Vilayət bağçası üçüncü cİld



Yüklə 314,7 Kb.
səhifə5/13
tarix30.10.2018
ölçüsü314,7 Kb.
#76106
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   13

Qlobal hegemonizm19

Bismillahir-Rəhmanir-Rəhim.


Bu elmi və mədəni toplantınız həm sizin üçün və təhsil aldığınız mühitlər üçün, həm də işıqlı qəlblərinizdən ucalan bu pak duyğular İslam, ölkə və tələbə mühiti üçün mübarək və çox səmərəli olsun!

Mən sizə bir cümlə demək istəyirəm. Mənim əzizlərim! Sizin ölkəniz və xalqınız bu gün bütün dünyada bir güc imperatorluğu ilə üz-üzə dayanıb; yəni ən mühüm beynəlxalq güc mərkəzlərinə hakim olan bir siyasi, iqtisadi və mədəni təşkilatla. Biz İslam inqilabının terminologiyasında buna Qlobal hegemonizm deyirik.

Qlobal hegemonizm yalnız bir dövlət deyil, güc mərkəzidir. Bu güc mərkəzində ciddi nizam-intizam olmaya da bilər. Onun içərisində də çoxlu ixtilaflar, qarşıdurmalar var, lakin aralarında əsaslı bir ortaq məqam var. O da budur ki, sizin xalqınız bu mərkəzin mənafeyinə qarşı çıxsa və bu həssas regionda bu böyük ölkəni onun təsiri altından çıxarsa, hamısı xalqınıza qarşı birləşəcəklər. Qlobal hegemonizm budur.
Hegemonizmin məqsədi

Bu ölkəyə qarşı heç bir müharibə elan olunmasa və əleyhinə hərbi əməliyyatlar keçirilməsə də, əslində, onun əleyhinə, maraqlarının və müstəqilliyinin əleyhinə çox ciddi və qətiyyətli işlər görürlər. Hərtərəfli bir qarşıdurma gedir. Lakin bu gün dünya bütün bəşəri imkanlardan istifadə dünyasıdır. Bugünkü dünya bu sahələrdə hətta 50 il qabaqkı dünya da deyil. Bu xalq çox sayıq olmalı və öz möhkəm mövqeyini, maraqlarını, mədəniyyətini, istiqlaliyyətini, başucalığını və azadlığını qorumalıdır. Çünki bu güc mərkəzinin məqsədi buranı hegemonizmlə əlaqə baxımından indiki Türkiyə kimi bir ölkəyə, hətta ondan çox aşağı, dünyanın üçüncü dərəcəli bir ölkəsinə çevirmək və inqilabdan əvvəlki vəziyyətinə qaytarmaqdır. Onların məqsədi budur. Bu gün şahidi olduğunuz təbliğatlar, dünyada İslam Respublikası əleyhinə aparılan çox kəskin informasiya müharibəsi bu məqsədi izləyir.


Hegemonizmin acizliyi

Sizə deyim ki, hegemonizm, yəni sözügedən güc imperatorluğu xalqımızın qarşısında aciz qalıb. Kommunizmin süquta uğradığı dövrdə onların Şərqi Avropada, indiki Rusiyada və keçmiş SSRİ-də işlətdikləri üsul təsirli idi. Lakin bu indiyədək İranda təsir buraxa bilməyib. Bu, xalqın, siz gənclərin imanına, İslamın və inqilabın bəxş etdiyi sayıqlığa görədir.

Bəli, mən indi yalnız bir cümlə demək istəyirəm. Siz gənclər belə bir şəraitdə öz vəzifənizi daha artıq bilin. Oğlan və qız olmanızdan asılı olmayaraq, hansı universitetdə, ölkənin harasında olursanız-olun, qurucu, islahedici olmağa çalışın, ətrafınızı islah edin. Əlbəttə, siz bu mədəni və elmi toplantınızda, bu 2-3 həftəlik ekskursiyanızda çox şeylər öyrənmisiniz. Eşitdiyim qədər, böyük və yaxşı müəllimlər faydalı mövzular haqda danışıblar. Sizin özünüz də fikir, diqqət, daxili və zehni çalışmalarınızla öyrəndiklərinizi daha şəffaf və daha aydın etməli, daha dərinləşdirməlisiniz. Hər ötən gündə malik olduğunuz imkanlardan istifadə edin. Və beləliklə, təhsil və tələbə mühitində digərləri üçün aydınlıq mənbəyinə çevrilin. Yəni özünüz təyin etdiyiniz sahələrdə düzgün fikirlərinizi və yaxşı aydınlıqlarınızı yaymaqla mühiti düzəldin. Yerlər müxtəlifdir. Bir yerdə etiqad məsələləri danışılmalıdır, başqa bir yerdə isə siyasi məsələlər.

Mənim əzizlərim! Siz bu xalqın seçilmişlərisiniz. Mən 3-4 il bundan əvvəl aparıcı insanlar və ümumi kütlə barədə danışdım, hər birinin rolunu açıqladım. Tarixdə, istiqamətlərdə, cəmiyyətdə baş verən bütün yaxşı və pis hadisələrdə aparıcı insanların rolu önəmlidir. Əgər bir cəmiyyət cənnətə, Allahın razılığına və həqiqi səadətə sarı getsə, o cəmiyyətin aparıcı və seçilmiş insanlarının Allah yanında çox böyük savabı olar.


Aparıcı insanların məsuliyyəti

Əgər Allah eləməmiş, cəmiyyət azğınlığa, geriliyə və zəlalətə düçar olsa, - "zəlalət" Quranın çox düzgün ifadəsidir - Allah aparıcı insanlardan hesab sorar. Siz istəsəniz də, istəməsəniz də, bu gənclik dövründən aparıcı və seçilmişlərsiniz. Çalışın öz çevrələrinizdə təsirli olun.


Allahla mənəvi əlaqə

Mənim əzizlərim! Hər bir nuraniliyin əsas səbəbi Allah-Taala ilə əlaqəni möhkəmlətməkdir. Öz fərdi əlaqələrinizi möhkəmləndirin ki, ictimai mühitdə İslamın sizdən istədiyi işi yaxşı yerinə yetirə biləsiniz. Harada olursunuzsa-olun, Allah-Taalaya diqqət yetirməklə, diqqətli namazla, Quran oxumaqla, Quran üzərində diqqətli təfəkkürlə və imamlara təvəssüllə öz mənəvi və şəxsi əlaqənizi gücləndirin. Sizlər gəncsiniz, qəlbləriniz nurlu, əməlləriniz pakdır. Sizin vücudunuzda olan gənclik adlı bu parlaq ulduzun qədrini bilin, ondan maksimum yararlanın. Mən sizin üçün dua edəcəyəm. Siz də mənim üçün dua edin.

Allahın salamı və rəhməti olsun sizə!


Universitetlərdə rəhbərlik orqanının fəlsəfəsi20

Bismillahir-Rəhmanir-Rəhim.


Mən buaxşamkı görüşü başqa cür gözləyirdim. Cənabların lütf göstərib təşrif buyuracaqlarını və bizim onlar üçün söhbət edəcəyimizi bilmirdim. Düşünürdüm ki, onlar nəsə demək istəyirlər və mən daha çox çox dinləyəcəyəm. Hər halda, onları ziyarət etmək bizə xoşdur. Biz də bir neçə cümlə deyərik.
Hövzənin elm və mənəviyyatı universitetlərdə

Universitetlərdə ruhani nümayəndəliklərinin adı rəhbərin nümayəndəliyi olsa da, bu, əslində, hövzənin nümayəndəlik orqanıdır. Bu, çox yaxşı fikirdir, hövzənin elm və mənəviyyatının universitetdə iştirakıdır. Bu həm universitet mühitinə, həm tələbəyə və həm müəllimə faydalıdır.

Bəli, eşitmişəm ki, bəziləri buna qarşı çıxırlar. Hər kəs hansısa cəhətdən onu tənqid edir, etirazını bildirir. Bu iradların bəzisi doğru ola bilər. Bunu inkar etmək olmaz. Amma hər halda, eyibsiz heç bir iş yoxdur. Onun eybini də görən, duyan olacaq və səsləndirəcək. Eyibləri aradan qaldırmaq lazımdır, əldə bayraq edib hövzənin universitetdə iştirakını sual altına aparmaq yox. Bunun çox faydaları var.
İlahi məqsəd

Biz düşünürük ki, əgər burada qürbət qəsdi etsəniz, - inşallah, bunu edirsiniz – bu, ən üstün və ən səmərəli işlərdən olar. Bu işin çox güclü təsirləri ola bilər. Doğrudan da qürbət qəsdi edin. Şübhəsiz, bu var, çünki sizin başqa niyyətiniz yoxdur. Bu işlərdə adətən, başqa niyyət olmur. Başqa nə niyyət ola bilər?! Bu növ işlərdə çox zaman maddi səbəb rol oynamır. Bu, ilahi təbliğ işidir. Bu niyyəti özünüzdə möhkəmləndirin və işi ən gözəl üsulla davam etdirin.

İkinci məqam budur ki, cənab Sədrin21 bəyan etdiyi işləri iki hissəyə bölmək olar. Onların ən mühümü sizin himayənizə aid işlərdir. Əlbəttə, bəzi işlərin öz-özlüyündə dəyəri var, mən də onları qəbul edirəm. Silahlı qüvvələrin müxtəlif sahələri, bəzilərinin zavodları da var. Lakin bu işlərin hamısı bir məqsədə görədir. O məqsəd döyüşən qüvvələrdən ibarətdir. Bu işlər o zaman düzgündür ki, bu qüvvələrə xidmət üçün olsun.

Nümayəndəliyin əsas faəliyyətini təşkil edən işlərin bir qismi, ən azı, bu məsələyə çox da birbaşa bağlı olmayan işlərdir. Onlar da öz yerində dəyərlidir, lakin işlərin 80-90 faizini təşkil edən ümdə məsələlərə diqqətlə baxmalıyıq. Görək hansı iş tələbənin güclənməsinə yönəlib, onu elm, yaxud əməl cəhətindən hidayət və təkmil edir? Yəni nöqsanları aradan qaldırır və onu günə uyğunlaşdırır.

Bəzən gedib bir mərkəzdə otururuq, başlanğıc yaxşı olur, amma davamı yaxşı olmur və tədricən daşa dönürük. Çünki özümüzdə lazımi inkişafı yaratmamışıq, yaxud yaratmayıblar. Bütün işlərdə belədir, təkcə sizin işinizdə yox. Harada missiya varsa, insan bu haqda düşünməlidir. Əlbəttə, düşünmək də kifayət etmir. İnsan bəzən düşünür, amma bacarmır.

Bu hal sizin işinizdə tamamilə mümkündür. Bu mərkəz bu gün işlərin hansı ox ətrafında fırlandığını bilməli və onu sizin üçün təmin etməlidir. Məsələn, müharibədə topumuz var. Topun lafetə, lüləyə və mərmiyə ehtiyacı var. Biz də 4-5 zavod açıb sürəkli maliyyələşdiririk. Lakin bilmirik ki, düşmənin bizim toplarımızın yerini təyin edən cihazı var. Çünki topların yeri bilinməməlidir, yoxsa dərhal düşmən tərəfindən vurular. Buna görə də, biz dördüncü amil, yəni düşmənin radarını yayındırmaq barədə də düşünməliyik.

Yaxud fərz edin, siz düşmən cəbhəsini, onun raket atdığını görürsünüz. Raket meydana çıxanda top rolu çox da mühüm olmur. Bu zaman burada top lafeti, top lüləsi istehsal edən zavodların birini raket zavoduna çevirməlisiniz. Tədqiqatlarınızı bu istiqamətə yönəldin ki, geri qalmayasınız. Yoxsa düşmən sizi məhv edər.
Rəhbərlik orqanının fəlsəfəsi

Düşmən kimdir? Mühüm məsələlərdən biri də budur. Düşməni düzgün tanımasaq, düzgün qərar seçə bilmərik. Kimsə universitetdə bir kəlmə müxalif söz danışan adamı düşmən hesab etməsin. Yaxud Allah eləməmiş, kimsə elə bilməsin ki, bir qədər qaşqabaq tökən tələbə düşməndir. Xeyr, onlar düşmən deyillər, sizin hədəfinizdirlər. Siz ümumiyyətlə, onlar üçün gəlmisiniz. Siz təkcə dostları saxlamaq üçün deyilsiniz. Baxamayaraq ki, dostları saxlamaq da çox mühüm işlərdən biridir. Amma digərlərini də dosta çevirməlisiniz.


Düşmənin mövqeyi

Bunlar düşmən deyillər. Düşmən məqsədlərin düşünüldüyü yerdədir. Görün indi necə atırlar; oxun ucunu neftə bulayaraq, çadırların üstünə atıb yandırdıqları köhnə üsullar kimi. Düşmənin yerini öyrənin. Siz gəlib alovu söndürdünüz. İndi diqqətli olun, başqa birisi də atır. Onu söndürüncə daha birisi atacaq. İnsan düşmənin mövqeyini tanımasa, səhvə düşər.


Uğurun əsəs şərti

Siz gedib bir univeristetdə yerləşmisiniz ondan ötrü ki, bu gənc, bu tələbə geri qalmasın. Lazım olan bütün vasitələr hazırlanmalıdır. Onun özü də bilmir. Meydanda olan insanın özü çox zaman kompleks, dəqiq taktika və strategiyalı düşünə bilmir. Real və kompelks düşünmək uğurun əsas şərtidir. Əgər bir məsələ üzərində belə düşünülsə, onda uyğunluq da yaranar.


Ruhaninin elm və təqvası

Növbəti məqam da mənim çox təkrar etdiyim bir məsələdir. Prinsipcə, sizin də fikriniz belədir. Biz elm və təqva gücü ilə işləyə bilərik. Biz ruhanilər harada olsaq, əgər elm və təqvamız axsasa, heç bir iş alınmayacaq.


Elm və təqva quruluşu

Bizim quruluşumuz elm və təqva quruluşudur. Bizim bu dövlətə sevgimizin səbəbi də budur. Əgər bu quruluş dünyanın digər quruluşları kimi maddi quruluş olsa, biz nə üçün hakimiyyətdə olmalıyıq?! Biz burada özümüzə bazar açmamışıq, bu işi sevmirik, buna həvəsimiz yoxdur. Əgər elm və təqva quruluşu olmasa, ayrıları gəlsinlər. Yəni elm və təqvadan ibarət dini quruluş yuxarıdan aşağıya hər yerdə diqqət mərkəzində olmalıdır.

Universitetlər daxilində bu işin hədəf və dinləyiciləri gənclərdir. Gənclər istedadlı və həssasdırlar. Ümumiyyətlə, gəncdirlər. Gəncliyin özü xüsusi bir amildir. Müxtəlif xüsusiyyətlər birləşərək həqiqətən, parlaq və misilsiz amil olan gəncliyi yaradır. Gənclə işləmək zarafat deyil. Bu, çox əhəmiyyətli məsələdir. Bunu dəyərləndirmək və uğrunda çalışmaq lazımdır.
Elmin xüsusiyyəti

Əgər cavanların imanını, düşüncəsini və hərəkətini özünüz olduğunuz istiqamətə yönəltmək istəyirsinizsə, bunun yolu elm və təqvadır. Çünki elmin qarşısında hər bir beyin kiçilir və təzim edir; istəsə də, istəməsə də. Elmin xüsusiyyəti budur, insanları öz qarşısında təvazökar edir, əyir. Əgər zahirdə təkəbbürlülük və inad göstərsə də, daxildə öz kiçikliyini duyur.


Təqva

Təqva da elə böyük və qəribə silahdır ki, kəsərliliyinin həddi-hüdüdu yoxdur. O, yolları açır, mühiti işıqlandırır, inadı aradan qaldırır, düşmənlikləri azaldır və dostların işini düzəldir. Təqva çox qəribə amildir. O, bütün yaranmışların hər bir halda irəlilədiyi zirvələrə doğru hərəkəti rövnəqləndirir, cazibəli və gözəl edir.


Şübhə yaymaq

Bu günlərdə şübhə yaymaq çox dəb olub. Bu da bizim dövrümüzün xüsusiyyətlərindəndir. Nə etsəniz, bu var. Əlbəttə, bu hal həmişə qalmayacaq, lakin 10-15 il sürəcək. Ölkənin əksəriyyəti gənclərdir. Bu hal nə əvvəllər belə olub, nə də sonra belə olacaq. Bu isə çox mühüm amildir. Hər bir yerdə və hər bir dövlətdə çox mühümdür. Dostlar üçün də çox mühümdür.


Əlverişli fürsət

Quruluşun tərəfdarları, aşiq və əsgərləri bundan çox istifadə etməlidirlər. Bu, çox dəyərli fürsətdir. Bu qədər gənc var. Bildiyiniz kimi, insan qocaldıqda zəif və taqətsiz olur; sözsüz ki, bütün qocalar yox. Bəzi qocalar gənclərdən də gümrah, aktiv və müasirdirlər. Məsələn, İmam Xomeyni doğrudan da belə idi. Lakin prinsip etibarilə və əksər hallarda zəif olurlar. Gənc isə hərəkət üçün heç bir şeyi gözləmir, maddi və ya mənəvi xeyrin olduğunu düşündüyü yolla hərəkət edir. Bu, quruluş üçün çox əlverişli fürsətdir.

Zarafata deyirdilər ki, Nəcəfdə bir məscid imamı var idi. Namaz onun üçün təkcə ibadət yox, həm də idman idi. O, şam və işa namazlarını evin damında qıldığına görə, müridlərini aşağıdan belinə mindirib yuxarıya aparırdı, namaz qurtarandan sonra da belində aşağı endirirdi. Çünki, ona iqtida edənlər taqətsiz qocalar idilər.

Bəzən insan daim deməli, təkid etməli və çığırmalıdır ki, hərəkət etsinlər. Lakin gəncdə belə bir şey yoxdur. Əgər bir işə hazır olsaq, gənc də hazırdır. Biz Allah yolunda məsuliyyəti çiynimizə götürmək, bu gedişi özümüz və digərləri üçün asanlaşdırmaq istəyirik. Bu, çox əlverişli fürsətdir.


Fürsət gözləyən düşmən

Düşmən üçün də belədir. Düşmən baxıb deyir ki, çox gözəl fürsətdir, hamı gəncdir. Əgər onları yoldan azdırmaq, həqiqətdən sapdırmaq mümkün olsa, mənəviyyatdan ayırıb maddi işlərə sövq edə bilsək, bu quruluşun əsasına inamlarını sarsıtmağı bacarsaq, çox şey əldə edəcəyik. Bunu düşmən deyir və doğru da deyir.

Deməli, inqilab ordusu olan sizlərlə inqilab düşmənləri arasında mədəni, siyasi və elmi sahədə həqiqi bir müharibə gedir. Əlbəttə, bu, müxtəlif formalarda olub, yeni bir şey deyil. Mən özüm son 20 ilə baxdıqda görürəm ki, bu məsələlər həmişə olub. Mən bu illərin hamısında var idim. Bu illərdə görülən işlərin hamısını yaxından-uzaqdan, işin içindən, yaxud pərdə arxasından görürdüm. Demək olmaz ki, bu, indi yaranmış müstəsna bir haldır. Xeyr. Bir zaman bundan çox pis vəziyyətdə olub. Sizin yadınızdadır, inqilab yeni qələbə çalmışdı; birinci ilinin sonları, yaxud ikinci ilinin əvvəlləri idi. Bu böyük hərəkat hələ nəfəsini dərməmişdi. O zaman bizim qəzetimizdə “Nəleyn diktatorluğu” məsələsini yazdılar. Bunu başqası yazmadı, əcnəbi radio demədi. “Nəleyn diktatorluğu” dedikdə İmam Xomeynini nəzərdə tuturdular.

İmam - mərhəmət tərənnümü

Siz təsəvvür edin, imam ruhi və mənəvi incəliklərin tərənnümü idi: arif, şair, mənəvi, ruhani, yumşaq və kövrək insan. O, təkcə ibadət zamanı deyil, həm də cari hadisələr qarşısında yumşaq insan idi. Bir şəhid anası, bir zərif söz, bir şəhid uşağı, bir gənc onu dəyişdirirdi. Bunlar şişirtmə deyil. Bu dediklərim gözümlə gördüklərimdir, eşitdiyim də deyil, hamısı öz gördüklərimdir. Mən bunları imamda müşahidə etmişəm. O, uşaqların cümə namazında daxıllarını sındırmalarına televizorda baxmışdı. Mən güman ki, ertəsi gün onun yanına getdim. Uşaqlar namaza gəlib öz daxıllarını sındırır və pullarını mənə verirdilər. Mən mehrabda oturmuşdum. O, bu səhnəni mənə danışanda gözləri yaşla doldu və bədəni əsdi. Dedi ki, gördün? Mən özüm orada idim, o isə televizorda baxmışdı. O, belə lətafətli insan idi.

Bir dəfə bir şəhid anasının sözünü ona çatdırdım. O birdən-birə doğrudan da diksindi. Bir şəhərdən olan şəhid anası mənim vasitəmlə ona xoş bir söz yollamışdı. Siz baxın, onun mənəviyyatı, onun ruh aləmi, irfanı, təqvası və ruhi incəlikləri... İmam hər bir halda çox zərif insan idi. Və belə bir insana diktator deyirlər; özü də nifrət doğuran çirkin ifadə ilə: Nəleyn diktatorluğu.

Elə bilməyin ki, bu sözləri indi danışırlar. O zaman da imama deyirdilər. İmama elə deyiblərsə, bizim kimilər üçün düşmənin xəcalət çəkməsini gözləmək yersizdir. Buna görə də, indi heç kim çox qəribə və qeyri-adi bir halın baş verdiyini düşünməsin.


Quruculuq dövrünün xüsusiyyəti

Mühüm bir məqam da var. Düşmən də bu məqama diqqət yetirir. Təəssüf ki, quruculuq dövrünün xüsusiyyəti belədir. Hər bir şeyi - acı və şirinliyi bir yerdədir. O məqam budur ki, quruculuq dövründə lazımi diqqət ayrılmasa, maddiyyata, pula, yaşayışa və bu kimi amillərə meyl yaransa, təhlükəli maddi boyunduruq və vurğunluqlar ürəkləri başqa istiqamətə yönəltsə, mənəvi mühitdə boşluq yaranacaq.


Mənəvi boşluqlar

Düşmənlər boşluqdan xəbərdardırlar. Bu, mühüm məsələdir. İndiki şəraitin o zamanla fərqi də budur. Onlar bəzi yerlərdə boşluqların yarandığını görür və onlardan istifadə edib zəlzələ yaratmaq istəyirlər.

Bəli, bunun qarşısını almaq olar. Bunun qarşısını asanlıqla və tam almaq mümkündür. Gərək diqqətli olasınız. Gərək bu işin və bütün işlərin həssas olduğunu biləsiniz. Bu da mühüm sahə olan universitetə aid işlərdən biridir. Universitet üçün çoxlu yuxular görüblər, çoxlu xəyallar ediblər; çoxlu daşlar da atıblar ki, görsünlər kimə və haraya dəyəcək.

Siz ortada dayanmış qüvvələrsiniz. Allah-Taalaya təvəkkül edin, Ondan kömək istəyin, Ona ümidvar olun, Ondan hidayət diləyin. Allah-Taala sizə kömək edəcək, sizi hidayət və himayə edəcək, irəliyə aparacaq, sizə uğur bəxş edəcək. Heç şübhəsiz, Allahın istəyilə, bunun təsirlərini görəcəksiniz. Mənim həmişə gözlərim önündə gördüyüm və dəfələrlə dediyim aydın üfüqlər bu sahədə də tamamilə görünür. Allaha şükür olsun ki, hər şey Allahın düzgün yolunda və Haqq-Taalaya hərəkət istiqamətindədir.

Şərafətli ayədə Kövsər ifadəsi həzrət Zəhraya (ə) təvil edilir. Sözün əsl mənasında, hər hansı bir tərəfdən baxsaq, bu həzrət kövsərdir. Kövsər - yəni daim artan, çoxalan xeyir-bərəkət. Siz də o kövsərin budaqlarısınız. O sözü və o mənəviyyatı hər hansı bir yolla yayan hər bir insan kövsərdəndir, yəni xalqın başına səpilən o kövsərin bir damlasıdır. O bu günə qədər davam edib, yenə də davam edəcək.22 Əbtər (sonsuz, davamsız) - tarixdə əbtər olmaları görünən və sübut olunanlardır. Onlar və onların bənzərləri bizim dövrümüzdə də var. Bunlar da əbtərdirlər. Bunların da davamı yoxdur. Allahın istəyi ilə müvəffəq olasınız.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 314,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə