Virtual-mədəni turizm



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76473
1   2   3   4   5   6   7   8   9   ...   47

www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
25 
25 
25 
milli  mədəniyyət  günlərimiz  keçirilir,  çoxsaylı  nəşrlərimiz 
yayılır. Azərbaycandili  məktəblər  yaradılıb fəaliyyət  göstərir, 
İnternet  portallarımız  fəaliyyətdədir.  Bunların  hamısı 
sözügedən  sahədə  problemlərin  həllinə  yönəlib  və  dünya 
azərbaycanlılarını bu məsələdə birləşmək üçün ciddi mesajlar 
verməkdədir.  
Bu  sahədə  xüsusilə  gənc  və  ortayaşlı  şəxslərin  gördüyü  işlər 
şəxsən  məni  çox  qane  edir.  İKT-dən  bəhrələnməklə  bu 
fəaliyyətlərin həyata keçirilməsi effektiv nəticələr əldə etməyə 
imkan  yaradır.  Belə  ki,  müasir  insanların  tələbatına  uyğun 
formalarda  bu  gün  bütün  informasiyaları  dünyaya  çıxarmalı, 
beynəlxalq ictimaiyyətin fəal nümayəndələrinə  çatdırmalıyıq. 
İnformasiya  savaşında  daha  çeviklik  əldə  etmək  üçünsə  ilk 
növbədə  kreativlik,  intellektuallıq  və  yeni  metodlara 
arxalanmaq vacibdir...  
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
26 
26 
 
Dəyişikliklərə ayaqlaşmayan sözümüz, 
düşüncəmiz 
 
 
Dövrümüzün  ən  nüfuzlu  fizika  nəzəriyyəçilərindən  sayılan, 
Böyük  Britaniya  alimi  Stiven  Vilyam  Hokinq  1996-cı  ildə 
"Kainatda həyat" adlı məşhur mühazirəsində maraqlı mülahizə 
ortaya  atdı.  Alimə  görə,  bəşəriyyət  öz  inkişafının  yeni 
mərhələsinə qədəm qoyub və bu dövrün təkamül proseslərində 
insan şüuru heç də əsas faktor kimi iştirak eləmir. 3,5 milyard 
tarixi  olan,  ləng  sürətli  bioloji  təkamülün  indiki  sivil  insanın 
formalaşmasındakı rolunu vurğulayan S. Hokinq, bizim daxil 
olduğumuz  yeni  mərhələni  "kənar  bağlantılar"  dövrü 
adlandırır. Bu isə o deməkdir ki, insanın təkamülünü DNK-lar 
deyil, 
bizi  əhatə  edən  çoxistiqamətli,  müxtəlifqatlı 
informasiyalar istiqamətləndirir...  
Əslində insanlar arasında ünsiyyət vasitəsi sayılan dil, əlifba - 
yazı,  elmi  düşüncə  tərzi,  mətbuat,  kitablar,  radio,  TV,  mobil 
və ağıllı telefonlar, İKT, kompyuter, İnternet, sosial şəbəkələr, 
multimedik  imkanlar,  informasiya  cəmiyyəti,  virtual  aləm 
kimi  "kənar  təsirlər"  insan  təkamülünün  sürətini  yüzilliklərlə 
deyil,  günlərlə,  bəlkə  də  saatlarla  ölçməyə  şərait  yeradır. 
Əvvələr  dünyada,  eləcə  də  ədəbiyyatda,  elmi-humanitar 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
 Aydın Xan Əbilov        Kreativ innovasiyalar: qlobal mədəniyyətin kulturoloji tərəfləri
 
27 
27 
27 
düşüncədə  baş  verənlər  bir  neçə  ildən  sonra  bizə  gəlib 
çatırdısa,  indi  planetin  elə  bir  nöqtəsi  yoxdur  ki,  oradakı 
xəbərlərdən, informasiyalardan dərhal xəbər tutmayaq. İnkişaf 
etmiş,  sivil,  intellektual,  kreativ  cəmiyyətlər  çoxdan  bu 
maraqlı  qlobal  proseslərə  uyğun  inkişaf  istiqamətlərini 
müəyyənləşdiriblər... 
Sadalananlar  dünya  ədəbi-estetik,  intellektual-kulturoloji, 
kreativ-mədəni  proseslərinə  güclü  təsir  göstərib,  amma 
Azərbaycan  cəmiyyəti  hələ  də  nağıllara,  folklora,  dastan, 
yaxud şerə sığınıb: halbuki dünya və Avropa oxucusu çoxdan 
elmi-fantastik  ədəbiyyata,  bilgili  kitablara  keçib  və  nəticə 
olaraq  da  intellektual  tərəqqiyə,  sürətli  inkişafa  nail  olublar. 
Ətrafımızda  sürətli  elmi-texniki  tərəqqi  baş  verdiyi  halda, 
toplum  olaraq  heç  bir  yeniliyə  də  cəhd  göstərməməyimiz 
bizim  elmi-mədəni,  estetik-ədəbi  düşüncəmizə,  ana  dilimizin 
müxtəlif  üslubi-leksik  qatlarına,  kreativ-intellektual  fikrimizə 
də  mənfi  təsir  edib.  Yalandan  tərifləməklə  deyil,  əgər  bizdə 
postmodernizm,  yaxud  kulturalogiya,  tutalım,  İnternet  kəşf 
olunmayıbsa,  sözsüz,  Azərbaycan  dilində  də  onlara  uyğun 
terminlər  yaranmayacaq.  Necə  ki  avropatipli  bədii  roman 
janrını  dünyadan  götürmüşük,  eləcə  də  dilimizdəki  yeni 
ifadələr, anlayışlar, terminləri də "art-idxal" edirik. 


www.kitabxana.net
 – Milli 
Virtual-Elektron Kitabxana
 
Aydın Xan Əbilov     Kreativ innovasiyalar: planetar mədəniyyətin kulturoloji tərəfləri
 
28 
28 
AMEA-nın  Ədəbiyyat,  Dilçilik,  Fəlsəfə  və  başqa  elmi-
tədqiqat 
institutları, 
müxtəlif 
özəl, 
yaxud 
dövlət 
universitetlərindəki  kafedralar,  elmi  qurumlar,  ictimai 
təşkilatlar  -  beyin  mərkəzlərimiz  süsqun  gündədirsə,  heç 
olmasa, 
yeni 
virtual 
nəslin 
əzmkarlıqla 
dilimizə, 
ədəbiyyatımıza,  düşüncəmizə  gətirdiyi  yenilikləri  təmkinlə 
qarşılayaq,  dəstəkləyək.  Ədəbiyyat  İnstitutu  nə  vaxt  ciddi 
surətdə 
tutalım 
dünya 
ədəbiyyatında 
baş 
verən 
postmodernizmi, fəlsəfəçilər kulturalogiyanı tədqiq edib sadə, 
anlaşıqlı  dildə  populyarlaşdırdı  -  kütləviləşdirdi  ki,  söz 
sənətimizdə,  elmi  təfəkkürümüzdə  bu  qlobal  düşüncə 
cərəyanları  dəyərli  sənət-intellekt  hadisəsinə  çevrilmədi!? 
Yaxud,  Dilçilik  İnstitutu  və  yüzlərlə  dilçi  alimlər  hələ  də 
İnternet  səhifələrinin  ünvanlarındakı  "w",  yaxud  e-mail 
ünvanlardakı  "@"  işarələrinin  "milliləşdirilməsiylə"  haçan 
məşğul  olacaqlar?  Axı  dilimizə  və  yazımıza,  xüsusən  də 
azərbaycancamızın  virtual,  yaxud  elektron  yazı  üslubuna  bu 
―yeniliklər‖  çoxdan  daxil  olub.  İngiliscənin  Amerika 
variantından  ixrac  etdiyimiz  yüzlərlə  belə  yeniliklər  var  ki, 
onlarsız Azərbaycan insanı İnternetdən  yararlana, istifadə edə 
biməz:  tutalım,  yaşlı  nəsil  nümayəndələri  istəməsə  belə, 
gənclər 
və 
uşaqlar 
"www.facebook.com" 
yazıb 
―Feysbuk.(nöqtə)kom‖  deyirlər,  bütün  buların  rəsmi  formada 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə