Wiley finance



Yüklə 2 Mb.
səhifə8/32
tarix14.09.2018
ölçüsü2 Mb.
növüXülasə
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

MİSAL

Bizim fərz etdiyimiz bank FirstBank, 1 milyon ABŞ dollarına istiqraz almışdır. Ciddi maliyyə nizamsızlığı nəticəsində istiqrazın dəyəri 10% düşmüşdür və o yalnız 900,000 ABŞ dollarına satıla bilər. Bankın maliyyə alətlərində istiqrazın ədalətli bazar dəyəri 1 milyon ABŞ dolları alış qiyməti yox, 900,000 ABŞ dolları miqdarında qeyd olunmalıdır, 100,000 ABŞ dolları məbləğindəki fərq reallaşdırılmamış zərərdir (istiqraz hələ bazarda satılmadığından kitab üzrə görülməyən zərər). Reallaşdırılmamış zərərin qeyd olunduğu zaman bu bankın aktivlərini və səhmdar kapitalını azaldacaq. Bu zərərin təsirləri kreditlərindən biri geri ödənilməzsə bankın çəkdiyi zərərlə eynidir və bunun səbəb olduğu zərər bankın qazancını azaldır.


Bir neçə aydan sonra maliyyə nizamsızlığı azalmış və istiqrazın qiyməti 1,010,000 ABŞ dollarına qalxmışdır. Bazarda istiqrazın qiymətinin qalxması nəticəsində əvvəlki 100000 ABŞ dolları miqdarındakı zərər silinir və bankın həm aktivləri, həm də kapitalının dəyəri artır. İstiqraz bazarda 1,010,000 ABŞ dollarına likvidliyinə baxmayaraq, 10,000 ABŞ dolları qazancla, bu qazanc istiqraz satılana qədər “reallaşdırılmamış qazanc” hesab olunur. Əksər mühasibatlıq qaydalar adətən reallaşdırılmamış zərərlərə nisbətən reallaşdırılmış qazanclara münasibətdə daha məhdudlaşdırıcıdırlar. Bank ilkin olaraq istiqrazı özünün kitablarında 1,000,000 ABŞ dolları məbləğində alış qiyməti ilə qeyd edir. Reallaşdırılmamış 10,000 ABŞ dolları məbləğindəki qazanc bir müddət və ya həmin istiqraz faktiki olaraq satılana qədər maliyyə hesabatlarında qazanc kimi nəzərə alınmır.



      1. Mühasibat Kitabında Aktivlərin Dəyəri, İşlək Kreditlər

Mühasibat kitabında saxlanan aktivlər, əsasən kreditlər, adətən satılmır. Bu yuxarıda qeyd olunduğu kimi ticarət kitabında saxlanılan aktivlərin əksinədir ki, bunlar da adətən satılır.

Borcalanlar tərəfindən bankla razılaşdırılmış şəkildə ödənişlər edən kreditlər işlək kreditlər hesab olunur. Borcalanlar tərəfindən ödənişləri etməyən və ya gecikdirən kreditlər qeyri-işlək kreditlər hesab oluna bilər (Aşağı bax).

Mühasibat kitabında, əgər bankın sahib olduğu kreditlər üçüncü tərəflərə satılırsa, o zaman mühasibatlıq məqsədilə onlar geri ödənilən və ya ödəniş müddətinə qədər saxlanmalı hesab olunurlar. Bu aktivlər uzun-müddət saxlandığı üçün, onların dəyərindəki dəyişikliklər heç də həmişə onların ədalətli bazar dəyərini əks etdirməli deyildir.

Bununla belə, onların dəyəri bankın ağlabatan şəkildə borcalandan almağı gözləyə bildiyini əks etdirməlidir. Əgər bank kreditin tam şəkildə geri ödənilməsini gözləyirsə, heç bir düzəliş tələb olunmur.


MİSAL

FirstBank Mega Construction Inc. şirkətinə 5 illik müddət üçün 5 milyon ABŞ dolları vermişdir və bu krediti özünün balans hesabatında 5 milyon ABŞ dolları kimi qeyd edir, çünki o kredit tam ödənilənə qədər bu krediti saxlamağı planlaşdırır. Mega Construction növbəti 5 ildə necə yaxşı fəaliyyət göstərməsindən asılı olmayaraq (müflislik və ya digər maddi cəhətdən əlverişsiz problemlər olmadan), FirstBank öz kitablarında bu krediti həmin nominal dəyərdə daxil edə bilər.




      1. Mühasibat Kitabında Aktivlərin Dəyəri, Qeyri-İşlək Kreditlər

Əgər bank kreditin tam və ya qismən geri ödənişini vaxtında etmirsə, o kredit qeyri-işlək kredit kimi təsnif olunmalıdır və bankın maliyyə hesabatlarında həmin kreditin qeyd olunmuş dəyərinə düzəlişlər edilməlidir. Bank özünün balans hesabatında qeyri-işlək kreditlərin qeyd olunmuş dəyərinə düzəliş etməlidir ki, səhmdarlar, rəhbərlik, tənzimləyicilər bankın gücünü düzgün şəkildə qiymətləndirə bilsinlər. Kreditin yeni qeyd olunmuş dəyəri bankın borcalandan faktiki olaraq geri qaytara bildiyi gözlənilən miqdarı əks etdirmək üçün dəyişdirilməlidir. Borcalanın krediti tam şəkildə geri ödəməməsinin nəticəsi olaraq, bank qeyri-işlək krediti “müddəti keçmiş”, “qeyri işlək” və ya “ümidsiz” kimi təsnif etməlidir.



  • Vaxtı keçmiş kredit elə bir kreditdir ki, əsas məbləğ və faizin geri ödənilməsi şübhə altındadır, çünki borcalan banka bir neçə ödənişi etməmişdir və ya bankda borcalan krediti geri ödəyə bilməməsi yəni, borcalanın ödəmək qabiliyyəti və ya istəyi barədə aydın şübhənin olması barədə aydın məlumat mövcuddur. Vaxtı keçmiş kredit borcalan tərəfindən tam olaraq geri ödənilə bilər.

  • Qeyri işlək kredit vaxtı keçmiş kreditdir və bank borcalana kredit verdiyi məbləği tam şəkildə bərpa edə bilməyəcəyini təyin etmişdir. Beləliklə, bank özünün maliyyə hesabatlarında kreditin dəyərini bankın borcalandan geri almağı planlaşdırdığı dəyərə uyğunlaşdırmalıdır. Bankın kreditin dəyərini azaltdığı məbləğ “qismən silinmə”dir.

  • Ümidsiz kredit bankın maliyyə hesabatlarından çıxarılmış kreditdir, çünki bank borcalandan kreditin heç bir hissəsini geri qaytarmayacağına inanır. Ümidsiz kredit bankın kapitalını azaldacaq. Baxmayaraq ki, kredit tamamilə ümidsiz ola bilər, bank onun geri qaytarılması üzrə çalışmaya davam etməlidir.



MİSAL

Gözlənilməyən şərtlərə görə Mega Construction Inc., əvvəlki misaldakı borcalan, əsas məbləğ və faiz ödənişlərini vaxtlı vaxtında edə bilməmişdir. Mega Construction, ev tikən, zəifləyən daşınmaz əmlak bazarı tərəfindən təsirlənmiş və özünün artıq tikilmiş əmlak inventarını sata bilməmişdir. Bunun nəticəsində, o planlaşdırılmış şəkildə kredit ödənişlərini etmək üçün kifayət qədər vəsait cəlb edə bilməmişdir.

FirstBanka məlum olanda ki, Mega Construction öz kreditinin əsas məbləği və/ya faiz ödənişlərini vaxtında etməyi davam etdirə bilməyəcək, o bu krediti qeyri-işlək və ya şübhəli kredit kimi qeyd etmişdir. Hər hansı bir bankda olduğu kimi, qeyri-işlək kreditlər FirstBankın rəhbərliyindən və həmçinin öz tənzimləyicilərindən əlavə diqqət alır. İlkin olaraq, FirstBank Mega Constructionla işləyərək və ödənişləri etmək üçün və ya alternativ olaraq kreditə faiz ödənişini ən azı müvəqqəti olaraq azaltmaq üçün əlavə vaxt verməklə möhlət verir. Bu vəziyyətdə, FirstBank kreditin dəyərinə heç bir düzəliş etməli olmaya bilər. Əgər Mega Construction Inc. öz ödənişlərini vaxtında yerinə yetirə bilsə, kredit artıq qeyri-işlək kimi təsnif olunmayacaqdır.

Bununla belə, əgər möhlət Mega Construction-a kömək etmirsə və o ödənişləri çatdıra bilmirsə, FirstBank o zaman qərar verir ki, borcalanın banka borclu olduğu bütün ödənişləri yəqin ki, ödəməyəcəkdir. O halda, bank onun balans hesabatında qeyd olunmuş dəyərə düzəliş etməlidir. Bu ya silinmə, ya da xüsusi təminat vasitəsilə əldə edilə bilər (təminatlar barədə növbəti bölümdə daha ətraflı).

Kredit silindikdə, kreditin dəyəri bankın geri qaytarmağı gözlədiyi dəyərə qədər azaldılır. Misal üçün, əgər FirstBank, onun mövcud kreditinin yalnız 80%-ni bərpa edə bilməsinə inanırsa, o həmin kreditin dəyərini 20% və ya 1 milyon ABŞ dolları qədər azaldır. Bu kredit sonra onun xalis dəyəri və ya 4 milyon ABŞ dolları məbləğində qeyd olunur və 1 milyon ABŞ dolları silinir və beləliklə bankın aktivləri və beləliklə onun kapitalını azaldır.

Əgər vəziyyətə daha da pisləşirsə və Mega Construction İnc. şirkətinin 5 milyon ABŞ dollarlıq kreditinin hətta 80%-ni geri ödəyə bilməyəcəyi ehtimalı yaranırsa, bank krediti bir az da silərək ağlabatan hesab etdiyi dəyərə qədər azaldır. Əgər FirstBank iqtisadi vəziyyətinin əhəmiyyətli şəkildə pisləşməsi və ya digər amillərə görə kreditin ümumiyyətlə geri ödənilməyəcəyini düşünürsə - bank kreditin özünün balans hesabatında qeyd olunmuş 4 milyon ABŞ dollarlı hissəsini də silmək və hesabatdan çıxartmaqdan başqa heç bir seçimi qalmır.

Yuxarıdakı ssenaridə bank krediti iki mərhələdə silmişdir. Birincisi, o kreditin məbləğini azaltmışdır. Sonra, Mega Construction heç bir ödəniş edə bilmədiyi üçün, bank bütöv krediti özünün balans hesabatından çıxarmalı olmuşdur.

Bankların qeyri-işlək kreditlərlə necə məşğul olması onun fəaliyyət göstərdiyi tənzimləmə qaydalarından, bankların risklərin idarə olunması siyasətlərinin nə dərəcədə mühafizəkar olmasından və bankın rəhbərliyinin özünün ümumi bankın idarəçiliyində işlətdiyi prudensiallıq dərəcəsindən asılıdır.

Prudensial idarəetmə bankın korporativ idarəetməsinin bir funksiyasıdır və bankın idarə heyəti və bankın əməliyyat strukturu tərəfindən dəstəklənən risklərin idarə olunması mədəniyyətini əks etdirir. Çox mühafizəkar və ya prudensial şəkildə idarə olunan banklar kredit qeyri-işlək olan kimi bütöv krediti aktiv şəkildə silə bilərlər. Digər banklar daha az mühafizəkar yanaşma işlədə bilərlər və kreditlərin azaldılması və ya hətta silinməsini bacardıqları qədər gecikdirə bilərlər. Tənzimləyicilər bankların kitablarında qeyri-işlək kreditlərə necə münasibət göstərmək barədə yol göstərmələrinə baxmayaraq, banklar, xüsusilə məhdud maliyyə gücünə sahib olanlar, adətən aktivlərin azaldılması və ya silinməsinə gələndə daha az mühafizəkar ola bilərlər və onları aydın səbəblərə görə özlərinin kitablarında ilkin dəyərləri ilə daha uzun müddət saxlaya bilərlər.

Qeyri-işlək aktivlərlə işləməkdə banka mülahizə imkanı verildiyi üçün, tənzimləyicilər bankların qeyri-işlək kreditlərlə necə rəftar etdiyinə çox diqqət yetirirlər, çox zaman bankların əlavə azaldılmalar etməsini tələb edirlər. Azaldılmaları və ya silmələrin gecikdirilməsi asanlıqla bankın maliyyə vəziyyətinin səhv dəyərləndirilməsinə səbəb ola bilər, çünki onun kreditlərinin dəyəri şişirdiləcək. Kreditlərin dəyərinin şişirdilməsi bankın qazanc imkanlarına və onun səhmdar kapitalına mənfi təsir edir. Bu onun əməliyyatları dəstəkləmək və gələcək zərərləri cəlb etmək qabiliyyətinə mane ola və səhmdarlar üçün çaşdırıcı ola bilər.




      1. Kredit Zərərlərinin və Kredit üzrə Zərər Ehtiyatlarının Əvəzinin Ödənilməsi

Sonrakı bölmələrdə görəcəyimiz kimi, xüsusilə Fəsil 5-də, bankın bütöv kreditləşdirmə prosesi borcalanın ödəyə bilməmə ehtimalı barədə proqnoz verməyə istiqamətlənir. Bank verdiyi bütün kreditləri dərindən təhlil etməsinə baxmayaraq, elə bir şərait yarana bilər ki, ilkin olaraq yaxşı, yüksək keyfiyyətli kredit hesab olunan kredit qeyri-işlək kredit olsun. Banklar bunu bilirlər və verdikləri kreditlərə görə zərərlərin ağlabatan səviyyədə olacağını gözləyirlər. Gözlənilən kredit zərərlərini kompensasiya etmək üçün banklar öz kreditlərini müvafiq şəkildə qiymətləndirirlər: kreditə görə borcalanın ödədiyi faiz dərəcəsi və digər haqlar kredit verənin üzərinə götürdüyü riski kompensasiya etmək üçün hesablanır (əgər borcalan krediti ödəməzsə bankın ziyan çəkəcəyi potensial kredit zərərləri daxil olmaqla). Bu səbəbə görə yüksək riskli borcalanlar banka daha yüksək faiz dərəcəsi ödəyirlər.

Bankın kredit zərərlərinin təsirini idarə etmək üçün istifadə edə bildiyi digər bir yanaşma özünün balans hesabatında kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatı yaratmaqdır. Özlərinin balans hesabatlarındakı müddəaları vasitəsilə banklar pis kreditlərdən itirəcəklərini gözlədikləri zərərləri bərpa etmək üçün öz qazanclarının bir hissəsini kənara qoyurlar. Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat bankın gəlirini azaldır və balans hesabatında kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat yaradır, hansı ki, bankın balans hesabatında qeyd olunmuş kreditlərin dəyərini azaldır. Kredit zərərlərinin ödənilməsi üçün ehtiyata həmçinin “kredit zərərləri üçün təminat və ya “borc zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat” da deyilir.
MİSAL

Yuxarıda qeyd olunan Bölmə 2.2.4-dəki mənfəət-zərər hesabatından istifadə etməklə, vergilərdən əvvəlki qazanc 25 milyon ABŞ dolları olmuşdur. Bank kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat verdikdə, bankın qazancları birbaşa olaraq azalır. Əgər bank 2 milyon ABŞ dolları məbləğində kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat vermək qərarına gəlirsə, o öz qazancını bu təminatın məbləği qədər azaldır.

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminatdan əvvəl qazanc 25 milyon dollar

- Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat 2 milyon dollar

= Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminatdan sonra və vergilərdən əvvəlki qazanc

23 milyon dollar


Banklar kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat hesablandıqdan sonra qazanclara görə vergi ödəyir.

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat və kredit zərərlərinin əvəzi üçün ehtiyat arasında vacib bir fərq vardır. Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat bankın mənfəət-zərər hesabatında qeyd olunur və bankın qazancına təsir edir. Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat bankın balans hesabatında qeyd olunur və bankın aktivlərinin dəyərinə təsir edir.


Kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə təminat ümumi və ya xüsusi ola bilər. Kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ümumi təminat zamanla kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyatları qurmaq üçün istifadə olunur və hər hansı bir fərdi kreditin fəaliyyəti ilə həvəsləndirilmir. Aşağıdakılar etmək üçün kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ümumi təminatlar istifadə oluna bilər:

  • Bank verdiyi hər hansı kreditlər əlaqələndirilən zərərləri əvəzləmək, qeyri-işlək olan hər hansı bir xüsusi krediti təyin etmək məcburiyyəti olmadan və ya

  • Banka müəyyən müddətdə öz qazancını hamar etməyə imkan vermək.

Yaxşı vaxtlarda banklar adətən yaxşı işləyirlər, nadir baş verən ödənilməmə halları ilə qarşılaşırlar və yüksək qazanc gətirirlər. Sabitlik və yüksək qazanc banklara iqtisadi tənəzzülün qabaqcadan proqnozlaşdırılması ilə bankın kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatına kömək etmək üçün özlərinin normal biznes əməliyyatlarının bir hissəsi olaraq kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat verməyə imkan verir. Banklar adətən əvvəlki təcrübə və biznes hökmlərinin əsasında hər il kreditlərə görə zərərlər üçün büdcə ayırırlar. Faktiki kredit zərərəri toplanmağa başlandıqda, adətən daha zəif iqtisadi vaxtlarda və ya tənəzzül mühitlərində, kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar bankın əziyyət çəkəcəyi zərərlərin bəzilərini və bəzən hamısını cəlb etmək üçün istifadə edilə bilər. Bank əvvəlki illərdə potensial zərər üzrə təminat verdikdən sonra, bu kredit zərərləri ilk olaraq kredit zərərlərinin əvəzinin ödənilməsi üçün bankın qazancını deyil.ehtiyatları azaldacaq. Bu səbəbə görə, əgər toplanmış kredit zərərlərinin əvəzinin ödənilməsi görə ehtiyatlar həmin il tükənmədikcə və əlavə təminatlar verilmədikcə, həmin ilin mənfəət-zərər hesabatında zərərlər nəzərə alınmır. Faktiki olaraq, müvafiq kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat saxlamaqla, bank öz qazancını hamarlaya bilir.

Bir çox banklar kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ümumi ehtiyatın onların kreditlərinin dəyərinin 1,5 – 2% (“kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat əmsalı”) arasında dəyişməsini istəyirlər. Tənzimləyicilər kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatın ölçüsünə çox diqqət yetirir, çünki kredit zərərləri üzrə qeyri-adekvat təminatlar iqtisadi tənəzzül zamanı bankın səhmdar kapitalına ziyan vura bilər, banklar potensial olaraq böyük ölçülü zərərlərə qarşı tab gətirmək üçün ən çox qorunmaya ehtiyacı olan zaman.

MİSAL

Yuxarıdakı FirstBank-a aid olan misalımıza nəzər salsaq, biz kredit zərərlərinə görə ümumi təminatın təsirini nümayiş etdirə bilərik. Bank öz kreditlərinin ümumi dəyərinin təxminən 2%-ni öz balans hesabatında ümumi kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat kimi saxlamaq qərarına gəlir. Bank öz kreditlərinin dəyərini 890 milyon ABŞ dolları məbləğində qeyd edir. Balans hesabatında kreditlər ödənilməsi gözlənilən dəyərdə qeyd olunduğu üçün, 890 milyon ABŞ dolları bankın geri ödənilməyi gözlədiyi dəyərdir. Bankın verdiyi kreditlərin ümumi dəyəri 908 milyon ABŞ dollarıdır, 18 milyon ABŞ dolları məbləğində 2%-lik kredit zərərlərinin örtülməsi üçün ehtiyat daxil olmaqla.3

Şəkil 2.12 müxtəlif kredit növləri üçün kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatları nəzərə almaqla FirstBankın təfərrüatlı balans hesabatını nümayiş etdirir.
Şəkil 2.12 Müxtəlif kredit növləri və kredit zərərlərinin ödənilməsi üçün ehtiyatlar


Aktivlər milyon dollarla

Məbləğ

Öhdəliklər milyon dollarla

Məbləğ

Nağd pul

10

Qısa müddətli əmanətlər

300

Dövlət istiqrazları

100




250

Yerli hökumətə kreditlər, cəmi

-çıxılsın kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar

= Yerli hökumətə kreditlər, xalis


194







4






190








Kiçik və orta müəssisələrə kreditlər, cəmi

- kredit zərərlərinin ödənilməsi üçün ehtiyatlar

= Kiçik və orta müəssisələrə kreditlər, xalis


204







4






200








İri korporasiyalara kreditlər, cəmi

- kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar

= Böyük korporasiyalara kreditlər, xalis


510

Qısa müddətli maliyyələşmə

200

10

Uzun müddətli istiqrazlar

150

500


Səhmdar kapitalı

100

CƏMİ

1000

CƏMİ

1000



Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün spesifik təminat kredit zərərlərinin əvəzinin ödənilməsinin proqnozlaşdırılması ilə saxlanan ehtiyatdır, hansı ki, bir xüsusi kreditlər əlaqədar olan kreditləri əvəzləmək üçün istifadə oluna bilər. Spesifik kredit ehtiyatlarının ödənilməsi üçün ehtiyatı yoluna qoymaq üçün mühasibatlıq addımları və nəticələri ümumi kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat üçün olanla eynidir.
MİSAL
FirstBank başa düşəndə ki Megal Constructiona verilən kredit qeyri-işləkdir, FirstBank həmin kreditə qarşı kredit zərərlərinin əvəzinin ödənilməsi üçün spesifik təminat verə bilər. Əgər bank inanırsa ki, 5 milyon ABŞ dollar məbləğindəki kreditin yalnız 4 milyon ABŞ dolları geri qaytarıla biləcək, o mənfəət-zərər hesabatında 1 milyon ABŞ dolları məbləğində təminat yarada bilər. Bu təminat bankın xalis gəlirini azaldacaq və həmçinin bankın kapitalına da təsir edəcək.

1 milyon ABŞ dolları miqdarındakı kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat bankın kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatı artıracaq. Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlardakı bu artım bankın balans hesabatında qeyd olunmuş kreditlərin (aktivlərin) xalis dəyərini 1 milyon ABŞ dolları qədər azaldır. Spesifik təminatın nəticəsində Mega Construction kreditinin xalis dəyəri bankın balans hesabatında 4 milyon ABŞ dollarıdır.





      1. Kredit üzrə Zərər Ehtiyatları və Kredit Zərərləri

İllər ərzində bankın topladığı və saxladığı kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar bankın qarşılaşacağını gözlədiyi gələcək silinmələri əvəzləmək üçün kifayət etməlidir. Bank bir kreditin dəyərini azaltdıqda və ya sildikdə kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar birinci növbədə azaldılır. Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün təminat əvvəllər gəliri azaltdığı (və kapitalı azaltdığı) üçün bankın aktivlərinə və bankın kapitalına birbaşa təsir etmir.


MISAL
İlin əvvəlində FirstBankın iri korporasiyalar üzrə kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyatları 10 milyon ABŞ dolları idi. Onların ümumi zərər ehtiyatları 18 milyon ABŞ dolları idi, amma sadələşdirilmiş misalda yalnız iri korporativ kreditlər üzrə kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyatlara diqqət yetirilir. Daha da sadələşdirmək üçün, bu kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlara təsir edən heç bir digər sövdələşmə yoxdur (yəni, bütün digər kreditlər müqavilədə olan şəkildə işləyirlər). Mega Constructiona təsir edən sövdələşmələr 2.4.3 və 2.4.4-cü Bölümlərdə misalda göstərildiyi kimi aşağıdakı kimi qeyd olunur:


  1. İl ərzində bank ümumi kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat kimi kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlara 2 milyon ABŞ dolları əlavə etmişdir.

Kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyatlar üzrə başlanğıc balans 10 milyon dollar

+ kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə təminat (mənfəət-zərər hesabatı) 2 milyon dollar (1)

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatın son balansı 12 milyon dollar




  1. Zəifləyən daşınmaz əmlak bazarının maddi cəhətdən təsir etdiyi ev tikən olan Mega Construction əsasən özünün artıq tikilmiş əmlaklarını sata bilmir və öz kredit ödənişlərini planlaşdırılmış şəkildə etmək üçün kifayət qədər vəsait cəlb edə bilməmişdir. Bank bu kredit üçün artıq 1 milyon ABŞ dolları məbləğində xüsusi ehtiyat yaratmışdır.

Kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyatlar üzrə başlanğıc balans 10 milyon dollar

+ kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə təminat (mənfəət-zərər hesabatı) 2 milyon dollar (1)

+ kredit z zərərlərinin əvəzinin ödənilməsi üzrə təminat (mənfəət-zərər hesabatı) 1 milyon dollar (2)


Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatın son balansı 13 milyon dollar


  1. Bank bu kredit üçün 1 milyon ABŞ dolları məbləğində xüsusi ehtiyat yaratmaq qərarına gəldikdən sonra, FirstBank krediti bankın bərpa edəcəyini gözlədiyi 4 milyon ABŞ dollarına qədər azaltmaq qərarına gəlir.

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar üzrə başlanğıc balans 10 milyon dollar

+ kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə təminat (mənfəət-zərər hesabatı) 2 milyon dollar (1)

+ Mega Construction krediti üzrə səciyyəvi ehtiyat 1 milyon dollar (2)

- Mega Construction kreditinin azaldılması 1 milyon dollar (3)

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatın son balansı 12 milyon dollar


Bank artıq Mega Construction krediti üzrə zərərlərə görə ilkin səciyyəvi təminat yaratdığı üçün, bu kreditin azaldılmasının təsirləri bankın aktivlərinə və kapitalına təsir etməyəcək.


  1. Əsaslı şəkildə pisləşən iqtisadi şərait bankın Mega Construction kreditinin yerdə qalmış 4 milyon ABŞ dollarlıq balansının yerdə qalan hissəsinin silinməsini zəruri edir.

Kredit zərərlərinin əvəzinin ödənilməsi üzrə ehtiyatlar üzrə başlanğıc balans 10 milyon dollar

+ kredit zərərlərinin örtülməsi üzrə təminat (mənfəət-zərər hesabatı) 2 milyon dollar (1)

+ Mega Construction krediti üzrə səciyyəvi ehtiyat 1 milyon dollar (2)

- Mega Construction kreditinin azaldılması 1 milyon dollar (3)

- Mega Construction kreditinin silinməsi 4 milyon dollar (4)

Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatın son balansı 8 milyon dollar

Qeyd etmək lazımdır ki, silinmə kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatları azaldır və bu kreditin silinməsinin bankın balans hesabatına xalis təsiri (aktivlər və passivlər) illər ərzində toplanmış ehtiyatların məbləğindən asılıdır. Əgər kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatlar zərərləri udmaq üçün kifayət edirsə, balans hesabatına heç bir təsir ola bilməz, çünki silinmələr bankın illər ərzində toplamış olduğu kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyatları azaldır.





Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə