12
Fəal vərəm xəstələri ilə təmasda olmuş və ya olan şəxslərin müayinəsi
Fəal vərəm ilə xəstənin aşkarlanmasından və qeydiyyatından sonra infeksiya ocağında
müayinənin aparılmasına olan ehtiyacı və onun planını müəyyənləşdirmək məqsədilə bu işdə
maraqlı tibb müəssisələrinə (poliklinika, GEM) müvafiq
bildiriş göndərilməlidir.
Xəstə ilə uzunmüddətli (8 saatdan çox) və sıx (qapalı məkanda) təmasda olmuş
şəxslər
müəyyənləşdirilməlidirlər: ailə üzvləri, məişətdə və işdə yaxın yoldaşlar, xəstənin bir neçə dəfə
olduğu və insanların toplaşdığı yerlərə gələnlər (kafe, bar,
restoran, rəqs klubu,
idman bölməsi və
s).
Digər kontaktlar təsadüfi sayılır və müayinə planının hazırlanmasında prioritet sayılmır
.
Tibb işçiləri vərəm, onun keçmə yolları, müalicəsi və profilaktikası haqqında biliklərin
artırılması məqsədilə xəstə və kontakt şəxslər arasında daim maarifləndirmə işi aparmalıdırlar.
Vərəmin istənilən fəal forması aşkar olunanda, kontaktların müayinəsi aparılmalıdır:
mikroskopiyanın müsbət və mənfi nəticələri ilə ağciyər və ağciyərdən kənar formalarında
.
13
Xəstədə vərəmin fəal forması davam edənədək hər 6 aydan bir, həmçinin xəstənin
sağalmasından, çıxışından və ölümündən sonra 1 il ərzində kontaktların müayinəsi aparılmalıdır
.
Kontakt şəxsdə keçmişdə müsbət Mantu sınağı və ya fəal vərəm olmuşdursa, müayinə
ağciyərin rentgenoqrammından və ya geniş formatlı rəqəmli flüoroqrafiyadan başlanılmalıdır.
Risk qruplarının müayinəsi
Kontakt şəxslərin müayinəsi ilə yanaşı, fəal aşkarlanma üsullarına həmçinin vərəmin
yaranmasına yüksək riskli əhali kateqoriyalarının müayinəsi aiddir. Adətən, fəal vərəmin
yaranma tezliyi infeksiyalaşma (latent vərəm) səviyyəsi ilə korrelyasiya olunur.
Şübhəsiz, hər bir ölkənin özünəməxsus risk qrupları mövcuddur. Bundan əlavə, onların
tərkibi və xüsusiyyətləri zamanla dəyişir. Məsələn: sülh dövründə fəal vərəmin yaranma riski
müharibə və yiqtisadi böhran zamanı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağıdır. Yuxarıda
qeyd olunduğu kimi, İİV-infeksiyası, şişlərin nekroz faktorunun (ŞNF-α) inhibitorları və ya
interleykin-1 ilə müalicə kimi yeni risk faktorları nisbətən yaxın vaxtlarda yaranmışdır.
Bu mövzuya dair dərc olunmuş ədəbiyyatın son icmallarının birində müəlliflər vərəmlə
xəstələnmədə müxtəlif risk faktorlarının xüsusi çəkisi (population attributable fraction – PAF)
haqqında məlumat vermişdirlər. Bu modelə görə, zəif qidalanma (PAF–27%), siqaretçəkmə
(PAF–23%), İİV-infeksiyası (PAF–19%), şəkərli diabet (PAF–6%), alkoqolizm (PAF–13%) və
havanın çirklənməsi (toz, qazlar) (PAF–26%) vərəmlə xəstələnmənin əsas risk faktorlarındandır.
Bütün mümkün risk qruplarının müəyyənləşdirilməsi genişmiqyaslı və bahalı təhqiqatların
aparılmasını tələb edən çətin işdir. Buna görə də digər ölkələrin məlumatlarından
istifadə edərək,
onları empirik təcrübə əsasında həmin ölkənin indiki vaxtına və konkret
şəraitinə tətbiq edilməsi
məcburiyyəti yaranır.
Vərəm ocaqlarından kontaktların müayinəsi üçün alqoritm sxemi