3
UNAIDS
Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birləşdirilmiş
proqramı – the Joint United Nations Programme on HIV/AIDS
USAID
Beynəlxalq inkşaf üzrə Amerika Agentliyi - ingl. US Agency for
International Development)
USM
Ultrasəs müayinə
ÜST
Ümümdünya Səhiyyə Təşkilatı
v/d
Venadaxili
VƏDV
Vərəm əleyhinə dərman vasitələri
VƏP
Vərəm əleyhinə preparatlar
VƏRƏM/İİV
Vərəm İİV infeksiyası ilə müştərək
VMB
Vərəm mikobakteriyası
VYRYZ
Vərəmə yoluxma riski yüksək olan zonalar
XBT-10
Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
XDİ
Xəstəxanadaxili infeksiya
YAART
Yüksək aktivli antiretrovirus terapiyası
YT
Yanaşı təsir
Z
Pirazinamid
4
GİRİŞ
Hazırda dünyada vərəm xəstəliyinin spesifik dərmana davamlı formalarının artması
xəstəliyin epidemioloji gərginliyinə səbəb olmuşdur. Epidemik vəziyyətin əsas səbəblərinə
vərəm mikrobakteriyalarının spesifik dərmanlara həssaslığının və ya davamlılığının təyin
edilmədən xəstələrə müalicənin aparılmasıdır. Digər səbəbi isə xəstələrə spesifik dərmanların
düzgün olmayan dozada və kombinasiyada tətbiq edilməsidir. Sözsüz müalicə olunan xəstələrin
sosial vəziyyəti və həyat tərzi, buna müvafiq olaraq müalicə prosesində onların yayınması da
əhəmiyyət kəsb edir. İnsan immunçatışmazlığı faktorunun dünyada artması da sözsüz vərəmə
görə epidemik vəziyyətin yaranmasında mühüm rol oynayır. Bütün bunların nəticəsində son illər
dünyada olduğu kimi Cənubi Qafqaz respublikalarında da, o cümlədən Azərbaycanda ilkin
xəstələr arasında müalicə kursunun sonuna çatdıran, müalicənin effektliyi-dağılma boşluğunun
bağlanması, və mikrobakteriyaların ifrazının kəsilməsi uyğun olaraq 75-95% təşkil edir. Spesifik
dərmanlara davamlı xəstələrin, xüsusən multirezistent formaların müalicəsi zamanı klinik
sağalma 50-55% müşahidə olunur.
VƏRƏMİN EPİDEMİOLOGİYASI
Vərəm xəstəliyinin mənbəyi xəstə insanlar, heyvanlar və quşlardır. Epidemioloji cəhətdən
ən qorxulu olanlar bəlğəmlə küllü miqdarda mikobakteriyaları xaric edən xəstələrdir.
Bir xroniki vərəmli xəstə sutka ərzində 7 milyarda qədər vərəm çöpləri xaric edir. Belə xəstə
1 dəfə öskürərkən havaya 60 minə yaxın tüpürcək dənəcikləri püskürür. Bir açıq formalı vərəmli
xəstə il ərzində 8-12 yeni sağlam şəxsin vərəmə tutulmasına və 150-200-ə yaxın sağlam şəxsin
vərəmə yoluxmasına səbəb ola bilər.Vərəm mikobakteriyaları təkcə bəlğəmlə deyil sidik, nəcis
və irinlə də xaric olunurlar.
Vərəm xəstəliyinin epidemioloji vəziyyətini bir sıra statistik göstəricilər müəyyənləşdirir.
Onlar yoluxma, xəstələnmə, xəstəlik halları və ölümdür.
Yoluxma - tuberkulinə müsbət cavab vermiş şəxslərin (allergiyalı şəxsləri çıxmaq şərti ilə)
bütün müayinə olunanlara faiz nisbətidir.
Xəstələnmə - hər 100 min nəfər əhali arasında ilk dəfə aşkar olunmuş aktiv formalı vərəmli
xəstələrin 1 il ərzində sayıdır.
Xəstəlik - hər 100 min nəfər əhali arasında ilin axırında qeydiyyatda olan aktiv formalı
vərəmli xəstələrin ümumi sayıdır.
Ölüm - hər 100 min nəfər əhali arasında il ərzində vərəm xəstəliyindən ölmüş xəstələrin
sayıdır.
Bu göstəricilər dünyanın müxtəlif ölkələrində müxtəlif saydadırlar. İnkişaf etmiş ölkələrdə
bir qədər az, inkişaf etməkdə olan ölkələrdə çox, iqtisadi vəziyyəti ağır olan ölkələrdə isə
göstəricilər daha yüksək olur. Bununla belə, bəzi ölkələrdə statistik rəqəmlərin dəqiq öyrənilməsi
mümkün olmadığına görə bu rəqəmlər dəyişir və vərəmin dünyada həqiqi epidemioloji
vəziyyətini olduğu kimi aşkar etmək xeyli çətinliklər törədir. Ancaq Ümumdünya Səhiyyə
Təşkilatının, Beynəlxalq Vərəm və Ağciyər Xəstəliklərinə Qarşı Mübarizə İttifaqının birgə işi
vərəm haqda ümumi təsəvvür yaratmağa imkan verir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi
məlumata görə dünyada hər il 10 milyona yaxın insan vərəm xəstəliyinə tutulur.
Hər il 3 milyona qədər insan vərəm xəstəliyindən dünyasını dəyişir. 20 milyondan artıq
batsilyar xəstə var. Bütövlükdə dünya əhalisinin üçdə birinə qədəri vərəmə yoluxmuşdur. Son
5
illərdə dünyanın bir sıra ölkələrində vərəm xəstəliyi artmağa meyillidir. Bunun bir neçə səbəbi
var: sosialist sisteminin dağılması ilə bağlı dünyada miqrasiyanın artması, dünya iqtisadi
durumunun kəskin sürətdə dəyişməsi və pisləşməsi, son 15-20 il-də dünyada QİÇS xəstəliyinin
geniş yayılması. Ümumiyyətlə, dünyada kasıbların sayı artdıqca, iqtisadi problemlərin
coğrafiyası genişləndikcə vərəm xəstəliyinin yayılması və artması da müşahidə olunacaq.
Vərəm xəstəliyinin geniş yayılmasına bu gün dünyada vərəm mikobakteriyalarının
rezistentliyinin artması və çoxalması da bir səbəbdir. Vərəm xəstəliyindən ölənlərin sayı digər
yoluxucu xəstəliklərdən ölənlər arasında yenə də öndə gedir. Vərəmə yoluxanların sayının
artması əhali arasında vərəm rezervuarının, yəni yoluxmanın əsas səbəbkarı olan açıq formalı
vərəmli xəstələrin sayının hələ çox olmasına dəlalət edir. Vərəm xəstəliyinin artmasında
vərəmdən sonra qalıq dəyişiklərdə endogen reaktivasiyanın da böyük rolu vardır. Hal-hazırda
böyüklər arasında vərəm xəstəliyinin sayının artmasında bu səbəb mühüm rol oynayır. Beləliklə,
endogen reinfeksiyanın və yenidən yoluxmanın sayı artdıqca vərəm xəstəliyinin yaxın dövrlərdə
azalması, yaxud da ləğv olunması haqqında proqnozlar söyləmək olduqca mümkünsüzdür.
Vərəmin epidemiologiyası ftiziatriyanın əsas sahələrindən biri olaraq vərəmə yoluxma
mənbələrini, infeksiyanın keçmə yollarını və onun bir yoluxucu xəstəlik kimi əhali arasında
yayılmasını və əhalinin risk qrupunun vəziyyətini öyrənir. Vərəm təkcə insan orqanizmi ilə
xəstəlik törədicisi arasında olan tibbi-bioloji problem deyil, həm də sosial problemdir, çünki
sosial faktorlar insan sağlamlığına təsir edən faktorlardır. Konkret olaraq həyatın maddi-texniki
bazası, sanitar mədəniyyəti, məşğulluğun növü, yaşayış, mənzil şəraiti, tibbi xidmətlə təminat və
s. insan sağlamlığında böyük rol oynayır.
Vərəm öyrənilərkən epidemioloji nöqteyi-nəzərdən demoqrafik xüsusiyyətlər, yəni əhalinin
yaşı, uşaqların əhali arasında xüsusi çəkisi, cinsi, kişi və qadınların say münasibəti, yaşlıların
sayı, əhalinin sıxlığı və s. məsələlər nəzərə alınmalıdır. Sözsüz ki, vərəm xəstəliyinin əsas
mənbəyi vərəm xəstəliyinə tutulmuş
vərəm mikobaktrriyası ifraz edən xəstələrdir. Daha çox
təhlükə törədən xəstələr daimi olaraq və küllü miqdarda vərəm mikobakteriyalarını ifraz
edənlərdir. Ancaq azsaylı vərəm mikobakteriyaları ifraz edən xəstələr də, əgər sıx kontakt olarsa,
təhlükəli sayılır. Ağciyərdən başqa vərəm mikobakteriyaları xaric edən digər orqanların vərəmi
olan xəstələr də ətrafdakılar üçün yoluxma təhlükəsi yaratdıqlarına görə qorxuludurlar. Belə ki,
böyrəklərin, sidik-tənasül yollarının, irin axarları olan sümük və oynaqların, periferik limfa
düyünlərinin və digər orqanların vərəmi buna misal ola bilər. Söhbət zamanı öskürək, asqıraqla,
öpüşərkən selik damcıları ilə və sairə yollarla vərəmə yoluxma mümkündür.
Uzun zamanlar vərəmə yoluxmanın əsas yolu hava-damcı yolu sayılırdı. Ancaq birbaşa
kontakt olmadan da vərəm mikobakteriyaları olan bəlğəm, yaxud başqa möhtəviyyatla
çirklənmiş müxtəlif əşyalar ilə yoluxma mümkündür.
Vərəm mikobakteriyalarının ətraf mühitə təsirinə qarşı yüksək davamlılığını, onların uzun
aylar və illərlə həyat fəaliyyətini və patogenliyini, qaranlıqda, torpaqda, axar sularda, aşağı
temperaturda dözümlülüyünü və bir sıra dezinfeksiyaedici maddələrə qarşı davamlılığını nəzərə
alsaq hava-toz yolunun yoluxmada xüsusi rol oynadığını qeyd etməliyik. Vərəmə yoluxma eyni
qab-qacaqdan istifadə edərkən alimentar yolla da baş verə bilir. Mahiyyət etibarı ilə ikinci
dərəcəli yoluxma mənbəyi vərəm xəstəliyinə tutulmuş iri buynuzlu mal-qaradır. Bu zaman ən
çox qorxu törədən heyvandarlıqla məşğul olan şəxslərin vərəmli heyvanlarla kontaktı
məsələsidir. Bu halda da hava-damcı və hava-toz vasitəsilə yoluxma baş verir. Bundan başqa
belə heyvanların qaynadılmamış, termik zərərsizləşdirməyə məruz qalmamış məhsulları,
pasterizə olunmamış südü və bu süddən hazırlanmış məhsullar yoluxma mənbəyi ola bilər. Buna
Dostları ilə paylaş: |