Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə147/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   143   144   145   146   147   148   149   150   ...   164

300 
keçirilməsi nəticəsində əldə edilib. Artıq ilk yarısı başa çatmış olan 2017-ci ilin ötən dövrünə nəzər 
saldıqda  görürük  ki,  iqtisadi  inkişaf  göstəricilərinin  sosial  və  humanitar  sahəyə  uğurla 
transformasiya  etdirilməsi  nəticəsində  muxtar  respublikamız  əvvəlki  illərdə  olduğu  kimi,  yenə  də 
regional inkişafda öz lider mövqeyini qoruyub saxlamaqdadır. 
 
Muxtar  respublikamızın  müasir  inkişafının  özünəməxsus  xüsusiyyətləri  vardır.  Bu  gün 
Naxçıvanın  şöhrətini  hər  yerə  yayan  təbii  sərvətlərin  bu  torpağın  əsil  sahiblərinə  rifah  gətirməsi, 
onların  milli  sərvətimizə  çevrilməsi  məhz  gərgin  əməyin  nəticəsində  mümkün  olub.  Bu  gün  artıq 
sübüt olunub ki, bu torpağın hər qarışının sərvətləri məhz uzaqgörən siyasətin bəhrəsi nəticəsində 
yurdumuzun çiçəklənməsinə xidmət edir. 
 
2017-ci  il  muxtar  respublikamız  üçün  uğurla  başladı.  Cari  ilin  ilk  yarım  ilində  ümumi 
inkişafın  əsas  göstərici  olan  ümumi  daxili  məhsul  istehsalının  həcmi  1  milyard  208  milyon 
manatdan  artıq  olub  ki,  bu  da  bir  il  öncəki  müvafiq  göstərisində  1,3%  çoxdur.  Geriyə  dönüb 
baxdıqda  görürük  ki,  iqtisadi  artımın  müsbət  dinamikada  qorunub  saxlanılması  üçün  görülən 
tədbirlər  öz  bəhrəsini  verməkdədir.  Muxtar  respublikada  daxili  imkanlar  hesabına  yeni  istehsal 
müəssisələrinin  yaradılması  region  iqtisadiyyatı  inkişafının  uzunmüddətli  bir  dövr  üçün 
dayanıqlığına zəmanət verir. 
 
Blokadanın  yaratdığı  çətinlikləri artıq çoxdan dəf etmiş  Naxçıvanda ərzaq təhlükəsizliyinə 
tam nail olunub. Cari ilin ilk altı ayında bu sahədə görülmüş  işlər arasında bir il öncəyə nisbətən 
3,1%  çox,  yəni  122  milyon  439  min  800  manat  həcmində  kənd  təsərrüfatı  məhsulu  istehsal 
olunduğunu görməkdəyik. 
 
Torpaqda məşğul  olan kəndliyə hər cür dəstəyin verilməsi,  əl  əməyinin  yüngülləşdirilməsi 
bu  sahədə  mütərəqqi  yenilikliklərin  tətbiqi  diqqətə  saxlanılıb.  Etibarlı  ərzaq  təminatı  yaradılması 
Naxçıvanda  daxili  bazarın  tam  təmin  olunması  ilə  yanaşı  ərzaq  məhsullarının  ixracına  da  şərait 
yaradıb. Muxtar respublikada  əhalinin etibarlı ərzaq təminatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin 
icrası  istiqamətində  2017-ci  ilin  məhsulu  üçün  taxıl  və  kartof  əkinlərinin  genişləndirilməsi, 
üzümçülüyün, tütünçülüyün daha da inkişaf etdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi öz 
nəticələrini  verməkdədir.  Hazırda  muxtar  respublikamızda  taxıl  biçini  kampaniyası  uğurla  davam 
etdirilir. Heyvandarlıq sahəsində-ət və süd istehsalında əldə olunmuş naliyyətlər ötən ilin müvafiq 
dövrü ilə müqayisədə uyğun olaraq 2,3 və 1,3% çoxdur. 
 
 
Müqayisə predmeti 
 
2017-ci ilin 
yanvar-iyun 
ayları 
2016-2017-ci ilin 
yanvar-iyun aylarına 
nisbətən faizlə 
Ümumi daxili məhsul 
1208548,6 
101,3 
Hər bir nəfərə düşən ümumi daxili məhsul
manat 
2686,3 
104.6 
Sənaye məhsulun ümumi həcmi 
523693,4 
101,2 
Əsas kapitala yönəldilən investisiyalar 
536605,4 
101,3 
Kənd təsərrüfatının ümumi məhsulu 
122439,8 
103,1 
Nəqliyyat sektorunda yük daşıması,min ton 
7359,6 
101,9 
İnformasiya və rabitə xidmətlərinin həcmi 
25144,0 
102,0 
O cümlədən mobil rabitə üzrə 
20729,0 
101,8 
Pərakəndə əmtəə dövriyyəsi 
674238,9 
101,3 
Əhaliyə göstərilən pullu  xidmətlər 
93545,2 
101,7 
Xarici ticarət dövriyyəsi.min ABŞ dolları 
203822,2 
98,4 
O cümlədən ixracın ümumi həcmi 
190657,8 
101,3 
İdxalın ümumi həcmi 
13164,4 
69,8 
Əhalinin gəlirləri 
819988,1 
101,1 
Hər bir nəfərə düşən gəlirlər, manat 
1822,6 
100,1 
Bir işçiyə hesablanmış orta aylıq əmək 
haqqı, manat 
414,1 
102,5 


301 
  
 Muxtar  respublikada  arıçılığın  daha  da  inkişaf  etdirilməsi  diqqət  mərkəzindədir.  Bu  məqsədlə 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  sədrinin  2016-cı  il  18  noyabr  tarixli  sərəncamı  ilə 
“2017-2022-ci  illərəd  Naxçıvan  Muxtar  Respublikasında  arıçılığın  inkişafı  üzrə  Dövlət 
Proqramı”nın icrası istiqamətində mühüm addımlar atılır. 
Muxtar  respublikada  məhsuldar  və  keyfiyyətli  toxum  növləri  istehsalın  stimullaşdırılması 
məqsədilə  Naxçıvan  şəhərində  toxumluq  təsərrüfatı  üçün  yeni  kompleks  inşa  olunmuşdur. 
Azərbaycan  Respublikası  Höküməti  ilə  Çin  xalq  Respublikası  Höküməti  arasında  imzalanmış 
texniki-iqtisadi  əməkdaşlıq  sazişi  çərçivəsində  ayrılan  qrant  hesabına  Naxçıvan  Muxtar 
Respublikası  “Bərəkət  Toxumçuluq”  Məhdud  Məsuliyyətli  Cəmiyyətinə  yeni  kənd  təsərrüfatı 
texnikaları və toxumçuluq laborotoriyası avadanlıqları  – 5 kombayn, 5 traktor, hər birinin tutumu 
10 ton olan 4 yük maşını, 5 toxumsəpən, 5 filtr təmizləyici avtobus, hidravlik ekskavator, yanacaq 
tankeri, 80 tonluq elektron tərəzi eləcə də digər maşın və avadanlıqlar təqdim olunmuşdur. Hazırda 
Muxtar Respublikada 5 toxumluq təsərrüfatı fəaliyyət göstərir. 
 
Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2017-ci 
ilin məhsulu üçün 31632 hektar sahədə taxıl əkilmişdir ki,  bunun da 30320 hektarı payızlıq, 1312 
hektarı  isə  yazlıq  taxıldır.  Taxıl  zəmilərinin  22268  hektarında  buğda,9364  hektarında  isə  arpa 
əkilmişdir. Bu il öncəyə nisbətən taxıl əkini sahəsi 53 hektar artmışdır. Hazırda taxıl zəmilərindən 
məhsul tədarükü davam etdirilir.  
 
ƏDƏBİYYAT 
 
1. Alıyev.İ.H, İbadov. S.A, Azərbaycan iqtisadiyyatı Bakı, Ağrıdağ, 1998, səh 395 
2. Nuriyev.Ə.X,  “Regional idarəetmənin əsasları” Bakı, Elm, 2007, səh 428 
3. Şərq qapısı 25 iyul 2017-ci il səh 2 
4. Şərq qapısı 21 iyul 2017-ci il səh 1, 2 
5. Kooperasiya 2016 №1 səh 73 
6. Azərbaycan 02 noyabr 2016 səh 3 
7. Bağırov.M.S, “Aqrar sahədə resurs potensialı onun istehsal və satış sisteminin 
    formalaşdırılmasında rolu” Naxçıvan Qeyrət 2013. Səh 130 
8. www.statistika.nm.az 
 
ABSTRACT 
Nuriyya Ibrahimova 
THE LUCKY DEVELOPMENT OF AGRARCULTURE  
IN NAKHCHVAN AUTONOMOUS REPUBLIC 
In this article the modern development of NAR, economic potensial and humans resurces at 
the same time the using of the economy and the forming of the control mexanizm are commented. 
In market economy the free owhersactivity makes an important role. Sothat the beginmig of 
the  2017  knows  as  the  realizing  lucky  project.  Economic  development  depends  on  hot  only  the 
human  activity  but  also  sewe  to  the  forming  of  the  human  capital.  The  available  social  policy  in 
Nakchivan gains the lucky inall the fields. The gained luckies over the social and economic side in 
NAR are saved in first 6 months of the year and realized some measures over the agriculture and the 
forming  of  the  economy.  Measure  for  the  needing  of  the  food  products  of  the  people  instead  of 
domestic products are realized in this article. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə