Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə148/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   144   145   146   147   148   149   150   151   ...   164

302 
РЕЗЮМЕ 
Нурия Ибрагимова  
УСПЕШНОЕ РАЗВИТИЕ АГРАРНОЙ ОТРАСЛИ  
НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ 
 
В  статье  обширно  излогаются  своеобразные  особенности  современного  развития, 
широкий  производственно-экономический  потенциал  и  людские  ресурсы  Нахчыванской 
Автономной Республики, и в то же время формирование гибкого механизма управления для 
эффективного  использования  всех  имеющихся  экономических  ресурсов,  диверсификации 
экономики и развития необходимых отраслей. 
В  рыночной  экономике  одним  из  основных  условий  является  деятельность 
свободного  предпринимательства.  Так,  в  этом  смысле,  первая  половина  2017-го  года 
запомнилась проведением в жизнь успешных проектов. Экономическое развитие зависит от 
человеческого  фактора,  а  его  результаты  служат  формированию  человеческого  капитала. 
Проводимая  в  автономной  республике  эффективная  социальная  политика,  оказываемая 
человеческому  фактору  высокая  забота,  дают  свои  положительные  результаты  в  каждой 
области.  Сохранены  достигнутые  успехи  в  экономической  и  социальной  отрасли 
Автономной  Республики,  а  в  первые  шесть  месяцев  текущего  года,  проведены  в  жизнь 
важное  мероприятия  по  формированию  многоограрной  экономики  и  развитию  аграрной 
отрасли.  Осуществлены  важное  мероприятия  в  направлении  удовлетварения  спроса 
населения  в  продовольствии  зашёт  местных  продуктов,  создано  изобилие  продуктов  на 
внутренным рынке. 
В  статье  наряду  с  выражением  теоретических  взглядов  особое  внимание  уделено 
развитию  событий  в  практической  плоскости,  а  это  доказывает  системность  проводимых 
исследований по изучению проблемы. 
В  иследованиях  было  пременено  изучение  сформированных  реальных  условий  и 
возможностей по аграрной отрасли Нахчыванской Автономной Республики. 
 
 
  
NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa   tövsiyyə 
olunmuşdur. (protokol № 02). 
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru, professor A.Rüstəmov 
 
 


303 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
BƏHRİYYƏ ABBASOVA  
Naxçıvan Dövlət Universiteti 
bahriya.abasova@mail.ru 
UOT: 334.72 
İNNOVASİYALI SAHİBKARLIQ FƏALİYYƏTİNİN  
İNKİŞAF PERSPEKTİVLƏRİ 
 
Açar sözlər: sahibkarlıq, innovasiya, risk, sabitlik, konsepsiya, inkişaf 
Key words: owner, innovation, risk stability, conception, development 
Ключевые слова: предпринимательство, инновация, риск, стабильность, концепция, 
развитие. 
Müasir dövrdə bazar iqtisadiyyatı ölkələrində sahibkarlığın ən geniş yayılmış formalarından 
biri  innovasiya  sahibkarlığı.  Təşkilatın  modernləşdirilməsi,  müasir  və  mütərəqqi  texnologiyanın 
tətbiqi  nəticəsində  bazarda  rəqabətə  davam  gətirə  bilər.  Məhsulların  istehsalı  innovasiyalı 
sahibkarlıq  fəaliyyətindən  çox  asılıdır.  Belə  ki,  inkişaf  etmiş  ölkələrdə  elmi-texniki  tərəqqinin 
inkişafı innovasiyalı sahibkarlıqla bağlıdır. 
İngilis  iqtisadçısı  Adam  Smit  sahibkarı  mənfəət  əldə  etmək  üçün  iqtisadi  risklə  bağlı  olan 
hər hansı bir ideyanı həyata keçirən kapital sahibi kimi təqdim etmişdir. [9] 
Deməli, sahibkar-qazanc əldə etmə məqsədilə başqalarının ehtiyacını ödəyə biləcək mallar 
(iş və xidmətlər) istehsal etməyə çalışan və bu məqsədlə də istehsal amillərini bir araya gətirməyi 
bacaran  bir  şəxsdir.  Sahibkar  öz  şəxsi  məqsədinə  çatmaq  üçün  bir  təşkilat  quran  və  bu  işdə  son 
məqsədinə çatmaq üçün riskə getməyə hazır olan şəxsdir. Sahibkarların başlıca funksiyası: a) riski 
öz üzərinə almaq 
b)  mal  və  xidmət  istehsal  etmək  məqsədilə  istehsal  amillərini  bir  araya  gətirəcək  insanların 
ehtiyaclarını ödəməkdir. Bu ikili funksiya idarəetmə funksiyasıdır. Deməli, sahibkar həm də idarəedicidir. 
Sahibkarlığın  inkişafı  Azərbaycan  dövlətinin  iqtisadi  siyasətinin  başlıca  istiqamətlərindən  biri 
olmaqla  yanaşı,  həmçinin  ölkənin  iqtisadi  və  sosial  problemlərinin  həllində  cəmiyyətdə  sabitliyin 
möhkəmləndirilməsində  mühüm  amil  hesab  olunur.  Hazırda  innovasiyalı  sahibkarlıq  fəaliyyətinin 
stimullaşdırılmasının digər istiqamətlərindən biri də sahibkarlığa kömək Milli Fondunun fəaliyyətidir. 
Bu öz əksini fondun əsasnaməsinin təsdiqlənməsində tapmışdır. Bu fondun vəzifəsi ölkədə sahibkarlığın 
inkişafına maliyyə dəstəyi göstərmək, onlara müvəkkil banklar vasitəsilə güzəştli kreditlərin verilməsini 
təmin etmək, bir sözlə, iş adamlarının səmərəli biznes layihələrinin reallaşmasına yardımcı olmaqdır. Bu 
istiqamətdə  Azərbaycan  İnvestisiya  Şirkəti,  Sahibkarlığa  Kömək  Milli  Fondu,  “Aqrolizinq”  ASC  və 
digər vasitələrlə real sektora maliyyə dəstəyi göstərilmişdir. 
Prezident  İlham  Əliyevin  bəyan  etdiyi  kimi,  bu  gün  qarşıda  duran  ən  başlıca  məqsəd 
Azərbaycanı  inkişaf  etmiş  dövlətlər  səviyyəsinə  çatdırmaqdır.  Bu  baxımdan,  ölkənin  inkişafının 
hazırki mərhələsində əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, 
əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai 
həyatın bütün istiqamətlərində yeni nəaliyyətlərin əldə olunmasıdır. 
Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ Azərbaycan 2020: 
gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində mühüm rol 
oynayır.  Xatırladaq  ki,  bu  konsepsiya  sosial-iqtisadi  inkişafın  keyfiyyətcə  yeni  mərhələsində 
Azərbaycanın  gələcək  inkişaf  perspektivlərinin  dərin  elmi  əsaslarla  müəyyənləşdirilən  konseptual 
əhəmiyyətli sənəddir. [1] 
Hazırda  ölkədə  sahibkarlığın  daha  da  inkişaf  etdirilməsi  istiqamətində  atılan  addımlar 
sistemli və ardıcıl xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 
son  zamanlar  imzalanan  sənədlər,  qəbul  edilən  qərarlar  sahibkarlığın  inkişafına  verilən  böyük 
dəstəyin  göstəricisidir.  Ölkə  prezidentinin  “Azərbaycan  Respublikasında  Sahibkarlar  Günü”nün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə