Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə146/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   142   143   144   145   146   147   148   149   ...   164

298 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
NURİYYƏ İBRAHİMOVA  
Naxçıvan Dövlət Universiteti 
nuriyyeibrahimova@mail.ru 
UOT: 338.43 
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA  
AQRAR SAHƏNİN UĞURLU İNKİŞAFI 
 
Açar sözlər: aqrar sahə, insan amili, uğurlu layihələr, zəruri, lizinq, ərzaq məhsulları, 
inkişaf, nəaliyyət 
Key words: agrar side, lucky projekts, lizing, food products, development, achievment 
Ключевые слова: аграрная отрасль, человеческий фактор, успешные проекты, 
необходимый, лизинг, продовольственные продукты, развитие, достижени 
Ulu  öndər  Heydər  Əliyevin  müəyyənləşdirdiyi  aqrar  islahatlar  bu  gün  ölkəmizdə  və  onun 
ayrılmaz  tərkib  hissəsi  olan  Naxçıvan  Muxtar  Respublikasında  uğurla  davam  etdirilir.  Həyata 
keçirilən  məqsədyönlü  və  sistemli  islahatlar  bitkiçiliyin  və  heyvandarlığın,  eləcə  də  emal 
sənayesinin inkişafına yol açır. 
 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  sərəncamları  ilə  təsdiq  edilmiş 
“Naxçıvan  Muxtar  Respublikasında  kartofçuluğun  inkişafı  üzrə  Dövlət  proqramı  (2003-2010-cu 
illər), 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı 
təminatına dair “Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-
iqtisadi  inkişafı  “Dövlət  Proqramı”  və  2016-2020-illərdə  Naxçıvam  Muxtar  Respublikasında 
meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramının, muxtar respublikada aqrar sahənin  
inkişafında mühüm rolu var. 
 
Muxtar  Respublikanın  iqlim  şəraiti  və  əhalinin  əsas  hissəsinin  kənd  təsnifatı  ilə  məşğul 
olması burada əkinçiliyin inkiçafını şərtləndirir. Fermerlərə yanacağın, motor yağlarının, gübrələrin 
alınmasına çəkilən xərclərin 50% dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə görə subsidiyaların 
verilməsi,  texniki  təminatın  yaxşılaşdırılması  üçün  istehsalçılara  lizinq  yolu  ilə  güzəştli  şərtlər 
əsasında  texnika  və  gübrələrin  satılması  əkinçiliyin  inkişafında  yeni  istiqamətlər  açıb,  əkin 
sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olub. 
Muxtar  respublikada  artan  əhali  təlabatına  uyğun  olaraq  iqtisadiyyatın  şaxələndirilməsi, 
sosial  sahənin  inkişafı  üzrə  aparılan  tədbirlər  2017-ci  ilin  birinci  rübündə  də  davam  etdirilmiş, 
yüksək nəticələr əldə olunmuşdur. 
Cari  ilin  yanvar-mart  ayları  ərzində  ümumi  inkişafın  əsas  göstəricisi  olan  ümumi  daxili 
məhsul  istehsalının  həcmi  505  milyon  378  min  manatdan  artıq  olmuşdur  ki,  bu  da  bir  il  öncəki 
müvafiq göstəricidən ilin müvafiq dövrünə nisbətən 4,5% artaraq 1124,3 manat olmuşdur. Ümumi 
daxili məhsulun tərkibində ilk yeri 31,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 
54,8 % təşkil etmişdir. 
2016-cı  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  2017-ci  ilin  yanvar-mart  aylarında  sənaye 
məhsulunun  həcmi  1,3  %,  kənd  təsərrüfatının  ümumi  məhsulu  3,3%,  nəqliyyat  sektorunda  yük 
daşınması 1,5 %, informasiya və rabitə xidmətlərinin həcmi 3,1%, pərakəndə əmtəə dövriyyəsi 1,7 
%, əhaliyə göstərilən pullu xidmətlər 2%, ixracın həcmi 1,1 %, əhalinin gəlirləri 1,2 % artmışdır. 
                                             
 
 


299 
 Makroiqtisadi göstəricilər 
 
 
Müqayisə predmeti 
 
2017-ci ilin 
yanvar-mart 
ayları 
(min manat) 
 
2017-2016-cı ilin 
yanvar-mart 
aylarına nisbətən 
faizlə 
Ümumi daxili məhsul 
505378,6 
100,9 
Hər bir nəfərə düşən ümumi daxili məhsul (manat) 
1124,3 
104,5 
Sənaye məhsulunun ümumi həcmi 
234860,6 
101,3 
Əsas kapitala yönəldilən investisiyalar 
192060,9 
96,0 
Kənd təsərrüfatının ümumi məhsulu 
26400,4 
103,3 
Nəqliyyat sektorunda yük daşınması (min ton) 
3298,0 
101,5 
İnformasiya və rabitə xidmətlərinin həcmi 
12485,7 
103,1 
Pərakəndə əmtəə dövriyyəsi 
288918,9 
101,7 
Əhaliyə göstərilən pullu xidmətlər 
42503,6 
102,0 
Xarici ticarət dövriyyəsi (min ABŞ dolları) 
56334,0 
87,7 
O cümlədən ixracın ümumi həcmi 
53260,0 
101,1 
İdxalın ümumi həcmi 
3074,0 
26,7 
əhalinin gəlirləri 
358805,8 
101,2 
Hər bir nəfərə düşən gəlirlər (manat) 
798,2 
100,2 
Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat 
413,6 
103,4 
 
 
Muxtar  respublikada  əhalinin  ərzaq  məhsullarına  olan  təlabatın  yerli  məhsullar  hesabına 
ödənilməsi  istiqamətində  mühüm  tədbirlər  həyata  keçirilmiş  daxili  bazarda  məhsul  bolluğu 
yaradılmışdır. 
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə 
təsdiq  edilmiş  “2016-2020-  ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  meyvəçiliyin  və 
tərəvəzçiliyin  inkişafı  üzrə  “Dövlət  Proqramı”nın  icrasıda  muxtar  respublika  əhalisinin  meyvə  və 
tərəvəz  məhsullarına  olan  təlabatının  yerli  istehsal  hesabına  təmin  edilməsinə  və  təlabatdan  artıq 
mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır. 
2017-ci  ilin  ilk  rübbü  ərzində  muxtar  respublikada  12  milyon  50  min  400  ABŞ  dolları  dəyərində 
kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur. 
Bazar  iqtisadiyyatında  azad  sahibkarlığın  fəaliyyət  göstərməsi,  onun  stimullaşdırılması, 
təşəbbüskarlığın  dəstəklənməsi  əsas  şərtlərdəndir.  2017-ci  ilin  ilk  yarısı,  bu  mənada  uğurlu 
layihələrin  həyata  keçirilməsi  ilə  də  yadda  qalıb.  Bu  dövrdə  muxtar  respublikada  özəl  sektora  1 
milyon  814  min  manat  həcmində  kreditlər  verilib,  dövlət  dəstəyi  ilə  iqtisadi  fəaliyyətin  müxtəlif 
sahələrində  23  layihə  üzrə  istehsal  və  xidmət  obyektləri  yaradılıb.  Naxçıvanda  həyata  keçirilən 
iqtisadi layihələrlə bərabər, eyni zamanda geniş sosial infrastruktur şəbəkəsi də yaradılıb, insanların 
həyat  keyfiyyətinin  yüksəldilməsi  üçün  konkret  addımlar  atılıb.  Bu  gün  Muxtar  respublikada  371 
növdə  məhsul  istehsal  olunması,  344  növdə  məhsula  olan  təlabatın  tamamilə  yerli  imkanlar 
hesabına ödənilməsi məhz iqtisadiyyatın şaxələndirilməsi.sahibkarlığa göstərilən dövlət qayğısı və 
yeni  iqtisadi  layihələrin  dəstəklənməsi  sayəsində  mümkün  olub.  Bu  layihələr  müasir  iqtisadi 
həyatımızın  hər  sahəsində-sənaye,  kənd  təsərrüfatı  və  emal  sənayesi  turizm,  nəqliyyat  və  rabitə, 
ekoloji  təmiz  məhsulların  istehsalı,  ticarət  və  məişət  xidməti  kimi  bir  çox  yerlərdə  uğurla 
reallaşdırılmaqdadır.  Bunların  həyata keçirilməsi  isə, şübhəsiz Naxçıvanın sənayeləşməsi  və ixrac 
potensialının artırılması yolunda çox mühüm addımlardır. 
 
Güclü  iqtisadiyyat  müasir  cəmiyyət  quruculuğunun  əsas  şərtlərindəndir.  Bu  mənada, 
Azərbaycanın ümumi inkişaf mənzərəsində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikası 
iqtisadi və sosial həyatın bütün sahələrində qazandığı uğurlar ilə diqqətləri cəlb edir. Bütün bunların 
əsası ümumilli liderimiz tərəfindən müəyyən olunmuş inkişaf strategiyasının davamlı şəkildə həyata 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə