ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə85/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   81   82   83   84   85   86   87   88   ...   106

 
184 
himayə  etdi.  Amma  Suriya  və  İraq  rəhbərləri  onun  pan-islamizm 
nəzəriyyəsini  mütləq  monarxiyanın  qorunub  saxlanması  üçün  müştərək 
bir sığorta olaraq təqdim etdilər. 
1965-ci  ildə  Feysəl  ilə  Nasir  arasında  Yəmən  hadisələri  barəsində  bir 
müqavilə  imzalandı  və  “belə  qərara  alındı  ki,  Feysəl  Yəmənin  inqilabi 
dövlətinin  hərbi  işlərinə  müdaxilə  etməkdən,  İmam  Əl-Bədrə  kömək 
etməkdən  əl  çəksin.  Misir  dövləti  də  söz  verdi  ki,  öz  qüvvələrini 
Yəməndən  geri  çağırsın.  Səudilərin  Misirdə  dondurulmuş  olan  bəzi 
sərmayələrini azad etsin.”
1
  Həqiqətdə Feysəl və Nasirin bu müqavilədəki 
əsas  hədəfi  hər  birinin  öz  məqsədini  yerinə  yetirmək  üçün  ödəməli 
olduğu  ağır  gəlirlərin  aradan  qaldırılması  idi.  Bundan  əlavə,  Feysəl 
nəzərdə  tutmuşdu  ki,  onun  Nasirlə  düşmənçiliyinin  aradınca  ehtimal 
verilən  təhlükələrdən  qorunsun.  Buna  əsasən,  Nasir  Ərəbistana  etdiyi 
səfərdə  Feysələ  təklif  edib  bildirdi  ki,  İngilis  qüvvələrinin  Yəmənin 
cənubundan  çıxarmaqla  eyni  zamanda  Misir  dövləti  öz  qüvvələrini 
oradan  çıxarmağa  razıdır.  Feysəl  də  Yəməndə  hakimiyyət  uğrunda 
mübarizə aparanları himayə etməməsin söz verdi. 
Bu  müzakirələrdə  Feysəlin  əsas  məqsədi  qüvvələrin  yeniləşdirilməsi, 
ordunun  sahmana  salınması  və  gücləndirilməsi,  həmçinin  məntəqənin 
siyasi  səhnəsində  fəal  olması  idi.  Buna  görə  də  Nasir  ingilislərin  təyin 
olunmuş vaxtda Yəməni boşaltmayacaqlarından və Feysəlin İran şahı ilə 
müzakirə  aparmasından  agah  olduğu  zaman  lazım  olan  hər  vaxta  qədər 
misirli  qüvvələr  Yəməndə  qalacaqlarını  bildirdi.  Bundan  əlavə, 
səudilərin  daxili  müharibələrdə  məhv  edilməsi  ilə  əlaqədar  uzun 
müddətli  strateji  planlar  irəli  sürmüşdü.  Bu  barədə  cənab  Şirazi  belə 
yazır:  “...Belə  nəzərə  çarpır  ki,  o  zaman  şərqdə  biri  Ərəbistan 
yarımadasının  xalq  birliyinin  (onlar  Ərəbistan  respublikası  yaratmaq 
fikrində  idilər),  digəri  isə  əmir  Təllalın  və  şahzadələrin  havadarlarının 
vasitəsi ilə bir-birindən ayrı ən azı iki məkrli plan cızılmışdı.”
2
  
Beləliklə,  Feysəl  ölkədaxili  çətinliklər  və  təhlükələrlə  qarşılaşdı.  Bu 
dövrdə  Britaniya  dövləti  Ərəbistan  yarımadasının  Fars  körfəzinin  Şeyx 
yaşayan  məntəqələrində  ödəməli  olduğu  ağır  büdcəyə  görə  öz  hərbi 
qüvvələrini  məntəqədən  çıxartdı.  İngilis  qoşunlarının  məntəqədə 
olmamasından  yaranan  boşluğu  İran  şahı  doldurdu.  Ərəbistan  da 
Amerika  düşərgəsində  qərar  tutdu  (İran  şahı  da  həmin  cərgədə  idi)  və 
məntəqənin müdafiə məsuliyyəti Feysələ həvalə edildi. 
Ərəbistanın  hərbi  büdcəsi  kəskin  şəkildə  artmağa  başladı.  Çünki, 
ingilislər  vəhhabilərin  ağ  ordusuna  təlim  vermələrindən  əlavə  qərb 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37. 
2
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.144 


 
185 
silahlarını  sel  kimi  Ərəbistana  axıtmağa  başladılar.  Feysəl  qərb 
düşərgəsinə  daxil  olmaqla  çalışırdı  ki,  Nasirin  millətçilik  və  sosialist 
təmayülləri  qarşısında  “müqəddəs  İslam  məkanlarının  qoruqçusu” 
ünvanı ilə öz mövqeyini möhkəmlədə bilsin. 
Feysəl  öz  hədəflərinə  çatmaq  üçün  müsəlman  dövlətləri  arasında 
“islam  müqaviləsi”  yaratmaq  təklifini  irəli  sürdü.  Yalnız  Pakistan, 
Türkiyə, keçmiş İran, Mərakeş, Sudan və İordaniya kimi mühafizəkar və 
mürtəce rejimlər Feysəlin təklifini təsdiq etdilər (onlar öz mövqelərindən 
qorxurdular).  Amma  onun  Nasirə  və  onun  düşüncələrinə  zərbə  vurmaq 
üçün  göstərdikləri  səyləri  Nasirin  onun  əleyhinə  apardığı  ifşaçılıq 
təbliğatları  ilə  qarşılaşıb  aradan  getdi.  1967-ci  ildə  Ərəb-İsrail 
müharibəsinin  başlanması  Feysəli,  Nasirin  onun  əleyhinə  görə  biləcəyi 
tədbirlərdən amanda saxladı. 
Amerikanın  Feysəllə  Nasir  arasında  yaratdığı  ixtilaflarda  əsas  hədəfi 
vəhhabilərin  mümkün  qədər  sürətlə  silahlandırılması  və  özlərinin 
yararsız  hala  düşmüş  və  istifadəsiz  sayılan  silahlarını  onlara  satmaqdan 
əlavə,  mütərəqqi  İslam-Ərəb  fikirləri  müqabilində  vəhhabi  rejimini 
himayə  etmək  idi.  Feysəl  də  baş  verən  müxtəlif  hadislərdə  özünün 
Amerikaya bağlılığını göstərirdi. 
1967-ci  ildə  Ərəb-İsrail  müharibəsinin  başlanması  ilə  eyni  zamanda 
Feysəl  yalnız  İordaniyaya  kiçik  bir  ordu  göndərməklə  kifayətləndi  və 
onu  da  İsrail  özünün  bütün  hədəflərinə  nail  olduqdan  sonra  müharibə 
meydanına  daxil  etdi.  Feysəlin  bu  tədbiri  bir  növ  nümayiş  idi,  siyasi 
xarakter  daşıyırdı  və  ümumxalq  fikirlərinin  təzyiqindən  törənmişdi.  O, 
müharibənin  müqəddəratından  nigaran  olmaqdan  daha  çox  ölkə 
daxilində  amerikalı  ərbablarının  əleyhinə  baş  verəcək  hərəkatlardan 
nigarançılıq  hissi  keçirirdi.  Belə  ki,  müharibənin  başlanmasından  sonra 
“Ərəbistan  əhalisi  Amerikanın  Zəhrandakı  konsulluğuna  hücum  etdilər. 
Rəsut-Tənvirədə  iş  o  yerə  çatdı  ki,  silahlı  atışmalar  başlandı  və  həm 
amerikalılardan,  həm  də  ərəblərdən  bir  neçəsi  yaralandı.  Feysəl  ordu 
başçılarından bir neçəsini tutdu və hərbi hökumət qanunlarına keçdi.”
1
  
Feysəlin  amerikalılara  və  onun  qərbdəki  müttəhidlərinə  zərbə 
vurulmasının  qarşısını  almaq  üçün  gördüyü  tədbirlərə  baxmayaraq, 
(ərəblər  tərəfindən  göstərilən)  daxili  və  xarici  təzyiqlər  nəticəsində 
zahirdə  Amerikaya  və  İngiltərəyə  olan  neft  ixracı  kəsildi.  Hətta  Ərəb 
ölkələri  başçılarının  konfransında  (Xartum,  1967)  “Ərəb  mütəhhid 
respublikası”na  meyl  göstərdi.  Amma  altı  günlük  müharibənin  İsrailin 
xeyrinə tamam olması və Nasirin məhv edilməsi nəticəsində Amerikaya 
neft embarqosunu  qısa  zaman  nəzər ərzində ləğv  etdi  və  onun  müttəhid 
                                                 
1
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.34 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə