə  çox  dərin  bir  təsir  qoydu.  Nasirin  imperializimin 
ziddinə  olan  təbliğatları  ilə  yanaşı  olan  pan-ərəbizim  nəzəriyyəsi 
ərəblərin millətçilik duyğularını həyəcanlandırdı. Eləcə də Nasirin qeyri-
ərəb qüvvələri ilə hər növ ittihadın inkar edilməsi və yalnız ərəblərin bir-
biri  ilə  ittihad  bağlamasına  dair  təkid  əsasında  olan  müsbət  bitərəflik 
nəzəriyyəsi ərəblərin həyəcanlandırılmasında daha çox rol oynadı.  
                                                 
1
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.121 
2
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.114 


 
175 
Nasirin  yeni  fikirləri  məntəqədə  çox  sürətlə  yayıldı  və  Ərəbistanın 
modernləşməsinə  kömək  məqsədilə  göndərilən  misirli  müəllimlər, 
mütəxəssislər, hüquqşünas və həkimlərin köməyi ilə o ölkədə yayılmağa 
başladı.  Həqiqətdə  Nasirin  inqilabçı  fikirləri  Misirdən  sair  Ərəb 
ölkələrinə yayıldı və öz təsirini günbəgün göstərməyə başladı. 
Məlik  Səud  Nasirin  düşüncələrindən  təsirlənərək  “bir  tərəfdən  siyasi 
blokadadan  qurtarmaq,  digər  tərəfdən  isə  İngilislər  tərəfindən  İordaniya 
və  İraqdakı  himayə  olunan  haşimilər  müqabilində  dayanmaq  üçün 
Misirlə dostluq siyasətlərini irəliyə çəkdi. O, Bağdad müqaviləsinə daxil 
olmaqdan  imtina  etdikdən  sonra  1955-ci  ildə  Misir  və  Suriya  ilə  ayrı-
ayrılıqda iki müdafiə müqaviləsi imzaladı, eləcə də Misir və Yəmənlə də 
belə bir müqavilə bağladı.”
1
  Məlik Səud ingilislərin Süveyş kanalından, 
Qırmızı dənizdən və Fars körfəzindən çıxırılması, eləcə də son zamanlar 
Bağdadda  ingilislərlə  həmkarlıq  müqaviləsi  bağlayan  İordaniya  və  İraq 
hökumətləri  ilə  müxalifət  etmək  üçün  Nasirlə  müştərək  mövqeyə  malik 
idi. Vəhhabilər öz ərazi iddiaları barəsindəki tamahlarını icra etmək üçün 
İngiltərəni tərk etmək istəyirdilər. 
Buna  əsasən,  vəhhabilər  Bərim  Vahəsinə  sahib  olmaq  üçün  “neft 
dollarları  diplomatiyası”ndan  istifadə  edərək  çalışırdılar  ki,  Aramko 
mütəxəssislərinin nəzərinə görə çox zəngin neft ehtiyatlarına malik olan 
həmin məntəqəni işğal etsinlər. Hətta vəhhabilərin “dollar diplomatiyası” 
da  beynəlxalq  hüquqşünasların  təhrik  edilməsini  və  onların  xeyrinə 
olaraq  tədbir  görülməsini  fəallaşdırdı.  Amma  onların  həmin  yeri  ələ 
keçirmək  üçün  göstərdiyi  səylər  ingilislərin  müdaxiləsi  ilə  təsirsizləşdi. 
Nəticədə  səudilər  ingilislərlə  müzakirə  etməyə  məcbur  oldular  və  bu 
barədə  bir  müqavilə  də  imzaladılar.  Nəhayət,  Vahə  Bərimi  barəsindəki 
iddialarından  əl  çəkdilər.  Misir-Səudiyyə  mehvəri  Suriyanın  onlara 
qoşulması  ilə  üçbucaq  şəklində  bir  ittihadiyyəyə  çevrildi  ki,  (Suriyanın 
özünün  iki  Haşimi  qonşusu  olan  İraq  və  İordaniya  ilə  münaqişəli 
məsələləri var idi) İngiltərənin tərəfdarı və Bağdad müqaviləsinin üzvləri 
olan ölkələrin əleyhinə müştərək müdafiə siyasətlərini həyata keçirsinlər. 
İngilislərin  və  fransızların  maddi  mənafelərini  təhlükəyə  salan  Nasirin 
inqilabçı  fikirləri  nəticəsində  onlar  Misirə  daha  artıq  təzyiq  göstərərək 
onu  təhdid  etdilər.  Lakin  bu  təhdidlər  nə  qədər  artırdısa  Nasirin  ərəblər 
arasındakı  sevimliliyi  də  bir  o  qədər  artırdı.  Onun  sevilməsi  elə  bir 
mərhələyə  çatdı  ki,  Nasir  ərəblərin  arasında  son  dərəcə  böyük  nüfuz 
qazandı.  Hətta,  İraq  və  İordanya  padşahları  da  Misirin  prezidenti 
qarşısında əks mövqe tutmağa cürət etmədilər. O, 1955-ci ildə Məkkəyə 
etdiyi  ziyarət  səfərində  Ərəbistan  əhalisi  tərəfindən  çox  alqışla 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.4 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə