ВәҺҺабијЈӘтин сијаси тарихи тарихи



Yüklə 4,44 Mb.
Pdf görüntüsü
səhifə87/106
tarix19.07.2018
ölçüsü4,44 Mb.
#57353
1   ...   83   84   85   86   87   88   89   90   ...   106

 
188 
əlaqələrin  olmaması,  səhrada  yaşamaq  təbiəti,  şəhər  həyatına  nifrət  və 
onun ardınca  gələn  xüsusiyyətlər,  islam  adı ilə hökmranlıq  edən  mütləq 
monarxiya,  müxalifləri  islama  zidd  adı  qoyularaq  edam  edilməsi,  xarici 
dünya ilə ideoloji, mədəni əlaqələrin, mətbuat fəaliyyətlərinin olmaması, 
savadsızlığın  yüksək  dərəcədə olması,  özlərini  hər  bir şeydən  ehtiyacsız 
hesab  edən  bədəviliyə  məxsus  xüsusi  qüruru  və  bundan  əlavə  çoxlu 
amillər  nəticəsində  camaatın  böyük  bir  qismi  xarici  aləmdə  baş  verən 
hadisələrdən ümumiyyətlə xəbərsiz qaldılar. Özbaşınaçılıq edən hakimlər 
camaatdan  xəbərsiz  olaraq  onların  bütün  sərvətlərini  mənimsəyib,  hətta 
kiçik qisminin belə onlara verilməsinin qarşısını alırdılar.”
1
  
Aydındır  ki,  altmışıncı  illərin  əvvəllərindən  etibarən  neftdən  əldə 
olunan külli miqdarda sərvətin, eləcə də xarici sənaye mallarının sel kimi 
axaraq  Ərəbistana  gəlməsi  bu  ölkəni  tamamilə  dəyişdirdi.  Amma  bu 
dəyişikliklər sair ictimai və siyasi  yönlərə təsir  edə bilmədi. “Təhlilçilər 
Feysəlin 
islahatçı 
proqramlarını 
icra 
etməkdə 
müvəffəqiyyət 
qazanmamasının  səbəbini  orada  mövcud  olan  ictimai  quruluş,  keriçilik, 
fəqirlik və köhnə adət-ənənələr hesab edirlər.”
2
  
Amma  Feysəlin  özü  “atasından  irsən  yetişmiş  qüdrət  və  mövcud  olan 
quruluşu  qoruyub  saxlayırdı.  Başqa  sözlə  desək,  səhranın  siyasi-ictimai 
quruluşu  və  ailə  tipli  rəhbərliyi  hakimiyyətdə  idi  və  özündə  iqtisadi 
dəyişikliklərə  qeyri-təbii  şəkildə  yer  verirdi.  Yeni  həyatın  tələblərindən, 
o  cümlədən,  demokratiya,  mətbuat  azadlığı,  ictimai  və  siyasi  hüquqlar, 
azad düşüncə və s. kimi şeylər Ərəbistan cəmiyyətinə yeni məhsullardan 
istifadə etsələr də lüks mallardan başqa bir şey gətirməmişdi.
3
  
Həqiqətdə  Feysəlin  siyasəti  Məhəmməd  ibn  Əbdül-Vəhhabın 
nəvələrindən  ilham  alırdı  və  Amerikanın  göstərdiyi  köməklər 
vəhhabilərin  aradan  getməsinə  mane  olurdu.  Belə  ki,  “o,  nəşriyyatı 
müsadirə  etdi  və  həm ərəb, həm də  qeyri-ərəb  dillərində olan  qəzetlərin 
ölkəyə gətirilməsində çoxlu məhdudiyyətlər qoydu.”
4
  Feysəlin işə ciddi 
yanaşması  nəticəsində  onun  əleyhinə  müəyyən  müqavimətlər  başlandı. 
Bu  barədə  Seyyid  Davud  Ağayi  belə  yazır:  “...  1969-cu  il  Səudiyyə 
rejimi  üçün  çox  təhlükəli  bir  dövr  idi.  Müxaliflərin  əsas  etibarı  ilə 
Yəməndən  idarə  olunan  təxribatçı  əməliyyatının  genişlənməsinə 
baxmayaraq,  iki  çevriliş  planı  zərərsizləşdirildi.  Onlardan  biri  Yusif 
Təvilin rəhbərliyi ilə olmuşdur. O, 1925-ci ildə səudilərin əleyhinə təşkil 
olunmuş  millətçilik  hərəkatının  rəhbərinin  oğlu  idi.  Onun  qrupu  dövlət 
                                                 
1
 Həmin mənbə 
2
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.155 
3
 Məscid Camei Məhəmməd, “Vəhhabiyyət dər cəzirətul-Ərəb”, səh.4 
4
 “Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.37 


 
189 
binalarını partlatmaq, iğtişaş və hərc-mərclik yaratmaqla rəhbərliyə çatıb 
respublika  təyin  etmək  istəyirdi.  Bununla  eyni  zamanda  Zəhranın  hava 
qüvvələri  akademiyasının  rəisi  polkovnik  Davud  Ruməq  özünün  qırıcı 
təyyarələrini  hazırlamışdı  ki,  Feysəli  sonrakı  uçuşunda  Ərəbistanın  bir 
guşəsində  qətlə  yetirsin  (qeyd  olunan  bu  iki  sui-qəsd  Amerikanın 
təhlükəsizlik qüvvələri tərəfindən kəşf edilərək zərərsizləşdirildi.”
1
  
Feysəl 
xarici 
siyasətdə 
Əbdün-Nasirin 
sovetlər 
ölkəsinə 
yaxınlaşmasına,  səudilərin  isə  qərbə  meylli  olduğuna  görə  heç  vaxt 
həqiqi  və  uzunmüddətli  bir  razılaşma  əldə  edilə  bilmədi.  Hətta  son 
zamanlarda çalışırdı ki, Afrikanın qərbindəki ərəb dövlətlərindən (Tunis 
və  Mərakeş)  Ərəb  müttəhid  respublikası  müqabilində  Suriya,  Sudan  və 
Liviyanın iştirakı ilə mötədil bir bağlılıq yaratsın. 
Nasirin  ölümündən  sonra  Feysəl  Ənvər  Sadatla  müəyyən  qədər 
razılaşma  əldə  edə  bildi.  Ənvər  Sadat  Nasirin  Ərəb  sosializimi  və  Ərəb 
dövlətlərinin  sovet  ölkəsinə  bağlılığı  ilə  əlaqədar  siyasətlərinin 
məğlubiyyətə  uğrayacağına  inanırdı.  “Feysəl  inanırdı  ki,  Amerikanın 
İsraili himayə etməsi sovet hökumətinin Misirlə olan sıx əlaqəsinə görə 
idi və əgər Misir Moskva ilə əlaqələrini kəsərsə, artıq Amerikanın İsraili 
himayə  etməsinə  heç  bir  əsas  olmayacaqdır.  Çünki  Amerika  İsraili 
“Azad  dünya”  səngəri  kimi  qələmə  vermişdi,  Nikson  da  Ayzen  Haver 
kimi,  Süveyş  kanalı  hadisələrində  mövqe  seçərkən  israilliləri  Sina 
səhrasından  geri  çəkilməyə  və  işğal  olmuş  əraziləri  boşaltmağa  məcbur 
edəcəkdi.  Ənvər  Sadat  razı  olmuşdu  ki,  amerikalılar  Sina  səhrasından 
geri  çəkilməyə  zəmanət  versələr  ruslar  da  oradan  çıxsınlar
2
  və  bu  da 
sonralar  icraya  qoyulan  Kemp-Devid  sülh  müqaviləsi  üçün  bir  zəminə 
yaratmışdı ki, Sadatla Feysəl arasındakı razılaşmanın və yaxın əlaqələrin 
bərqərar olunması ilə nəticələndi. 
1970-ci illərdə orta şərq ölkələrində baş verən siyasi hadisələrin hamısı 
bir  növ  neft  məsələsi  ilə  əlaqədar  idi  və  neft  istehsal  edən  ölkələrin 
istəklərinin  həyata  keçməsində  təsirli  oldu.  Ramazan  müharibəsi  (1973-
cü  ildə  İsraillə  ərəblər  arasında  baş  verən  dördüncü  müharibə)  bu 
hadisələrdə xüsusi əhəmiyyət daşıyırdı. 
Ramazan  müharibəsinin  başlanması  ilə  eyni  zamanda  Feysəl  Ənvər 
Sadatı bu əməliyyatdan çəkindirdi (Feysəl heç vaxt təsəvvür etməzdi ki, 
Misir  ordusu  İsrail  əleyhinə  müvəffəqiyyətli  bir  əməliyyat  keçirməyə 
qadir olsun) və əvəzində buna razı oldu ki, Amerikanı təhdid edib desin 
ki, əgər İsrailin müzakirəyə məcbur edilməsi üçün bir tədbir görməzsə öz 
neft  istehsalını  gündə  yeddi  milyon  barel  qədər  azaldacaqdır.  İsrailin 
                                                 
1
 “Siyasət və hökumət dər Ərəbistani Səudi”, Seyyid Davud Ağayi, səh.128 129 
2
 Fuiyə Klevd, “Nizami-Ali-Səud”, səh.159 


Yüklə 4,44 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə