10
•
Vərəmə yoluxma ehtimalı yüksək olan şəraitlərin müəyyənləşdirilməsi və infeksiya
əleyhinə effektiv tədbirlərin görülməsi.
•
Vərəmlə mübarizə sahəsində əsas göstəricilərin monitorinqi və qiymətləndirilməsi.
Bura həmçinin vərəmlə xəstələnməyə
yüksək riskli xüsusi əhali qruplarının dəqiq
müəyyənləşdirilməsi və onların arasında aşkarlanma, profilaktika və müalicə tədbirlərinin
aparılması əlavə olunmalıdır.
Vərəmin aşkarlanma strategiyası
Vərəmin aşkarlanmasının iki əsas strategiyası mövcuddur:
passiv və
aktiv.
Passiv aşkarlanma xəstənin müraciəti ilə bağlıdır və xəstələrin
müraciət etdikləri poliklinikalarda, xəstəxanalarda və digər müalicə müəssisələrində aparılır.
Aktiv aşkarlanma iki əsas hissədən ibarətdir: vərəm infeksiyası ocağındakı şəxslərin
(kontaktların) müayinəsi və risk qrupuna aid əhalinin profilaktik müayinəsi.
Vərəmin passiv aşkarlanması və diaqnostikası (müraciət zamanı)
Aşağıdakı simptomlar və ya onların kombinasiyaları ilə bütün xəstələrdə vərəmə şübhə
yaranmalıdır.
Ümumi simptomlar: qızdırma, zəiflik, çəki itkisi, iştahasızlıq
Yerli simptomlar: öskürək, təngnəfəslik, döş qəfəsində ağrılar
Dəri əlamətləri: tərləmənin artması (gecə tərləmələri),
dəri örtüyünün solğunluğu
Vərəmə şübhəli olan bütün xəstələrdən aşağıdakı məlumatlar toplanılmalıdır:
Vərəm xəstəsi ilə təmas ehtimalı
Vərəmin yaranması üçün xəstənin
risk qrupuna mənsubluğu
Tibbi risk faktorları: İİV-infeksiyası, alkoqolizm, narkomaniya, siqaretçəkmə, şəkərli
diabet, kortikosteroidlərlə müalicə, üzvlərin transplantasiyası, onkoloji xəstəliklər, böyrək
çatışmazlığı və s.
Peşə: tibb işçiləri (pulmonologiya, cərrahiyyə, travmatologiya, infeksion xəstəliklər),
hərbçilər, polis və penitensiar sistem işçiləri, sosial işçilər, toz çirklənməsi ilə bağlı peşələr
(inşaatçılar, şaxtaçılar, kimya sənayesi), heyvandarlıq
Davranış: siqaretçəkmə, alkoqolizm, narkomaniya
Sosial risk qrupları: imkansız ailələrdən olan şəxslər, evsizlər, qaçqınlar, miqrantlar,
yataqxanalarda qalanlar, həbsxanalardan buraxılanlar və kriminal mühitdən olan şəxslər, böyük
şəhərlərin
sakinləri, 5 yaşadək uşaqlar, yaşlılar
Uşaqlıqda BSJ peyvəndi və güclü postvaksinal reaksiya (postvaksinal çapığın olması və
onun ölçüləri)
Aparılmış tuberkulin sınaqları haqqında məlumat
Keçmişdə aparılmış vərəmin kimyəvi profilaktikası haqqında məlumat
Keçmişdə keçirilmiş və ya hazırda olan xəstəliklər
Həmin xəstənin tibbi anamnezi:
İlk simptomların yaranma tarixi
Tibb müəssisəsinə ilk
müraciətin tarixi
Xəstə nə vaxtsa 2-ci sıra dərman vasitəsi daxil olmaqla, vərəm əleyhinə dərman vasitələri
alıbmı: kanamisin, amikasin, kapreomisin, ftorxinolonlar (sipro-, oflo-, levo-, moksifloksasin)
Keçmişdə hormonlar, sitostatiklər, şişin nekrozu faktorunun inhibitorları
ilə müalicə
Aşağıdakıların mövcudluğu vərəmə şübhəni müəyyən edir: