Wiley finance


FƏSİL 2 Bankların İdarə Edilməsi



Yüklə 2 Mb.
səhifə5/32
tarix14.09.2018
ölçüsü2 Mb.
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   32

FƏSİL 2

Bankların İdarə Edilməsi

Fəsil 2 Fəsil 1-ə əsaslanır və demək olar ki, onun davamıdır və xüsusilə risklərin idarə olunması və tənzimlənmə ilə əlaqədar bankın idarə edilməsi mövzularını özündə əks etdirir. Bu fəsil bankın korporativ idarə edilməsi, bankların öz fəaliyyətləri barədə məlumat vermək üçün istifadə etdikləri maliyyə hesabatları, bank işində aktiv və passivlərin idarə olunması funksiyası və bankların kredit zərərlərini necə idarə etmələrini araşdırır.


Fəslin İcmalı


  • 2.1 Banklarda Korporativ İdarəetmə

  • 2.2 Balans Hesabatları və Mənfəət-Zərər Hesabatları

  • 2.3 Aktiv və Passivlərin İdarə Edilməsi

  • 2.4 Kredit üzrə Zərərlər


Əsas Məqamlar


  • Bankın korporativ idarəetməsi bankların öz əməliyyatlarını idarə etmək üçün və bankın maraqlı tərəflərini, çox zaman isə münaqişəli maraqlarını həll etmək üçün istifadə etdikləri quruluşa deyilir.

  • Banklar öz aktivləri, passivlərini və özlərinin müxtəlif biznes sövdələşmələri haqqında maliyyə hesabatlarında məlumat verirlər. Maliyyə hesabatları səhmdarlar, depozitorlar, maraqlı tərəflər və tənzimləyicilər üçün bankın fəaliyyəti barədə hərtərəfli icmalı təmin edir.

  • Banklar öz aktivlərini və passivlərini payçılara gəlirin maksimuma qaldırılması ilə eyni zamanda ümumiyyətlə risklərin azaldılması məqsədi ilə idarə edirlər.

  • Banklar işlək və qeyri-işlək kreditlərə müxtəlif cür münasibət göstərir; banklar qeyri-işlək kreditlərin potensial cəhətdən mənfi təsirlərini azaltmaq üçün özlərinin maliyyə hesabatlarında ehtiyatları artırırlar.




Əsas Terminlər


  • Aktivlər

  • Balans hesabatı

  • Ümidsiz kredit

  • Girov

  • Korporativ idarəetmə

  • Dividentlər

  • Kapital

  • Ədalətli bazar dəyəri

  • Mənfəət–zərər hesabatı

  • Mühasibat kitabında faiz dərəcəsi riski

  • Öhdəliklər

  • Likvidlik

  • Kreditlər üzrə zərərlərin ödənilməsi üçün ehtiyat

  • Bazar üçün nəzərdə tutulan

  • Xalis gəlir

  • Xalis faiz gəliri



  • Xalis faiz marjası

  • Qeyri-işlək kredit

  • Nizamnamə kapitalı

  • Vaxtı keçmiş kredit

  • İşlək kredit

  • Kredit zərərlərinin əvəzinin ödənilməsi üçün ehtiyat

  • Təkrar alış haqda müqavilə və ya repo

  • Bölüşdürülməmiş mənfəət

  • Əmanət hesabları

  • Ssenarinin təhlili və stress sınağı

  • Səhmdarlar

  • Ödəmə qabiliyyəti

  • Maraqlı tərəflər

  • Cari hesablar

  • Vaxtı keçmiş kredit


Bankların İdarə Edilməsi

2.1 BANK ÜZRƏ KORPORATİV İDARƏETMƏ
Bank özünün kollektiv şəkildə maraqlı tərəflər adlanan fərdi müştərilərinin, borcalanlarının, əmanətçilərinin, investorlarının, işçilərinin, səhmdarlarının, tənzimləyicilərinin və ictimaiyyətin bəzən ziddiyyətli tələblərini nəzərə almalıdır. Bütün maraqlı tərəflər bankın gələcək müvəffəqiyyətində maraqlıdırlar. Misal üçün, əgər bank müvəffəqiyyətli olarsa müştərilər davamlı biznes münasibətlərindən faydalanar, əmanətçilər öz pullarına davamlı çıxış əldə edər, işçilər işlə təmin olunar və əmək haqqı alarlar. Banklar bütün qərarların bankın dəyərini və bankın sahiblərinin - səhmdarların sərvətini artırmalı olduqlarını qəbul etdikləri halda, özlərinin bütün maraqlı tərəflərinin ziddiyyətli maraqlarını tarazlamağa çalışırlar. Səhmdarlar bankın gündəlik əməliyyatlarına nəzarət etmək üçün İdarə heyətini seçirlər. İdarə heyəti, səhmdarlar və şirkətin digər maraqlı tərəfləri arasındakı münasibətlər dəsti hesab olunan korporativ idarəetmə - bankların öz uğurlarını gücləndirmək üçün istifadə etdikləri fəaliyyət çərçivəsidir. Korporativ idarəetmə rəhbərliyə aşağıdakıları həyata keçirməyə kömək edən münasibətlər strukturunu yaradır:

  • Korporativ və strateji biznes məqsədlərini müəyyən etmək və gündəlik fəaliyyəti idarə etmək

  • Özünün bütün maraqlı tərəflərinin maraqlarını ayrı-ayrılıqda və həmçinin birgə nəzərə almaq

  • Bankı təhlükəsiz və sağlam bir şəkildə idarə etmək

  • Müvafiq qanunlar və qaydalara əməl etmək

  • Öz əmanətçilərinin maraqlarını qorumaq

Bankın korporativ idarəetməsinin quruluşu onun yerləşdiyi ölkənin hüquqi sistemindən, biznes ənənələrindən və bankın tarixi inkişafından asılıdır. İdeal təsvir olunacaq təşkilatın mövcud olmamasına baxmayaraq, adekvat şəkildə fəaliyyət göstərən idarəetmə sistemini dəstəklədiyini nümayiş edən və ümumi qəbul olunmuş idarəetmə konsepsiyaları və ideyaları mövcuddur. Səmərəli korporativ idarəetmənin məqsədi banklar kimi korporasiyalara həm banka, həm də onun maraqlı tərəflərinə faydalı olan daxili prosesləri yaratmağa kömək edən qaydaları müəyyən etməkdir.

Bir sıra milli və beynəlxalq təşkilatlar, agentliklər, korporasiyalar və təşkilatlar yaxşı korporativ idarəetmənin nə ilə və ya necə yarandığını müəyyən etməyə çalışmışlar. Müəyyən olunmuş elementlərin bəzilərinə bunlar daxildir:
İdarə heyəti

İdarə heyəti şirkətin idarə edilməsi və fəaliyyəti üçün əsas məsuliyyəti daşıyır və onun idarə edilməsinə cavabdehdir.


İdarə heyəti

  • Bankın riskə dözümlülük səviyyələrinin müəyyən olunması daxil olmaqla, bankın ümumi strateji istiqamətini təyin etməlidir

  • İşə götürməlidir və işdən çıxarmalıdır; yüksək rəhbərliyin fəaliyyətinə nəzarət etməli, yol göstərməli və təhlil etməlidir; və yüksək rəhbərliyin maaşlarını təyin etməlidir

  • Bankın fəaliyyətinə nəzarət etməlidir, mütəmadi maliyyə və risk hesabatlarını nəzərdən keçirməlidir

  • Həm şəxsi, həm də peşəkarlıq cəhətdən səriştəli və səhmdarların maraqlarına uyğun bir şəkildə direktor kimi fəaliyyət göstərmə qabiliyyətində olmalıdır;


  • Siyasətləri müəyyən etmək və təsdiqləmək üçün yüksək rəhbərlik və daxili auditorlarla müntəzəm olaraq görüşməlidir

  • Bankın ali rəhbərliyinin hesabat xətlərini, hüquqlarını və məsuliyyətlərini nəzərdən keçirməlidir

  • Xüsusilə kənar direktorlar daxili və xarici təzyiqlərdən azad olmalı və bankın gündəlik idarə edilməsində iştirak etmədən sağlam məsləhət verməlidirlər.

İxtisaslaşmış komitələr İdarə heyətinin ümumi işini dəstəkləyir və İdarə heyəti üzvlərinə xüsusi sahələrə nəzarət etməyə imkan verirlər. Bu komitələr risklərin idarə olunması, audit, kompensasiya və İdarə heyətinə namizədlər kimi sahələri əhatə edəcək. Xüsusilə kiçik banklarda, İdarə heyəti səviyyəsindəki komitəyə böyük kreditlər üzrə qərarları nəzərdən keçirmək tapşırıla bilər.

İdarə heyəti bankın strategiyasını və riskə davamlılıq səviyyələrini müəyyən edərkən, o bankın hansı növ aktivləri ilkin olaraq qəbul etməli olduğuna faktiki olaraq qərar verir. Mahiyyət etibarilə hər hansı bir bank aşağı riskli strategiya və yüksək riskli strategiyanı izləmə arasında seçim edə bilər.


  • Aşağı riskli strategiya, girov tələbləri də daxil olmaqla, ciddi kreditləşdirmə standartları ilə (Fəsil 4) yüksək keyfiyyətli istiqrazların (xüsusilə, dövlət istiqrazları) və kreditlərin verilməsi ilə nəticələnir. Bu aktivlər mühafizəkar hesab olunur, ödənilməmə riski az olur. Fəsil 6-da istiqrazlar müzakirə olunacaqdır.

  • Yüksək riskli strategiya daha az ciddi kreditləşdirmə standartları olan (Fəsil 4) aşağı keyfiyyətli istiqrazların (xüsusilə, aşağı dərəcəli korporativ istiqrazlar) və kreditlərin verilməsi ilə nəticələnir. Bu aktivlərin hamısı riskli hesab olunur və onların ödənilməmə riski yüksək olur.

Bankın aşağı və ya yüksək riskli strategiyaya malik olmasından asılı olmayaraq, İdarə heyəti bankın necə ehtiyatlı və ya mühafizəkar şəkildə idarə edilməsini müəyyən etməlidir. Ehtiyatlı bir bank verdiyi kreditlərə yaxından nəzarət edir, o adekvatlıqdan daha çox likvidliyə malikdir və ümumiyyətlə öz əməliyyatlarının bütün cəhətləri üzrə ciddi daxili nəzarətə malikdir. Tənzimləmə nöqteyi nəzərindən aşağı risk strategiyasını izləyən və ehtiyatlı şəkildə idarə olunan bank optimaldır. Ehtiyatlı şəkildə idarə edilməyən və yüksək riskli strategiya izləyən bir bank tənzimləyicilərə əhəmiyyətli şəkildə problem yaradır.

Bankın təşkilati strukturu bankın sədri üçün qorunan bir biznes qərarı olmasına baxmayaraq, İdarə heyəti sədrinə bankın təşkilati strukturunun geniş tərtibatı barədə məsləhət verə bilər. Bununla belə, qeyd olunmalıdır ki, İdarə heyətinin nəzarət öhdəlikləri və bankın gündəlik idarəetməsi və gündəlik qərarvermə arasında bir xətt mövcuddur və bu xətt bankın sədrinin və bankın yüksək rəhbərliyinin ixtiyarındadır. Şəkil 2.1-də səciyyəvi bir təşkilat strukturu təsvir olunur.

Şəkil 2.1 Səciyyəvi təşkilat strukturu




İdarə heyəti

Risklərin İdarə Olunması, Audit, Heyət və Namizədlər Komitəsi





Prezident və Sədr


Reteyl Bankın Rəhbəri

Kommersiya Bankının Rəhbəri

İnvestisiya Bankının Rəhbəri

İnzibati İdarənin Rəhbəri

Maliyyə İdarəsinin Rəhbəri

Risklər İdarəsinin Rəhbəri

Reteyl Bankın Direktoru

Kommersiya Daşınmaz Əmlak Bankının Direktoru

Bazar Ticarətinin Direktoru

Uyğunluq Funksiyası İdarəsinin Direktoru

ALM Funksiyası İdarəsinin Direktoru

Əməliyyat Riskləri İdarəsinin Direktoru

Kredit Kartı Xidmətləri üzrə Direktor

Ödəniş Xidmətləri üzrə Direktor

Mülkiyyət Ticarəti üzrə Direktor

İT (İnformasiya texnologiyaları)

Funksiyası üzrə Direktor



Daxili Audit Funksiyası üzrə Direktor

Kredit Riskləri İdarəsinin Direktoru

Daşınmaz Əmlak Bankının Direktoru

Kiçik və Orta müəssisələr üzrə Bank Direktoru

Aktivlərin İdarə Edilməsi üzrə Direktor

Hüquqi Funksiya üzrə Direktor

Daşınmaz Əmlak Bankının Direktoru

Bazar Riski İdarəsinin Direktoru

Sövdələşmə Xidmətləri üzrə Direktor

Xüsusi Maliyyə Direktoru

Layihəli Maliyyə üzrə Direktor

Əməliyyatlar Direktoru

Mühasibat Funksiyası üzrə Direktor

Risk Analitikləri İdarəsinin Direktoru

Reteyl İnvestisiya Əməliyyatları üzrə Direktor

İri Kommersiya Bankının Direktoru

Birləşmə və Əldəetmə İdarəsinin Direktoru

İR Funksiyası

üzrə Direktor



Xarici Hesabat Funksiyası üzrə Direktor







Lizinq və Avadanlığın Maliyyələşməsi üzrə Direktor













Təşkilatın başında İdarə heyəti durur. İdarə heyətindən aşağıda ali rəhbərliyə nəzarət edən şirkətin prezidenti durur. Baş direktorlar öz növbələrində biznes bölmələrinin, kiçik menecerlərin və işçilərin fəaliyyətinə nəzarət edirlər. Bu ierarxiya strukturu müxtəlif bizneslər üzrə korporativ fəaliyyətin əlaqələndirilməsini təmin edir.

Şirkət və ya bankın təşkilat strukturuna aşağıdakı xüsusiyyətlər daxil olmalıdır:
Ali Rəhbərlik

Ali rəhbərlik direktorlara hərtərəfli nəzarət edir (direktorlar müəyyən biznes xətti və ya əməliyyat funksiyasının inkişafı üzrə birbaşa olaraq məsuliyyət daşıyır). Baş direktorlar üçün vacib bir tapşırıq əsasən öhdəlikləri yerinə yetirmək və hər bir işçinin fəaliyyətini təmin etməkdən ibarətdir.


Daxili və Xarici Auditorlar

Daxili və xarici auditorlar ali rəhbərlik tərəfindən İdarə heyətinə tənzimləyicilərə və ictimaiyyətə çatdırılan məlumatı təsdiqləyir. Həm daxili, həm də xarici auditorlar korporativ idarəetmədə vacib rol oynayırlar. İdarə heyəti auditorların əlaqəsini aşağıdakı yollarla dəstəkləyir və qoruyur:



  • İdarə heyəti, auditorları qəbul olunmuş standartlar əsasında şirkətin maliyyə vəziyyətinin obyektiv qiymətləndirməsini hazırlamağa və əldə olunan məlumatları birbaşa olaraq İdarə heyətinə çatdırılmasına cəlb etməklə, auditorların müstəqilliyini dəstəkləyirlər.

  • İdarə heyəti şirkətin daxili nəzarətinin effektliliyini yoxlamaq üçün xarici auditorlar cəlb edirlər.

  • İdarə heyəti vaxtında və effektli şəkildə auditorların əldə etdikləri məlumatları nəzərdən keçirməli və auditorlar tərəfindən müəyyən olunmuş problemlərin ali rəhbərlik tərəfindən təcili şəkildə həllini tələb etməlidir.


Şəffaflıq

Şəffaflıq maraqlı tərəflərə, investorlara, ictimaiyyətə və tənzimləyicilərə bankın fəaliyyətini və ali rəhbərliyin və İdarə heyətinin öz öhdəliklərinin icra effektivliyini qiymətləndirməkdə kömək edir. Şəffaflığın dərəcəsi informasiyanın ictimaiyyətə açıqlanması dərəcəsi ilə əlaqəlidir. Minimum səviyyədə, ictimaiyyətə açıqlanmaya aşağıdakılar daxil olmalıdır:



  • İdarə heyəti və onun alt-komitələrinin sayı və xüsusiyyətləri

  • Şirkətin ali rəhbərliyinin strukturu, xüsusiyyətləri və vəzifələri

  • Bankın hüquqi strukturu daxil olmaqla onun əsas təşkilati strukturu barədə məlumat

  • Rəhbər işçilərin həvəsləndirmə strukturu və kompensasiya siyasəti barədə məlumat (adətən bir neçə rəhbər və yaxşı kompensasiya olunan işçilər məhdudlaşır)

  • Filiallar və əlaqəli tərəflərlə əməliyyatların mahiyyəti və dərəcəsi



    1. BALANS HESABATLARI VƏ MƏNFƏƏT-ZƏRƏR HESABATLARI

Bankın İdarə heyəti və ali rəhbərliyinin yerinə yetirməli olduğu korporativ idarəetmənin əsas vəzifələrindən biri bankın bütün əməliyyatlarını düzgün şəkildə qeyd etmək və bunlara görə məsuliyyət daşımaqdır. Əməliyyatlara bankın kreditləri, investisiyaları və digər aktivləri və həmçinin depozitləri daxildir. Bu qeydlər bankın maliyyə hesabatları üçün əsas bazanı təşkil edirlər: onun balans hesabatı, mənfəət-zərər hesabatı, nağd pul axını hesabatı və bu hesabatlara edilən qeydlər. Maliyyə hesabatları vasitəsilə bank maliyyə vəziyyəti barədə özünün maraqlı tərəfləri və tənzimləyicilərlə əlaqə qura bilir. Bu bölmədə əsas diqqət balans hesabatı və mənfəət-zərər hesabatına yetirir.



  • Balans hesabatı müəyyən bir zamanda, misal üçün ilin sonunda, bankın sahib olduğu bütün aktivləri, passivləri və səhmdar kapitalı göstərir. O bankın sahib olduqları (aktivlər) və borclu olduqları (passivlər) və onların arasındakı fərqə malik olan bankın kapitalının əsas şəklidir.

  • Mənfəət-zərər hesabatında bir ay, bir rüb və ya bir il kimi müəyyən zaman müddətində bankın qarşılaşdığı bütün gəlirlər və xərclər qeyd edilir.




      1. Bankın Aktivləri

Bankın balans hesabatında adətən nağd pul, qiymətli kağızlar, investisiyalar və kreditlər, daşınmaz əmlak və digər aktivlər olur. Bankın aktivlərinin əksəriyyəti bankın mühasibat və ya ticarət kitablarında saxlanır. Bankın aktivlərinin kiçik bir hissəsi nağd pul şəklində, ödəniş və ya nağd çıxarma üzrə ehtiyacları qarşılamaq üçün bankın ehtiyatında, mərkəzi bankda ehtiyatlar kimi, yaxud da özünün tənzimləyici ehtiyat tələblərini yerinə yetirmək üçün digər banklarda qoyulmuş əmanət şəklində saxlanılır. (bax Fəsil 1).

Aşağıdakı Şəkil 2.2-də təsvir olunan olunan bir FirstBank üçün sadə balans hesabatı göstərilir və bu bank kommersiya və sənaye məqsədləri üçün kredit verən səciyyəvi ortahəcmli bir bankdır. Bank öz aktivlərini – sahib olduğu istiqrazları və verdiyi kreditləri - əmanət və kreditlərin birləşməsindən istifadə edərək maliyyələşdirir. Fəslin yerdə qalan hissəsində biz bu fərz olunan balans hesabatından nümunə kimi istifadə edəcəyik.




Şəkil 2.2 FirstBank balans hesabatı


Aktivlər milyon dollarla

Məbləğ

Öhdəliklər milyon dollarla

Məbləğ

Nağd pul

10

Qısa müddətli depozitlər

300

Dövlət istiqrazları

100

Uzun-müddətli depozitlər

250







Cəmi depozitlər

550

Yerli hökumətə kreditlər, cəmi

190

Qısa müddətli kreditlər

200

Kiçik və Orta Müəssisələrə kreditlər, cəmi

200

Uzunmüddətli istiqrazlar

150

Böyük korporasiyalara kreditlər

500

Digər öhdəliklərin cəmi

350

Cəmi kreditlər

890

Cəmi öhdəliklər

900







Səhmdar kapitalı

100

CƏMİ

1000

CƏMİ

1000

İdarəetmə nöqteyi nəzərindən bankın aktivləri - tərkibində bənzər xüsusiyyətli aktivlərə malik olan iki “kitaba” bölünür.



  • Bankın ticarət kitabına bankın istiqrazlar, səhmlər kimi qiymətli kağızlar və əmtəələrə qoyulan investisiyalar daxildir. Ticarət kitabı əsasən bazar riskinə məruz qalır. Fəsil 6-da adətən ticarət kitabında olan müxtəlif maliyyə aktivlərinin risklərini daha təfərrüatı ilə müzakirə ediləcəkdir.

  • Bankın mühasibat kitabı bankın verdiyi kreditlərə istinad edir. Mühasibat kitabındakı əsas risk kredit riskidir. Bankın mühasibat kitabını idarə edərkən faiz dərəcəsi riski xüsusilə nəzərə alınır (bax Bölmə 2.3.1). Fəsil 4 və 5-də bankların hər zaman verdikləri müxtəlif kredit növlərinin risklərini təfərrüatı ilə müzakirə ediləcəkdir.

Aşağıdakı Şəkil 2.3 FirstBank üçün bizim fərz etdiyimiz ticarət kitabı və mühasibat kitabı arasındakı fərqi təsvir edir.

Şəkil 2.3 Ticarət və mühasibat kitabları




Aktivlər milyon ABŞ dolları ilə

Məbləğ

Kitab

Nağd pul

10




Dövlət istiqrazları

100

Ticarət

Yerli hökumətə kreditlər

190




Kiçik və orta Müəssisələrin kreditləri

200

Bank işi

İri korporasiyalara kreditlər

500




CƏMİ

1,000






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə