15
inkişafına yüksək riskli əhali
kateqoriyalarının müayinəsi də
aiddir.
Risk faktoru
Yüksək risk
QİÇS
110–170
28,29
İİV-infeksiyası
50–110
30,31
Üzvlərin
köçürülməsi
(immunosupressiv müalicə ilə
bağlı)
20–74
32-35
Silikoz
30
36,37
Xroniki böyrək çatışmazlığı və
hemodializ
10–25
38-41
Baş və boyunun bədxassəli
şişləri
16
42
Son
zamanlarda
vərəmə
yoluxma (<=2 il)
15
43,44
Artmış risk
Kortikosteroidlərlə müalicə
4.9
48
Şişin
nekroz
faktorunun
inhibitorları - TNF-α
1.5–4
49-50
Şəkərli diabet (bütün növlər)
2.0–3.6
51-54
Pis qidalanma (normadan <
90%; əksər hallarda Bədən-
Çəki İndeksi <=20)
2–3
55
Kiçik yaşlarda yoluxma (0–4
yaş)
2.2–5.0
56
Siqaretçəkmə (gündə 1 qutu)
2–3
57
Rentgenoqramda qranulomatoz
dəyişikliklər
2
47,58
Kiçik risk
Risk faktorsuz və rentgenoloji
dəyişikliksiz latent
vərəm
1
59
Vərəmin inkişafının davranışla bağlı risk faktorları
Davranışla bağlı risk faktorlarına:
•
siqaretçəkmə,
•
narkomaniya,
•
alkoqolizm aid edilir.
Vərəmin inkişafının peşə ilə bağlı risk faktorları
16
Peşə ilə bağlı risk qrupları
İş yerindən asılı olaraq tibb işçiləri arasında vərəmlə xəstələnmə riski
İş yeri
Yeni halların
yaranma risklərinin
nisbəti (tədqiq olunan
qrupdakı riskin
ümumi əhalidəki riskə
nisbəti)
Vərəm xəstəxanaları
14.6-99.0
Laboratoriyalar
78.6
Ümumi somatik xəstəxanalar
3.9-36.6
Qəbul
şöbəsi
26.6-31.9
Ambulator tibb müəssisələri
4.2-11.6
Cərrahi, mama-ginekoloji, əməliyyat,
inzibati bölmələrin heyəti
0.2- 8.6
Vərəmin inkişafının sosial risk faktorları
Üçüncü minillikdə bəşəriyyətin sağlamlıq problemlərindən biri kimi, vərəmin ləğv
olunmasında əsas maneələr sosial-iqtisadi amillərdir.
Sosial cəhətdən ağır vəziyyətdə olanlar arasında (məs.: evsizlər, məhbuslar, etnik azlıqlar)
vərəmin geniş yayıldığı qeyd olunur. Əhalinin müxtəlif təbəqələri və qrupları ağır həyat
şəraitində ola bilərlər. Bu, iş yerlərinin azalması və işsizlik, peşə təhsilinin və sosial
uyğunlaşmanın (məsələn, keçmiş məhbuslar) olmaması, dövlət tərəfindən sosial yardım
səviyyəsinin aşağı olması və bu kimi digər faktorlar ilə əlaqədardır.
Nəticədə, sosial rifahın olmaması iki əsas xüsusiyyət ilə ifadə olunur: pis qidalanma və pis
yaşayış şəraiti (yaşayış otaqlarında sıxlıq, antisanitar şərait, ventilyasiya və istiliyin çatışmazlığı,
otaq havasının toz hissəcikləri və zərərli qazlarla çirklənməsi və s). Pis qidalanma immunitetin
azalmasına, pis yaşayış şəraiti isə vərəmxəstəsi ilə təmasda mikobakteriyalarla massiv
invaziyaya səbəb olur. Bununla yanaşı, sosial rifahın aşağı düşməsinə bir çox digər faktorlar da
(məs.: siqaretçəkmə, alkoqolizm, İİV-infeksiyası, müxtəlif xroniki xəstəliklər) səbəb olur. Belə
risk faktorları, adətən, sosial baxımdan nisbətən yaxşı vəziyyətdə olan əhali təbəqələri ilə
müqayisədə yoxsullar arasında daha geniş yayılıb.
İlkin səhiyyə işçiləri təcrübələrinə əsaslanaraq, xidmət göstərdikləri əhali arasında yoxsulluq
ocaqlarını müəyyənləşdirməyi bacarmalı və vərəmə görə həmin risk qrupunun müayinəsi üzrə
planlı şəkildə iş aparmağa çalışmalıdırlar.
Əhali arasında risk qruplarının formalaşdırılması üzrə tövsiyələr
Müasir vəziyyətə görə risk qruplarının təxmini toplusu kimi aşağıdakı əhali qruplarını
göstərmək olar:
Tibbi risk faktorları ilə əhali qrupları:
•
İİV infeksiyası, QİÇS
•
Xroniki böyrək çatışmazlığı
və hemodializ
•
Yaxın zamanlarda vərəmə yoluxma (2 ildən az)
•
Uşaqlıq dövründə yoluxma (0-4 yaş)
•
Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlamətləri (böyük və ya kiçik)
17
•
Rentgenoqramlarda qranulomatoz dəyişikliklər
•
Silikoz
•
Kortikosteroid dərman vasitələri
ilə müalicə
•
Şişlərin nekrozu faktorunun və xemokinlərin inhibitorları ilə müalicə
•
Üzv və toxumaların köçürülməsi ilə əlaqədar sitostatiklərlə müalicə və ya
immunosupressiyanın digər növləri
•
Şəkərli diabet (bütün növlər)
•
Zəif qidalanma (normadan 90% aşağı; əksər hallarda bədən-çəki indeksi 20-dən
aşağıdır)
Peşə ilə bağlı risk qrupları:
Tibb
işçiləri
•
Vərəm əleyhinə müəssisələr
•
Bəlğəmin müayinəsini aparan bakterioloji və ümumi klinik laboratoriyalar
•
Ümumi-somatik
xəstəxanalar
•
Ümumi-somatik xəstəxanaların qəbul şöbələri
•
Ambulator tibb müəssisələri
•
Polis və penitensiar sistem işçiləri
•
Orduya yeni çağırılmış hərbçilər
•
Tələbələr və internet-klublarının
daimi müştəriləri
•
Havanın güclü çirklənməsi ilə bağlı olan istehsalat işçiləri (dağ-mədən işləri, tikinti
və s)
Davranışla bağlı risk qrupları:
•
Siqaret çəkənlər
•
Alkoqoliklər
•
Narkomanlar
Sosial risk qrupları:
•
İşsizlər
•
Evsizlər
•
Keçmiş
məhbuslar
•
Müəyyən yaşayış yeri olmayan şəxslər
•
Etnik azlıqlar
•
Miqrantlar, o cümlədən iş miqrantları
•
Pis şəraitdə yaşayan və ya təhlükəli istehsalat yerlərində çalışan
böyük şəhərlərin sakinləri
İlkin səhiyyə şəbəkəsinin və vərəmlə mübarizə xidmətinin rəhbərləri öz məsuliyyət
dairələrində vərəm xəstələrinin aşkarlanması üzrə proqramları tərtib edərkən, bu siyahıdan
istifadə edə bilərlər.
Risk qrupları arasında vərəmin aşkarlanması üçün alqoritm sxemi