64
S u a l:
İlham Heydər oğlu, regional təhlükəsizliyin təmin olunmasında Qazaxıstanın rolunu necə
qiymətləndirirsiniz? Bir də, əgər mümkünsə, hərbi sahədə əməkdaşlıq haqqında bu gün imzaladığınız
saziş barədə bir neçə kəlmə deyin. Bu əməkdaşlıq konkret olaraq özünü nədə göstərəcəkdir?
İ l h a m Ə l i y e v: Qazaxıstan regionda əsas ölkədir. Təbiidir ki, ölkənin inkişaf sürətindən çox şey
asılıdır. Regionda sabitliklə bağlı məsələlər,
təəssüf ki, mürəkkəbdir. Asiya və Qafqaz regionlarında xeyli həll
olunmamış məsələlər, ərazi iddiaları, habelə yeni potensial münaqişə ocaqları mövcuddur. Əlbəttə, Qazaxıstan
rəhbərliyinin regionda sülhə nail olunmasına yönəldilmiş ardıcıl və müdrik siyasəti təhlükəsizliyin qorunub
saxlanmasına xeyli kömək edir. Mən əminəm ki, gələcəkdə Qazaxıstanın potensialı daha da artdıqca, – bunun
üçün isə hər cür imkan vardır – bu ölkə yaxın vaxtlarda çox qüdrətli bir dövlətə çevriləcəkdir. Təbiidir ki,
regional xarakterli məsələlərin, o cümlədən regional təhlükəsizlik problemlərinin həllində də Qazaxıstanın rolu
artacaqdır. Biz buna yalnız sevinə bilərik. Qazaxıstan bizim üçün dost və qardaş ölkədir. Qardaşımız
nə qədər
güclü olsa, biz də bir o qədər güclü olacağıq. Əminəm ki, gələcəkdə regional məsələlərdə və dünya
məsələlərində Qazaxıstanın rolu və əhəmiyyəti artacaq və bu da regionda yaşayan bütün xalqların xeyrinə
olacaqdır.
66
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEVİN ŞƏRƏFİNƏ
QAZAXISTAN PREZİDENTİ
NURSULTAN NAZARBAYEVİN ADINDAN TƏŞKİL OLUNMUŞ RƏSMİ
QƏBULDA NİTQ
«Səltənət» sarayı
1 mart 2004-cü il
Hörmətli Qazaxıstan Respublikasının prezidenti Nursultan Abişoviç Nazarbayev!
Hörmətli Dariqa xanım!
Əziz dostlar!
Qazaxıstan torpağında mənə və bütün nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə
minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycan prezidenti kimi Qazaxıstana ilk dövlət səfərimin mənim üçün böyük əhəmiyyəti var. Ölkələrimiz
bir-birinə böyük
hörmət bəsləyirlər, xalqlarımız ta qədimdən bir-birinə böyük məhəbbətlə yanaşmışlar.
Təbiidir ki, qardaş Qazaxıstan torpağında olarkən mən sevinc hissi keçirirəm. Bu təkcə bizim aramızda
yüksək səviyyədə qarşılıqlı anlaşmanın, siyasi dialoqun, iqtisadi əməkdaşlığın, bütövlükdə, müxtəlif sahələrdə
sıx əlaqələrin olması ilə bağlı deyildir. Burada mən özümü evimdəki kimi hiss edirəm. Çünki mənim burada ən
səmimi hörmət hissləri bəslədiyim qardaş və dostlarım vardır.
İkitərəfli və regional münasibətlərdə bəzən
çox şey rəhbərlərin, liderlərin münasibətlərindən asılı olur.
Ölkələr arasında münasibətləri daha çox dövlətlərin liderləri arasında münasibətlər müəyyən edir. Tam
əminliklə deyə bilərəm ki, Qazaxıstan və Azərbaycan arasında bugünkü münasibətlər vaxtilə Nursultan
Abişoviç ilə Heydər Əlirza oğlu arasında olan münasibətlərə tam uyğundur. Azərbaycanın yeni seçilmiş
prezidenti kimi, mən bu münasibətlərin inkişaf etməsi, möhkəmlənməsi və keyfiyyətcə yeni səviyyəyə qalxması
üçün əlimdən gələni edəcəyəm. Bu, ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğundur. Bizim gücümüz
birliyimizdədir. Bizim müstəqilliyin möhkəmləndirilməsi, bütün sahələrdə tərəqqiyə nail olunması kimi oxşar
problemlərimiz var, olmuşdur və olacaqdır. Sevindirici haldır ki, Qazaxıstan kimi,
Azərbaycan da bu vəzifələrin
öhdəsindən uğurla gəlir. Ümidvaram ki, ikitərəfli münasibətlərimiz bundan sonra da yeni layihələrlə, ideyalarla
zənginləşəcəkdir. Qarşımızda çox böyük perspektivlər var: ölkələrimiz mədəni və iqtisadi potensiallarını
birləşdirərək, özlərini regional liderlər kimi təsdiq edə bilərlər.
Prezident seçilməyimdən sonra məni Qazaxıstana dövlət səfərinə dəvət etdiyinə görə hörmətli Nursultan
Abişoviç Nazarbayevə bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox şadam ki, bu səfər zamanı olduqca
səmərəli danışıqlar aparılmış, görüşlər keçirilmişdir. Bu, dostların görüşü idi. Əlbəttə,
mən Sizi tezliklə
Azərbaycanda görmək istərdim. Sizi ölkəmizə səfərə dəvət edirəm və əminəm ki, gələcək əlaqələrimiz bizi daha
da yaxınlaşdıracaqdır.
Bu badəni qardaş Qazaxıstanın, onun prezidenti, Azərbaycan xalqının dostu Nursultan Abişoviç
Nazarbayevin və hörmətli Dariqa xanımın sağlığına qaldırmaq istəyirəm.
Sağ olun.