6
görə də alimentar yolla yoluxma xəstə heyvanlarla birbaşa kontaktda olmadan da baş verə bilər.
Başqa yoluxma mənbələri epidemioloji cəhətdən bir о qədər də qorxulu deyil, çünki onlara çox
az-az təsadüf olunur.
Öküz tipi ilə insanların vərəmə yoluxmasının bir xüsusiyyəti vardır: belə hallarda ən çox
sidik-tənasül orqanları və periferik limfa düyünləri vərəm xəstəliyinə tutulur
və adətən izoniazidə
rezistentlik xəstəliyin müalicəsini çətinləşdirir. Ağciyərlərin öküz tipli mikobakteriyalarla vərəm
xəstəliyinə tutulması isə bəzən sürəkli inkişaf xarakterini alır, yəni proqressiv gedişli olur.
İnsanların çox nadir hallarda quş tipli vərəm çöpləri ilə də yoluxmaları baş verir ki, bu tip vərəm
mikobakteriyalarının polirezistent olmaları kimyəvi terapiyanı çətinləşdirir. Quş tipi ilə
xəstələnmiş insanlarda xəstəlik çox vaxt proqressiv xarakterli olur və çoxsaylı destruktiv
dəyişiklərə, kavernaların yaranmasına səbəb olur. Bəzi hallarda atipik formalı vərəm
mikobakteriyaları ilə xəstələnmə hallarına təsadüf olunur. Bu mikobakterioz adlanan xəstəlik
kliniki-rentgenoloji və morfoloji cəhətdən vərəmdən fərqlənmir. Atipik formalı vərəm
mikobakteriyaları ilə yoluxmanın yolları şərh olunmayıb. Ancaq bu infeksiyanın mənbəyi
məlumdur. Bu torpaq və su tutumlarıdır. Atipik vərəm mi kobakteriyalarına iri buynuzlu
heyvanlar da tutulurlar və bu infeksiya onların orqanizmində uzun müddət qala bilir.
Mikobakterioz xəstəliyi sporadik xarakter daşıyır və bu infeksiyanın insandan insana
keçməsi qorxulu deyil.
Epidemioloji nöqteyi-nəzərdən vərəm xəstəliyinə 1-5 yaşında uşaqların tutulması daha
təhlükəlidir, çünki bu yaşlarda hələ vərəmə qarşı mübarizə mexanizmləri, xüsusilə immunoloji
mexanizmlər formalaşmayıb. Ancaq yaşın artması ilə bərabər müxtəlif faktorların: normal
qidalanmamağın, yanaşı xəstəliklərin, ağır işin, yorğunluğa, sinir, psixi travmalara, stress
vəziyyətinə gətirib çıxaran hadisələrin xəstəliyin yaranmasında müəyyən rolu olduğu təzkib
olunmazdır.
Vərəm
infeksiyasına
yoluxmuş
orqanizmdə
qazanılmış
immunitetin
olub-olmamasının çox böyük rolu vardır. Bu və ya digər faktorlar nəzərə alınmaqla epidemioloji
cəhətdən əhali ərasında vərəm xəstəliyi öyrənilərkən vərəm xəstəliyinə daha çox təmayüllü
şəxslərin risk qrupu kimi əhali arasında ayrılması və profilaktik tədbirlərə cəlb olunması çox
vacib şərtdir.
VƏRƏMİN AŞKARLANMASI
Ümumi müddəalar
Ağciyərin vərəmi dedikdə, vərəm mikobakteriyası tərəfindən törədilən infeksion xəstəlik
nəzərdə tutulur. Bu zaman vərəm iltihabının fəallığının klinik, rentgenoloji və bakterioloji
əlamətləri mövcuddur. Anatomik olaraq, xəstəlik ağciyər parenximasının kənarına çıxmır.
Təsnifat
Ağciyər vərəminin yaxşı məlum olan bir neçə təsnifat və kodlaşdırma sistemi mövcuddur:
•
Xəstəliklərin beynəlxalq təsnifatı (XBT-10)
•
Vərəmin klinik təsnifatı
•
Vərəmin təsnifatı (ÜST)
Bu təsnifatlar hazırda Azərbaycanda istifadə olunur. Yuxarıda qeyd olunan təsnifatlara
uyğun olaraq, diaqnozların formalaşdırılması və kodlaşdırılması ilə vərəm əleyhinə