World Bank Document



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   ...   4   5   6   7   8   9   10   11   12

24

3.1.8. 


Şura iclaslarının çağırılması və keçirilməsi ilə bağlı aşağıdakı tədbirlər görmək:

3.1.8.1.  Şura sədri ilə birlikdə hər il üzrə şura iclaslarının qrafikini müəyyənləşdirmək və Şura üzvlərinin həmin 

qrafiklə tanış olmasını təmin etmək;

3.1.8.2.  Şura  iclasının keçirilməsinə  azı  ____ gün  qalmış  Şura  üzvlərinə  bu  barədə  məlumat  göndərmək  və 

iclasın gündəliyini təqdim etmək;

3.1.8.3.  Zəruri hallarda Şura üzvlərinə iclasın gündəliyinə daxil olmuş məsələlər üzrə səsvermə bülletenlərini 

göndərmək, üzvlər tərəfindən doldurulmuş bülletenləri toplamaq və Şura sədrinə təqdim etmək;

3.1.8.4.  İclasın protokolunun aparılması və saxlanmasını təmin etmək;

3.1.8.5.  İclasın protokolunu, habelə digər zəruri sənədləri Şura üzvlərinin tələbi ilə onlara təqdim etmək;

3.1.8.6.  İclasların çağırılması və keçirilməsi ilə bağlı Şura üzvlərinin sorğularını cavablandırmaq;

3.1.9. 

Cəmiyyətin  idarəetmə  və  digər  orqanları  arasında  effektiv  məlumat  mübadiləsi  sisteminin  təşkil 



olunmasına yardım etmək;

3.1.10.  Qanunvericiliyin tələblərinə və Cəmiyyətin daxili normativ sənədlərinə uyğun olaraq Cəmiyyət barədə 

məlumatın saxlanması və açıqlanması qaydalarına riayət olunmasına nəzarət etmək;

3.1.11.  Cəmiyyət barədə zəruri məlumatın (o cümlədən, Cəmiyyətin qiymətli kağızlarının emissiya prospektinin, 

aidiyyəti  şəxslərlə  bağlanmış  əqdlərin

11

),  illik  maliyyə  və  digər  hesabatlarının  qanunvericiliyə  uyğun 



olaraq açıqlanmasını təmin etmək;

3.1.12.  Cəmiyyət tərəfindən səhmlərin geri satın alınması barədə məlumatın səhmdarlara çatdırılmasını təmin 

etmək;

3.1.13.  Cəmiyyətin səhmdarları, Şura üzvləri və ya icra orqanının üzvləri arasında yaranmış və ya yarana biləcək 



maraqlar toqquşması halları barədə dərhal Şura sədrini məlumatlandırmaq;

3.1.14.  Cəmiyyətin səhmdarları, Şura üzvləri, icra orqanları və Cəmiyyətin fəaliyyəti ilə bağlı olan digər şəxslər 

arasında yaranmış mübahisə və münaqişələrin həllində vasitəçi kimi çıxış etmək;

3.1.15.  Cəmiyyət ilə bağlı bütün sənədlərin lazımi qaydada saxlanmasını təmin etmək, onlara çıxış əldə etmək 

səlahiyyətində olan şəxslər üçün məqbul şərait yaratmaq, həmin şəxslərin tələbi ilə sənədlərin surətlərini 

təqdim etmək (sənədlərin surətləri Korporativ Müşavirin imzası ilə təsdiqlənməlidir);

3.1.16.   Səhmdarların Cəmiyyətə ünvanlanmış məktublarının, müraciət və ərizələrinin uçotunu aparmaq, onları 

Cəmiyyətin aidiyyatı orqanlarına və vəzifəli şəxslərinə ötürmək və onlara  müvafiq orqanlar və vəzifəli 

şəxslər tərəfindən baxılmasına nəzarət etmək;

3.1.17.  Səhmdarların  hüquqlarının  pozulması  hallarını  aşkar  etmək,  araşdırmaq  və  bu  barədə  Şura  sədrinə 

məlumat vermək.

3.2. 


Korporativ  Müşavir  öz  vəzifələrinin  yerinə  yetirilməsi  ilə  bağlı  Cəmiyyətin  bütün  orqanlarından  və 

vəzifəli şəxslərindən istənilən məlumat və sənədləri almaq hüququna malikdir.



4.  Korporativ Katiblik Aparatı

12

4.1. 


Korporativ Müşavirə həvalə edilmiş vəzifələrin effektiv surətdə icrasını təmin etmək üçün Cəmiyyətdə 

Korporativ Katiblik Aparatı (bundan sonra “Aparat” adlandırılacaq) təsis olunur. 

4.2. 

Aparatın tərkibinə Korporativ Müşavir və onun tabeliyində olan ____ işçi daxildir. Aparatın işçiləri Korpo-



rativ Müşavirin təqdimatı əsasında Cəmiyyətin icra orqanının rəhbəri tərəfindən vəzifəyə təyin olunurlar. 

4.3. 


Aparatın işçiləri Korporativ Müşavirin səlahiyyətləri çərçivəsində vəzifələr daşıyırlar. Onlar arasında vəzifə 

bölgüsü Korporativ Müşavir tərəfindən həyata keçirilir.

11

 Açıq səhmdar cəmiyyətləri üçün.



12

 Əsasən iri müəssisələrdə, habelə banklarda və digər maliyyə qurumlarında yaradıla bilər.

Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə



25

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR

4.4. 

Aparatın işçiləri öz vəzifələrinin lazımi səviyyədə icra edilməsi üçün kifayət olan təhsilə və iş təcrübəsinə 



malik olmalıdırlar. 

4.5. 


Aparatın  işçiləri  eyni  zamanda  Şuranın,  Cəmiyyətin  icra  orqanının,  daxili  audit  şöbəsinin  və  təftiş 

komissiyasının üzvü ola bilməzlər.



5.  Korporativ Müşavirin vəzifədən azad edilməsi

5.1. 


Korporativ Müşavir aşağıdakı hallarda tutduğu vəzifədən azad edilir:

5.1.1.  öz xahişi ilə;

5.1.2.  vəzifə müddəti başa çatdıqda;

5.1.3.  vəzifəsinin öhdəsindən gəlmədikdə;

5.1.4.  Korporativ Müşavir olmağa imkan verməyən vəzifəyə seçildikdə;

5.1.5.  qanunvericiliyin müəyyən etdiyi digər hallarda.

5.2. 

Korporativ Müşavir vəzifədən azad edildikdə, onun yerinə yeni şəxs təyin olunmalıdır. Vəzifədən azad 



edilmiş Korporativ Müşavirlə olan əmək müqaviləsinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyi 

ilə tənzimlənir. 



6.  Yekun müddəalar

6.1. 


Bu Əsasnamə Şura tərəfindən təsdiq edildiyi gündən etibarən qüvvəyə minir.

6.2. 


Bu  Əsasnamə  qüvvəyə  mindiyi  tarixdən  etibarən  Korporativ  Müşavir  barədə  Cəmiyyətin  əvvəlki 

əsasnamələri qüvvədən düşmüş hesab edilir.

6.3. 

Bu  Əsasnamənin  qüvvəyə  minməsindən  sonra  Azərbaycan  Respublikasının  qanunvericiliyində  və 



ya  Cəmiyyətin  nizamnaməsində  hər  hansı  dəyişiklik  baş  verdikdə,  Əsasnamənin  müddəaları  həmin 

dəyişikliklərə zidd olmayan hissədə tətbiq edilir. 

Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə



Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə