World Bank Document



Yüklə 390,75 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix01.09.2018
ölçüsü390,75 Kb.
#66699
1   ...   4   5   6   7   8   9   10   11   12

22

1.  Ümumi müddəalar

1.1. 


Bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktları və «_______» 

Açıq [Qapalı] Səhmdar Cəmiyyətinin (bundan sonra «Cəmiyyət» adlandırılacaq) Nizamnaməsi əsasında 

tərtib edilmişdir.

1.2. 


Cəmiyyətin Korporativ İdarəetmə Müşaviri (bundan sonra «Korporativ Müşavir» adlanacaq) Cəmiyyətdə 

korporativ idarəetmə məsələləri ilə bilavasitə məşğul olan vəzifəli şəxsdir. Korporativ Müşavir:

1.2.1.  Cəmiyyətdə idarəetmənin təşkili və inkişafı siyasətinin müəyyənləşdirilməsində iştirak edir;

1.2.2.  həmin  siyasətin  Cəmiyyətin  bütün  orqanları  və  vəzifəli  şəxsləri  tərəfindən  riayət  olunmasına  effektiv 

surətdə nəzarətin həyata keçirilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər görür;

1.2.3.  Cəmiyyətin  səhmdarlarının  ümumi  yığıncağının,  müşahidə  şurasının  və  icra  orqanının  iclaslarının 

çağırılması və keçirilməsi üçün zəruri olan hərəkətləri yerinə yetirir;

1.2.4.  Cəmiyyətin  idarəetmə  və  digər  orqanları  arasında  məlumat  mübadiləsinin  effektiv  surətdə  təşkil 

olunmasına xidmət edir;

1.2.5.  Cəmiyyət tərəfindən zəruri məlumatın lazımi qaydada açıqlanması üçün tədbirlər görür;

1.2.6.  Cəmiyyət  tərəfindən  səhmdarların  və  digər  maraqlı  şəxslərin  müraciət  və  şikayətlərinə  baxılmasına  və 

yaranmış mübahisələrin məhkəmədənkənar vasitələrlə həll edilməsinə yardım edir.

1.3. 

Korporativ  Müşavir  öz  fəaliyyətində  mövcud  qanunvericiliyin,  Cəmiyyətin  Nizamnaməsinin  və  digər 



normativ sənədlərinin, o cümlədən bu Əsasnamənin müddəalarını rəhbər tutur.

1.4. 


Korporativ Müşavir öz əmək funksiyalarını onunla Cəmiyyət arasında bağlanmış müvafiq əmək müqaviləsi 

əsasında həyata keçirir. 



2.  Korporativ Müşavirin vəzifəyə təyin olunması

2.1. 


Korporativ  Müşavir  Cəmiyyətin  Müşahidə  Şurasının  (bundan  sonra  Şura  adlandırılacaq)  iclasında 

iştirak edən üzvlərin _____ səs çoxluğu ilə təyin olunur. Korporativ Müşavir vəzifəsinə namizədlər Şura 

üzvlərinin hər biri tərəfindən irəli sürülə bilər.

2.2. 


Korporativ Müşavir vəzifəsinə namizədliyi irəli sürülən şəxs aşağıdakı tələblərə cavab verməlidir:

2.2.1.  ali təhsilli olmalı;

2.2.2.  Korporativ Müşavir səlahiyyətlərini həyata keçirmək üçün lazımi təcrübəyə və peşəkar səriştəyə malik 

olmalı;


2.2.3.   __________________________.

2.3. 


Korporativ  Müşavir  vəzifəsinə  şəxsin  namizədliyi  irəli  sürüldükdə  Şura  üzvlərinə  həmin  şəxs  barədə 

aşağıdakı məlumatlar təqdim olunmalıdır:

2.3.1.  təhsili, iş təcrübəsi, o cümlədən son ____ il ərzində tutduğu vəzifələri;

2.3.2.  mülkiyyətində Cəmiyyətin səhmlərinin olub-olmaması (olduqda – səhmlərin miqdarı);

2.3.3.  Cəmiyyətin aidiyyəti şəxsi olub-olmaması;

2.3.4.  Cəmiyyətin aidiyyəti şəxsləri hər hansı münasibətləri;

2.3.5.  ___________________________;

2.3.6.  Korporativ Müşavir vəzifələrinin icrasına ciddi şəkildə təsir edə biləcək digər məsələlər barədə məlumat.

2.4. 

Korporativ Müşavir ___ il müddətinə təyin edilir.



9

2.5. 


Korporativ  Müşavirlə  bağlanılan  əmək  müqaviləsinin  şərtləri  Şura  tərəfindən  təsdiq  olunur.  Müqavilə 

Cəmiyyətin adından Şuranın sədri tərəfindən imzalanır.

9

 Göstərilən müddətlə Korporativ Müşavir ilə bağlanacaq əmək müqaviləsinin müddəti bir-birinə uyğun olmalıdır.



Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə


23

KORPORATİV İDARƏETMƏ MÜŞAVİRİ: AZƏRBAYCAN ŞİRKƏTLƏRİ ÜÇÜN TÖVSİYƏLƏR



3.  Korporativ Müşavirin səlahiyyətləri və vəzifələri

3.1. 


Korporativ Müşavir aşağıdakı səlahiyyətlərə malikdir:

3.1.1. 


Cəmiyyətdə  idarəetmə  siyasətinin  müəyyənləşdirilməsi,  icrası,  təhlili  və  inkişafı  üzrə  tədbirlərin 

görülməsində Şuraya [və Korporativ İdarəetmə Komitəsinə (olduqda)] yardım etmək;

3.1.2. 

Cəmiyyətin  bütün  orqanları  və  vəzifəli  şəxsləri  tərəfindən  Azərbaycan  Respublikasının  korporativ 



idarəetmə  üzrə  qanunvericiliyinə  və  Cəmiyyətin  korporativ  idarəetmə  siyasətinə  riayət  olunmasına 

nəzarət etmək;

3.1.3. 

Korporativ idarəetmə üzrə beynəlxalq təcrübələrdə baş verən bütün islahatları yaxından izləmək, on-



lar  barədə  Şuraya  və  icra  orqanına  məlumat  vermək,  habelə  həmin  islahatların  Cəmiyyətdə  tətbiqi 

imkanlarını araşdırmaq;

3.1.4. 

Cəmiyyətin  korporativ  idarəetmə  qaydalarına  (müvafiq  əsasnamələrə,  təlimatlara)  dəyişikliklərin 



edilməsi təşəbbüsü ilə çıxış etmək, onlar barədə Şuraya yazılı təkliflər təqdim etmək;

3.1.5. 


Cəmiyyətin hüquq şöbəsi (departamenti) ilə sıx əlaqələrdə olmaq, onunla lazımi məlumat mübadiləsini 

aparmaq;


3.1.6. 

Cəmiyyətin hər hansı orqanları və ya vəzifəli şəxsləri tərəfindən Cəmiyyətdə qəbul olunmuş korporativ 

qaydalar və prosedurların pozulması (əməl etməməsi) barədə dərhal Şura sədrini məlumatlandırmaq. 

Həmin  pozuntulara  Şura  sədri  tərəfindən  yol  verildikdə,  bu  barədə  Şura  üzvlərini  və  Cəmiyyətin 

səhmdarlarının ümumi yığıncağını məlumatlandırmaq;

3.1.7. 


Qüvvədə  olan  qanunvericiliyə,  Cəmiyyətin  nizamnaməsinə  və  digər  normativ  sənədlərinə 

(əsasnamələrinə) müvafiq qaydada Səhmdarların ümumi yığıncağının cağırılması və keçirilməsi ilə bağlı 

aşağıdakı tədbirlər görmək:

3.1.7.1.  Cəmiyyətin  səhmdarlarının  reyestri  əsasında  ümumi  yığıncaqda  iştirak  etmək  hüququna  malik  olan 

şəxslərin siyahısını hazırlamaq və Şuraya təqdim etmək;

3.1.7.2.  Şura  tərəfindən  təsdiqlənmiş  siyahı  əsasında  Cəmiyyətin  səhmdarlarına,  habelə  ümumi  yığıncaqda 

iştirak edəcək digər şəxslərə bildirişlər göndərmək;

3.1.7.3.  Ümumi  yığıncağın  cağırılması  barədə  Şuranı,  Cəmiyyətin  icra  orqanını  və  təftiş  komissiyasını 

məlumatlandırmaq;

3.1.7.4.  Ümumi  yığıncağın  çağırılması  barədə  məlumatın  kütləvi  informasiya  vasitələrində  dərc  olunmasını 

təmin etmək

10

;



3.1.7.5.  Ümumi  yığıncağın  gündəliyinə  daxil  olmuş  məsələlər  üzrə  tərtib  edilmiş  səsvermə  bülletenlərini 

bildirişlərə əlavə olaraq səhmdarlara göndərmək;

3.1.7.6.  Ümumi  yığıncağın  gündəliyinə  daxil  olmuş  məsələlərə  aid  zəruri  sənədlər  toplusunu  hazırlamaq  və 

həmin sənədlərlə yığıncaq iştirakçılarının tanış olması üçün lazımi tədbirlər görmək, onların tələbi ilə 

həmin sənədlərin surətlərini onlara təqdim etmək;

3.1.7.7.  Səhmdarlar  tərəfindən  doldurulmuş  səsvermə  bülletenlərini  toplamaq  və  hesablama  komissiyasına 

ötürmək;

3.1.7.8.  Ümumi yığıncağın protokolunun aparılması və saxlanmasını təmin etmək;

3.1.7.9.  Ümumi yığıncağın protokolunu səhmdarların tələbi ilə onlara təqdim etmək;

3.1.7.10.  Ümumi yığıncaqda baxılmış məsələlərin nəticələri barədə bütün səhmdarları məlumatlandırmaq;

3.1.7.11.  Ümumi yığıncaqda iştirak etmək hüququna malik olan şəxslərin sorğularını cavablandırmaq;

3.1.7.12.  Ümumi yığıncağın çağırılması və keçirilməsi ilə bağlı yaranmış mübahisə və münaqişələrin həlli üçün 

zəruri tədbirlər görmək.  

10

 Açıq səhmdar cəmiyyətləri üçün.



Əlavə I. Korporativ İdarəetmə Müşaviri haqqında nümunəvi Əsasnamə


Yüklə 390,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə